09 Yanvar 2025, Cümə axşamı

Dekabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Qars Vilayətinin valisi Günay Özdəmir, Ərdahan Vilayətinin valisi Əhmət Dəniz və İqdır Vilayətinin valisi Davut Haner ilə görüşmüşdür.
Qonaqları qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edən Ali Məclisin Sədri onları Naxçıvanda görməkdən məmnunluğunu bildirmişdir. Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın vilayətləri arasında elm, təhsil, mədəniyyət və iqtisadi sahədə əlaqələrin yaxşı nəticələri olduğunu qeyd etmişdir.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Ali Məclisin Sədrinə təbriklərini çatdıran İqdır Vilayətinin valisi Davut Haner Naxçıvanın inkişafının onlarda xoş təəssürat yaratdığını diqqətə çatdırmış, əlaqələrin müxtəlif sahələr üzrə davam etdiriləcəyini bildirmişdir.
Söhbət zamanı gələcək əməkdaşlıq imkanları müzakirə olunmuşdur.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Nihat Ərşən görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR