09 Yanvar 2025, Cümə axşamı

Aprelin 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Beynəlxalq Miqrasiya Təşkilatının Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq İdarəsinin direktoru xanım Jill Helken ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı salamlamış və onu Naxçıvanda görməkdən məmnunluğunu bildirmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əlaqələrin uzun müddətdir davam etdiyini bildirən Ali Məclisin Sədri demişdir ki, təşkilat tərəfindən muxtar respublikada kəhriz sistemlərinin bərpası layihəsinin və sərhəd mühafizəsinin təşkili ilə bağlı seminarın keçirilməsi müsbət nəticələr vermişdir. Ali Məclisin Sədri həyata keçirilən birgə tədbirlərin dünyanı narahat edən problemlərin həllinə töhfə verdiyini bildirmiş və Beynəlxalq Miqrasiya Təşkilatının bu sahədəki fəaliyyətini yüksək qiymətləndirmişdir.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin Naxçıvana səfərindən və həyata keçirilən qarşılıqlı tədbirlərdən danışan Ali Məclisin Sədri əlaqələrin davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır.
Səmimi qəbula görə minnətdarlıq edən Jill Helken Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun salamlarını Ali Məclisin Sədrinə çatdırmışdır. Qonaq Naxçıvan Muxtar Respublikasında son illər müşahidə olunan inkişafın və qazanılan nailiyyətlərin məmnunluq doğurduğunu bildirmiş, mövcud potensialın əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açdığını qeyd etmişdir.
Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR