09 Yanvar 2025, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Maddə 1. Büdcənin ümumi göstəriciləri
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin gəlirləri 52 966 500,0 manat, xərcləri 124 010 000,0 manat, gəlir və xərcləri tənzimləmək üçün Dövlət Sosial Müdafiə Fondundan ayrılan dotasiya 71 043 500,0 manat məbləğində təsdiq edilir.

Maddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Maddə 3. Xərclər
Müəyyən edilsin ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

Maddə 4. Qalıq vəsaitlərdən istifadə
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Maddə 5. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 22 dekabr 2015-ci il

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR