09 Yanvar 2025, Cümə axşamı

Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib.
Dövlətimizin başçısı iclasda çıxış edib.
Sonra müdafiə naziri Zakir Həsənov məruzə edib.
Bildirilib ki, aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələri müxtəlif istiqamətlərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma keçmiş və yaşayış məntəqələrimizi atəşə tutmuşlar. Bu təxribat xarakterli hücumların nəticəsində hərbi qulluqçularımız qəhrəmancasına həlak olmuşlar. Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri bütün istiqamətlərdən əks hücuma keçərək düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurmuşlar. Bütün əməliyyat şəraiti nəzərə alınmaqla, Silahlı Qüvvələrimiz tədbirləri davam etdirir, cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır.
Prezident İlham Əliyev deyib ki, aprelin 2-si Azərbaycan Ordusunun tarixində parlaq qələbə günü kimi qalacaqdır. Azərbaycan Ordusunu, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini bu böyük qələbə münasibətilə təbrik edirəm.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR