10 Yanvar 2025, Cümə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabın etimadnaməsini qəbul edib.
Mixael Kindsqrab etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlətimizin başçısı Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin çox uğurla inkişaf etdiyini vurğulayıb. İqtisadi sahədə böyük qarşılıqlı marağın olduğunu deyən dövlətimizin başçısı bunun Berlində keçirilən biznes forum zamanı şahidi olduğunu qeyd edib.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
Qəbula görə minnətdarlığını bildirən Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artdığını xüsusi vurğulayıb. Almaniyalı diplomat siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığımızın daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə ölkə­lərimiz arasında enerji, təhlükəsizlik, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR