09 Yanvar 2025, Cümə axşamı

Oktyabrın 4-də “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində muxtar respublikada toxumçuluq təsərrüfatlarının fəaliyyətinin təşkili və qarşıda duran vəzifələr barədə səyyari müşavirə keçirilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Prezidentlər səviyyəsində mütəmadi görüşlərin keçirilməsinin önəmini qeyd edən Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin bu ilin avqust ayında Azərbaycana və özünün İrana son rəsmi səfərini məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə daha da yüksək səviyyəyə qaldırılmasının əhəmiyyətini vurğulayan dövlətimizin başçısı xüsusilə Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın inkişafının vacibliyini qeyd edib. Prezident İlham Əliyev İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin ölkəmizə səfərinin bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Əbdülrza Rəhmani Fəzli son illər ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və çox yaxşı nəticələr əldə olunduğunu vurğulayıb.
Görüşdə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avstraliya İttifaqının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Martin Larsenlə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri onun Naxçıvana səfərinin əhəmiyyətini qeyd etmiş və ölkələrimiz arasındakı münasibətlərdən danışmışdır. Muxtar respublikanın inkişafı sahəsində görülən işləri diqqətə çatdıran Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Avstraliya İttifaqı arasında qarşılıqlı əlaqələrin yaradılması üçün potensialın olduğunu bildirmişdir.
Göstərilən diqqətə görə minnətdarlıq edən Ceyms Martin Larsen Naxçıvanda olmaqdan məmnunluğunu bildirmişdir. Qonaq Avstraliya İttifaqının Azərbaycanın siyasətini dəstəklədiyini və ikitərəfli münasibətlərin inkişaf etdiyini bildirmiş, Naxçıvana səfərin əlaqələrin inkişafına töhfə verəcəyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel son dövr Fransa ilə Azərbaycan arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulayıb. O, bu yaxınlarda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Parisdə təşkil olunan “Azərbaycan şəhərciyi”nin təqdimatının bütün iştirakçılarda çox böyük təəssürat yaratdığını, ölkəmizə olan marağın daha da artdığını bildirib. Təmsil etdiyi qurumun 25 üzvü ilə bərabər ölkəmizə səfər etdiyini deyən fransalı qonaq nümayəndələrin hazırda Şəki şəhərində olduqlarını, sonra isə Gəncəyə gedəcəklərini vurğulayıb.
Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin böyük nümayəndə heyəti ilə Azərbaycana səfərindən məmnunluğunu bildirən Prezident İlham Əliyev səfərin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağını deyib. Parisin mərkəzində “Azərbaycan şəhərciyi”nin açılışının və fəaliyyətinin önəmini vurğulayan dövlətimizin başçısı artıq bir neçə dəfədir ki, bu cür təqdimatların keçirildiyini, Fransa və Paris sakinlərində məmnunluq doğurduğunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın geniş təqdimat tədbirlərində fəal iştirakına görə Jan Fransua Manselə təşəkkürünü bildirib. Dövlətimizin başçısı bu cür tədbirlərin və eləcə də Fransanın tanınmış xadimlərinin Azərbaycana səfərlərinin ölkəmizin Fransada daha geniş şəkildə tanınması və ikitərəfli əlaqələrimizin genişləndirilməsi işinə mühüm töhfə verəcəyini vurğulayıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Müasir irriqasiya sistemlərinin qurulması kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyətə malikdir. Muxtar respublikada bu sahədə ardıcıl tədbirlər görülür, rentabelli suvarma şəbəkələri qurulur, hər il yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır, sudan səmərəli və qənaətlə istifadə olunur.
Sentyabrın 30-da Babək rayonunun Kültəpə və Kərimbəyli kəndlərini əhatə edən yeni suvarma şəbəkəsi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Ardını oxu...

Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının ölkəmizdəki səfiri İsmail Alper Coşkunla görüşmüşdür.
Ali Məclisin Sədri səfirin ölkəmizdəki diplomatik fəaliyyətini uğurla başa çatdırdığını, ötən dövrdə hər iki ölkə arasında əlaqələrin daha da inkişaf etdiyini bildirmişdir. Azərbaycan-Türkiyə əlaqələrinin soykök və ortaq dəyərlər üzərində qurulduğunu bildirən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasındakı münasibətlərin əhəmiyyətini vurğulamışdır.
Ali Məclisin Sədri qarşılıqlı əlaqələrin inkişafındakı xidmətlərinə görə səfirə təşəkkür etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Naxçıvanda olmaqdan məmnunluğunu bildirən İsmail Alper Coşkun Türkiyə-Azərbaycan əlaqələrindən danışmış, göstərilən xoş münasibətə və fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva forumun rəsmi açılış mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı forumun açılışında nitq söyləyib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Rusiya Federasiyası Hökumətinin sədr müavini Olqa Qolodetsin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunovu qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanı qəbul edib.
Azərbaycan-Bolqarıstan ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın dostluq münasibətlərinə əsaslandığını bildirib. Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd edən Prezident İlham Əliyev qonağın V Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirakının önəmini vurğulayıb. İki ölkə arasında humanitar sahədə əməkdaşlığın da uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bu yaxınlarda Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə mühüm bir tədbirin keçirildiyini qeyd edərək Bolqarıstan hökuməti, Baş naziri və digər rəsmi şəxslər tərəfindən göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev bu tədbirin ölkələrimiz arasında mövcud olan sıx əlaqələrin göstəricisi olduğunu və yaxın tərəfdaşlığı davam etdirmək niyyətini nümayiş etdirdiyini vurğulayıb.
Bolqarıstanın vitse-prezidenti Marqarita Popova Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan hökumətinin təşkilatçılığı ilə keçirilən V Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını ifadə edərək səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib. Qonaq indiki dövrdə beynəlxalq aləmdə mövcud olan gərginlik fonunda Azərbaycanda belə bir tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edib. Ölkəmizin artıq bir neçə ildir ki, təşkil etdiyi Ümumdünya Mədəniyyətlərarası Forum, Humanitar Forum kimi beynəlxalq tədbirlərin böyük önəm daşıdığını deyən Bolqarıstanın vitse-prezidenti bu tədbirlərin getdikcə daha çox siyasi əhəmiyyət qazandığını vurğulayıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Tacikistan Respublikası Ali Məclisinin nümayəndələr palatasının sədri Şukurcon Zuxurovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası ölkə­mizə tərəqqi, xalqımıza firavanlıq və yüksək rifah bəxş etmişdir. Bu gün ulu öndərin yolunun davam etdirilməsinin nəticəsidir ki, muxtar respublikamızda geniş quruculuq işləri aparılır, yaşayış məntəqələrinin siması dəyişir, müasir kənd infrastrukturu yaradılır.
Yeni sosial obyektlərin inşası və əhalinin rahat yaşayışının təmin olunması Naxçıvan Muxtar Respublikası kəndlərinin inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
Sentyabrın 28-də Babək rayonunun Məzrə kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Kənd yolu yenidən qurulmuşdur

Sentyabrın 28-də Məzrə kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsmiş və sakinləri təbrik etmişdir.

Məlumat verilmişdir ki, 2,9 kilometr uzunluğundakı kənddaxili avtomobil yolları yenidən qurulmuş, yol yatağı genişləndirilərək asfalt örtük salınmışdır. Tikinti işləri aparılarkən 1300 metr yola çınqıl qatı verilmiş, yolun üzərində 75 su keçidi qoyulmuş, yağış sularının axıdılması üçün 1250 metr beton kanal çəkilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Türkiyə Respublikasının müdafiə naziri Fikri İşıqın, mədəniyyət və turizm naziri Nabi Avcının başçılıq etdikləri nümayəndə heyətlərini qəbul edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında müdafiə, hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, “ADEX-2016” İkinci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin əhəmiyyətindən danışılıb.

Söhbət zamanı ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. Son vaxtlar turizm sahəsində görülən tədbirlər nəticəsində ölkəmizdə turistlərin sayının artdığı qeyd edilib, Türkiyənin bu sahədə zəngin təcrübəyə malik olmasının əhəmiyyəti diqqətə çatdırılıb. Dünya Turizm Günündə Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcının ölkəmizə səfərinin önəmi vurğulanıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.

AZƏRTAC

Sentyabrın 26-sı müasir müstəqil Azərbaycan Respublikasının tarixində növbəti ümumxalq səsverməsi (referendum) günü kimi qalacaq.
Müstəqil Azərbaycan Respublikasının ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyasının qəbul edilməsindən 21 il keçir. Bu müddət ərzində ölkəmiz böyük inkişaf yolu keçib, geniş hüquqi islahatlar aparılıb və bütün bunlar demokratik vətəndaş cəmiyyəti quruculuğu üçün möhkəm təməl yaradıb. Lakin ölkədə, cəmiyyətdə gedən proseslər zaman-zaman yeni tələblər irəli sürür. Konstitusiya isə elə bir sənəddir ki, o, cəmiyyətlə birlikdə inkişaf etməlidir. Bu baxımdan 2002-ci və 2009-cu illərdə Azərbaycan Konstitusiyasına edilmiş dəyişikliklərdən sonrakı dövrdə əldə olunmuş uğurlar bu islahatların təsirli və səmərəli olduğunu sübut edib. Hazırda Azərbaycan öz inkişafının elə bir mərhələsinə daxil olub ki, ölkənin Əsas Qanununa müəyyən əlavələr və dəyişikliklər edilməsi zərurətə çevrilib.
Sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılan Referendum Aktında Konstitusiyanın 23 maddəsinə dəyişikliklər edilməsi və onun altı yeni maddə ilə tamamlanması nəzərdə tutulur. Bütövlükdə dəyişikliklər cəmiyyətin inkişafının müasir mərhələsində onun həyat fəaliyyətinin əsas sahələrini əhatə edir.
Sentyabrın 26-da səsvermə prosesinin başladığı ilk dəqiqələrdən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gedib.
Prezident İlham Əliyev seçki məntəqəsinə daxil olub səsvermə bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.
Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izləyiblər.
Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də səs veriblər.

AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” 2016-cı il 26 iyul tarixli Sərəncamına uyğun olaraq sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi (referendum) keçirilmişdir.
Naxçıvanda seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülmüş, muxtar respublika üzrə 292 açıq və 24 qapalı seçki məntəqəsi yaradılmış, 271 min 939 aktiv seçki hüququna malik seçici qeydə alınmışdır. Seçkilərdə ilk dəfə iştirak edən seçicilərin sayı 4003 nəfərdir. Seçki məntəqələrində seçicilərin öz iradələrini sərbəst və müstəqil şəkildə ifadə etmələri üçün lazımi şərait yaradılmış, veb-kameralar quraşdırılmış, müşahidəçilər üçün yerlər ayrılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verdi.
Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlandı. Məlumat verildi ki, 4-15 saylı seçki məntəqəsində 1495 seçici qeydə alınmışdır. Sakinlər rahat və sərbəst şəkildə öz iradələrinə uyğun olaraq səs verirlər. Saat 1100 olan məlumata əsasən seçicilərin 29 faizi seçkidə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Sonra təltifetmə mərasimi olub.

Prezident İlham Əliyevin Azərbaycan milli paralimpiya komandasının üzvlərinin təltif olunması ilə bağlı sərəncamları elan edilib.

Dövlətimizin başçısı Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XV Yay Paralimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, “Tərəqqi” medallarını, “Vətənə xidmətə görə” və “Şöhrət” ordenlərini təqdim edib, onlara bir daha uğurlar arzulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

AZƏRTAC

Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevirə səfərə gedərkən yolüstü Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsinin açılışında iştirak edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Mingəçevir şəhərinə səfərə gedib.
Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində, Mingəçevir Şəhər Tarix Muzeyinin açılışında iştirak edib, Mingəçevir şəhərində aparılan abadlıq və tikinti işləri ilə tanış olub.

* * *

Sentyabrın 21-də Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin “AZAD Sistemlər” müəssisəsində hazırlanan müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik “Zərbə” pilotsuz uçuş aparatlarının təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Vladimir Puçkovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi-texniki və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıqdan məmnunluq ifadə olunub.

AZƏRTAC

Sentyabrın 19-da Bakıda Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimi olub.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə yeni bitum istehsalı qurğusunun inşası və Heydər Əliyev adına neft emalı zavodunda aparılacaq yenidənqurma layihəsi çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Heydər Əliyev adına neft emalı zavodunda inşa ediləcək yeni bitum istehsalı qurğusunun illik istehsal gücü 400 min ton olacaq. Bu qurğuda “EN 40/60” markalı yol bitumu istehsal ediləcək və qurğunun 2018-ci ilin ortalarında istismara veriləcəyi gözlənilir.
Prezident İlham Əliyev Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlini qoyub.
Dövlətimizin başçısına məlumat verilib ki, son vaxtlarda 80-dən çox müasir texnika alınaraq ölkəyə gətirilib. Müxtəlif texnoloji nəqliyyat vasitələrindən, traktor-maşın mexanizmlərindən və stasionar güc aqreqatlarından ibarət olan bu avadanlıqlar neft və qazın hasilatının sabit saxlanmasına, quyuların yeraltı əsaslı və cari təmirinə geniş imkanlar yaradır, onlar uğurla sınaqdan çıxarılıb.
Zavodun kollektivi ilə görüşən Prezident İlham Əliyev çıxış edib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Tofiq Etibar oğlu Həsənov Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini-Penitensiar Xidmətin rəisi təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 15 sentyabr 2016-cı il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün sentyabrın 16-da Qırğız Respublikasına səfərə gedib.

* * *

Sentyabrın 16-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib.
MDB-nin yaradılmasının 25 illiyinə təsadüf edən iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.
Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.
Sonra iclas işini geniş tərkibdə davam etdirib.
Dövlət başçıları qərara gəliblər ki, Dövlət Başçıları Şurasının növbəti iclası 2017-ci ildə Rusiya Federasiyasında keçirilsin.
Sonra sənədlərin imzalanması mərasimi olub.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də – Bilik Günündə Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, 311 nömrəli məktəb 2007-ci ildən fəaliyyət göstərir. Sonradan ərazidə əhalinin çoxalması ilə əlaqədar məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi artıq zərurətə çevrilib. Ümumi sahəsi 6700 kvadratmetrdən çox olan məktəbdə 47 sinif otağı var.
Dövlətimizin başçısı ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdləri ilə görüşüb, onları Bilik Günü münasibətilə təbrik edib.
Dövlətimizin başçısı şagirdlərlə şəkil çəkdirib.
Daha sonra Prezident İlham Əliyev sinif otaqlarında yaradılan şəraitlə maraqlanıb.
Sonra Prezident İlham Əliyev məktəbin müəllim və şagird kollektivi ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmışdır.
Sentyabrın 15-də – Bilik Günündə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey kompleksinin açılışı olmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında baytarlıq sahəsində səmərəli fəaliyyətinə görə Əbil Mehrac oğlu Əbilova “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 15 sentyabr 2016-cı il

Bakının Nizami rayonundakı 32 nömrəli tam orta məktəb üçün yeni tədris korpusu tikilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub.
Məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısına məlumat verilib. Bildirilib ki, 1963-cü ildən fəaliyyətdə olan məktəbdə bir neçə il bundan əvvəl əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Lakin sonradan şagird sıxlığına görə məktəbin genişləndirilməsi zərurəti yarandığından ərazidə yeni korpusun tikintisinə başlanılıb. Yeni korpusda 800 şagird yerlik 40 sinif otağı yaradılıb. Yaradılan şərait 1150 şagirdin təhsil aldığı məktəbin imkanlarını daha da genişləndirib. Belə ki, yeni dərs ilindən həm Azərbaycan, həm də rus bölmələrindən ibarət olan məktəb birnövbəli rejimə keçir.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə 2016/2017-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş bir qrup tələbəyə Prezident təqaüdü verilmişdir. Həmin tələbələr arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin məzunları da vardır:

Əliyev Toğrul Mahmud oğlu

Məmmədov İsmayıl Ruslan oğlu

Məmmədzadə Ramil Yaşar oğlu

Yadigar Murad Bəxtiyar oğlu

Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin inzibati binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

Ardını oxu...

Azərbaycanda sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür. “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır”, – deyən ölkə Prezidenti cənab İlham Əliyevin strateji xəttinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında da sahibkarlar üçün hərtərəfli şərait yaradılır, yeni istehsal və xidmət sahələri fəaliyyətə başlayır.

Ardını oxu...

Sentyabrın 11-də Naxçıvan Beynəlxalq Hava Limanının “Qərb terminalı” istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov açılışı bildirən lenti kəsmişlər.
Məlumat verilmişdir ki, Naxçıvan Beynəlxalq Hava Limanının aerovağzal binası tamamilə yenidən qurulmuş, keçid körpüləri və teleskopik traplar quraşdırılmışdır. Aerovağzal binası Şərq və Qərb terminallarından ibarətdir. “Qərb terminalı”nda minik və enişlərin təmin olunması üçün ən müasir tipli teleskopik trap quraşdırılmışdır. Teleskopik trap vasitəsilə sərnişinlər rahatlıqla təyyarələrə minəcək, həmçinin təyyarədən terminal binasına keçəcəklər. Müasir avadanlıqların quraşdırılması sərnişinlərin rahatlığına və uçuşların təhlükəsizliyinə imkan verəcəkdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da İndoneziya Respublikası Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə İndoneziya arasında ikitərəfli əlaqələrin çox sürətlə inkişaf etdiyini vurğulayıb. Ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə həmişə dəstək vermələrinin önəmini qeyd edən Prezident İlham Əliyev iqtisadi, enerji, turizm və digər sahələrdə də əlaqələrimizin inkişaf etdirilməsinin zəruriliyini bildirib. Azərbaycan ilə İndoneziya arasında ticarət dövriyyəsinin istənilən səviyyədə olmadığını təəssüflə qeyd edən dövlətimizin başçısı birgə səylər nəticəsində bu sahədə də irəliləyişlərə nail olmağın mümkünlüyünü deyib. İndoneziyanın turizm sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayan Prezident İlham Əliyev bu istiqamətdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Azərbaycan Prezidenti turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün ölkələrimiz arasında viza rejiminin sadələşdirilməsi istiqamətində zəruri addımların atılmasının məqsədəuyğun olduğunu deyib. Dövlətimizin başçısı daha çox indoneziyalının Azərbaycanla tanış olmalarında ölkəmizin maraqlı olduğunu vurğulayıb.
Prezident İlham Əliyev İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanqın böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib.
Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanq Azərbaycan Prezidentinin İndoneziyaya səfərinin ölkəsində böyük səbirsizliklə gözlənildiyini deyib və İndoneziya Prezidentinin rəsmi dəvətini Prezident İlham Əliyevə çatdırıb.
Sonda xatirə şəkli çəkdirilib.

AZƏRTAC

Culfa rayonunun Xanəgah kəndi muxtar respublikanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Orta əsrlərdə Şərqin əsas elm və mədəniyyət mərkəzi olan bu kənddə son illər geniş quruculuq işləri aparılmışdır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası nəticəsində kəndin siması tamamilə dəyişmiş, Xanəgah müasir Azərbaycan kəndinə çevrilmişdir.

Ardını oxu...

Sentyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsün Pakayin ilə görüşmüşdür.
Ali Məclisin Sədri səfirin ölkəmizdəki diplomatik fəaliyyətini uğurla başa çatdırdığını və ötən dövrdə Azərbaycan-İran əlaqələrinin inkişaf etdiyini bildirmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında əlaqələrin genişləndirildiyini də diqqətə çatdıran Ali Məclisin Sədri bu istiqamətdəki səylərinə görə Möhsün Pakayinə təşəkkür etmişdir.
Möhsün Pakayin ölkələrimiz arasındakı əlaqələrin inkişafından danışmış, həyata keçirilən qarşılıqlı səfərlərin və imzalanan sənədlərin əhəmiyyətini qeyd etmiş, diplomatik fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə minnətdarlığını bildirmişdir.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfərə gedib.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaza səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin yeni binasının, Xudat-Yalama-Zuxuloba avtomobil yolunun, “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışlarında iştirak edib, Yalama qəsəbəsindəki Heydər Əliyev adına parkda, Xaçmaz şəhərindəki Bayraq Meydanında və Bayraq Muzeyində yaradılan şəraitlə, şəhərin mərkəzində yerləşən Nikah evinin binası ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaza səfərini başa çatdıraraq Qusara gedib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də əsaslı şəkildə yenidən qurulan Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun, Qusar rayonunun Hil kəndində professor Kərim Kərimov adına tam orta məktəbin yeni binasının açılışlarında iştirak edib.

AZƏRTAC

Sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas və Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs ilə görüşmüşdür.
Qonaqları salamlayan Ali Məclisin Sədri muxtar respublikanın ərazisi, əhalisi və sosial-iqtisadi inkişafı haqqında ətraflı məlumat vermişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Naxçıvanın blokada şəraitində yaşadığını qeyd edən Ali Məclisin Sədri buna baxmayaraq muxtar respublikada iqtisadi inkişafın təmin olunduğunu bildirmiş və bu sahədə görülən işlərdən danışmışdır.
Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Litva və Latviya respublikaları arasında əlaqələrin inkişafı üçün potensialın olduğunu bildirmiş, ali təhsil müəssisələri və iş adamları arasında əməkdaşlığın yaradılmasının əhəmiyyətini vurğulamışdır.
Valdas Lastauskas və Yuris Maklakovs səmimi qəbula görə minnətdarlıq etmişlər. Naxçıvanın inkişafının və burada istehsal olunan məhsulların keyfiyyətinin məmnunluq doğurduğunu qeyd edən səfirlər ölkələri ilə muxtar respublika arasında əlaqələrin müxtəlif sahələrdə inkişafına səy göstərəcəklərini bildirmişlər.
Görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı salamlamış, ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini bildirmişdir. Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyi tərəfindən həyata keçirilən tədbirlərdən danışan Ali Məclisin Sədri Robert Sekutanın səfərinin əhəmiyyətini qeyd etmişdir.
Göstərilən səmimi münasibətə görə minnətdarlıq edən Robert Sekuta Naxçıvanda olmaqdan məmnunluğunu ifadə etmişdir. Qonaq səfərinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın əsas ərazisindən təcrid olunan Naxçıvan Muxtar Respublikası ilə yaxından tanışlıq məqsədi daşıdığını bildirmişdir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Bakının Nəsimi rayonundakı şəhid Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısına məlumat verib.
Məktəbdə təmir işləri ən yüksək standartlar səviyyəsində icra olunub. Ümumi ərazisi 15600 kvadratmetr olan 700 şagird yerlik məktəbdə tədris birnövbəli olmaqla Azərbaycan və rus dillərində aparılır. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 67 müəllim məşğul olur.
Diqqətə çatdırılıb ki, yeni dərs ili münasibətilə birinci sinif şagirdlərinə məktəbli çantası və digər dərs ləvazimatları da hədiyyə ediləcək. Məktəbdə bədii ədəbiyyat və eləcə də müxtəlif dərs vəsaitləri hesabına zəngin kitabxana yaradılıb. Bütün sinif otaqları, fənn kabinələri, laboratoriyalar, idman və akt zalları, yeməkxana yüksək standartlar səviyyəsində təmir edilib.
Dövlətimizin başçısı ayrı-ayrı sinif otaqlarını gəzib, fənn kabinələri və idman zalında yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev yeni dərs ilində kollektivə uğurlar arzulayıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Bakının Nizami rayonundakı 229 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısı məktəbin sinif otaqlarına, fənn kabinələrinə, akt və idman zallarına baxıb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib.
Bildirilib ki, bu təhsil ocağının üçmərtəbəli binasında yaradılan şərait şagirdlərin biliklərin əsaslarına daha dolğun yiyələnmələrinə, müəllimlərin tədris prosesini müasir proqramlar əsasında aparmağa imkan verəcək. Tədrisin Azərbaycan və rus dillərində aparıldığı məktəbdə 964 şagird yeri var. Burada şagirdlərin təlim-tərbiyəsi ilə 101 müəllim məşğul olur. Məktəbin 43 sinif otağı var. Buradakı fənn kabinələri, laboratoriyalar və digər otaqlar zəruri dərs ləvazimatı ilə təchiz olunub. Məktəbdə şagirdlərin qidalanmaları üçün bufet də yaradılıb. Təhsil ocağının akt və idman zalları da müasir standartlar səviyyəsində qurulub.
Təhsil ocağını bu il 70 məzun bitirib ki, onlardan da 54-ü ali məktəbə qəbul olunub. Onların 19 nəfəri 500-dən yuxarı bal toplayıb.

AZƏRTAC

Bakının Xətai rayonundakı 265 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi yeni tədris ilinə əsaslı təmir olunmuş binada başlayacaq.
Sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbin binasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, bu təhsil ocağı dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq əsaslı surətdə təmir edilib.
Məktəbin bütün otaqları, o cümlədən fizika, kimya, biologiya, informatika otaqları zəruri avadanlıqla təchiz edilib. Burada şagirdlərə ən yüksək səviyyədə təhsil vermək üçün hərtərəfli şərait var. 1076 şagird yerlik məktəbdə tədris ikinövbəlidir. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Hazırda məktəbdə 48 sinifdə 1060 şagird təhsil alır. Təhsil ocağında 135 nəfər çalışır ki, bunlardan 109-u müəllimdir.
Şagirdlər məktəbin zəngin kitabxanasından bəhrələnəcəklər. Kitabxananın 5 minə yaxın bədii ədəbiyyat və 20 minədək dərslik fondu var.
Təhsil ocağının idman zalında voleybol, həndbol, futbol, gimnastika, tennis və idmanın digər növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb.
Məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.

AZƏRTAC

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Görüşə toplaşanlar Azərbaycan Prezidentini, xanımı Mehriban Əliyevanı və ailə üzvlərini hərarətlə qarşılayıblar.
Dövlətimizin başçısı görüşdə nitq söyləyib.
Sonra Prezident İlham Əliyevin Azərbaycan milli olimpiya komandasının üzvlərinin təltif edilməsi ilə bağlı sərəncamları elan edilib.
Dövlətimizin başçısı Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXXI Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, “Tərəqqi” medallarını, “Şöhrət”, “Vətənə xidmətə görə” ordenlərini təqdim edib, onlara bir daha uğurlar arzulayıb.
Sonda Prezident İlham Əliyev olimpiyaçılarla və onların məşqçiləri ilə xatirə şəkilləri çəkdirib.

AZƏRTAC

Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparacaq Azərbaycan yığma komandalarının üzvləri ilə görüşü olub.
Azərbaycan Prezidenti görüşdə çıxış edib.

* * *

Bakıda, Milli Gimnastika Arenasında 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Dünya Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
Qonağı salamlayan Prezident İlham Əliyev dedi:
– Bu gün biz bütün sahələr üzrə – siyasi sahədə, iqtisadi sahədə fəal dialoq aparırıq. Bizi uğurla inkişaf edən, ölkələrimizə və xalqlarımıza fayda gətirən həm nəqliyyat, həm də energetika sahələrində layihələr birləşdirir. Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından çox məmnunuq. Əminəm ki, Sizin səfəriniz gələcək əlaqələrimizin dərinləşməsinə, möhkəmlənməsinə xidmət edəcək.
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili dedi:
– Mən həqiqətən qardaş ölkədə olmaqdan çox şadam. Xalqlarımızı çoxəsrlik dostluq bağlayır. Biz həqiqətən də strateji xarakter daşıyan münasibətlərimizin gələcək inkişafını hərtərəfli dəstəkləyirik. Sizin artıq qeyd etdiyiniz kimi, bizi xalqlarımızın rifahının yaxşılaşdırılması üçün vacib olan və xalqlarımız arasında gələcək dostluğun möhkəmləndirilməsinə xidmət edən dostluq, strateji, regional, qlobal xarakterli layihələr bağlayır. Çox sağ olun.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sara Nurəddin qızı Əzimova 4 il müddətinə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 31 avqust 2016-cı il

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin maddi-texniki bazası gücləndirilmiş, alim və tədqiqatçılar üçün hərtərəfli iş şəraiti yaradılmışdır. Bu sahədə görülən işlərin davamı olaraq bölmənin Təbii Ehtiyatlar İnstitutunun Seysmoloji Xidmət mərkəzi istifadəyə verilmişdir.
Avqustun 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Seysmoloji Xidmət mərkəzinin işi ilə tanış olmuşdur.
Açılışı bildirən lent kəsildikdən sonra məlumat verilmişdir ki, mərkəzdə ölkəmizdə ilk dəfə tətbiq olunan ABŞ-ın istehsalı olan ən müasir seysmoloji avadanlıqlar və proqram təminatı quraşdırılmışdır. Yeni avadanlıqlar vasitəsilə muxtar respublikanın Heydərabad, Şahbuz, Babək və Ordubad seysmik məntəqələrindən alınan məlumatlar peyk vasitəsilə Bakıda quraşdırılmış qəbuledici sistemə və eyni zamanda internet vasitəsilə mərkəzdəki kompüterə daxil olur. Nəzarət kompüteri verilən məlumatları təhlil edir və arxivləşdirərək yaddaşda saxlayır. Yaddaş qurğusu 24 terabayt tutuma malikdir ki, bu da məlumatların uzun müddətə saxlanmasına imkan verir. Həmçinin yeni avadanlıqlar vasitəsilə dünyanın istənilən yerində baş verən seysmik hadisələr haqqında məlumat almaq mümkündür. Bütün bunlar isə seysmik monitorinqlərin aparılması, yerin tərkində tektonik proseslərin izlənməsi və seysmik fəallığın öyrənilməsi proseslərinin operativ şəkildə həyata keçirilməsinə imkan verir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adelini qəbul edib.
Seyid Məhəmməd Hüseyn Adeli bundan əvvəl Prezident İlham Əliyev ilə keçirdiyi görüşü xatırlayaraq Azərbaycanın Qaz İxrac edən Ölkələrin Forumunda müşahidəçi üzv olmasını məmnunluqla qeyd edib. Qonaq məlumat verib ki, gələn il Boliviyada Qaz İxrac edən Ölkələrin Forumunun sammiti keçiriləcək və Azərbaycan bu tədbirə dəvətlidir.
Dövlətimizin başçısı son illərdə Azərbaycanın energetika sahəsində, o cümlədən qaz yataqlarının işlənilməsində önəmli hadisələrin baş verdiyini vurğulayıb. Bildirilib ki, “Şahdəniz-2” layihəsində işlər uğurla gedir və qarşıdakı illərdə Azərbaycanda qaz hasilatının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Prezident İlham Əliyev qeyd edib ki, yaxın gələcəkdə “Abşeron” layihəsi üzrə qaz istehsalının başlanması gözlənilir. Beləliklə, Azərbaycan gələcəkdə qaz ixracı imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Söhbət zamanı qaz və energetika bazarlarındakı tendensiyalar, Azərbaycanın Qaz İxrac edən Ölkələrin Forumu ilə əməkdaşlığı və bu imkanlardan istifadə etməklə qaz ixracının səmərəliliyinin artırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Bu gün ölkəmizin iqtisadi gücü onun hər bir yaşayış məntəqəsinin inkişafı ilə ölçülür. Şəhər və kəndlərdə yaradılan infrastruktur, tikilən sosial obyektlər insanların rahat yaşayışının təmin olunmasına xidmət edir. Hər il muxtar respublikanın kəndlərində geniş tikinti quruculuq işləri aparılır. İnsana qayğını özündə təcəssüm etdirən bu yeniləşmə Naxçıvan kənd­lərini abadlığa, müasirliyə qovuşdurmuşdur. Həyata keçirilən  tədbirlər çərçivəsində Şahbuz rayonunun Kiçikoba kəndində də yeni sosial obyektlər istifadəyə verilmişdir.

Kiçikoba-Daylaqlı kənd avtomobil yolu yenidən qurulmuşdur

Hər bir yaşayış məntəqəsinin inkişafın­da başlıca amil yol infrastrukturudur. Ona görə Naxçıvanda magistral və kənd yollarının yenidən qurulması diqqətdə saxlanılır.
Avqustun 29-da Kiçikoba-Daylaqlı kənd yolu istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, yolda aparılan yenidənqurma işləri ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, 4150 metr uzunluğunda kənd yolları genişləndirilərək asfalt örtük salınmışdır. Yolun üzərində 49 su keçidi, 1 selötürücü və beton kanal tikilmişdir. Yolun yenidən qurulması Kiçikoba və Daylaqlı kəndləri arasında təhlükəsiz və rahat hərəkətin təmin olunmasına imkan verəcəkdir.

Kiçikobada yeni kənd mərkəzi tikilmişdir

Avqustun 29-da Kiçikoba Kənd Mərkəzinin açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın açılışını bildirən lenti kəsmişdir.

İkimərtəbəli binada kənddə fəaliyyət göstərən dövlət qurumları üçün iş otaqları ayrılmış, lazımi şərait yaradılmışdır. Mərkəzdə 4 mindən çox ədəbiyyat fonduna malik kitabxana, baytarlıq məntəqəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, klub, iclas zalı və feldşer-mama məntəqəsi yerləşir.

Ali Məclisin Sədri kənddə insanların yaşayışı və məşğuliyyəti ilə maraqlanmışdır. Bildirilmişdir ki, Kiçikoba kəndində insanlar əkinçilik, maldarlıq və bağçılıqla məşğul olur, sahələrdən bol məhsul götürülür. Yaradılan şərait məskunlaşmanı artırmışdır. Hazırda kənddə 4 yeni mənzil tikilir.

Ardını oxu...

Avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşı­da duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Respublikası Prezidentinin qayğısı ilə muxtar respublikaya təbii qazın verilməsi bu sahədəki problemləri həll etmiş, enerji təhlükəsizliyi tam təmin olunmuşdur. Vaxtilə elektrik enerjisi idxal edən Naxçıvan Muxtar Respublikası bu gün elektrik enerjisi ixracatçısına çevrilmişdir. Muxtar respublikanın kəndlərində quruculuq işləri aparılarkən elektrik və qaz xətləri də yenilənir, sabit enerji təchizatının həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. İstehlakçıların sayının ilbəil artması isə elektrik enerjisi və təbii qaza olan tələbatı artırır. Bu mənada hər il payız-qış mövsümünə əvvəlcədən hazırlıq işlərinin görülməsi mühüm əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov, “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış etmişlər.

Ardını oxu...

Avqustun 22-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bert Skufsun etimadnaməsini qəbul edib.
Bert Skufs etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Azərbaycan-Belçika ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini qeyd edən dövlətimizin başçısı bu əlaqələrin razılıq doğurduğunu bildirib. Ölkələrimiz arasında ticarət, sərmayələr, təhsil və digər sahələrdə mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu ifadə edən Bert Skufs fəaliyyətinin əsas məqsədinin ölkələrimiz arasında yaxşı münasibətləri davam etdirmək olacağını vurğulayıb, hər iki ölkənin maraqları daxilində iqtisadi əməkdaşlıq imkanlarını araşdırmaq istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 16 avqust tarixli Sərəncamı ilə xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və işçiləri təltif edilmişlər. Təltif olunanlar ara­sın­da “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi qulluqçusu da vardır.

Polkovnik-leytenant
Babayev Famil Qafar oğlu

“Hərbi xidmətlərə görə”medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabın etimadnaməsini qəbul edib.
Mixael Kindsqrab etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlətimizin başçısı Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin çox uğurla inkişaf etdiyini vurğulayıb. İqtisadi sahədə böyük qarşılıqlı marağın olduğunu deyən dövlətimizin başçısı bunun Berlində keçirilən biznes forum zamanı şahidi olduğunu qeyd edib.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
Qəbula görə minnətdarlığını bildirən Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artdığını xüsusi vurğulayıb. Almaniyalı diplomat siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığımızın daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə ölkə­lərimiz arasında enerji, təhlükəsizlik, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə dair geniş fikir mübadiləsi aparılıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Amerika Birləşmiş Ştatları Konqresinin nümayəndəsi, Kiçik Biznes üzrə Palata Komitəsinin sədri, eyni zamanda, Xarici İşlər üzrə Palata Komitəsində və Hüquqi İşlər üzrə Palata Komitəsində fəaliyyət göstərən Stiv Şabotu qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi, Azərbaycanda son illərdə gedən inkişaf prosesləri, həyata keçirilən islahatlar, həmçinin bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Qəbələ rayonuna səfərə gedib.
Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev abidənin ətrafında, ümumiyyətlə, son illər rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının, Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının yeni inzibati binasının, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “ASAN xidmət” mərkəzinin, “Qafqaz Tufandağ Mountain Resort” otelinin, Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun açılışlarında, “Qəbələ” Park-Bulvar Kompleksinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib, Qəbələdə icrası davam edən turizm və idman infrastrukturu layihələri, Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasında yaradılan xidmət və məişət şəraiti ilə tanış olub.

AZƏRTAC

Avqustun 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.
Söhbət zamanı Azərbaycan, İran və Rusiya dövlətləri başçılarının ilk üçtərəfli görüşünün əhəmiyyəti qeyd edilib. Ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından bu görüşün önəmi vurğulanıb.
Görüşdə əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

* * *

Avqustun 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çıxış ediblər.
Sonda dövlət başçılarının Bəyannaməsi imzalanıb.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR