09 Yanvar 2025, Cümə axşamı

Muxtar respublikada ətraf mühitin qorunması sahəsində ardıcıl tədbirlər görülür, yaşıllıqların sahəsi ilbəil artırılır. Keçirilən iməciliklər zamanı uzun müddət istifadə olunmayan torpaq sahələrində yeni meyvə bağları salınır. Hər il iməciliklər yolu ilə salınmış bağlardan min tonlarla meyvə tədarük edilir. Torpaq, yurd sevgisinin, ətraf mühitə və təbii sərvətlərə qayğının daha bir ifadəsi olan iməciliklər isti yay günlərində də davam etdirilir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 4-də Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoyub.
Dövlətimizin başçısına keçmiş “Sovetski” ərazisində indiyədək Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin həyata keçirəcəyi yenidənqurma və abadlıq tədbirləri barədə məlumat verilib.
Bildirilib ki, bu ərazidə aparılacaq işlərin birinci mərhələsində 26 hektarda yolların salınması və abadlıq işlərinin görülməsi nəzərdə tutulur. Buraya 23 hektar sahədə yaşıllaşdırma və abadlıq, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.
Prezident İlham Əliyev keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoyub.
Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.
Xatırladaq ki, “Sovetski”nin köçürülməsi hələ Sovetlər İttifaqı dövründə belə paytaxt üçün vacib sayılan layihə idi. Bu irimiqyaslı və tarixi layihə yalnız müstəqil ölkəmizin iqtisadi inkişafı dövründə dövlətimizin başçısının təşəbbüsü ilə həllini tapıb.

AZƏRTAC

Avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində sağlamlıq imkanları məhdud olan 4 nəfər Azərbaycan Vətən Müharibəsi iştirakçısına yeni mənzillər və Azərbaycan Vətən Müharibəsinin iştirakçısı olan iki nəfərə isə “NAZ-Lifan 320” markalı minik avtomobilləri təqdim edilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelaurini qəbul edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelauri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik orqanları arasında genişləndirilməsinin önəmi qeyd olunub. Azərbaycan ilə Gürcüstanın xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyətinin ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi işinə də öz töhfəsini verdiyi vurğulanıb. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelaurinin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında informasiya mübadiləsinin aparılması və əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Dövlətimizin başçısı Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 2-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin gündəliyinin çox geniş olduğunu, demək olar ki, bütün sahələri əhatə etdiyini və çox yaxşı nəticələr əldə olunduğunu deyib. Ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rolunu xüsusi qeyd edən Prezident İlham Əliyev onun fəaliyyətini yüksək qiymətləndirib.
Mahmud Vaezi ölkələrimiz arasında ikitərəfli əlaqələrin və dost münasibətlərin genişləndirilməsində Prezident İlham Əliyevin rolunu xüsusi qeyd edib.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, Xəzər dənizində əməkdaşlıq məsələləri müzakirə edilib, energetika, neft-qaz, nəqliyyat, sərmayə qoyuluşu, maliyyə, bank, kənd təsərrüfatı, turizm və səhiyyə sahələrində əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Bu gün Naxçıvan dağlarının əzəmət və qüdrətini həm də onun zirvəsində Vətənin keşiyini çəkən Azərbaycan əsgərləri artırır. Sinəsini düşmənə sipər edən vətən oğulları torpaqlarımızı etibarlı müdafiə edirlər. Artıq muxtar respublikanın çətin dağlıq şəraitdə yerləşən bütün hərbi hissələri yüksək maddi-texniki bazaya və döyüş qabiliyyətinə malikdir. Xalq-ordu birliyi, peşəkar və vətənpərvər şəxsi heyət bu ərazilərdə xidmətin nümunəvi təşkilinə imkan verir.

Ardını oxu...

Muxtar respublikada heyvandarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Bu sahə ilə məşğul olan insanlar üçün lazımi şərait yaradılır. Uca dağların əhatəsində yerləşən Ordubad yaylaqlarında da hər il heyvandarlar məskən salır, obalar qurulur. Oba sakinləri rahat və təhlükəsiz şəraitdə təsərrüfatla məşğul olurlar.
Avqustun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad yaylaqlarına gəlmiş, oba sakinləri ilə görüşmüşdür.
Oba sakinlərini salamlayan Ali Məclisin Sədri demişdir: Yaylaqlardan istifadə etmək üçün hərtərəfli şərait yaradılıb. Ona görə də heyvandarlar öz təsərrüfatlarını artırır, bol kənd təsərrüfatı məhsulları istehsal olunur, bazarın tələbatı ödənilir. Bu tədbirlər ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərin tərkib hissəsidir. Dövlətimiz kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirir. Oba sakinləri ilə əlaqə saxlanılır, qarşılaşdıqları bütün çətinliklər həll olunur, istehsal etdikləri məhsulların satışı üçün hərtərəfli şərait yaradılır. Heyvanlar arasında xəstəliklərin baş verməməsi üçün mütəmadi baytarlıq xidməti göstərilir. Bu tədbirlər gələcəkdə də davam etdiriləcəkdir. Ona görə də heyvandarlıqla məşğul olan şəxslər yaradılan şəraitdən­ səmərəli istifadə etməli, təsərrüfatlar genişləndirilməlidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Hafiz Səyavuş oğlu Yaqubova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 1 avqust 2016-cı il

İyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Beynəlxalq Miqrasiya Təşkilatının Şərqi, Cənub Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Argentina Şabadoş ilə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri Naxçıvanda İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbirin keçirilməsinin əhəmiyyətindən danışmış və təşkilatçılara təşəkkür etmişdir. Muxtar respublikada bu sahədə problemlərin olmadığını və cinayət faktının qeydə alınmadığını bildirən Ali Məclisin Sədri qadınların cəmiyyətdəki rolunun artırılması və məşğulluğunun təmin olunması ilə bağlı görülən işlərdən bəhs etmişdir.
Naxçıvana səfərin onda xoş təəssürat yaratdığını bildirən Argentina Şabadoş muxtar respublikada insan alverinə qarşı mübarizə sahəsində görülən işlərin məmnunluq doğurduğunu bildirmişdir. Qonaq təmsil etdiyi təşkilatla Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafının vacibliyini diqqətə çatdırmışdır.
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə ölkə direktoru Mikayela Meredit və Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Draqana Filipoviç görüşdə iştirak etmişlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin strukturu” təsdiq edilsin (əlavə olunur).
3. “Naxçıvan Muxtar Respublikasının Arxiv İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il 27 oktyabr tarixli 107-II FR nömrəli Fərmanı ləğv edilsin.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 28 iyul 2016-cı il

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 28 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir

I. Ümumi müddəalar

1. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi (bundan sonra – İdarə) arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
2. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
3. İdarə ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi və yerli dövlət arxivləri vasitəsilə həyata keçirir.
4. İdarənin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 28 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin aparatı.
2. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi.
3. Rayon (şəhər) dövlət arxivləri.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əli Rüstəm oğlu Quliyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 27 iyul 2016-cı il

 

İyulun 22-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilmişdir.
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
1. 2016-cı ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
3. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2016-cı ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə etmişdir. (Ali Məclis Sədrinin məruzəsi qəzetin bugünkü nömrəsində dərc olunur)

Ardını oxu...

Hörmətli deputatlar və sessiya iştirakçıları!
1990-cı ilin 22 iyulu ölkəmizin tarixində ümummilli liderimizin Moskvadan Bakıya, oradan da Naxçıvana qayıdışı günüdür.
Xalqımızın böyük oğlu Moskvadan Naxçıvana qayıdışı ilə bağlı deyirdi ki, “Doğma Vətən torpağına... bu ağır və çətin dövrdə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm”.
Ulu öndərimizin rəhbərliyi ilə Naxçıvandan başlanan mübarizə Azərbaycana ikinci həyat verdi, ona müstəqillik bəxş etdi. Artıq Azərbaycan Respublikası 25 ildir ki, müstəqillik şəraitində yaşayır və inkişaf edir. Zaman baxımından o qədər də böyük olmayan bu dövrdə ölkəmiz, eləcə də Naxçıvan Muxtar Respublikası sürətli inkişaf yolu keçmişdir. Bu inkişafa ümummilli lider Heydər Əliyev siyasətinə və yoluna sadiqlik nəticəsində nail olunmuşdur.
Hər bir uğurun arxasında insan əməyi və nizam-intizam dayanır. Muxtar respublikamızda 2016-cı ilin “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan olunması isə məsuliyyət hissini daha da artırmış, qəbul edilmiş dövlət proqramları vaxtında icra olunmuş, nəzərdə tutulmuş tədbirlərin, infrastruktur layihələrinin reallaşdırılması təmin edilmiş, sosial-iqtisadi həyatın bütün istiqamətləri üzrə müsbət dinamika qorunub saxlanılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır:
Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası gəlirlər üzrə 73 766 684 manat, xərclər üzrə 366 602 965 manat məbləğində olmaqla təsdiq edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 22 iyul 2016-cı il

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
“Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 12.2.1-ci, 12.2.7-ci, 18-1.2.1-ci və 18-1.2.2-ci maddələrinə müvafiq olaraq “psixiatriya müəssisələri” sözlərindən sonra “, qanunsuz miqrantların saxlanılması mərkəzi” sözləri əlavə edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 22 iyul 2016-cı il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də İtaliya Respublikasının təhsil, universitetlər və tədqiqat naziri xanım Stefania Giannininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı İtaliyanın təhsil, universitetlər və tədqiqat naziri xanım Stefania Giannininin ölkəmizə səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələrdə çox yaxşı münasibətlərin olduğunu vurğulayan Prezident İlham Əliyev təhsil sahəsində də güclü tərəfdaşlıq əlaqələrinin yaradılacağına əminliyini ifadə edib. Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında qəbul olunmuş Birgə Bəyannamənin rolunu qeyd edib. Azərbaycanlı tələbələrin İtaliyada təhsil almalarının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bunu ölkələrimiz arasında dostluğun yaxşı nümunəsi kimi dəyərləndirib.
İtaliya Respublikasının təhsil, universitetlər və tədqiqat naziri xanım Stefania Giannini ölkəsinin Azərbaycanın təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu deyib. Azərbaycanlı tələbələrin İtaliyada təhsilinə toxunan qonaq tələbələrin sayının getdikcə artmasının əhəmiyyətini qeyd edib.

AZƏRTAC

Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 18-də rəsmi yolasalma mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.
Gənclər və idman naziri Azad Rəhimov, yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının məşqçisi Akif Əliyev, paralimpiyaçı İlham Zəkiyev, yunan-Roma güləşçisi Rəsul Çunayev çıxış ediblər.
Sonra Rio Olimpiadasına gedən idmançılarımız Olimpiya andını içiblər.
Daha sonra idmançılar Azərbaycanın dövlət bayrağını öpüblər.
Prezident İlham Əliyev onlara xeyir-dua verərək uğurlar diləyib.
Mərasim başa çatdıqdan sonra Prezident İlham Əliyevə XXXI Yay Olimpiya Oyunlarında atletlərimizin geyinəcəyi idman forması təqdim olunub.
Bildirilib ki, bütün idmançılarımız “Zika” virusu əleyhinə dərman vasitələri və digər tibbi ləvazimatlarla təmin olunub.
Sonda Prezident İlham Əliyev idmançılarla xatirə şəkli çəkdirib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
I. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası 2016-cı il iyul ayının 22-də saat 1100-da Naxçıvan şəhərində çağırılsın.
II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:
1. 2016-cı ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
3. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)” haqqında Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi
III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 18 iyul 2016-cı il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu yaxınlarda Varşavada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü və ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi ilə bağlı danışmaq fürsəti əldə etdiklərini məmnunluqla vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini deyib. Prezident İlham Əliyev Türkiyənin Baş naziri Binəli Yıldırımın ilk xarici səfərinin Azərbaycana etməsinin önəmini də qeyd edib. Birgə layihələrin vaxtında icra olunmasına toxunan dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliyinin və dostluğunun getdikcə daha da möhkəmləndiyini və artıq bir çox sınaqlardan çıxdığını qeyd edərək bildirib ki, xalqlarımız və digər ölkələr bu birliyin və qardaşlığın möhkəm və sarsılmaz olduğunu görürlər.
Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Rusiya arasında əlaqələrin düzəlməsində verdiyi güclü dəstəyə görə ölkəsi və xalqı adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Türkiyənin xarici işlər naziri son vaxtlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımların yaxşı nəticələr verdiyini deyib və bu uğurların ölkəsində sevinclə qarşılandığını qeyd edib.

AZƏRTAC

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Petro Poroşenkonun iyulun 14-də rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun təkbətək görüşü olub.
Görüşdə Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana ilk rəsmi səfərinin önəmi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələrinin böyük tarixi var və xalqlarımız arasında daim dostluq münasibətləri hökm sürüb. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olunub.
Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun təkbətək görüşündən sonra iki ölkənin Prezidentləri Şurasının Beşinci İclası olub.
Həmin gün Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Petro Poroşenko mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sona Keykavus qızı Məmmədova Naxçıvan Tibb Kollecinin direktoru təyin edilsin.

Vasif  TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 12 iyul 2016-cı il

İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Bu ilin altı ayında ölkəmizin xarici siyasətinin fəal olduğunu deyən Prezident İlham Əliyev çıxışında iqtisadi inkişaf proseslərindən də danışıb, cari ilin altı ayında ümumi daxili məhsulun azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artımın müşahidə olunduğunu deyib. Bildirib ki, ötən 6 ayda ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır. İlin birinci yarısında 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb.
Sonra müdafiə sənayesi naziri Yavər Camalov, kənd təsərrüfatı naziri Heydər Əsədov, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə 2016-cı ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.
Prezident İlham Əliyev yekun nitqində prioritet istiqamətlər üzrə qarşıda duran vəzifələrin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Varşavada Fransa Respublikasının Prezidenti Fransua Olland ilə görüşüb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Münaqişənin danışıqlar yolu ilə həllinin məqsədəuyğunluğu bildirilib. Fransa Prezidenti bu məsələnin həllinə fəal dəstək verəcəyini vurğulayıb.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

* * *

İyulun 9-da Varşavada NATO Sammiti çərçivəsində “Dövlət və hökumət başçıları səviyyəsində “Qətiyyətli dəstək” missiyası çərçivəsində aparılan əməliyyatlarda iştirak edən tərəfdaş dövlətlərlə Əfqanıstan üzrə görüş” keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində dünya birliyinin irəli sürdüyü təşəbbüslərə Azərbaycan da öz dəstəyini verir. Ölkəmiz Əfqanıstana sülhməramlı qüvvələrimizin orada təmsil olunması, müəyyən təlimlərin keçirilməsi ilə və digər müxtəlif proseslərdə dəstək göstərir.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Əli Əkbər oğlu Həsənova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 9 iyul 2016-cı il

İyulun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq “Naxçıvan” Universitetində “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Sammitində iştirak etmək üçün iyulun 7-də Polşanın paytaxtı Varşavaya işgüzar səfərə gedib.

* * *

İyulun 8-də Polşanın paytaxtı Varşavada NATO-nun Sammiti işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitin açılışında iştirak edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Varşavada keçirilən NATO Sammiti çərçivəsində ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

* * *

Polşada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pyer Andryö və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

* * *

İyulun 8-də Varşavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşü olub.

AZƏRTAC

İyulun 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası İqdır Vilayətinin valisi Əhməd Turqay Alpman, İqdır millət vəkili Nürəddin Aras və nümayəndə heyəti ilə görüşmüşdür.
Ali Məclisin Sədri qədim tarixə malik olan Azərbaycan-Türkiyə əlaqələrinin ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün müəyyən etdiyi yolla davam etdirildiyini bildirmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın vilayətləri arasındakı əlaqələrdən, xüsusilə iqtisadi-ticarət və nəqliyyat sahəsində həyata keçirilən tədbirlərdən danışan Ali Məclisin Sədri ölkələrimiz arasında imzalanan strateji tərəfdaşlıq haqqında müqavilədə münasibətlərin daha da genişləndirilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir.
Ali Məclisin Sədri mövcud imkanlardan bundan sonra da səmərəli istifadə olunacağına əminliyini bildirmiş, müqəddəs Ramazan bayramı münasibətilə nümayəndə heyətinə təbriklərini çatdırmışdır.
Əhməd Turqay Alpman ilk səfərini Naxçıvan Muxtar Respublikasına etməkdən məmnunluğunu bildirmiş, göstərilən səmimi münasibətə görə minnətdarlıq etmişdir. Naxçıvanın mövcud iqtisadi potensialının əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd edən vali qarşılıqlı əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini vurğulamışdır.
Sonda xatirə şəkli çəkdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikasının ərazisi xalqımıza məxsus maddi-mədəniyyət nümunələri və abidələrlə zəngindir. Belə abidələrdən biri də Qarabağlar Türbə Kompleksidir.
Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən və XII-XIV əsrlərə aid edilən kompleksdən dövrümüzədək qoşa minarəli baştağ və türbə gəlib çatmışdır. Azərbaycan xatirə memarlığının mütərəqqi ənənələrini yaşadan bu abidə memarlıq quruluşuna və oxşar cəhətlərinə görə Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsidir.
Türbə kompleksi göstərir ki, Qarabağlar orta əsrlərdə Azərbaycanın inkişaf etmiş mədəniyyət mərkəzlərindən və böyük şəhərlərindən biri olmuşdur.
Dünya əhəmiyyətli abidə olan Qarabağlar Türbə Kompleksinin bərpasını və abidənin tədqiqini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə Qarabağlar Türbə Kompleksində bərpa işlərinin elmi və tarixi əsaslarla aparılmasını təmin etsin.
2. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi “Qarabağlar Türbə Kompleksi” tədqiqat qrupu yaratsın.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 4 iyul 2016-cı il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 30 iyun tarixli Sərəncamı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilmişdir.
Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları da vardır.

İbrahimov Nəriman Məhəmməd oğlu – polis mayoru

Mirzəyev Səbuhi Lazım oğlu – polis kapitanı

“Vətən uğrunda” medalı ilə

Şıxəliyev Şıxəli Qəzənfər oğlu – polis polkovnik-
leytenantı

“İgidliyə görə” medalı ilə təltif edilmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən Culfa rayonu ərazisində yerləşən dünya əhəmiyyətli Gülüstan türbəsi elmi və tarixi əsaslarla bərpa olunmuşdur.

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən meliorativ tədbirlər sırasında sahilbərkitmə işləri xüsusi yer tutur. Çayətrafı torpaqların yuyulmasının qarşısının alınması və şoranlaşmış torpaqların münbitləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər son illər geniş vüsət almışdır.

Ardını oxu...

İyunun 29-da Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Ardını oxu...

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Sonra Prezident İlham Əliyev binada yaradılan şəraitlə tanış olub.
Binada ulu öndər Heydər Əliyevin büstü qoyulub, ümummilli liderin həyat və fəaliyyətinin əks olunduğu muzey yaradılıb.
Bildirilib ki, ümumi sahəsi 12600 kvadratmetr olan altımərtəbəli binada bütün otaqlar müasir avadanlıq və inventarla təchiz edilib.
Daha sonra Prezident İlham Əliyev Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə tanış olub.
Sonda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müxtəlif təyinatlı zirehli döyüş maşınlarına baxıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binada yaradılan şəraitlə tanış olub.

AZƏRTAC

Güclü iqtisadiyyata malik olan ölkəmizdə müasir və qüdrətli milli ordu formalaşmışdır. Bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu tədbirləri uğurla davam etdirilir. Muxtar respublikada ordu, birləşmə və hissələrin döyüş qabiliyyəti və maddi-texniki bazası gücləndirilməklə yanaşı, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. Hər il yeni xidməti yaşayış binaları tikilir, zabit-gizir ailələri mənzillərlə təmin olunurlar.

Ardını oxu...

Muxtar respublikada taxılçılığın inkişafı sahəsində kompleks tədbirlər görülür, əsas ərzaq məhsuluna olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqət mərkəzində saxlanılır. Hər il taxıl əkini sahələri genişləndirilir, aqrotexniki tədbirlər həyata keçirilir, məhsuldarlığın artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Cari ilin məhsulu üçün 26 min 795 hektar sahədə buğda, 4 min 784 hektar sahədə isə arpa əkilmişdir. Taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, onların keyfiyyətli toxum sortları və texnikalarla təminatı bol məhsul istehsalına, biçin kampaniyasının vaxtında və itkisiz başa çatdırılmasına imkan verir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 24 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbə verilmişdir. Ali hərbi rütbə verilənlər arasında Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçusu da vardır.

Polkovnik Əlibəyov Elxan Əlibəy oğluna

general-mayor ali hərbi rütbəsi verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 24 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu təltif edilmişdir. Təltif olunanlar arasında Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları da vardır.

Əhmədov Mənsum Sabir oğlu – polkovnik

Vəliyev Zaur İmdad oğlu – mayor

“Vətən uğrunda” medalı ilə

Aslanov Rəşad Əmirbəy oğlu – polkovnik-leytenant

“İgidliyə görə” medalı ilə

Cəbrayılov Aqil Ağacəfər oğlu – polkovnik-leytenant

İbrahimov Şəhadət Əlövsət oğlu – polkovnik-leytenant

Ömərov Səbuhi Babaxan oğlu – mayor

“Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişlər.

 

İyunun 24-də Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının 2016-cı il buraxılışı münasibəti ilə tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

Ardını oxu...

Mübarizlik, əyilməzlik simvoluna çevrilən Əlincəqala əcdadlarımızın qəhrəmanlıq tarixindən və yadelli işğalçılara qarşı apardığı mübarizədən soraq verir. Qəhrəmanlıq, yurd sevgisi kimi ali dəyərləri yaşadan Əlincəqala Vətənə, dövlətçiliyə sədaqət, ana yurda sahiblik hissi aşılayır. Şair, yazıçı və dramaturqlarımız bu qalanı vəsf edən onlarla əsər yazmış, qala müdafiəçilərinin qəhrəmanlıq yolundan bəhs edən tamaşalar hazırlanmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brinki qəbul edib.
ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brinkin Azərbaycana ötənilki səfərini xatırlayan Prezident İlham Əliyev həmin səfərin ölkələrimiz arasında əlaqələrin inkişafında müsbət dinamika baxımından önəmli məqam olduğunu qeyd edib. Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın gündəliyinin çox geniş sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev ölkələrimizin təhlükəsizlik, enerji və regional inkişaf kimi bir sıra məsələlərlə bağlı birgə əməkdaşlıq həyata keçirdiyini vurğulayıb. Hazırda Azərbaycan ilə ABŞ arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı Birləşmiş Ştatların Dövlət katibinin köməkçisinin müavini Bridcet Brinkin ölkəmizə səfərinin əlaqələrimizin uğurla inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib.
Regiona səfəri çərçivəsində yenidən Azərbaycanda olmasından məmnunluğunu ifadə edən Bridcet Brink bildirib ki, səfərdə məqsəd ölkələrimiz arasında mövcud olan bütün sahələr üzrə tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirməkdir.

AZƏRTAC

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Əlövsət Qəzənfər oğlu Baxşıyev “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyun 2016-cı il

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafında səmərəli fəaliyyətinə görə Niyazi Hüseynqulu oğlu Novruzov “Tərəqqi” medalı ilə təltif edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyun 2016-cı il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 22 iyun tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qulluqçusu da vardır.

Seyidov Şəkur Mir Möhsün oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

İyunun 22-də Naxçıvan şəhərindəki “Təbriz” restoranında iftar süfrəsi açılmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 22 iyun tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qulluqçuları da vardır.

Axundov Xəlil Məhərrəm oğlu
Babayev Sədrəddin Həsən oğlu
Babayev Tofiq Qaffar oğlu
Bağırov Hüseyn Əziz oğlu
Ələkbərov Sadıq Nəriman oğlu
Əliyev Fəxrəddin Yusif oğlu
Əsgərov Rəhim Əsgər oğlu
Həsənov Eldar Yusif oğlu
Qasımov İlqar Salman oğlu
Nağıyev Şəmsəddin Kamil oğlu
Novruzov Rafiq Novruz oğlu
Şirəliyev Firdovsi Əvəz oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Rəsulov Rəsul İslam oğlu

“Tərəqqi” medalı ilə təltif edilmişlər.

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin açılışında iştirak edib.

* * *

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşüb.

* * *

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu rayonunun Nardaran qəsəbəsindəki “Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi ilə tanış olub.
“Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi Azərbaycanın ən qədim dini məbədlərindən biridir. VIII əsrdə inşa olunan bu ziyarətgah əhali və dövlət tərəfindən bu günədək qorunub saxlanılıb.
Qeyd edək ki, 1994-cü ildə ulu öndər Heydər Əliyev bu müqəddəs məkanı ziyarət edib.
“Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.

AZƏRTAC

İyunun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşmüşdür.

Ali Məclisin Sədri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək demişdir ki, Azərbaycan-İsrail əlaqələri uğurla inkişaf etdirilir.

Ali Məclisin Sədri səfirin Azərbaycan ilə İsrail arasında əlaqələrin davam etdirilməsinə göstərdiyi təşəbbüsü qeyd etmiş, qonağa diplomatik fəaliyyətində uğurlar arzulamışdır.

Dan Stav göstərilən səmimi münasibətə görə minnətdarlıq etmiş, Naxçıvana səfərin və muxtar respublikanın inkişafının onda böyük təəssürat yaratdığını bildirmişdir. Qarşılıqlı əməkdaşlıqdan danışan səfir Naxçıvanla turizm sahəsində əlaqələrin inkişafının əhəmiyyətini vurğulamış, diplomatik fəaliyyəti dövründə münasibətlərin daha da genişləndirilməsinə çalışacağını qeyd etmişdir.

Görüşdə əlaqələrin gələcək inkişafı üçün bundan sonra da səylərin göstəriləcəyi vurğulanmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Muxtar respublikada ziyarətgahların, dini-mədəni abidələrin bərpası diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin paytaxtı elan edilməsi digər amillərlə yanaşı, həm də bu sahədə görülən işlərin nəticəsidir. Bu il də muxtar respublikada tarixi-mədəni irsimizin qorunub saxlanılması istiqamətində tədbirlər davam etdirilmiş, “Əshabi-Kəhf” ziyarətgahında təmir-bərpa işləri aparılmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Rusiya Federasiyasına işgüzar səfərə gəlib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Sankt-Peterburq şəhərində Prezident Vladimir Putin ilə görüşüb.

* * *

İyunun 20-də Sankt-Peterburq şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan Prezidenti Serj Sarkisyanın birgə görüşü olub.

* * *

Azərbaycanın paytaxtı Bakı növbəti dəfə dünya əhəmiyyətli mötəbər idman yarışına ev sahibliyi edib. Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri – Formula-1 Avropa Qran-prisi keçirilib.
İyunun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Formula-1 Avropa Qran-prisinin açılış mərasiminə və final yarışına baxıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən Avropa Qran-prisinin qalibi “Mersedes” komandasının üzvü Niko Rosberq olub.
Niko Rosberqə kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR