Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, qanunçuluğun və hüquq qaydasının qorunmasında vətəndaşların geniş iştirakının təmin edilməsi, polis orqanlarına ictimai dəstəyin təşviqi, polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi ilə qərara alıram:
1. “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi vətəndaşların ictimai asayişin qorunmasında iştiraka cəlb edilməsi üçün zəruri tədbirlər görsün.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 15 aprel 2016-cı il