Mayın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ərzaq məhsulları ilə mərkəzləşdirilmiş qaydada təmin olunacaq dövlət müəssisə və təşkilatlarının rəhbərləri və sahibkarlarla görüşmüşdür.
Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə çıxış edən muxtar respublikanın iqtisadiyyat naziri Famil Seyidov demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə “Dövlət müəssisə vətəşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq olunması yerli istehsal müəssisələrinin fəaliyyətinin stimullaşdırılmasına, müəssisə və təşkilatların vaxtında ərzaq məhsulları ilə keyfiyyətli və davamlı təchizatına imkan verir. Hazırda muxtar respublikada 441 yeni sənaye müəssisəsi fəaliyyət göstərir. Yerli resurslar nəzərə alınmaqla təbii sərvətlərdən səmərəli istifadə edilməsi, kəndlərdə dayanıqlı istehsal sahələrinin yaradılması və məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə ötən müddət ərzində muxtar respublikanın rayon və kəndlərində 690 kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələri yaradılmışdır. Muxtar respublikada fəaliyyəti bərpa еdilmiş və ya yеni qurulmuş müəssisələrdə istehsal olunan məhsulların növü 361-ə, çeşidi 1116-a çatmış, 343 növdə məhsula оlan tələbatın tamamilə yеrli istеhsal hеsabına ödənilməsi təmin edilmişdir.