İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Sonra Prezident İlham Əliyev binada yaradılan şəraitlə tanış olub.
Binada ulu öndər Heydər Əliyevin büstü qoyulub, ümummilli liderin həyat və fəaliyyətinin əks olunduğu muzey yaradılıb.
Bildirilib ki, ümumi sahəsi 12600 kvadratmetr olan altımərtəbəli binada bütün otaqlar müasir avadanlıq və inventarla təchiz edilib.
Daha sonra Prezident İlham Əliyev Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə tanış olub.
Sonda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müxtəlif təyinatlı zirehli döyüş maşınlarına baxıb.
* * *
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binada yaradılan şəraitlə tanış olub.
AZƏRTAC