09 Yanvar 2025, Cümə axşamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı bildirib ki, G20-nin Antalyada keçirilən Zirvə toplantısı bir çox məsələlərdə Türkiyənin mövqeyinin mühüm rola malik olduğunu göstərdi. Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bütün istiqamətlərdə uğurla əməkdaşlıq etdiyini bildirib.
Mövlud Çavuşoğlu Azərbaycanın G20-nin Antalyada keçirilən Zirvə toplantısında iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan belə bir toplantıda iştirak etməklə Türkiyənin mövqeyini daha da gücləndirib. Mövlud Çavuşoğlu Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə gələcəkdə daha da inkişaf etdiriləcəyinə, iki qardaş ölkənin prezidentlərinin liderliyi ilə bu əlaqələrin bundan sonra da yüksək səviyyəyə qaldırılacağına əminliyini ifadə edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub, Azərbaycan ilə Türkiyənin həyata keçirdikləri TANAP, TAP, Bakı-Tbilisi-Qars və digər layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR