09 Yanvar 2025, Cümə axşamı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri müasir silah və texnika ilə təmin olunmuş, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyəti xeyli gücləndirilmişdir. Qədim hərb ənənələrinə və mübarizə tarixinə malik olan Naxçıvan bu gün etibarlı müdafiə olunur. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq muxtar respublika ərazisindəki ordu, birləşmə və hissələrin döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılır, hərbi təlimlər keçirilir.

Ardını oxu...

Muxtar respublikanın iqlim şəraitinə uyğun kənd təsərrüfatı bitkilərinin müəyyənləşdirilməsi və bitki ehtiyatlarının zənginləşdirilməsi diqqət mərkəzində saxlanılır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Nəbatat bağında bitkilərin biomüxtəlifliyinin öyrənilməsi və toxum genofondunun yaradılması istiqamətində ardıcıl tədbirlər görülür, geniş elmi-tədqiqat işləri aparılır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Belçika Krallığının senatoru, AŞPA-nın Hüquqi İşlər və Demokratiya üzrə Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteksi qəbul edib.
Senator Alen Desteks Formula-1 yarışlarının başlanması münasibətilə təbriklərini çatdırıb. Dünyada Formula-1 yarışına marağın getdikcə artdığını vurğulayan qonaq ölkə­sində də Qran-Pri yarışlarının keçiriləcəyini deyib. Alen Desteks 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək təkrar seçkiləri müşahidə etmək üçün ölkəmizə səfər etdiyini vurğulayıb.
Bakının Formula-1 xəritəsində yeni şəhər olduğunu deyən dövlətimizin başçısı yarışların gələn qonaqlarda maraq doğuracağına, onların ölkəmizlə yaxından tanış olmaları, Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı dolğun informasiyaların əldə edilməsi baxımından tədbirin yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən “Əlincəqala” tarixi abidəsi bərpa olunmuş və muzeyi yaradılmışdır.
İyunun 17-də “Əlincəqala” tarixi abidəsi və muzeyinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Ali Məclisin Sədri tədbirdə çıxış edərək demişdir: Naxçıvan Muxtar Respublikası zəngin tarixə malikdir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”. Hazırda muxtar respublika ərazisində 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Bu abidələrin içərisində qalaların özünəməxsus yeri vardır. Tədqiqatlar göstərir ki, Naxçıvan qala tipli yaşayış yerləri ilə zəngin diyardır. Bu ərazidə qalaların çoxluğunun səbəbi Naxçıvanın əlverişli mövqeyinin, zəngin təbii sərvətləri, şəhər mədəniyyəti və inkişaf etmiş sənətkarlığının yadelli işğalçıların diqqətini cəlb etməsidir.
Ali Məclisin Sədri demişdir: Azərbaycan xalqının mübarizlik və vətənpərvərlik əzmini toplu halında nümayiş etdirən tarixi qalalarımızdan biri də Əlincəqaladır. Qala birinci­-altıncı əsrlərdən başlayaraq müdafiə istehkamı və yaşayış yeri kimi istifadə olunmuş, 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərmişdir. Naxçıvanın Azərbaycan Atabəylər dövlətinin paytaxtı olduğu dövrdə Əlincəqalanın iqtisadi və siyasi mövqeyi əhəmiyyətli dərəcədə artmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Avropa Xalq Partiyasının baş katibi, Mərkəzçi Demokratlar İnternasionalının icraçı katibi Antonio-Lopez İsturizi qəbul edib.
Görüşdə Azərbaycanın Avropa Xalq Partiyası və Mərkəzçi Demokratlar İnternasionalı ilə əməkdaşlığının inkişafından məmnunluq ifadə olunub, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da “Formula One Management”in prezidenti Berni Ekklstounu qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 13 iyun tarixli sərəncamları ilə Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının tibb işçiləri də vardır.

Məmmədov Nizami Həsən oğlu
“Əməkdar həkim” fəxri adı ilə

Seyidova Sevda Mirəli qızı
“Əməkdar tibb işçisi” fəxri adı ilə

Cəfərli Əhəd Məmməd oğlu

“Tərəqqi” medalı ilə təltif edilmişlər.

İyunun 15-də Naxçıvan şəhərində Milli Qurtuluş Günü münasibətilə Naxçıvan Qarnizonunun Hərbi Orkestrinin və Ərzurum Mehtərən Tağımının birgə yürüş-konserti olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbirdə iştirak etmişdir.

Ardını oxu...

İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla tanış olub.
Dövlətimizin başçısı İlham Əliyev əvvəlcə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə baxıb, onların texniki göstəriciləri ilə tanış olub.
Dövlətimizin başçısı ikinci dərəcəli sərhəd gözətçi gəmisində yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş sərhəd gözətçi gəmisinin uzunluğu 62 metrdir. Dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkün olan gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.
Sonra Azərbaycan Prezidenti sərhəd gözətçi gəmilərinin keçidinə baxıb.

AZƏRTAC

İyunun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadze “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olmuşlar.

Ardını oxu...

İyunun 11-də Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfərə gəlmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadzenin iştirakı ilə nümayəndə heyətləri arasında görüş olmuşdur. 

Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında 2012-ci ildə əsası qoyulmuş mehriban dostluq və əməkdaşlıq əlaqələrinin bu gün uğurla davam etdirildiyini bildirmiş, bu əlaqələrin davamı olaraq dəvəti qəbul edib Naxçıvan Muxtar Respublikasına səfərə gəldiyinə görə Acarıstan Muxtar Respublikası Hökumətinin sədrinə təşəkkür etmişdir. 

Ardını oxu...

Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunan tərəqqi Milli Qurtuluş Gününün bəhrələridir. Ümummilli liderin siyasi xəttinin davam etdirilməsi nəticəsində muxtar respublikada insanların rahat yaşayışına xidmət edən müasir infra­strukturun yaradılması istiqamətində tədbirlər görülmüş, yeni yaşayış binaları tikilərək istifadəyə verilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da Rusiya Federasiyasının ədliyyə naziri Aleksandr Konovalovu qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, ölkələrimizin müxtəlif strukturları, o cümlədən hüquq-mühafizə və ədliyyə orqanları arasında əməkdaşlığın bu münasibətlərin möhkəmləndirilməsi işinə öz töhfəsini verdiyi qeyd olunub. Söhbət zamanı ölkələrimizin ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin, o cümlədən insanlara hüquqi yardımın göstərilməsi sahəsində sıx əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyətindən danışılıb, Rusiya Federasiyasının ədliyyə naziri Aleksandr Konovalovun Azərbaycana səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.

Görüşdə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

İyunun 8-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edib.
Dövlətimizin başçısı görüşdə çıxış edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun şəxsi nümayəndəsi Adam Delimxanovu qəbul edib.
Adam Delimxanov Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun salamlarını dövlətimizin başçısına çatdırdı. Ramzan Kadırovun və bütün çeçen xalqının ölkəmizdə əldə olunan uğurlara görə Prezident İlham Əliyevə dərin hörmət bəslədiklərini deyən qonaq Azərbaycanın nailiyyətlərinə sevindiklərini bildirdi. O, Azərbaycanın Milli bayramı - Respublika Günü və Ramazan ayının başlanması münasibətilə təbriklərini çatdırdı. Qonaq Bakıda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 7-də Berlində Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel ilə görüşüb.
Görüşdə Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə edilib, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirilib.
Söhbət zamanı böyük iqtisadi layihələrin həyata keçirilməsi, kənd təsərrüfatı, əczaçılıq, təhsil, nəqliyyat, enerji, su təsərrüfatı, torpaqların təmizlənməsi, kosmik sənaye və digər sahələrdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

* * *

İyunun 7-də Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib.
Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel Azərbaycan Prezidentini salamlayaraq bu Forumun keçirilməsindən məmnun olduğunu bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda çıxış edib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:
45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə əlavə seçkilər 2016-cı il avqustun 6-na təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 7 iyun 2016-cı il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Almaniya Federativ Respublikasına işgüzar səfərə gedib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 6-da Berlində Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans-Eberhard Şlayer və qurumun üzvləri ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə Almaniya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvlərini aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda cəbhə xəttində törətdiyi təxribatlar barədə məlumatlandırıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı danışıqların vəziyyəti ilə bağlı Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvlərinə məlumat verib.

AZƏRTAC

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın iyunun 3-də rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 3-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Türkiyənin Baş naziri Binəli Yıldırımın Azərbaycana səfərinin əlaqələrimizin daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə geniş tərkibdə görüşü olub.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım mətbuata birgə bəyanatlarla çıxış ediblər.

*   *   *

İyunun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayı işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultayın açılış mərasimində nitq söyləyib.

AZƏRTAC

Bakı şəhərində 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı tədbirlərin lazımi səviyyədə keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 3 iyun tarixli Sərəncamı ilə su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əməkdaşları da vardır.

Fətullayev Zahir Məhərrəm oğlu

Mehdiyev Mehdi Bəhlul oğlu

Şükürov Telman Murtuza oğlu

“Tərəqqi” medalı ilə təltif edilmişlər.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Arxiv İdarəsi Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi adlandırılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 3 iyun 2016-cı il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiya – ALDE qrupun vitse-sədri, “Şərq Tərəfdaşlığı” Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolaini və Avropa Parlamentinin üzvü İveta Qriquleni qəbul edib.
Dövlətimizin başçısı Avropa Parlamenti ilə əlaqələrdə qurumun ölkəmizlə bağlı qəbul etdiyi qətnamələrin əsas rol oynadığını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, təhqirlərlə dolu və tamamilə əsassız olan həmin qətnamələrin qəbul edilməsi ölkəmizin bu qurumla əlaqələrinin kəsilməsinə səbəb olub. Hazırda Avropa Parlamenti ilə ölkəmizin hər hansı əlaqəsi mövcud deyil və bu, Azərbaycanın günahı ucbatından baş verməyib. Ölkəmiz yalnız öz haqlı mövqeyini müdafiə edib. Dövlətimizin başçısı vurğulayıb ki, qurumun ən yüksək rütbəli şəxsləri – prezidenti və vitse-prezidenti faktiki olaraq anti-Azərbaycan qüvvələrinin bir hissəsini təşkil edir və onlar tərəfindən səsləndirilən təhqiramiz bəyanatlar, hücumlar və böhtanlar Azərbaycanın Avropa Parlamenti ilə əlaqələrinin perspektivlərini sual altına qoyub.
Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiya – ALDE qrupun vitse-sədri, “Şərq Tərəfdaşlığı” Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolai Azərbaycan ilə yaranmış vəziyyətin dəyişməkdə olduğunu deyib və Avropa Parlamenti ilə Azərbaycan arasında əlaqələrin bərpa olunması istəyini ifadə edib.

AZƏRTAC

Muxtar respublikada statistika işinin daha da təkmilləşdirilməsi, sosial-iqtisadi inkişafı və cəmiyyətin bütün sahələrində baş verən dəyişiklikləri əks etdirən statistik göstəricilərin hazırlanmasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində statistika uçotunun aparılması təmin edilsin.
2. Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi:
2.1. statistika uçotu sənədlərinin nümunələrini hazırlayaraq təsdiq etsin;
2.2. işçilərin peşə hazırlığını və təkmilləşdirilməsini nəzarətdə saxlasın;
2.3. Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə Komitənin aparatı ilə rayon (şəhər) idarələri arasında elektron sənəd dövriyyəsinin həyata keçirilməsi üçün tədbirlər görsün;
2.4. yerli icra hakimiyyətləri ilə birlikdə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə statistika orqanı əməkdaşlarının fəaliyyəti üçün müvafiq şəraitin yaradılmasını təmin etsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
3.1. Maliyyə Nazirliyi ilə birlikdə Dövlət Statistika Komitəsinin aparatının və yerli qurumlarının ştat strukturuna yenidən baxılması və maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı tədbirlər görsün;
3.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam 2016-cı il iyulun 1-dən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 1 iyun 2016-cı il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” Sərgi və Konfransının, həmçinin VI Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisinin açılışında iştirak edib.
Xəzəryanı regionda energetika sektorunun ən əhəmiyyətli tədbiri olan XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” Sərgisi Energetika Nazirliyi və SOCAR-ın dəstəyi, “ITECA Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçirilir. Bu il sərgidə dünyanın 30 ölkəsini təmsil edən 240 şirkət iştirak edir. Bütövlükdə sərginin ekspozisiya sahəsinin 63,7 faizini xarici iştirakçılar tutur. VI Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiridir.
Azərbaycan Prezidenti İlham Əliyev sərgi-konfransda nitq söyləyib.
Sonra Prezident İlham Əliyev sərgilərlə tanış olub.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi Baronessa Nikolsonu qəbul edib.

AZƏRTAC

İyunun 1-də Naxçıvan tarixi ilə bağlı ölkə arxivlərində aşkar olunan yeni sənədlər Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinə təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəisi Fəxrəddin Cəfərov çıxış edərək Naxçıvanda bütün sahələrdə olduğu kimi, arxiv işinin yaxşılaşdırılması sahəsində də mühüm tədbirlərin görüldüyünü bildirmiş, muxtar respublika tarixinin araşdırılmasına, eləcə də arxiv işinin daha da yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıdan danışmışdır.

Ardını oxu...

Mayın 30-da Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib.
Bina ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarı qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kerol Meri Kroftsun etimadnaməsini qəbul edib.

AZƏRTAC

Mayın 28-də Naxçıvan şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü – 28 May Respublika Günü münasibətilə gənclərin yürüşü keçirilmişdir.
Əvvəlcə yürüş iştirakçısı olan bir qrup gənc müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoymuşdur.
Heydər Əliyev adına Hərbi Liseyin kursantlarından, Əlahiddə Ümumqoşun Ordusunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Alayının nümunəvi bölmələrinin əsgərlərindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin gənc fəallarından, Gənc Heydərçilərdən, muxtar respublikanın ali və orta ixtisas məktəblərinin tələbələrindən və idmançılardan ibarət minə yaxın gənc Heydər Əliyev Muzeyinin önündən başlayaraq Xatirə Muzeyinə və geriyə qədər olan yolu Hərbi Orkestrin ifa etdiyi təntənəli marş sədaları altında nizami addımlarla qət etmişlər.
Hər bir xalqın ən qiymətli sərvəti onun sahib olduğu dövlət müstəqilliyidir. Azərbaycan xalqı XX əsrdə iki dəfə müstəqillik əldə etmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Şərqdə ilk dəfə demokratik dövlət quruluşunun əsası qoyulmuşdur. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın böyük dövlətçilik ənənələrinə malik olduğunu bütün dünyaya nümayiş etdirmişdir.

Ardını oxu...

Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.
Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.
Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib.

* * *

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.
Dövlətimizin başçısı abidənin önünə əklil qoyub.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqenini qəbul edib.

AZƏRTAC

Muxtar respublikada meyvəçiliyin inkişafı sahəsində ardıcıl tədbirlər görülür, qəbul edilən dövlət proqramlarına uyğun olaraq yeni meyvə bağları salınır. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, hər il torpaq mülkiyyətçiləri, bağbanlar bol məhsul istehsal edirlər. Naxçıvana məxsus meyvə sortlarının istehsalının artırılması ilə yanaşı, onların təbliği və tanıdılması da diqqət mərkəzində saxlanılır. 

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İkitərəfli münasibətlərimizin bütün sahələrdə yüksək səviyyədə olduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycan ilə Türkiyənin müttəfiq, dost və qardaş ölkələr olduğunu deyib. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində də inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində mühüm məsələlərin müzakirə ediləcəyini və bu sahədə əməkdaşlığımızın iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi işinə böyük töhfə verəcəyini deyib.
Zühtü Arslan Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə yüksək əlaqələrin mövcud olduğunu vurğulayaraq bu əlaqələrin məhkəmə və hüquq sistemi sahəsində də davam etdirilməsinin zəruriliyini qeyd edib.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də “The Business Year” jurnalının baş redaktoru Leland Raysı və jurnalın direktoru xanım Betül Çakaloğlunu qəbul edib.
“The Business Year” jurnalının baş redaktoru Leland Rays Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfəyə, “Cənub Qaz Dəhlizi”, “Şahdəniz-2”, TANAP və TAP layihələrinin yaradılması və həyata keçirilməsi, mühüm beynəlxalq idman tədbirlərinin, o cümlədən birinci Avropa Oyunlarının nümunəvi təşkilinə və Azərbaycanın çox böyük potensialının dünyada təbliğinə, “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı göstərdiyi səylərə, Azərbaycanı əhəmiyyətli transmilli nəqliyyat layihələrinin mərkəzinə çevirdiyinə, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsinə verdiyi böyük dəstəyə, multikultural dəyərlərin təşviqi ilə bağlı beynəlxalq humanitar tədbirlərin keçirilməsi və regionda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı digər uğurlu fəaliyyətinə görə rəhbərlik etdiyi jurnalın Azərbaycan Prezidenti İlham Əliyevi 2015-ci ildə “Dünyada ilin adamı” mükafatına layiq gördüyünü deyib və mükafatı dövlətimizin başçısına təqdim edib.
Dövlətimizin başçısı “The Business Year” jurnalının “Dünyada ilin adamı” mükafatına layiq görüldüyünə görə minnətdarlığını ifadə edib.

AZƏRTAC

Mayın 25-də Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilmiş, görkəmli rəssamın abidəsi ucaldılmışdır.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bəhruz Kəngərli adına Rəssamlar Parkının istifadəyə verilməsi və görkəmli rəssamın abidəsinin ucaldılması münasibətilə tədbir iştirakçılarını və muxtar respublikanın bütün yaradıcı ziyalılarını təbrik edərək demişdir: Bəhruz Kəngərli Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, zəngin yaradıcılıq imkanlarına malik olan vətənpərvər sənətkar idi. O, Azərbaycan rəssamlığında orta əsr miniatür sənətindən realizmə keçidin, bununla da yeni boyakarlıq məktəbinin əsasını qoymuş, bu sənəti təkrarolunmaz forma, janr və təsvir vasitələri ilə zənginləşdirmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Avropa Yenidən­qurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Suma Çakrabartini yenidən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti seçilməsi münasibətilə təbrik edib və onun bu vəzifəyə təkrar seçilməsini gördüyü işlərə verilən qiymət kimi dəyərləndirərək ona fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uzun illər mövcud olan əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.
Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin ölkəmizə səfərinin məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirib.
Suma Çakrabarti Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edib. O, rəhbərlik etdiyi qurum ilə Azərbaycan arasında tərəfdaşlığın getdikcə daha da gücləndiyini məmnunluqla vurğulayaraq son illər özəl sektora, xüsusilə qeyri-neft sektoruna qoyulan sərmayələrin artdığını deyib.
Görüşdə nəqliyyat, energetika, kənd təsərrüfatı, özəl sektor, sahibkarlıq və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dünya Humanitar Sammitində iştirak etmək üçün mayın 22-də Türkiyə Respublikasına işgüzar səfərə gəliblər.

* * *

Mayın 23-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Mütəmadi xarakter daşıyan yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub. İstanbulda keçirilən Dünya Humanitar Sammitinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.

* * *

Mayın 23-də İstanbulda Dünya Humanitar Sammiti keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sammitdə iştirak ediblər.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçini qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında uzunmüddətli uğurlu əməkdaşlığın mövcud olduğunu deyib. Əməkdaşlığımızın müxtəlif formatları əhatə etdiyini bildirən dövlətimizin başçısı hazırda bu əməkdaşlığın yeni mərhələdə olduğunu qeyd edib.
Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi Azərbaycan hökuməti tərəfindən dünyada iqtisadi böhranın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində həyata keçirilən işləri yüksək qiymətləndirib.

AZƏRTAC

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunda yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2016-cı il

Mayın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası İqdır Vilayətinin valisi Davut Haner, Ərzurum Vilayətinin valisi Əhməd Altıbarmak və Ağrı Vilayətinin valisi Musa İşın ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonaqları muxtar respublikada görməkdən məmnunluğunu bildirmiş, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın vilayətləri arasında iqtisadi-ticarət, təhsil, mədəniyyət, nəqliyyat və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Ali Məclisin Sədri əlaqələrin bundan sonra da müxtəlif sahələrdə davam etdiriləcəyini bildirmişdir.
Səmimi qəbula görə minnətdarlıq edən Türkiyə Respublikasının Ərzurum Vilayətinin valisi muxtar respublikaya səfərlərinin onlarda böyük təəssürat yaratdığını qeyd etmiş, Türkiyənin yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün səylərini artıracaqlarını bildirmişdir.
Sonda xatirə şəkli çəkdirilmişdir.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Nihat Ərşən görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Belarus Respublikası Baş nazirinin müavini Mixail Rusıyı qəbul edib.
Bakıda keçirilən “Caspian Agro-2016” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisindən danışan dövlətimizin başçısı Belarusun bu sərgidə həmişəki kimi uğurla təmsil olunacağına, öz potensial və imkanlarını layiqli şəkildə nümayiş etdirəcəyinə əminliyini ifadə edib. Ölkəmizdə kənd təsərrüfatının fəal inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Belarus tərəfinin sərgidə nümayiş etdirəcəyi məhsulların Azərbaycanın müvafiq qurumlarının marağına səbəb olacağına əminliyini bildirib. Qısa zaman ərzində ölkəmizin Belarus Respublikası ilə kənd təsərrüfatı sahəsində uğurlu layihə həyata keçirdiyini bildirən Prezident İlham Əliyev birgə istehsal edilən məhsulların artıq ixrac olunduğunu deyib.
Ölkəsinin Azərbaycan ilə kənd təsərrüfatı sahəsində uğurlu əməkdaşlıq etdiyini bildirən Belarus Respublikası Baş nazirinin müavini Mixail Rusıy Bakıya səfərinin iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrinə dair məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını vurğulayıb.
Görüşdə müxtəlif sahələrdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Rusiya ilə Azərbaycan arasında əlaqələrin uğurla və dinamik şəkildə inkişaf etdiyini deyən dövlətimizin başçısı Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlərin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını bildirib. Prezident İlham Əliyev Dmitri Roqozinin Azərbaycan-Rusiya Hökumətlərarası Birgə Komissiyasının həmsədri kimi Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafındakı rolunu xüsusi qiymətləndirib. Ölkəmizin Hökumətlərarası Birgə Komissiyadakı fəaliyyətindən danışan dövlətimizin başçısı Azərbaycan tərəfinin də iki ölkə arasında münasibətlərin daha da yaxınlaşdırılması üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozin Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi, mədəni, təhsil və digər sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın iclaslarının əməkdaşlığımızın inkişafı baxımından önəmini vurğulayıb.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aksel Vexlə görüşmüşdür.
Ali Məclisin Sədri Aksel Vexin Naxçıvana səfərini və ölkəmizin regionları ilə tanışlığını Azərbaycan-Avstriya əlaqələrinin göstəricisi kimi dəyərləndirmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Avstriyanın Ştiriya Federal Əyaləti arasında ikitərəfli əlaqələrin mövcud olduğunu bildirən Ali Məclisin Sədri 2007-ci ildə nümayəndə heyəti ilə birlikdə Avstriyaya səfərini və 2009-cu ildə Ştiriya Federal Əyaləti Parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Naxçıvana səfərini xatırlatmış, qarşılıqlı səfərlərin əlaqələrin inkişafına töhfə verdiyini bildirmişdir.
Ali Məclisin Sədri iş adamları arasındakı əlaqələrin səmərəli olduğunu və Avstriyanın enerji şirkətləri ilə faydalı əməkdaşlığın qurulduğunu bildirmiş, əlaqələrin bundan sonra da müxtəlif sahələr üzrə davam etdiriləcəyinə inamını ifadə etmişdir.
Naxçıvana nümayəndə heyəti ilə birlikdə səfər etdiklərini bildirən Aksel Vex göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir. Səfər müddətində bir sıra görüşlər keçirdiklərini qeyd edən qonaq Avstriya ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini diqqətə çatdırmışdır.
Görüşdə əlaqələrin hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafının razılıq doğurduğunu deyib. Azərbaycan ilə İranın dost, qardaş, qonşu ölkələr olduğunu vurğulayan Prezident İlham Əliyev hər iki ölkənin siyasi rəhbərliyinin İran-Azərbaycan əlaqələrinin daha da yüksək səviyyədə olması üçün çalışdıqlarını məmnunluqla qeyd edib. Kənd təsərrüfatının ölkə­lərimiz üçün vacib sahələrdən biri olduğunu deyən dövlətimizin başçısı digər sahələrdə olduğu kimi bu sahədə də Azərbaycan-İran əməkdaşlığının yaxşı nəticələr verəcəyini əminliklə bildirib.
Dövlətimizin başçısı İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı əməkdaşlığımıza dair danışıqların səmərəli olacağına və birgə layihələrin icrası istiqamətində ciddi addımlar atılacağına ümidvar olduğunu bildirib.
Nazir Mahmud Höccəti son vaxtlar ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərin İranda böyük məmnunluqla qarşılandığını deyib.
Görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Bolqarıstan Respublikasının xarici işlər naziri Daniel Mitovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Bolqarıstanın Prezidenti Rosen Plevneliyev və Baş nazir Boyko Borisov ilə həm Bolqarıstanda, həm Azərbaycanda keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq bu görüşlərin müntəzəm xarakter daşımasının önəmini qeyd edib. Əlaqələrimizin uğurla və dostluq ruhunda inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Bolqarıstanın Azərbaycanın yaxın dostlarından biri olduğunu deyib. Siyasi sahədə münasibətlərimizin çox yaxşı səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizin Bolqarıstan ilə iqtisadi əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. Dövlətimizin başçısı Bolqarıstanın “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasında yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə edərək “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra olunduğunu vurğulayıb.
Ölkələrimiz arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayan Bolqarıstanın xarici işlər naziri dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətlərimizin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını deyib və əlaqələrimizi bu istiqamətdə gücləndirməyin zəruriliyini qeyd edib.

AZƏRTAC

Mayın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai ilə görüşmüşdür.
Ali Məclisin Sədri Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin uğurlu olduğunu bildirmiş, Qulam İsakzaini ölkəmizdə yeni rezident nümayəndə kimi fəaliyyətə başlaması münasibətilə təbrik etmişdir. Naxçıvan Muxtar Respublikası ilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasındakı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri təşkilat tərəfindən həyata keçirilən proqramların əhəmiyyətini vurğulamışdır.
Ali Məclisin Sədri əməkdaşlığın bundan sonra da davam edəcəyinə və nəticəli olacağına əminliyini bildirmiş, qonağa fəaliyyətində uğurlar arzulamışdır.
Qulam İsakzai göstərilən səmimi münasibətə və təbriklərə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, Naxçıvana səfərinin mövcud əməkdaşlığın davam etdirilməsi baxımından səmərəli olduğunu qeyd etmişdir. Naxçıvanda “BMT modeli” konfransının keçirilməsinin əhəmiyyətini vurğulayan qonaq təmsil etdiyi təşkilatla muxtar respublika arasında əlaqələrin inkişafında səyini artıracağını bildirmişdir.
Söhbət zamanı əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı ilk növbədə öz adından və bütün Azərbaycan xalqı adından görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin xatirəsinə şəxsən Ramazan Abdulatipov və qardaş Dağıstan xalqı tərəfindən göstərilən hörmətə görə minnətdarlığını bildirib. Dünən Mahaçqala şəhərində Əziz Əliyevin abidəsinin təntənəli açılışını və bununla bağlı Dağıstan Respublikasının başçısının şəxsən qərar qəbul etməsini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu təntənəli mərasimdə ölkəmizin böyük nümayəndə heyətinin iştirak etdiyini vurğulayıb.
Dövlətimizin başçısı vurğulayıb ki, bu gün həm də Azərbaycanda Dağıstan mədəniyyət günləri başlanır və bu, bizim ölkəmiz üçün önəmli bir hadisədir.
Ramazan Abdulatipov Prezident İlham Əliyevlə əvvəlki görüşləri məmnunluqla xatırladaraq, dövlətimizin başçısının rus dili və mədəniyyəti haqqında söylədiyi dəyərli fikirlərin çox önəmli olduğunu bildirib.
Görüş zamanı əməkdaşlığın müxtəlif sahələrdə perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Niderland Krallığının iqtisadi işlər naziri Henk Kampın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Niderland Krallığının iqtisadi işlər naziri Henk Kamp ölkəmizdə və paytaxtımızda aparılan quruculuq işlərinin, tarixi memarlıq nümunələri ilə vəhdət təşkil edən müasir binaların onda böyük təəssürat yaratdığını məmnunluqla qeyd edib. Henk Kamp ölkələrimiz arasındakı əlaqələrin səviyyəsinin razılıq doğurduğunu bildirib. O, Azərbaycanda Niderland şirkətləri üçün yaradılan şəraiti yüksək qiymətləndirib.
Dövlətimizin başçısı Azərbaycan ilə Niderland arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, ölkəmizdə xarici şirkətlərin, o cümlədən Niderland şirkətlərinin səmərəli fəaliyyət göstərməsi üçün bütün şəraitin yaradıldığını bildirib. Paytaxtımızda nadir memarlıq abidələrinin qorunduğunu vurğulayan Prezident İlham Əliyev Füzuli küçəsindəki tarixi binanın yerinin Niderland şirkəti tərəfindən dəyişdirildiyini qeyd edib.
Görüşdə kənd təsərrüfatı, ekologiya, alternativ enerji sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü günüdür. Artıq 13-cü ildir ki, qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.
Hər il xalqımızın xilaskar oğlunun doğum günündə olduğu kimi, bu il mayın 10-da da səhər tezdən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana üz tutur, ulu öndər Heydər Əliyevin məzarı önünə əklillər, təzə-tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dua oxuyurdular.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları xalqımızın xilaskar oğlunun doğum günündə onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.
Burada fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, onun xatirəsini ehtiramla andı.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

* * *

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun 29-30-cu kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.

AZƏRTAC

Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişdir.
Nazirlik, komitə, baş idarələrin və müəssisələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri də abidə önünə tər güllər düzmüşlər.
Ümummilli lider Heydər Əliyevin mənalı ömrü xalqa xidmət, Vətənə məhəbbət nümunəsidir. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsaslarını və milli inkişaf konsepsiyasını yaratmışdır. Bu konsepsiya əsasında xalqımız öz həqiqi dövlət müstəqilliyinə qovuşmuşdur.
1969-1982-ci illərdə ulu öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanı aqrar respublikadan sənaye respublikasına çevirmiş, ölkədə genişmiqyaslı quruculuq işləri aparılmış, iri sənaye müəssisələri fəaliyyətə başlamış, tarixi-mədəni irsimizə, milli dəyərlərimizə qayğı göstərilmiş, milli kadrların hazırlanması prosesinin əsası qoyulmuşdur. Ümummilli liderimizin hələ SSRİ-nin mövcud olduğu dövrdə cəsarətlə və uzaqgörənliklə həyata keçirdiyi bu tədbirlər Azərbaycanın gələcək müstəqilliyinin və xalqımızın firavan həyatının möhkəm təməlini yaratmışdır.

Ardını oxu...

Mayın 10-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının açılışı olmuşdur.

Ardını oxu...

Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə kompleksinə gələrək Böyük Vətən müharibəsi veteranları ilə görüşmüş, onları alman faşizmi üzərində qələbənin 71-ci ildönümü münasibətilə təbrik etmişdir. 

 Sonra Ali Məclisin Sədri kompleksdəki abidənin önünə tər gül dəstəsi qoymuş, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsini ehtiramla yad etmişdir. 

Mərasim iştirakçıları və ictimaiyyətin nümayəndələri də abidə önünə gül dəstələri düzmüşlər. 

1941-1945-cil illər müharibəsində Azərbaycan xalqı böyük qəhrəmanlıq və igidlik nümunəsi göstərmişdir. Soydaşlarımız müharibə illərində arxa cəbhədə də böyük şücaət və əzmkarlıq göstərmiş, ordunun ehtiyacını ödəmək üçün bütün qüvvələri səfərbərliyə almışlar. Qələbənin qazanılmasında Azərbaycan nefti də əhəmiyyətli rol oynamışdır. 

Ardını oxu...

Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderlə görüşmüşdür. 

Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İsveçrə Konfederasiyasının ölkəmizdəki səfirliyi, eləcə də İsveçrə Əməkdaşlıq Ofisi və Beynəlxalq Miqrasiya Təşkilatı arasındakı əlaqələrin bir çox sahələri əhatə etdiyini diqqətə çatdırmışdır. Kəhrizlərin bərpası layihəsini faydalı əməkdaşlığın göstəricisi kimi dəyərləndirən Ali Məclisin Sədri bunun nəticəsi olaraq 2011-ci ildə İsveçrə Konfederasiyasının o zamankı Prezidenti xanım Mişelin Kalmi-Reyin Naxçıvana səfər etdiyini və bir sıra görüşlər keçirildiyini xatırlatmışdır. 

Ali Məclisin Sədri əməkdaşlıq zamanı qazanılan təcrübənin hazırda muxtar respublikada tətbiq olunduğunu bildirmiş, səfirin ölkəmizdəki fəaliyyətinin ikitərəfli münasibətlərin genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir. 

Muxtar respublikaya ilk dəfə səfər etdiyini və Naxçıvanda olmaqdan məmnunluğunu bildirən səfir Filip Ştalder göstərilən xoş münasibətə görə minnətdarlıq etmişdir. Qarşılıqlı əlaqələrdən danışan səfir diplomatik fəaliyyəti dövründə münasibətlərin daha da genişləndirilməsinə çalışacağını  qeyd etmişdir. 

İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə Regional direktor müavini xanım Simon Hayberli  görüşdə iştirak etmişdir. 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR