09 Yanvar 2025, Cümə axşamı

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar.
Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gəlib.
Prezident İlham Əliyev hərbi hissənin qərargahı ilə tanış olub.
Hərbi hissə ilə tanışlıqdan sonra Ali Baş Komandan şəxsi heyətlə görüşüb.
Sonra Ali Baş Komandan təmas xəttində Ermənistan ordusunun törətdiyi təxribatların qarşısını alarkən şücaət göstərmiş döyüşçülərə hədiyyələr təqdim edib.

* * *

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxıblar.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR