10 Yanvar 2025, Cümə

Bakının Xətai rayonundakı 265 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi yeni tədris ilinə əsaslı təmir olunmuş binada başlayacaq.
Sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbin binasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, bu təhsil ocağı dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq əsaslı surətdə təmir edilib.
Məktəbin bütün otaqları, o cümlədən fizika, kimya, biologiya, informatika otaqları zəruri avadanlıqla təchiz edilib. Burada şagirdlərə ən yüksək səviyyədə təhsil vermək üçün hərtərəfli şərait var. 1076 şagird yerlik məktəbdə tədris ikinövbəlidir. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Hazırda məktəbdə 48 sinifdə 1060 şagird təhsil alır. Təhsil ocağında 135 nəfər çalışır ki, bunlardan 109-u müəllimdir.
Şagirdlər məktəbin zəngin kitabxanasından bəhrələnəcəklər. Kitabxananın 5 minə yaxın bədii ədəbiyyat və 20 minədək dərslik fondu var.
Təhsil ocağının idman zalında voleybol, həndbol, futbol, gimnastika, tennis və idmanın digər növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb.
Məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR