Martın 29-da “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında aqrolizinq sahəsində fəaliyyətin təşkili və yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə əlaqədar səyyari müşavirə keçirilmişdir.
Martın 29-da “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında aqrolizinq sahəsində fəaliyyətin təşkili və yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə əlaqədar səyyari müşavirə keçirilmişdir.
Martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət ediblər.
Dövlətimizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəxri xiyabanda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edərək xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyovaya bir daha başsağlığı veriblər.
Anna İbrahimbəyova həyat yoldaşının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına və xanımına minnətdarlıq edib.
AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə:
Əfəndiyev Zərrab Nizaməddin oğlu – “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə;
Hacıyev Rasim Bəyalı oğlu
Hüseynov Ədalət İsmayıl oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 28 mart 2016-cı il
Naxçıvan Muxtar Respublikasında aparılan kompleks quruculuq işləri, kəndlərdə yeni sosial obyektlərin yaradılması insanların məskunlaşması və rahat yaşayışı üçün geniş imkanlar açır.
Bu gün Culfa rayonunun Saltaq kəndi də yeni inkişaf dövrünü yaşayır. Haçadağın ətəyində və Əlincəçayın sahilində yerləşən bu kənddə geniş quruculuq işləri aparılmışdır. Artıq Saltaq kəndi ölkəmizin sürətli sosial-iqtisadi inkişafını əks etdirən müasir yaşayış məntəqəsinə çevrilmişdir.
Saltaq kənd tam orta məktəbi yeni binada fəaliyyət göstərəcək
Hər il muxtar respublikada onlarla yeni məktəb binası tikilir, müasir tədris şəraiti yaradılır. Martın 28-də Saltaq kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev çıxış edərək demişdir ki, muxtar respublikanın digər rayonları kimi, Culfa rayonu da günü-gündən inkişaf edərək yeniləşir. Hər il kəndlərdə kompleks quruculuq işləri aparılır. Yeni sosial obyektlər tikilir. Bu gün Saltaq kəndində istifadəyə verilən məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri, su dəyirmanı və körpü bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır. Şükür Babayev aparılan quruculuq tədbirlərinə görə rayon ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Təhsil hər bir ölkənin gələcəyini təmin edən sahədir. Buna görə də ölkəmizdə təhsilin inkişafına qayğı göstərilir, yeni məktəb binaları tikilərək istifadəyə verilir. Bu gün Saltaq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi də təhsilə göstərilən qayğının daha bir ifadəsidir.
Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva hər il olduğu kimi, bu il də Novruz şənliyində iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.
Dövlətimizin başçısı bayram şənliyində nitq söyləyib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəliblər. Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bayram konsertinə baxıblar.
Dövlətimizin başçısı və xanımı Kənd Təsərrüfatı Nazirliyinin bayram münasibətilə təşkil etdiyi “Novruz” yarmarkası ilə tanış olublar.
Azərbaycan Prezidenti onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib.
AZƏRTAC
Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Novruz dostluq, ünsiyyət və yenilik bayramıdır. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə təcəssüm etdirən bu bayram insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə qayğı və diqqət göstərməsi üçün daima gözəl zəmin yaratmışdır. Novruz həmişə barışıq, ülfət və səmimiyyət bayramı olmuşdur”.
Təbiətə yeni həyat, insanlara xoş arzular bəxş edən Novruz bayramı həm də mahiyyət etibarilə insanları dostluq, qardaşlıq, birlik, həmrəylik və xeyirxah amallar ətrafında birləşdirir. Novruz ərəfəsində küsülülər barışır, insanlar bir-birini yad edir, diqqətə, qayğıya və şəfqətə ehtiyacı olanlara xüsusi ehtiramla yanaşılır, bayram sovqatları aparılır.
Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət-ordu-xalq birliyi bu gün muxtar respublikada davam etdirilir. Xalqımızın milli birliyinin rəmzinə çevrilən Novruz bayramında əsgərlərin yad edilməsi, onlara bayram sovqatı aparılması da bu tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır.
Martın 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir: Sabitlik, iqtisadi inkişaf, zəngin tarixi-mədəni irs, ekoloji cəhətdən təmiz qida məhsulları və yaradılan şərait Naxçıvanda turizmin inkişafını şərtləndirən əsas amillərdir. Muxtar respublikanın turizm potensialı bura səfər edən xarici ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir. Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın əsasını kənd təsərrüfatı və sənaye təşkil edir. Lakin mövcud turizm potensialı imkan verir ki, bu sahə də inkişaf etdirilsin. Turizmin inkişafı isə aid dövlət qurumları ilə yanaşı, həm də hər bir vətəndaşın, xüsusilə gənclərin üzərinə düşən əsas vəzifələrdəndir. Muxtar respublikanın tarixi, mədəniyyəti, coğrafiyası, müasir inkişafı və turizm potensialı haqqında məlumatların yayılması və təbliği hər kəsi düşündürməli, konkret tədbirlər həyata keçirilməlidir.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova müşavirədə çıxış edərək demişdir ki, muxtar respublikada turizmin inkişafı üçün hərtərəfli şərait yaradılmışdır. Hazırda muxtar respublikada 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. 1200-dən çox tarix-mədəniyyət abidəsi vardır. Eyni zamanda bütün yaşayış məntəqələrini əhatə edən quruculuq işləri, istifadəyə verilən müasir turizm obyektləri bu sahənin inkişafı üçün geniş imkanlar açır. Son illər bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmiş, internet resurslarından səmərəli istifadə vasitəsilə muxtar respublikanın ilbəil inkişaf edən turizm potensialının təbliği sahəsində işlər görülmüş, 7 reklam informasiya materialı buklet şəklində hazırlanaraq çap etdirilmişdir. Həmçinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisasları hamiliyə götürülmüş, tələbələrin hazırlıq səviyyələrini artırmaq üçün seminarlar təşkil edilmiş, onların mədəniyyət müəssisələrində və mehmanxanalarda təcrübə keçmələri təmin edilmişdir. Bundan başqa, ötən il Bakı şəhərində keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Naxçıvan Muxtar Respublikası 6 otel, 1 turizm müəssisəsi ilə təmsil olunmuşdur. Hazırda muxtar respublikaya gələn turistlər içərisində İran, Türkiyə, Rusiya, Çin, Nigeriya, Almaniya, Amerika Birləşmiş Ştatları, Suriya, Braziliya, Kanada, İndoneziya, Yaponiya, İsveç, Cənubi Koreya və başqa ölkələrdən olanlar üstünlük təşkil edir. Natəvan Qədimova muxtar respublikada turizmin inkişafı sahəsində yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Son illərdə Naxçıvan Muxtar Respublikasında geniş quruculuq işləri həyata keçirilir. Bununla bağlı əhalinin və infrastruktur obyektlərinin mühafizəsini və fövqəladə halların qabaqlanması üçün profilaktik tədbirlərin planlaşdırılmasını həyata keçirən, bu sahədə müvafiq qərarlar qəbul edən dövlət orqanlarından vahid elmi-praktik yanaşma tələb olunur.
“Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsi məqsədi daşıyır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Moqerininin Azərbaycana səfərindən bir neçə həftə sonra ölkəmizə səfərə gəlmək imkanı əldə etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Herbert Salber Federika Moqerininin ölkəmizə səfərindən sonra əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların açıldığını deyib.
Dövlətimizin başçısı Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Azərbaycana səfərinin uğurlu və məhsuldar olduğunu vurğulayıb. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev gələcək tərəfdaşlığımızın yaxşı perspektivlərə malik olduğunu deyib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi aparılıb.
AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Türkiyə Respublikasına işgüzar səfərə gedib.
Prezident İlham Əliyevi qardaş ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Martın 15-də Ankarada Türkiyə Respublikası Prezidentinin Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.
Martın 15-də Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib.
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası başa çatdıqdan sonra prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.
AZƏRTAC
Martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 1 şəhid ailəsinə və 2 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına yeni mənzillər təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək demişdir ki, muxtar respublikada şəhid ailələri və müharibə əlillərinin yaşayış səviyyəsi yaxşılaşdırılır, onlara lazımi sosial xidmət göstərilir. Bunun nəticəsidir ki, ötən il 10 nəfər müharibə əlili və şəhid ailəsi mənzillərlə, müvafiq kateqoriyalı sağlamlıq imkanları məhdud 16 nəfər minik avtomobili ilə təmin edilmişdir. Bununla yanaşı, 207 məhdud fiziki imkanlı şəxsə müxtəlif sanatoriya və pansionatlara göndərişlər, 390 nəfərə texniki bərpa vasitələri verilmiş, 660 nəfərin bərpa mərkəzlərində, 18 nəfərin isə xarici ölkələrdə müalicələri təşkil edilmişdir. Həmçinin muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin təhsili, əmək bazarına inteqrasiyası və yaradıcılıq potensiallarının üzə çıxarılması diqqət mərkəzində saxlanılır, bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədrinin böyük nümayəndə heyəti ilə Bakıya səfərini iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələləri yenidən nəzərdən keçirmək, əlaqələrimizin inkişafına təkan vermək və gələcəkdə görülə biləcək işləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını vurğulayıb.
Ölkəmizə sonuncu dəfə Bakıda keçirilən birinci Avropa Oyunları zamanı səfər etdiyini məmnunluqla xatırlayan qonaq Oyunların qısa müddət ərzində yüksək səviyyədə təşkili münasibətilə ölkəmizi və şəxsən Prezident İlham Əliyevi bir daha təbrik edib. Bakının artıq Avropanın idman paytaxtına çevrildiyini qeyd edən Yan Hamaçek ölkəmizdə bu dəfə Formula 1 yarışlarının keçirilməsinin bunun daha bir göstəricisi olduğunu deyib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən enerji, bank sektoru, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
AZƏRTAC
Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 mart 2016-cı il
Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Elçin Məmməd oğlu Hüseynəliyev Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 mart 2016-cı il
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsindən azad edilsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 14 mart 2016-cı il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişovu qəbul edib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlersi qəbul edib.
AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 10 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 24-cü ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçusu da vardır.
Məmmədov Müşfiq Qəşəm oğlu – mayor
“Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.
Martın 11-də “Naxçıvan” Universitetində Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemlərinin təqdimatı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təqdimat mərasimində çıxış edərək demişdir: Azərbaycana rəhbərliyi dövründə ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişafını daim diqqət mərkəzində saxlayırdı.
Martın 10-da Azərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun rəsmi açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları Forumda iştirak ediblər.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunda bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilir. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxildir.
Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Albaniya Respublikasının Prezidenti Buyar Nişani ilə görüşüb.
AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Cəfər Məhərrəm oğlu Muxtərov Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 10 mart 2016-cı il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç ilə görüşüb.
Görüşdə IV Qlobal Bakı Forumunun beynəlxalq müzakirə məkanına çevrildiyi, tədbirə marağın getdikcə daha da artdığı vurğulanıb, dünyada və regionda baş verən proseslərin müzakirəsi üçün Forumun yaxşı imkan yaradacağına əminlik ifadə olunub.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Ukraynanın keçmiş Prezidenti Viktor Yuşenkonu qəbul edib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da İsrail Dövlətinin keçmiş Baş naziri Ehud Barakı qəbul edib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da İordaniya Haşimilər Krallığının keçmiş Baş naziri Abdelsalam Al-Macalini qəbul edib.
AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Şahin Hidayət oğlu Nəbiyev Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 9 mart 2016-cı il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzeni qəbul edib.
Azərbaycana ilk rəsmi səfərindən məmnunluğunu bildirən Mixeil Canelidze iki ölkənin müvafiq qurumları tərəfindən birgə işlərin və həyata keçirilən bütün layihələrin fəal şəkildə davam etdirildiyini söyləyib.
Ölkələrimizin xarici işlər nazirlərinin əlaqələrinin mütəmadi xarakter daşıdığını deyən Prezident İlham Əliyev Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında əməkdaşlığın önəmini qeyd edib. Azərbaycan ilə Gürcüstan arasında bir sıra məsələlərin uğurla həll edildiyini və ölkələrimizin bir-birinə daha da yaxınlaşdığını bildirən dövlətimizin başçısı özünün Gürcüstana ötənilki uğurlu rəsmi səfərini xatırlayıb. Əməkdaşlığımızın fəal şəkildə davam etdirildiyini vurğulayan Prezident İlham Əliyev əlaqələrimizin siyasi, iqtisadi, energetika, humanitar sahələrdə və eləcə də çoxtərəfli formatda daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Dövlətimizin başçısı Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin Azərbaycana səfərinin ölkələrimiz arasında cari il üçün birgə tədbirlərin proqramının nəzərdən keçirilməsi baxımından yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.
AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında səhiyyə və təhsil
sahələrində səmərəli fəaliyyətlərinə görə:
Əhmədova Şəhla Hüseyn qızına
Əliyeva Gültəkin Budaq qızına – “Əməkdar həkim” fəxri adı;
Rzayeva Tahirə Həmid qızına – “Əməkdar müəllim” fəxri adı verilsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 7 mart 2016-cı il
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır”.
Xalqımız tarixən təbiətin, ətraf mühitin qorunması qayğısına qalmış, baharın gəlişini səliqə-sahman yaratmaqla, yaşıllıqlar salmaqla qarşılamışdır. İşgüzarlıq, təbiətə qayğı və torpağa bağlılıqdan qaynaqlanan bu xeyirxah əməllər bu gün də yaşadılır.
Martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakla görüşmüşdür.
Ali Məclisin Sədri Naxçıvanla Beynəlxalq Miqrasiya Təşkilatı arasındakı əlaqələrdən danışmış, bu sahədəki xidmətlərinə görə Serhan Aktopraka təşəkkür etmişdir. Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən muxtar respublikada kəhriz sistemlərinin bərpası layihəsinin həyata keçirildiyini, həmin dövrdə təşkilat nümayəndələrinin, eləcə də İsveçrə Konfederasiyası Prezidentinin Naxçıvana səfər etdiklərini xatırladan Ali Məclisin Sədri əməkdaşlığın genişləndirilməsinin, xüsusilə miqrasiya sahəsində təlim proqramlarının və kəhrizlərin bərpası layihələrinin davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır.
Səmimi qəbula görə Ali Məclisin Sədrinə minnətdarlıq edən Serhan Aktoprak Beynəlxalq Miqrasiya Təşkilatı ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişaf etdirilməsi üçün potensialın olduğunu bildirmiş, bu istiqamətdə səyini əsirgəməyəcəyini qeyd etmişdir.
Görüşdə əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Martın 7-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Naxçıvan qadınları müstəqillik illərində” mövzusunda tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov əvvəlcə qadınların əl işlərindən, rəsm əsərlərindən, eləcə də qadınların müəllifi olduğu kitablardan ibarət sərgiyə baxmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlərin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını bildirib. Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsində Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinin səmərəli olduğunu qeyd edərək ötən dövr ərzində komissiya tərəfindən bir sıra məsələlərin icra olunduğunu vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, bu gün hər iki ölkə ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq əlaqələri kimi xarakterizə edir. Prezident İlham Əliyev bunu əməkdaşlıq istiqamətində birgə əldə olunan nailiyyətlərə verilən yüksək qiymət kimi dəyərləndirib.
Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin hazırkı dövrdə ən yüksək səviyyədə olduğunu bildirən Dmitri Roqozin Hökumətlərarası Birgə Komissiya səviyyəsində əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni, təhsil və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyini vurğulayıb.
AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) aylıq vəzifə maaşları 2016-cı il martın 1-dən orta hesabla 10 faiz artırılsın:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə Həsən İbrahim oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 mart 2016-cı il
Martın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasındakı rezident nümayəndəsi vəzifəsini icra edən Ercan Muratla görüşmüşdür.
Qonağı Naxçıvanda görməkdən məmnunluğunu bildirən Ali Məclisin Sədri onun ölkəmizdəki birinci fəaliyyəti dövründə Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan, eləcə də Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır. Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Birləşmiş Millətlər Təşkilatı arasında əlaqələrin olduğunu bildirmiş, münasibətlərin bundan sonra da qarşılıqlı faydalı əməkdaşlıq şəraitində davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasındakı rezident nümayəndəsi vəzifəsini icra edən Ercan Murat göstərilən səmimi münasibətə görə minnətdarlıq etmiş, Naxçıvan Muxtar Respublikasının inkişafının onda xoş təəssürat yaratdığını bildirmişdir. Qonaq təmsil etdiyi təşkilatla Azərbaycan, eləcə də onun Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafı istiqamətində səyini artıracağını qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada elektron ödəniş infrastrukturunun inkişaf etdirilməsi və əhatə dairəsinin genişləndirilməsi məqsədilə qərara alıram:
1. “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin və hər ilin yekununda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 2 mart 2016-cı il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntu qəbul edib.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin qarşılıqlı inam və hörmət prinsipləri əsasında daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi də vardır.
Kuimova Vera Gennadiyevna
“Tərəqqi” medalı ilə təltif edilmişdir.
Fevralın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.
Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının keçirilməsinin əhəmiyyətindən danışıb, bu toplantıda ötən illər ərzində görülən işlərə və qarşıda duran vəzifələrə baxılacağını bildirib. Ötənilki toplantıdan sonra layihə üzvləri arasında əlaqələndirmə işlərinin yüksək səviyyədə, uğurla aparıldığını deyən dövlətimizin başçısı 2015-ci ildə TANAP kəmərinin təməlinin qoyulduğunu diqqətə çatdırıb, bu layihənin “Cənub” qaz dəhlizinin reallaşmasında mühüm rol oynadığını bildirib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 29-da Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Berat Albayrakı qəbul edib.
* * *
Fevralın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini və energetika naziri Kaxa Kaladzeni qəbul edib.
AZƏRTAC
Ölkəmizdə aparılan davamlı sosial-iqtisadi inkişaf hər bir şəhəri, rayonu və kəndi əhatə edib. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan sabitlik məkanıdır, inkişaf ölkəsidir. Bu gün Naxçıvan Muxtar Respublikasında da geniş tikinti-quruculuq işləri aparılır, yaşayış məntəqələrində insanların rahatlığına xidmət edən müasir infrastruktur yaradılır. Mövcud inkişaf və sabitlik kəndlərdə məskunlaşmanı artırır, insanların rifahı yüksəlir. Bu tədbirlər Şahbuz rayonunda da uğurla həyata keçirilir. Görülən quruculuq işlərindən sonra rayonun Daylaqlı kəndi muxtar respublikanın müasirləşən kəndlərinin sırasına daxil olmuşdur.
Daylaqlı kənd tam orta məktəbinin yeni binası
istifadəyə verilmişdir
Fevralın 29-da Daylaqlı kənd tam orta məktəbinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı faciəsi qurbanlarının xatirəsini yad edirlər.
Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva anma mərasimində iştirak etdilər.
Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.
Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.
Anma mərasiminin iştirakçıları abidənin önünə tər güllər düzdülər.
AZƏRTAC
Fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov soyqırımı abidəsinin önünə gül qoymuş, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişdir.
Nazirlik, komitə, idarə, müəssisə və təşkilatların rəhbərləri, hərbi hissələrin komandirləri, ictimaiyyətin nümayəndələri də erməni vəhşiliklərinin qurbanı olmuş soydaşlarımızın xatirəsini yad etmiş, soyqırımı abidəsinin önünə gül qoymuşlar.
Tədbirin aparıcıları qeyd etmişlər ki, erməni millətçiləri Azərbaycan torpaqları hesabına öz dövlətlərini yaratmaq və “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə azərbaycanlılara qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə həyata keçiriblər. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı da ötən əsr boyu azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin davamı, erməni qəddarlığının daha bir təzahürüdür. Dinc əhaliyə qarşı həyata keçirilən bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir.
Muxtar respublikada məhkumluq həyatı yaşayan insanların müxtəlif peşələr üzrə kurslara cəlbi və azadlığa buraxıldıqdan sonra öz peşələrinə uyğun işlə təmin olunması diqqət mərkəzində saxlanılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də İran İslam Respublikasına rəsmi səfərə gedib.
Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü keçirilib.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Fevralın 23-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.
Fevralın 23-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhani tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib.
AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Asəf Əyyub oğlu Ruşanov Naxçıvan Dövlət Texniki Kollecinin direktoru təyin edilsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 22 fevral 2016-cı il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Fransa Senatının Yuxarı Reyn Departamentindən olan senatoru, Fransa-Qafqaz dostluq qrupunun üzvü, sabiq nazir Jan-Mari Bokelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Fransa parlamenti üzvlərinin ölkəmizə səfərlərinin ənənəvi xarakter daşıdığını vurğulayaraq nümayəndə heyətinin hər dəfə yeni tərkibdə Azərbaycana səfər etmələrini müsbət hal kimi dəyərləndirib və səfərin Azərbaycanla yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağını bildirib. Fransa parlamenti üzvlərinin Azərbaycana mütəmadi səfərlərinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bu cür səfərlərin ölkələrimiz arasında dostluğun daha da gücləndirilməsi baxımından rolunu qeyd edib. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində siyasi və iqtisadi əlaqələrlə yanaşı, parlamentlərarası əməkdaşlığın da mühüm əhəmiyyət daşıdığını deyib.
Jan-Mari Bokel Fransa parlamenti üzvlərinin ölkəmizə ənənəvi səfərlərinin əhəmiyyətini qeyd edib. O, nümayəndə heyəti üzvlərinin Azərbaycanın dostları olduğunu bildirib. Xocalı soyqırımının ildönümü ərəfəsində ölkəmizə səfər etdiklərini vurğulayan fransalı qonaq xalqımızın üzləşdiyi bu ağır fəlakətlə bağlı kədərini ifadə edib.
Görüşdə dövlət başçıları arasında xüsusi münasibətlərin olduğu qeyd edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və həlli yollarından danışılıb, münaqişənin sülh və danışıqlar yolu ilə beynəlxalq hüquq çərçivəsində nizama salınmasının vacibliyi vurğulanıb, Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məmməd Abdulla oğlu Qəribov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 19 fevral 2016-cı il
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə:
Abbasov Asiman Əjdər oğlu
Hacıyev Babək Məmməd oğlu
Orucəliyev Abil Elmar oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 19 fevral 2016-cı il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
Fevralın 17-də Ankarada törədilmiş terror aktı nəticəsində insanların həlak olması ilə bağlı Mövlud Çavuşoğluna və türk xalqına başsağlığı verən dövlətimizin başçısı bu terrorun Azərbaycanı da sarsıtdığını vurğulayaraq hadisənin ölkəmizdə qətiyyətlə pislənildiyini və qınanıldığını deyib. Prezident İlham Əliyev həmişə olduğu kimi, bu ağır günlərdə də Azərbaycan xalqının türk xalqının yanında olduğunu qeyd edib.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının əhəmiyyətindən danışan dövlətimizin başçısı bunu birliyimizin ifadəsi kimi dəyərləndirib.
Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 17-də Ankarada törədilmiş terror aktı nəticəsində insanların həlak olması ilə bağlı verdiyi başsağlığına, qardaş Azərbaycan xalqının və şəxsən Prezident İlham Əliyevin hər zaman olduğu kimi, bu ağır günlərdə də Türkiyənin və türk xalqının yanında olmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Mövlud Çavuşoğlu son zamanlar Azərbaycanda iqtisadi, o cümlədən ölkə həyatının bütün sahələrinin inkişafı ilə bağlı qəbul olunan qərarların ölkəsində rəğbətlə qarşılandığını deyib və qardaş Azərbaycanın gələcəyi ilə bağlı Prezident İlham Əliyevin liderliyi ilə görülən bütün işlərdə uğurlar arzulayıb.
AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılmasının təmin edilməsi məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Apellyasiya Şurası yaradılsın.
2. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Apellyasiya Şurası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Apellyasiya Şurasının tərkibi” təsdiq edilsin (əlavə olunur).
4. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılsın.
5. “Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 18 fevral 2016-cı il
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Apellyasiya Şurası (bundan sonra – Şura) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinə baxılmasının təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bununla bağlı qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) yuxarı orqana şikayətlərin (bundan sonra – şikayət) verilməsi mexanizminin tənzimlənməsi məqsədi ilə yaradılmış və ictimai əsaslarla (ödənişsiz əsaslarla) fəaliyyət göstərən kollegial orqandır.
1.2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir
Şuranın sədri
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini
Şuranın üzvləri:
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri – müavin
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri – üzv
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsinin rəisi – üzv
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin rəisi – üzv
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi – üzv
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Əczaçılıq və dərman vasitələrinin reyestri sektorunun müdiri – üzv
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin müdiri – üzv
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Gəlirlərin proqnozu şöbəsinin müdiri – üzv
Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatda əlaqələndirmə və lisenziyalaşdırma şöbəsinin müdiri – üzv
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq və miqrasiya şöbəsinin müdiri – üzv
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Efirə nəzarət və radiotezliklərin qeydiyyatı şöbəsinin müdiri – üzv
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif şöbəsinin rəisi – üzv