10 Yanvar 2025, Cümə

Muxtar respublikada statistika işinin daha da təkmilləşdirilməsi, sosial-iqtisadi inkişafı və cəmiyyətin bütün sahələrində baş verən dəyişiklikləri əks etdirən statistik göstəricilərin hazırlanmasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində statistika uçotunun aparılması təmin edilsin.
2. Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi:
2.1. statistika uçotu sənədlərinin nümunələrini hazırlayaraq təsdiq etsin;
2.2. işçilərin peşə hazırlığını və təkmilləşdirilməsini nəzarətdə saxlasın;
2.3. Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə Komitənin aparatı ilə rayon (şəhər) idarələri arasında elektron sənəd dövriyyəsinin həyata keçirilməsi üçün tədbirlər görsün;
2.4. yerli icra hakimiyyətləri ilə birlikdə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə statistika orqanı əməkdaşlarının fəaliyyəti üçün müvafiq şəraitin yaradılmasını təmin etsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
3.1. Maliyyə Nazirliyi ilə birlikdə Dövlət Statistika Komitəsinin aparatının və yerli qurumlarının ştat strukturuna yenidən baxılması və maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı tədbirlər görsün;
3.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam 2016-cı il iyulun 1-dən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 1 iyun 2016-cı il

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR