08 Yanvar 2025, Çərşənbə

Muxtar respublika sakinləri 2016-cı ilin ilk günlərini böyük sevinc hissi ilə qarşılayır. İnsanlar əmindir ki, ölkəmizin davamlı inkişaf və tərəqqisi bu il də bütün sahələrdə nailiyyətlərin qazanılmasına imkan verəcəkdir.

Ardını oxu...

Dekabrın 30-da Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zirə Mədəniyyət Mərkəzində yaradılmış şəraitlə tanış oldular.
Sonra Prezident İlham Əliyev və ailə üzvləri Xəzər rayonunun və Zirə qəsəbəsinin bir qrup sakini ilə görüşdülər.
Sonda xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyev və ailə üzvləri Zirə Mədəniyyət Mərkəzinin ətrafında salınan eko-parkda yaradılan şəraitlə tanış oldular.
On hektar ərazidə salınan eko-park xüsusi landşaft dizaynı ilə layihələndirilib. Burada geniş yaşıllaşdırma işləri görülüb, minlərlə müxtəlif növ nadir dekorativ və meyvə ağacları, bəzək kolları və güllər əkilib.
Ərazi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və ailə üzvləri eko-parkda ağac əkdilər.

AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyinin qayəsini təşkil edən azərbaycançılıq və Azərbaycan dövlətçiliyi ideyaları soydaşlarımızı birləşdirən milli məfkurəyə çevrilmişdir”.

Ardını oxu...

Muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər çərçivəsində hərbçi ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. İstər Naxçıvan şəhərində və rayon mərkəzlərində, istərsə də ucqar dağ və sərhəd kəndlərində bu istiqamətdə ardıcıl tədbirlər görülür. Bu gün Şada kəndində xidmət edən hərbi qulluqçuların ailələri də lazımi məişət şəraiti olan mənzillərdə yaşayırlar.
Dekabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbçi ailələri ilə görüşmüş, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək demişdir: Ölkəmizdə hərbçi ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər ardıcıl şəkildə davam etdirilir. Bu günlərdə Naxçıvan şəhərində zabit ailələri üçün 68 mənzilli yeni yaşayış binasının açılışı olmuşdur. Vaxtilə Şada kəndində yaşayış binasının tikilib istifadəyə verilməsi də hərbçi ailələrinin rahat yaşayışına səbəb olmuşdur.
Aynur Qarayeva hərbçi ailələri adından minnətdarlıq edərək demişdir: Biz sərhəd kəndində yaşayırıq. Lakin kənd sakinləri kimi, burada yaşayan 8 hərbçi ailəsi də lazımi məişət şəraiti ilə təmin olunmuşdur. Ölkəmizdəki sabitlik və inkişafı, birlik və həmrəyliyi hər bir ailə öz həyatında hiss edir.
Uşaqlardan Əli Məmmədov, Aydan və Tuncay Qarazadələr vətənə həsr olunmuş şeirlər söyləmişlər.
Sonda uşaqlara və hərbçi ailələrinə bayram hədiyyələri təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şada kənd tam orta məktəbində olmuşdur.
Məlumat verilmişdir ki, məktəbdə kitabxana, hərbi kabinə, idman zalı, elektron lövhəli sinif, kompüter və şahmat otaqları, müasir tədris avadanlıqları müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Yaradılan şəraitin nəticəsidir ki, hər il şagirdlər ali və orta ixtisas məktəblərinə, Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunurlar.
Ali Məclisin Sədri məktəbin müəllim və şagirdləri ilə görüşmüş, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək demişdir: Ölkəmizdə məktəb işinə, gələcəyimiz olan gənclərin bilikli və vətənpərvər böyüdülməsinə xüsusi diqqət yetirilir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, sərhəd yaşayış məntəqəsi olan Şada kəndində gənclər müasir məktəb binasında təhsil alırlar. Ona görə də müəllimlər gənclərin hərtərəfli təhsil alması və vətənpərvər böyüdülməsi qayğısına qalmalıdırlar. Çünki vətənpərvər gənc gələcəkdə hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, ölkəsinə və xalqına fayda verəcəkdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Bakının Xətai rayonundakı Ramiz Quliyev, Rahib Məmmədov, Xudu Məmmədov, Aşıq Ələsgər küçələrinin və Gəncə prospektinin yenidən qurulması və əsaslı təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov buradakı küçələrin və Gəncə prospektinin əsaslı təmiri və yenidənqurma planı əsasında görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.
Qeyd edildi ki, Xətai rayonundakı 5,5 kilometr uzunluğu olan yolda əsaslı təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə aparılıb, ümumilikdə 131 min kvadratmetrdən çox əraziyə asfalt örtüyü döşənib. Yolların kənarında abadlıq işləri görülüb, 18 min metrdən çox qranit səki daşları və yol boyu kommunikasiya lüklərinin qapaqları dəyişdirilib. İki min kvadratmetrə yaxın səki yenidən qurulub, yeni asfalt örtüyü salınıb. Yol zolaqlarına 2 min 743 kvadratmetr tamet tavalar döşənib. Əsaslı təmir olunmuş və yenidən qurulmuş yollar müasir standartlara uyğun işıqlandırma sistemi ilə təchiz edilib, 193 yeni işıq dirəyi quraşdırılıb. Bütün kommunikasiya xətləri yerin altı ilə çəkilib, ətraf ərazilərdə yaşıllıq zolaqları salınıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılışında iştirak edib.
Dövlətimizin başçısı yeni çıxışın rəmzi açılışını bildirən lenti kəsdi.
Baş nazirin müavini Abid Şərifov və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov görülən işlərlə bağlı Prezident İlham Əliyevə ətraflı məlumat verdilər. Qeyd edildi ki, “Nizami-Memar Əcəmi” buraxılış kompleksinə daxil olan “Elmlər Akademiyası” stansiyası bir çıxışla 1985-ci ildə istismara verilib. “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı layihəyə əsasən, dörd çıxışlı yeraltı vestibüldən, 70,4 metr uzunluğunda maili tuneldən, 37 metr piyada və 26 metr uzunluqlarında keçid tunellərindən və yarımstansiyadan ibarətdir. Kompleksin ümumi sahəsi 4,3 min kvadratmetrdir. Stansiyanın ikinci çıxışında 7 müasir eskalator, piyada tunelində təhlükəsizlik kameraları quraşdırılıb. Kassa otaqlarında və digər yardımçı sahələrdə də işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Dövlətimizin başçısı “Elmlər Akademiyası” stansiyasının planına və görülən işləri əks etdirən fotostendə baxdı.
“Elmlər Akademiyası” stansiyasının yeni giriş-çıxışlarının üzərində müasir dekorativ-memarlıq elementli konstruksiya quraşdırılıb, ərazidə yerüstü abadlaşdırma işləri həyata keçirilib.

AZƏRTAC

Dekabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Qars Vilayətinin valisi Günay Özdəmir, Ərdahan Vilayətinin valisi Əhmət Dəniz və İqdır Vilayətinin valisi Davut Haner ilə görüşmüşdür.
Qonaqları qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edən Ali Məclisin Sədri onları Naxçıvanda görməkdən məmnunluğunu bildirmişdir. Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın vilayətləri arasında elm, təhsil, mədəniyyət və iqtisadi sahədə əlaqələrin yaxşı nəticələri olduğunu qeyd etmişdir.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Ali Məclisin Sədrinə təbriklərini çatdıran İqdır Vilayətinin valisi Davut Haner Naxçıvanın inkişafının onlarda xoş təəssürat yaratdığını diqqətə çatdırmış, əlaqələrin müxtəlif sahələr üzrə davam etdiriləcəyini bildirmişdir.
Söhbət zamanı gələcək əməkdaşlıq imkanları müzakirə olunmuşdur.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Nihat Ərşən görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Muxtar respublikada sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Hər il Naxçıvan şəhərində və rayon mərkəzlərində yeni yaşayış binaları tikilir, mövcud yaşayış binalarında yenidənqurma işləri aparılır. İnsanların rahat yaşayışına xidmət edən bu tədbirlər 2015-ci ildə də davam etdirilmişdir.

Ardını oxu...

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər rayonunda 110 kilovoltluq “Buzovna-2”, 35 kilovoltluq “Sarıqaya”, “Fatmayı”, “Məhəmmədi”, eləcə də 221, 219, 86 və 87 saylı yarımstansiyaların açılışlarında iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına məlumat verdi ki, “Buzovna-2” yarımstansiyası Buzovna, Zuğulba, Albalılıq qəsəbələrini, bir sıra dövlət əhəmiyyətli qurumları, həmçinin istirahət, turizm, tibb və digər obyektləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edir. Yarımstansiyada hər birinin gücü 40 meqavoltamper olan transformatorlar quraşdırılıb. Bu energetika qurğusu ən müasir elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatlaşdırılmış sistem, ölkəmizdə istehsal olunan güc transformatorları və reaktorlarla təchiz edilib. Yarımstansiyada işçilər üçün hər cür şəraiti olan otaqlar tikilib. Paylayıcı qurğular son elmi-texniki yeniliklər əsasında qurulub. İdarəetmə mərkəzində də ən müasir avadanlıqlar quraşdırılıb.
Dövlətimizin başçısına animasiya, sxemlər, dron çəkilişlər, qrafiklər və digər əyani vasitələr əsasında paytaxtda və regionlarda görülən işlər barədə də məlumat verildi. Qeyd edildi ki, ötən qısa müddətdə 7 regional idarəetmə strukturu formalaşdırılıb və ölkəmizin bölgələrində böyük həcmdə yenidənqurma tədbirləri həyata keçirilib.
Sonra Prezident İlham Əliyevə açılışı olan 35 kilovoltluq yarımstansiyalar barədə məlumat verildi.
Dövlətimizin başçısı “Buzovna-2” yarımstansiyasını işə saldı.

AZƏRTAC

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binası istifadəyə verilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılıb və artıq bina istismara hazırdır. Binada gözdən əlillər üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılıb. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması üçün müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunub.
Dövlətimizin başçısı yeni binanın sakinləri ilə görüşdü.
Dövlətimizin başçısı mənzillərin orderlərini sakinlərə təqdim etdi.
Sonra xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış oldular. Binadakı 132 mənzildən 22-si üç, 44-ü iki, 66-sı isə bir otaqlıdır. Burada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.

* * *

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Nərimanov Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi və 8 saylı tibbi sosial ekspert komissiyasının yeni inzibati binasının açılışında iştirak etdilər.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Nərimanov Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi də müasir texniki avadanlıqla təchiz olunub. Mərkəzdə vətəndaşların müraciətlərinə baxılması üçün zəruri şərait var. Bu da müraciətlərə baxılmasında şəffaf iş rejiminin təmin olunmasına xidmət edir.
Prezident İlham Əliyevə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi – VEMTAS üzrə görülən işlərlə bağlı da məlumat verildi.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı və sağlamlığı dayanır”.
Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə insanların rahat yaşayışının təmin olunması sahəsində kompleks tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlər muxtar respublikada da davamlı xarakter almışdır. Son illər sosial qayğıya ehtiyacı olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlara nəqliyyat vasitələrinin verilməsi isə həyata keçirilən sosial tədbirlər içərisində xüsusi yer tutur.
Dekabrın 24-də Naxçıvan şəhərində 4 şəhid ailəsinə və 2 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına mənzil, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 2 nəfərə və 4 Azərbaycan Vətən Müharibəsi veteranına “NAZ Lifan-320” markalı minik avtomobili təqdim edilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən ordu, birləşmə və hərbi hissələrinin maddi-texniki bazası ilbəil möhkəmləndirilir, şəxsi heyət üçün nümunəvi yaşayış və xidmət şəraiti yaradılır. Aparılan quruculuq işləri zamanı zabit ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır, yeni xidməti yaşayış binaları tikilərək istifadəyə verilir.

Ardını oxu...

Dekabrın 23-də Milli Olimpiya Komitəsində 2015-ci ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mərasim iştirakçıları Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.
Dövlətimizin başçısı tədbirdə nitq söylədi.
Sonra 2015-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olundu.
Prezident İlham Əliyev 2015-ci ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançı və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim etdi.
Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar incəsənət xadimi Zərifə Salahova Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi, dövlətimizin başçısına fəaliyyətində uğurlar arzuladı.

AZƏRTAC

Dekabrın 22-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə geniş tərkibdə görüşü keçirilib.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədlərinin imzalanması mərasimi olub.
Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin şərəfinə rəsmi nahar verilib.

AZƏRTAC

Dekabrın 22-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilmişdir.
Sessiyanın müzakirəsinə aşağıdakı məsə­lələr verilmişdir:
1. 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin təsdiq edilməsi
4. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
5. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə etmişdir.
Məruzədən sonra Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev və Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov çıxış etmişlər.

Ardını oxu...

Hörmətli deputatlar və sessiya iştirakçıları!
Başa çatmaqda olan 2015-ci il istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi sahədə qazanılmış bir sıra nailiyyətlərlə yaddaşlara həkk olunmuşdur. Cari il noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçirilmişdir. Bu seçkilərdə də ümummilli lider Heydər Əliyev yoluna sədaqət nümayiş etdirilmiş, ulu öndər tərəfindən əsası qoyulmuş davamlı inkişaf və tərəqqi siyasətinə səs verilmişdir.
Bu siyasətin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə bütün sahələr üzrə sabit və dinamik inkişaf qorunub saxlanılır. Uzun müddətdən bəri blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası da ölkə başçısının bu qədim diyara göstərdiyi diqqət və qayğı sayəsində daim inkişaf edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2015-ci il 22 dekabr tarixli 1-V QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Maddə 1. Büdcənin ümumi göstəriciləri
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin gəlirləri 52 966 500,0 manat, xərcləri 124 010 000,0 manat, gəlir və xərcləri tənzimləmək üçün Dövlət Sosial Müdafiə Fondundan ayrılan dotasiya 71 043 500,0 manat məbləğində təsdiq edilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Maddə 1. Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin gəlirləri 69 000 000,0 manat, xərcləri 351 350 000,0 manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dоtasiya 282 350 000,0 manat (о cümlədən, mərkəzləşdirilmiş gəlirləri 47 270 000,0 manat, yerli gəlirləri 21 730 000,0 manat və mərkəzləşdirilmiş xərcləri 254 281 000,0 manat, yerli xərcləri 97 069 000,0 manat) məbləğində təsdiq edilsin.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2015-ci il 22 dekabr tarixli 2-V QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunundan irəli gələn məsələləri həll etsin.
2. Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu:
2.1. Fondun 2016-cı il büdcəsinin gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və aidiyyəti üzrə məlumat versin;
2.2. dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam ödənməsini təmin etmək üçün tədbirlər həyata keçirsin.
3. Bu Fərman 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 22 dekabr 2015-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 21 dekabr tarixli sərəncamları ilə 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqələrində müvəffəqiyyət qazanan ümumi təhsil müəssisələri və müəllimlər mükafatlandırılmışlar. Həmin ümumi təhsil müəssisələri və müəllimlər arasında muxtar respublikamızda fəaliyyət göstərən məktəblər və müəllimlər də var.

“Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət
qazandıqlarına görə 10000 (on min) manat məbləğində
birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışlar:

Culfa şəhəri 2 nömrəli tam orta məktəb
Naxçıvan şəhəri 14 nömrəli tam orta məktəb
Ordubad rayonu Aşağı Əylis kənd tam orta məktəbi

“Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət
qazandıqlarına görə 5000 (beş min) manat məbləğində
birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışlar:

Ağayeva Vüsalə Əli qızı
Axundzadə Həcər Təvəkkül qızı
Qasımova Tahirə İsmayıl qızı
Rzayev Hüseyn Həsən oğlu
Seyidova Şərəbanı Mirəbdüləzim qızı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 6-cı bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə tapşırılsın ki, əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say tərkibi barədə təkliflərini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 18 dekabr 2015-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Fazil Nəriman oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 18 dekabr 2015-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Fazil Nəriman oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 18 dekabr 2015-ci il

Son illərdə torpaqlardan istifadənin səmərəliliyinin artırılması, əkinə yararlı torpaq sahələrinin genişləndirilməsi və suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilməkdədir.
Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi nəticəsində ilkin mərhələdə 10 min hektar əkin sahəsi suvarma suyu ilə təmin edilmiş, 198 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və 42 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi istiqamətində işlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsaitlər hesabına 2013-2015-ci illərdə əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 35 şəhər və rayon üzrə əhalisi 1,1 milyon nəfərə yaxın olan 458 yaşayış məntəqəsində 657 subartezian quyusu qazılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
I. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası 2015-ci il dekabr ayının 22-də saat 1100-da Naxçıvan şəhərində çağırılsın.
II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:
1. 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin təsdiq edilməsi
4. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
5. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi
III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 17 dekabr 2015-ci il

Naxçıvan qədim şəhər mədəniyyətinə malikdir. Bu mədəniyyətin izləri qədim tikililərdə və tarixi abidələrdə yaşayır. Vaxtilə Naxçıvan şəhərində inşa olunan zəngin tərtibatlı hamamlar bu gün tarixi-memarlıq abidələri kimi mədəniyyətimizin nadir inciləri sırasına daxil olmuşdur. Bu gün də Naxçıvan şəhərində ictimai mədəni xidmət obyektlərinin inşasına xüsusi diqqət yetirilir.

Ardını oxu...

Hörmətli Vasif müəllim, Sizin Azərbaycan mədəniyyətinin inkişafına və milli-mənəvi dəyərlərimizin daha geniş şəkildə təbliğinə göstərdiyiniz qayğı və ayırdığınız diqqət biz incəsənət adamlarını həmişə məmnun etmişdir. Mən bu qayğı və diqqəti öz həyatımda görməkdən çox məmnunam.
Siz adi bir bəstəkar və müəllim olan Tofiq Bakıxanovun 75 və 80 illik yubileylərinin keçirilməsi barədə Sərəncam verməklə və həmin tədbirlərdə şəxsən iştirak etməklə təkcə mənə deyil, bütövlükdə Azərbaycan musiqisinə və mədəniyyətimizə məhəbbətinizi bildirmiş, mənsub olduğum Bakı­xanovlar şəcərəsinə ehtiram nümayiş etdirmişsiniz. Yeri gəlmişkən, Siz ötən il bizim nəslimizin ən görkəmli nümayəndəsi olan Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin Naxçıvanda da keçirilməsi məqsədilə Sərəncam imzalamış və həmin tədbirdə şəxsən iştirak etmişdiniz.
Hörmətli Sədr, 85 illik yubileyim münasibətilə imzaladığınız başqa bir Sərəncamla məni Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi adına layiq gördüyünüzə görə də Sizə dərin minnətdarlıq edir, çoxmilyonlu mədəniyyət təəssübkeşləri adından sonsuz təşəkkürlərimi bildirirəm!

Tofiq Bakıxanov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli Sərəncamı ilə xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da vardır.

Cabbarov Murad Rasim oğlu – mayor
Həsənov Sahib Heydər oğlu – kapitan
Baxşəliyev Samir Baxşəli oğlu – baş leytenant

“Hərbi xidmətlərə görə” medalı ilə,

Ağalarov Şakir Mamo oğlu – daxili xidmət polkovnik-leytenantı
Həsənov Nurlan Fazil oğlu – daxili xidmət polkovnik-leytenantı

“Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Naxçıvanda işlər çox yaxşı gedir, quruculuq-abadlıq işləri aparılır. Mənim Naxçıvana səfərlərim mütəmadi xarakter daşıyır və hər dəfə bir çox açılışlarda iştirak edirəm. Bu da dinamik inkişafın təzahürüdür”.
Bu gün muxtar respublikada ulu öndərin siyasi xətti uğurla davam etdirilir. Naxçıvan yeni inkişaf dövrünü yaşayır. Bu dinamik inkişaf bütün bölgələri əhatə etmişdir. Hər il rayon mərkəzləri və kəndlərdə yeni sosial obyektlər tikilərək istifadəyə verilir. Son illər muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonunda da insanların rahat yaşayışı üçün lazımi infrastruktur yaradılmışdır. Bu tədbirlərdən Axaməd kəndinə də pay düşmüş, bu il kənddə kompleks quruculuq işləri aparılmışdır.

Kənd yolu yenidən qurulmuşdur

Dekabrın 14-də Axaməd kənd yolunun açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmişdir.
Sonra Ali Məclisin Sədrinə yolda aparılan yenidənqurma işləri barədə məlumat verilmişdir.

Ardını oxu...

Muxtar respublikada sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradılmış, əlverişli biznes və investisiya mühiti formalaşdırılmışdır. İstifadəyə verilən yeni müəssisələr özəl bölmənin inkişafına təkan vermiş, yerli istehsalın həcmi artmışdır. Bu sahədə görülən işlərin davamı olaraq “Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni istehsal sahəsi fəaliyyətə başlamışdır.
Dekabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni istehsal sahəsinə baxmışdır.
Sahibkar Fikrət Əhmədov məlumat vermişdir ki, ümumi sahəsi 4950 kvadratmetr olan müəssisə üçün yeni bina tikilmiş, ən müasir istehsal avadanlıqları quraşdırılmışdır. Sahibkarlığa Kömək Fondu tərəfindən ayrılan kredit və şəxsi vəsait hesabına yaradılan müəssisədə emal bölməsi, istehsal, qablaşdırma, meyvə və bitki cövhərlərinin saxlanılması sahələri, laboratoriya, iş otaqları, hazır məhsul və xammal anbarları vardır. İstehsal prosesi tamamilə avtomatlaşdırılmışdır.
İstehsal gücü saatda 2 min butulka olan müəssisədə 14 çeşiddə araq və 3 çeşiddə likör istehsal olunur. Xammal kimi muxtar respublikada bitən və yetişən kəklikotu, baldır­ğan, zirinc, qara tut, heyva, şaftalı, ərik və albalıdan, eləcə də yüksəkkeyfiyyətli spirtdən istifadə olunur. Məhsul gümüş filtrdən keçirilərək standartlara uyğun süzülür. 100, 250 və 500 millilitrlik şüşə butulkalarda qablaşdırılan içkilər lazımi laboratoriya analizlərindən keçirildikdən və keyfiyyətinə müvafiq qaydada zəmanət verildikdən sonra satışa buraxılır.
Ali Məclisin Sədri istehsal prosesinin ardıcıl texnoloji tələblər əsasında aparılması, keyfiyyətə daim nəzarət edilməsi, daxili bazarın tələbatının ödənilməsi və ixrac imkanlarının yaradılması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 12 il keçir.
Vəfatından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır.
İstedadlı insanlar, böyük şəxsiyyətlər üçün zaman və məkan məhdudiyyəti yoxdur. Onlar heç bir zamana və məkana sığmırlar. Bu, əsrlərin sınağından çıxan və öz təsdiqini tapan həqiqətdir. Zaman bu həqiqəti də təsdiq edir ki, dünyanın tarixi böyük şəxsiyyətlərin mənalı ömür yoludur. Bu mənada Heydər Əliyevin ömür yolu Azərbaycanın tarixidir. Elə bu səbəbdən də bu ömür yolu hər zaman yaddaşlarda yaşayacaq.
Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdilər.
Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəlmişdilər.
Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoydu.
Azərbaycanın Dövlət Himni səsləndi.
Dövlətimizin başçısı İlham Əliyev və oğlu Heydər Əliyev ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

AZƏRTAC

Dekabrın 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi ölkə­mizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da dərin ehtiramla yad edilmişdir.
Həmin gün minlərlə insan səhər saatlarından başlayaraq Naxçıvan şəhərinin Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətlə ucalan abidəsini ziyarət etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoymuş, xalqımızın böyük oğlunun xatirəsini ehtiramla yad etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri, minlərlə insan ulu öndərin abidəsini ziyarət etmiş, dahi şəxsiyyətin əziz xatirəsinə sonsuz məhəbbətlərini ifadə etmişlər.

Ardını oxu...

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 10-da Ümumçin Xalq Nümayəndələri Yığıncağında – parlamentdə rəsmi qarşılanma mərasimi olub.
Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

* * *

Dekabrın 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin geniş tərkibdə görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.

* * *

Geniş tərkibdə görüş başa çatdıqdan sonra dekabrın 10-da Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.

* * *

Dekabrın 10-da Çin Xalq Respublikasının Sədri Si Cinpinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul verilib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında arxiv işi sahəsində səmərəli fəaliyyətlərinə görə:
Babazadə Əkbər Məhəmmədəli oğlu
Bağırova Səidə Əli qızı
Əliyev İsa Qulam oğlu
İmanov Ədalət İslam oğlu
Kərimov Məmmədhəsən Cavad oğlu
Qasımov Vilayət Əli oğlu
Mehdiyeva Tünzalə Mehdi qızı
Məmmədova Fazilə Müslüm qızı
Rəcəbova Nüşabə Məmməd qızı
Tarverdiyeva Dilbər Məmməd qızı – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 10 dekabr 2015-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Çin Xalq Respublikasına dövlət səfərinə gedib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində dekabrın 9-da Sian şəhərindəki Terrakota Ordusu (yeraltı heykəllər ordusu) Muzeyi ilə tanış olub.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 9-da Çinin Şaansi vilayətinin qubernatoru Lou Çincyan ilə görüşü olub.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Çinin Sian şəhərində Şaansi Avtomobil Zavodu ilə tanış olub.

* * *

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Sian şəhərindən paytaxt Pekinə gedib.
Prezident İlham Əliyevi Çinin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Tofiq Əhməd Ağa oğlu Bakıxanova “Əməkdar incəsənət xadimi” fəxri adı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 8 dekabr 2015-ci il

Dekabrın 8-də Vayxır sol sahil suvarma və drenaj şəbəkəsinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Ali Məclisin Sədri Vayxır sol sahil suvarma və drenaj şəbəkəsinin istifadəyə verilməsi münasibətilə torpaq mülkiyyətçilərini təbrik edərək demişdir: Hər bir ölkədə ərzaq təhlükəsizliyini təmin etmək üçün ilk növbədə kənd təsərrüfatı inkişaf etdirilməlidir. Aydın məsələdir ki, kənd təsərrüfatının inkişafı da müasir meliorasiya və irriqasiya sistemləri olmadan mümkün deyil. Bu zərurəti nəzərə alan ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-ci illərindən başlayaraq ölkəmizdə meliorasiya və irriqasiya sahəsində kompleks tədbirlər həyata keçirilmiş, yeni su anbarları, nasos stansiyaları, suvarma kanalları tikilmiş, torpaqların su təminatı xeyli dərəcədə yaxşılaşdırılmışdır. Ulu öndərimiz ölkəmiz müstəqillik qazandıqdan sonra da bu məsələni diqqətdə saxlamış, ölkə Prezidenti də meliorasiya və su təsərrüfatı sisteminin kompleks şəkildə inkişaf etdirilməsi üçün dövlət proqramlarını ­imzalamışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
İlhamə Rafiq qızı Mustafayeva Naxçıvan Tibb Kollecinin direktoru vəzifəsindən azad edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 7 dekabr 2015-ci il

Dekabrın 4-də “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni inzibati bina və anbar kompleksi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə raport vermişdir.

Ardını oxu...

Dekabrın 3-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə təkbətək görüşü olub.
Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə geniş tərkibdə görüşü keçirilib.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC

Zəngin mədəniyyəti, qədim tarixi, dövlətçilik ənənələri və yüksək potensialı olan Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında xüsusi yer tutur, ölkəmizin inkişafında mühüm rol oynayır.
Son illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər görülmüş, müasir avadanlıqlarla təchiz olunmuş yeni təhsil və səhiyyə müəssisələri, idman və turizm obyektləri, mədəniyyət və incəsənət ocaqları inşa olunmuş, bir çox tarixi abidələr bərpa edilmiş, iri sənaye kompleksləri, emal və istehsal sahələri, elektrik stansiyaları istismara verilmiş, Naxçıvan Beynəlxalq Hava Limanının “Şərq Terminalı”, Naxçıvan şəhərinin su və kanalizasiya şəbəkəsi yenidən qurulmuş, avtomobil yolları çəkilmiş, küçə və meydanlar, istirahət parkları salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelini qəbul edib.
Dövlətimizin başçısı bu yaxınlarda Gürcüstana rəsmi səfərini və keçirdiyi görüşlər zamanı ikitərəfli əlaqələrimizi əhatə edən müxtəlif məsələlər ətrafında aparılan səmərəli müzakirələri məmnunluqla xatırladı. Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və energetika sahələrində uğurla inkişaf etdiyini bildirdi. Dövlətimizin başçısı Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelinin Azərbaycana səfərinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etdi.
Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli də Azərbaycana səfərinin ölkələrimizin hərbi strukturları arasında əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Tinatin Xidaşeli ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrə xüsusi önəm verdiyini vurğuladı.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Bakı Ekspo Mərkəzində “BakuTel-2015” XXI Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi ilə tanış olub.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə Məmmədova Yeganə Qurban qızına “Əməkdar müəllim” fəxri adı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 2 dekabr 2015-ci il

 Beynəlxalq Hava Limanında qarşılanma

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşıladı.
Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşdü.

AZƏRTAC

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı bildirib ki, G20-nin Antalyada keçirilən Zirvə toplantısı bir çox məsələlərdə Türkiyənin mövqeyinin mühüm rola malik olduğunu göstərdi. Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bütün istiqamətlərdə uğurla əməkdaşlıq etdiyini bildirib.
Mövlud Çavuşoğlu Azərbaycanın G20-nin Antalyada keçirilən Zirvə toplantısında iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan belə bir toplantıda iştirak etməklə Türkiyənin mövqeyini daha da gücləndirib. Mövlud Çavuşoğlu Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə gələcəkdə daha da inkişaf etdiriləcəyinə, iki qardaş ölkənin prezidentlərinin liderliyi ilə bu əlaqələrin bundan sonra da yüksək səviyyəyə qaldırılacağına əminliyini ifadə edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub, Azərbaycan ilə Türkiyənin həyata keçirdikləri TANAP, TAP, Bakı-Tbilisi-Qars və digər layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2015-ci il martın 29-da “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imza­lamış və yubileylə bağlı Tədbirlər Planını təsdiq etmişdir. Tədbirlər Planına əsasən, Naxçıvan Musiqi Kollecinin binasında yenidənqurma işləri aparılmışdır.
Noyabrın 27-də Naxçıvan Musiqi Kollecinin binası istifadəyə verilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvilini qəbul edib.
Gürcüstana bu yaxınlarda etdiyi uğurlu rəsmi səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı səfər zamanı ikitərəfli münasibətlər, o cümlədən regional əməkdaşlıq və təhlükəsizlik ilə bağlı mühüm məsələlərin müzakirə olunduğunu bildirib. Regionda təhlükəsizliyin təmin olunması işində ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın rolunu xüsusi qeyd edən Prezident İlham Əliyev bu istiqamətdə əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini vurğulayıb.
Hüquq mühafizə orqanları arasında əməkdaşlığa toxunan Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili xüsusilə dünyada terrorun və cinayətkarlığın hökm sürdüyü bir vaxtda ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini qeyd edib.

* * *

Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak ediblər.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.
ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri rəhbərlik etdiyi təşkilatın XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçirilməsinə göstərdiyi dəstəyə və yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qonaqların Bakı ilə ilk tanışlıqdan valeh olduqlarını vurğulayan Əbdüləziz Osman əl-Tuveycri paytaxtda gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib.
ISESCO-nun XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçirilməsinin önəmini vurğulayan dövlətimizin başçısı yüksək səviyyəli qonaqların ölkə­mizlə yaxından tanış olmaları üçün tədbirin yaxşı imkan yaratdığını deyib.
Görüşdə Azərbaycan ilə ISESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, bu əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik ifadə olunub. Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR