09 Yanvar 2025, Cümə axşamı

Aprelin 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu ilə görüşmüşdür.

Ali Məclisin Sədri qonağın muxtar respublikaya ötən səfərini xatırlamış və onu yenidən Naxçıvanda görməkdən məmnunluğunu bildirmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Rumıniya arasında əlaqələrin inkişafında səfirin fəaliyyətini qeyd edən Ali Məclisin Sədri əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır.

Səmimi qəbula görə minnətdarlıq edən Rumıniya səfiri ölkələrimiz arasındakı münasibətlərdən danışmış, Naxçıvanın sosial-iqtisadi inkişafının, təhsil, səhiyyə və digər sahələrdə yaradılan müasir infrastrukturun əlaqələrin inkişafına töhfə verəcəyini bildirmişdir.

Görüşdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Rumıniya arasındakı əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR