09 Yanvar 2025, Cümə axşamı

Noyabrın 24-də Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası öz işinə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıb. O deyib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını ən yaşlı deputat aparır. Bu missiya Milli Məclisin deputatı Fəttah Heydərova nəsib olub.
İclasa sədrlik edən Fəttah Heydərov beşinci çağırış Milli Məclisin iclasını açıq elan edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Fəttah Heydərov beşinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub.
Dövlətimizin başçısı beşinci çağırış Milli Məclisin birinci iclasında nitq söyləyib.
Sonra Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin sədri vəzifəsinə deputat Oqtay Əsədovun namizədliyi irəli sürülüb.
Gizli səsvermədə iştirak edən 124 deputatın hamısı Oqtay Əsədovun namizədliyinin lehinə səs verib. Beləliklə, Oqtay Əsədov Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilib.
Sonra Milli Məclis Sədrinin müavinləri və Milli Məclis komitələrinin sədrləri seçiliblər.
Bununla da beşinci çağırış Milli Məclisin birinci iş günü başa çatıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bridcet Brink ABŞ və Azərbaycan prezidentlərinin ikitərəfli münasibətlərimizlə bağlı apardıqları müzakirələrdən sonra Prezident İlham Əliyevlə görüşmək imkanı əldə etmələrini yüksək dəyərləndirib. Əvvəllər də Azərbaycana səfər etdiyini bildirən xanım Bridcet Brink paytaxtımızda gedən müsbət dəyişikliklərin onlarda dərin təəssürat yaratdığını deyib.

Dövlətimizin başçısı G20-nin Antalya toplantısında ABŞ Prezidenti Barak Obama ilə ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı fikir mübadiləsi apardıqları zaman ABŞ Prezidentinin 10 il bundan əvvəl senator kimi Azərbaycana səfərini xatırladığını məmnunluqla qeyd edib. Ölkələrimizin müxtəlif sahələrdə uzun illərdir ki, uğurla əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev enerji və regional təhlükəsizlik, iqtisadi inkişaf və digər sahələrdə əlaqələrimizin əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Azərbaycanla ABŞ arasında əlaqələrin enerji, iqtisadi şaxələndirmə, ticarət, təhsil, kənd təsərrüfatı, birgə layihələr, terrorizmə qarşı mübarizə, insan haqları və demokratiya və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

AZƏRTAC

1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyası ötən müddətdə böyük yol keçmiş, ölkəmizdə əsas hərəkətverici siyasi təşkilata çevrilmişdir. Partiyanın cəmiyyətdəki mövqeyi ilbəil artır. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatın inkişafı və əhalinin rifahının yaxşılaşdırılması Yeni Azərbaycan Partiyasının proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində mümkün olmuşdur. Ötən müddətdə muxtar respublikada təbii sərvətlərimizə qayğı ilə yanaşılması və ekoloji tarazlığın qorunması istiqamətində də ardıcıl işlər görülmüşdür.
Noyabrın 21-də Naxçıvan Muxtar Respublikasında Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümünə həsr olunmuş iməciliklər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Naxçıvan-Sədərək avtomobil yolunun kənarındakı püstə bağında keçirilən iməcilikdə iştirak etmişlər.

Ardını oxu...

Muxtar respublikada iqtisadiyyatın əsas qolu olan sənayenin inkişafı diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlər və mövcud şərait bu sahə üzrə sahibkarlığın inkişafına, iri sənaye komplekslərinin və istehsal sahələrinin yaranmasına imkan verir. Bütün bunlar isə daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə və ixrac potensialının artmasına şərait yaradır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Kəngərli rayonunda yeni sənaye kompleksi inşa olunmuşdur.

Ardını oxu...

Bu gün Naxçıvan Muxtar Respublikası yeni inkişaf dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin quruculuq xəttinin davam etdirilməsi sosial-iqtisadi inkişafı təmin etmiş, aparılan quruculuq işləri muxtar respublikanın simasını dəyişmişdir.
Bölgələrin tarazlı inkişafı, qurulan müasir infrastrukturlar kəndlə şəhər arasındakı fərqi aradan qaldırmışdır. İnsanların həyat şəraiti yüksəlmiş, məskunlaşma artmışdır. Bu tədbirlərin davamı olaraq Ordubad rayonunun Gilançay kəndində də geniş quruculuq işləri aparılmış, müasir sosial obyektlər inşa olunmuşdur.

Gilançay kənd yolu yenidən qurulmuşdur

Müasir yol infrastrukturu hər bir yaşayış məntəqəsinin inkişafında başlıca şərtdir. İqtisadiyyatın inkişafı, sakinlərin rahat gediş-gəlişinin təmin olunması abad yollardan başlanır. Bu gün muxtar respublikanın kəndlərində müasir sosial obyektlərlə yanaşı, həm də abad yollar istifadəyə verilir. Sakinlərin rahatlığına xidmət edən bu tədbirlər çərçivəsində Gilançay kənd avtomobil yolu da yenidən qurulmuşdur.

Noyabrın 23-də avtomobil yolunun açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, yolda aparılan yenidənqurma işləri ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, kənd yolu genişləndirilərək 1700 metrlik asfalt örtük salınmışdır. Yolun üzərində yol hərəkət nişanları qoyulmuş, 20 su keçidi və beton kanal tikilmişdir. Kənddaxili yollarda da sakinlərin rahat hərəkəti təmin olunmuşdur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanovu qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında bu il artıq ilk buraxılışın olmasının və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ölkəmizdə fəaliyyətə başlamasının önəmini qeyd edib. Dövlətimizin başçısı təhsil sahəsində əməkdaşlığımızın digər formalarının müəyyənləşdirilməsinin zəruriliyini də qeyd edib.
Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanov ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi işinə xüsusi diqqət göstərdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 20 noyabr tarixli Sərəncamı ilə ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə görə bir qrup ədliyyə işçisi təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları da vardır.

Əliyev Suliddin Abbas oğlu

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Kazımov Emin Kazım oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişlər.

Noyabrın 17-də Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva forumda iştirak ediblər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün təşkilatın mənzil-qərargahına gəliblər.
Əvvəlcə Prezident İlham Əliyev UNESCO-nun qonaq kitabına ürək sözlərini yazıb.
Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura ilə qısa söhbətləri olub.
Dövlətimizin başçısı forumda çıxış edib.
Forumdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüblər.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun mənzil-qərargahında təşkilatın İcra Şurasının zalı və nümayəndə heyətlərinin salonu ilə tanış olublar.

AZƏRTAC

Noyabrın 18-də Şahbuz şəhərində Bayraq Meydanı istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə çıxış edərək demişdir: Hər bir dövləti digərlərindən fərqləndirən rəmzlər – bayraq, gerb, orden, pul nişanı və sair atributlar mövcuddur. Bunların içərisində bayraq mühüm yer tutur. Çünki bayraq dövlətlərin müstəqillik və suverenlik rəmzidir. Üçrəngli bayrağımızın ali dəyərindən bəhs edən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Başımız üstündə dalğalanan bayrağımız türk ruhunun təntənəsini dünyaya nümayiş etdirir”.

Ardını oxu...

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Böyük İyirmiliyin” (G-20) Antalya Sammiti çərçivəsində keçirilən işçi lançda çıxış edib.
Dövlətimizin başçısı çıxışında Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyəli əlaqələrin inkişaf etdiyini vurğulayaraq, Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olduğunu xatırladıb. Ölkələrimiz arasında energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirən Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyənin birgə reallaşdırdıqları mühüm energetika və digər layihələrin yalnız regionda deyil, dünya miqyasında da böyük əhəmiyyətə malik olduğunu deyib. Bu baxımdan “Cənub” qaz dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində önəmini vurğulayaraq, həmin layihənin həyata keçirilməsində əlaqələndirmənin gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
“Böyük İyirmiliyin” Sammiti çərçivəsində Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Barak Obama, Rusiya Prezidenti Vladimir Putin, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, Almaniya Kansleri Angela Merkel, İtaliyanın Baş naziri Matteo Renzi, Malayziyanın Baş naziri Nacib Rezak, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə ikitərəfli münasibətlərin inkişafına dair qısa söhbətləri olub.

AZƏRTAC

Noyabrın 17-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhə­rinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət etmiş, abidə önünə tər gül dəstəsi düzmüşlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları ümummilli liderin abidəsi önündə xatirə şəkli çəkdirmişlər.
Sonra sessiya öz işinə başlamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 1 noyabr 2015-ci il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair çıxış edərək demişdir ki, seçici siyahılarına daxil edilmiş 268 min 463 nəfərdən 205 min 166 nəfəri, yəni 76,4 faizi seçkidə iştirak etmişdir. Seçki qutularında aşkar edilən bülletenlərdən 203 min 991-i, yəni 99,4 faizi etibarlı hesab edilmişdir. Seçkilərin keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı qanun pozuntularına yol verilməmiş, aşkarlıq təmin edilmiş, müxtəlif xarici və yerli, o cümlədən siyası partiyaların müşahidəçiləri seçkilərin gedişini və səslərin hesablanmasını izləmişlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 22-ci maddəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vasif Yusif oğlu Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilsin.

                                            Beşinci çağırış Naxçıvan Muxtar
                                            Respublikası Ali Məclisinin birinci
                                            sessiyasına sədrlik edən                                                   Tariyel Talıbov


                          Naxçıvan şəhəri, 17 noyabr 2015-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 22-ci maddəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Deputat Azər Yadulla oğlu Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini seçilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 17 noyabr 2015-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 22-ci maddəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Deputat Mirhəşim Əhməd oğlu Seyidov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini seçilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 17 noyabr 2015-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 22-ci maddəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aşağıdakı deputatları müvafiq komitələrin sədrləri, sədr müavinləri və üzvləri seçilsinlər:

I. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsi

1. Səfərli Hacıfəxrəddin Yəhya oğlu – sədr

2. Babayev Əmir Baxşəli oğlu – müavin

3. Cəfərli Elman Yusif oğlu – üzv

Ardını oxu...

Noyabrın 16-da Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan xanlığının dövlət və döyüş bayraqlarının təqdimatı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərasimdə çıxış edərək demişdir: Azərbaycanın Naxçıvan diyarı qədim tarixə malikdir. Burada əsrlər boyu böyük mədəniyyət formalaşmışdır. Biz bu gün Naxçıvanın qədim mədəniyyətindən danışarkən təkcə sənətkarlıq, əkinçilik, memarlıq mədəniyyətini yox, bununla yanaşı, zəngin dövlətçilik mədəniyyətini də nəzərdə tuturuq. Bu ərazidə müxtəlif dövrlərdə mükəmməl dövlət idarəçiliyi formaları meydana çıxmışdır. Buna misal olaraq Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ təşkil edən Naxçıvan xanlığını göstərmək olar. Naxçıvan xanlığı böyük bir əraziyə malik idi. Olduqca gərgin bir dövrdə yaranan bu dövlət qurumu Azərbaycanda inzibati idarəçiliyin formalaşmasına öz töhfəsini vermiş, xalqımıza məxsus tarixi ərazini, dili və milli mədəniyyəti qorumağı bacarmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
I. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası 2015-ci il noyabr ayının 17-də saat 1100-da Naxçıvan şəhərində çağırılsın.
II. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilsin:
1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi
2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavinlərinin seçilməsi
3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi
III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 14 noyabr 2015-ci il

Realist Azərbaycan rəssamlığının əsasını qoyan istedadlı rəssam Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi, yaradıcılığının tədqiqi və təbliği sahəsində bir sıra işlər görülmüş, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yaradılmış, muxtar respublika Rəssamlar Birliyinin sərgi salonuna onun adı verilmiş, 120 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan şəhəri, İstiqlal küçəsi 52-də Bəhruz Kəngərlinin heykəli qoyulsun.
2. Həmin ərazi Bəhruz Kəngərli adına Rəssamlar Parkı adlandırılsın.
3. Naxçıvan Şəhər İcra Hakimiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri,14 noyabr 2015-ci il

Muxtar respublikada yol-nəqliyyat infra­strukturunun yenidən qurulması, müasir xidmət imkanlarına malik avtovağzalların, iritutumlu və rahat avtobusların istifadəyə verilməsi daxili və beynəlxalq sərnişindaşıma xidmətinin səviyyəsini artırmışdır.
Bu tədbirlərin davamı olaraq noyabrın 14-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə beynəlxalq sərnişindaşımaların həyata keçirilməsi üçün 2 ədəd “MAN Neoplan” markalı iritutumlu avtobus təqdim olunmuşdur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Böyük Britaniya Lordlar Palatasının üzvü, Leyboristlər Partiyasının nümayəndəsi, “Senate Consulting Ltd” şirkətinin təsisçisi, “Discover Azerbaijan: Baku 2015 edition” kitabının layihə direktoru Lord Devid Evansdan, Mühafizəkarlar Partiyasının nümayəndəsi Lord Riçard Rizbidən, Böyük Britaniya parlamentinin üzvləri, Leyboristlər Partiyasının nümayəndələri Rocer Dankan Qodsiffdən, Stefn Ceyms Makkabedən, xanım Patrisia Skotlanddan və “Senate Consulting Ltd” şirkətinin icraçı direktoru xanım Karolin Minşeldən ibarət Böyük Britaniya nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Böyük Britaniya nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmiz ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına və uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Böyük Britaniya Lordlar Palatasının üzvü, Mühafizəkarlar Partiyasının nümayəndəsi Lord Riçard Rizbi ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq məsələlərə dair fikirlərinin onlar üçün hər zaman böyük maraq doğurduğunu deyib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehini qəbul edib.
BMT ilə uğurlu əməkdaşlığa görə dövlətimizin başçısına minnətdarlığını bildirən Babatunde Osotimehin əlaqələrimizin inkişaf etdirilməsinə Azərbaycan hökuməti tərəfindən yaradılan şəraitdən məmnunluğunu ifadə edib.
Dövlətimizin başçısı Azərbaycanın müstəqilliyini bərpa etməsindən ötən müddət ərzində sosial siyasətin həmişə prioritet məsələlərdən biri olduğunu və əsas diqqətin ölkənin ehtiyaclarının ödənilməsinə yönəldiyini qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda insanların gündəlik həyatına mənfi təsir göstərmədən iqtisadi islahatlar həyata keçirilməklə sosial proqramlar da paralel olaraq icra edilib və nəticədə iqtisadiyyat gücləndikcə insanların həyat şəraiti də yaxşılaşmağa başlayıb.
Sonra Babatunde Osotimehin BMT-nin 1994-cü ildə Qahirədə keçirilən əhali və inkişaf üzrə beynəlxalq konfransından irəli gələn məsələlərin reallaşdırılmasında siyasi iradə, yorulmaz fəaliyyət və böyük səylər göstərdiyinə, eləcə də Davamlı İnkişaf Proqramının Azərbaycanda dəstəklənməsi, o cümlədən qadınların və gənclərin sağlam həyat şəraiti imkanlarının genişləndirilməsi istiqamətindəki xidmətlərinə görə BMT-nin Əhali Fondu adından mükafatı Prezident İlham Əliyevə təqdim edib.

AZƏRTAC

Noyabrın 12-də – Konstitusiya Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün, “Dövlət qulluğunda fərq­lənməyə görə” və “Tərəqqi” medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının təqdimat mərasimi keçirilmişdir.

Ardını oxu...

Muxtar respublikada hava nəqliyyatının inkişafı diqqət mərkəzində saxlanılır. Naxçıvan Beynəlxalq Hava Limanında xidmət şəraitinin müasirləşdirilməsi və sərnişinlərin rahatlığının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Aero­vağzal binasında yenidənqurma işləri aparılır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Broeki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Antonius Broekin ölkəmizdəki uğurlu diplomatik fəaliyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 70 illik yubileyi münasibətilə, BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə onun Azərbaycanın yüksək medalı olan “Tərəqqi” medalı ilə təltif edildiyini bildirib və medalı diplomata təqdim edib. Ölkəmiz ilə BMT arasında əməkdaşlığa toxunan Prezident İlham Əliyev tərəfdaşlığımızın səviyyəsindən və müxtəlif əhəmiyyətli layihələrin praktiki surətdə həyata keçirilməsindən məmnunluğunu ifadə edib.
Azərbaycanın “Tərəqqi” medalına layiq görüldüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirən BMT-nin rezident əlaqələndiricisi Antonius Broek bunu onların fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib.
Görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik ifadə olunub.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşezin etimadnaməsini qəbul edib.
Səfir Orelia Buşez fəxri qarovul dəstəsinin qarşısından keçib.
Xanım Orelia Buşez etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli həll olunması, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji, investisiya qoyuluşu, yüksək texnologiyalar, kosmik sənaye, infrastruktur, nəqliyyat, mədəniyyət və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyunun etimadnaməsini qəbul edib.

AZƏRTAC

Muxtar respublikada iməciliklər yolu ilə yeni meyvə bağlarının salınması ənənə halını almışdır. Son illər muxtar respublika ərazisində 4 min hektardan artıq meyvə bağı salınmışdır. Hər il bu bağlarda bol meyvə yetişdirilir. “Kənd təsərrüfatı ili”ndə digər aqrar tədbirlərlə yanaşı, bağçılığın inkişafına da diqqət artırılmışdır. Payız iməcilik mövsümündə də yeni meyvə bağlarının salınması nəzərdə tutulmuşdur.
Noyabrın 7-də Naxçıvan Muxtar Respublikasında ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri iməciliyə çıxmış, yeni meyvə tingləri əkmiş, yaşıllıqlara qulluq göstərmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Naxçıvan-Sədərək avtomobil yolunun kənarında keçirilən iməcilikdə iştirak etmiş, ərazidə yeni püstə bağı salınmışdır.
Püstə bağı üçün nəzərdə tutulan ərazi 80 hektardır. Uzun müddət əkilməyən bu torpaqlarda meliorativ və aqrotexniki tədbirlər görülmüş, torpaq qatı əkin üçün yararlı vəziyyətə gətirilmişdir. Uzunoba Su Anbarından yeni su xəttinin çəkilməsi və Kəngərli rayonu ərazisində suvarma şəbəkəsinin qurulması bu ərazinin də dayanıqlı su təminatına imkan verir. İməcilik iştirakçıları 35 hektar sahədə 8 min ədəd püstə və 1000 ədəd müxtəlif meyvə tingləri əkərək suvarmışlar. Gələcəkdə ərazinin digər hissəsində də püstə tingləri əkiləcək və damcılı suvarma şəbəkəsi qurulacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, yeni salınan püstə bağında becərmə tədbirlərinin aqrotexniki qaydalar əsasında aparılması və əkin işinin davam etdirilməsi barədə tapşı­rıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Müstəqil Azərbaycanın sürətli inkişafı muxtar respublikanın hər bir bölgəsində aydın hiss olunur. Yaşayış məntəqələrində müasir təhsil, səhiyyə, mədəniyyət müəssisələri, inzibati binalar tikilib istifadəyə verilir, yollar yenidən qurulur, yeni iş yerləri açılır.
Əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edən bu tədbirlər Culfa rayonunda da uğurla davam etdirilir. Bu il rayonun Qızılca kəndində geniş tikinti-quruculuq işləri aparılmışdır.

Qızılca kənd avtomobil yolu yenidən qurulmuşdur

Muxtar respublikada yol infrastrukturunun müasirləşdirilməsi tədbirləri Qızılca kəndini də əhatə etmişdir.

Noyabrın 10-da Qızılca kənd avtomobil yolunun açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, yolda aparılan yenidənqurma işləri ilə maraqlanmışdır.

Bildirilmişdir ki, 2,4 kilometrlik yol genişləndirilərək asfalt örtük salınmış, avtomobillərin rahat hərəkəti təmin edilmişdir. Yenidənqurma işləri zamanı yolun üzərində 12 su keçidi və beton kanal tikilmiş, kənddaxili yollar abadlaşdırılmışdır.

Ardını oxu...

Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşü olub.
Görüşdə David Usupaşvili Gürcüstana rəsmi səfəri çərçivəsində parlamentə gəldiyinə görə deputatlar adından Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirib. David Usupaşvili Prezident İlham Əliyevin təkcə regionun deyil, dünyanın nüfuzlu şəxsiyyətlərindən biri kimi Gürcüstana rəsmi səfərindən şərəf duyduqlarını vurğulayıb.
Prezident İlham Əliyev Gürcüstan parlamentinin sədri ilə Bakıda keçirdiyi görüşləri xatırlayıb. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olmasını prezidentlər tərəfindən imzalanan Birgə Bəyannamənin bir daha təsdiq etdiyini vurğulayıb. Bizim əlaqələrimizin təməlində xalqlarımızın bir-birinə olan hörməti, rəğbəti dayanır, – deyən Prezident İlham Əliyev siyasi, iqtisadi, sosial və humanitar sahələrdə Gürcüstan ilə Azərbaycanın hazırkı əməkdaşlığının bir çox ölkələr üçün nümunə ola biləcəyini söyləyib, dostluq münasibətlərinin dərinləşməsində parlamentlərarası əlaqələrin önəmindən danışıb.

*    *    *

Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı II İliya ilə görüşüb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfərə gedib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 5-də Gürcüstan Prezidentinin iqamətgahında rəsmi qarşılanma mərasimi olub.
Noyabrın 5-də Tbilisidə rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin təkbətək görüşü olub.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin geniş tərkibdə görüşü olub.
Noyabrın 5-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyev və Prezident Giorgi Marqvelaşvili Azərbaycan Respublikası ilə Gürcüstan arasında Birgə Bəyannamə imzalayıblar.
Noyabrın 5-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Həmin gün Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin adından rəsmi nahar verilib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 3 noyabr tarixli sərəncamları ilə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə, Azərbaycan elminin inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilmiş, bir qrup elm xadiminə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir. Təltif olunanlar və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülənlər arasında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları da vardır.

Səfərli Hacıfəxrəddin Yəhya oğlu
“Əməkdar elm xadimi” fəxri adı,

Quliyev Varis Muxtər oğlu
“Tərəqqi” medalı ilə təltif edilmiş,

Rzayev Bayram Zülfüqar oğluna

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir.

Xalqın əmin-amanlıqda yaşaması, torpaqların etibarlı müdafiə olunması üçün güclü ordunun olması vacib şərtdir. Bu gün müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır. Silahlı Qüvvələrimizin maddi-texniki təminatı ilbəil təkmilləşdirilir, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılır. Dövlətin diqqət və qayğısını daim öz üzərində hiss edən əsgər və zabitlər sərhədlərimizin keşiyində ayıq-sayıq dayanırlar.
Son illər muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Təmas xətti boyu mövqelərini gücləndirən Əlahiddə Ümumqoşun Ordunun ucqar və çətin dağlıq şəraitində yerləşən hissə və bölmələrində möhkəm müdafiə potensialı yaradılmışdır. Uca dağ silsilələrinin əhatəsində yerləşən Soyuq bölgəsi də muxtar respublikanın əsas müdafiə istehkamına və alınmaz qalasına çevrilmişdir.

Ardını oxu...

Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala rayonuna səfərə gedib.
Dövlətimizin başçısı Zaqatala şəhərindəki Heydər Əliyev Parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə parkda aparılan abadlıq işləri barədə məlumat verilib. İndi bu park Zaqatala sakinlərinin, rayona gələn qonaqların ən sevimli istirahət mərkəzinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş “Qızılgül” körpələr evi-uşaq bağçasının, Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni inşa olunan binasının açılışlarında iştirak edib, Yevlax-Balakən magistral yolunun Yuxarı və Aşağı Tala kəndlərinin, həmçinin Zaqatala şəhərinin ərazisindən keçən hissəsinin genişləndirilməsi və abadlaşdırılması işləri ilə tanış olub.
Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala rayonuna səfərini başa çatdıraraq Şəkiyə gedib.

AZƏRTAC

Noyabrın 4-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində xalq yaradıcılığı sərgisinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xalq yaradıcılığı sərgisinin açılışında iştirak etmişdir.
Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə çıxış edərək demişdir: Naxçıvan şəhərində xalq yaradıcılığı sərgisinin keçirilməsində məqsəd milli dəyərlərimizi yaşatmaq və təbliğ etməkdir. Milli dəyərləri yaşatmaq xalqın tarixini yaşatmaq deməkdir. Əgər hər bir xalq öz kimliyini ortaya qoymaq istəyirsə, ilk növbədə, milli dəyərlərinə istinad etməlidir. Bu zərurəti əsas götürən ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan xalqının milli dəyərlərinin və tarixi yaddaşının bərpası istiqamətində mühüm qərarlar qəbul etmişdir. Bu dövrdə Azərbaycanın bölgələrində yeni tarix-diyarşünaslıq muzeyləri tikilmiş, xalq sənətinin inkişafına və mövcud nümunələrin mühafizəsinə diqqət artırılmışdı. Azərbaycan Konstitusiyasında ən ali milli dəyərlərimiz olan ana dilimiz dövlət dili kimi təsbit olunmuş, xalqın ruhunu, tarixini, milli dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər yaradılmışdı. Həmin dövrdə Azərbaycan xalqının qəhrəmanlıq eposu olan “Dədə Qorqud”, xalqımızın müstəqillik uğrunda mübarizə tarixini və qəhrəmanlıq ənənələrini təbliğ edən “Babək”, azərbaycanlılara xas olan Novruz ənənələrini ilk dəfə ekranlara çıxaran “Dəli Kür” kimi bədii filmlər çəkilmişdi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Xalq yaradıcılığının inkişafındakı səmərəli fəaliyyətlərinə görə:

Cabbarov Cabir Qulam oğlu

Hüseynova Səriyyə Yaşar qızı

İsmayılov Ədalət Qadir oğlu

Kəngərli Gülüsüm Həsən qızı

Qarayeva Səkinə Əvəz qızı

Quliyev Lətif İman oğlu

Sadiqov Zahir Abdulla oğlu

Səfərova Kəmalə Elxan qızı – “Rəşadətli əməyə görə” nişanı;
“Tarixi mənbələrdə Nuh peyğəmbər” və “Naxçıvan – Şərur el yallıları” kitablarının müəllifləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin pul mükafatı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 3 noyabr 2015-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də MDB İcraiyyə Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə MDB-dən müşahidəçi missiyasının rəhbəri Sergey Lebedevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Milli Məclisə seçkilərdən danışan Sergey Lebedev dedi: “Biz məmnunluqla və birmənalı şəkildə bildiririk ki, Milli Məclisə seçkilər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilib və ölkə vətəndaşları azad seçim imkanı ilə tam təmin olunub”.
Dövlətimizin başçısı MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin rəhbərlik etdiyi təşkilatın ölkə qanunvericiliyinə əsaslanan obyektiv yanaşmasının və qətiyyən siyasiləşdirilməmiş mövqeyinin önəmini qeyd etdi. Daha sonra Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın dəvətinə baxmayaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu əsassız sayda müşahidəçilərin ölkəyə gəlməsini israr etdi. Dövlətimizin başçısı dedi ki, onlara müşahidəçilərin sayının ölkə əhalisinin sayına uyğunlaşdırılması təklif olunduqda seçkiləri müşahidə etməkdən imtina etdilər. Dövlətimizin başçısı bütün bunlara baxmayaraq, Avropa Şurasının Parlament Assambleyasını, Müstəqil Dövlətlər Birliyini, digər beynəlxalq strukturları və ölkələri təmsil edən çoxsaylı müşahidəçilərin seçki prosesini izlədiklərini vurğuladı.

AZƏRTAC

Noyabrın 1-i Azərbaycan Respublikasının tarixində növbəti parlament seçkiləri günüdür.
Seçki prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də səhər saat 10-da xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi.
Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.
Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izlədilər.
Mehriban Əliyeva və ailə üzvləri də səs verdilər.
Məntəqə seçki komissiyasının sədri Rüfət Həsənov ilk dəfə səs verməsi münasibətilə Heydər Əliyevi Mərkəzi Seçki Komissiyasının adından təbrik etdi.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovu qəbul edib.

AZƏRTAC

Müasir dövrdə demokratik seçkilər hüquqi dövlət quruculuğunun əsas şərti hesab olunur. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə bu məsələni daim diqqətdə saxlamış, Azərbaycanda mütərəqqi və demokratik seçki sistemi formalaşdırılmışdır. Bu gün də ölkəmizdə seçki sistemi təkmilləşdirilir, seçkilər ədalətli və şəffaf şəraitdə keçirilir. Yaradılan şərait, mövcud sabitlik və inkişaf insanların seçkilərdə fəal iştirak etməsinə imkan verir.

Ardını oxu...

Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 92-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sanjay Rananın etimadnaməsini qəbul edib.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.
Sanjay Rana etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Suzanne Mohamed Gamilin etimadnaməsini qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 oktyabr tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup kənd təsərrüfatı işçisi təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları da vardır.

Abdullayev Əyyub Vəzir oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

İbrahimov Əlövsət Vəli oğlu

“Tərəqqi” medalı ilə təltif edilmişlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryönu (Fransa), İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

* * *

Oktyabrın 28-də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışı olub.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksini işə salıb.
Dövlətimizin başçısı mərasimdə çıxış edib.
Sonda xatirə şəkli çəkdirilib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan-Monteneqro ikitərəfli əlaqələrinin inkişafının razılıq doğurduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında yaxşı dostluq münasibətlərinin qurulduğunu deyib. Prezident İlham Əliyev Monteneqronun Baş naziri Milo Cukanoviçin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığımızın inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.
Baş nazir Milo Cukanoviç Prezident İlham Əliyevin Monteneqro ilə əlaqələrə verdiyi önəmi ölkəsinə olan böyük dostluq münasibətinin ifadəsi kimi dəyərləndirib. İkitərəfli münasibətlərimizin səviyyəsindən razılığını bildirən Baş nazir Milo Cukanoviç son illər ərzində əməkdaşlığımızın uğurla inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

AZƏRTAC

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli Sərəncamına əsasən

İbrahimov İlham Sadət oğlu


Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi

Allahverdiyev Mehman Dünyamalı oğlu

Naxçıvan Şəhər Məhkəməsinin hakimi təyin edilmişlər.

Oktyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanovla görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibinin Naxçıvana səfərinin əhəmiyyətindən danışmışdır. Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü zamanı Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında sazişin imzalandığını və Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətinə dəstək verildiyini xatırladan Ali Məclisin Sədri türkdilli ölkələr arasında əlaqələrin inkişafında Naxçıvanın rolunu diqqətə çatdırmışdır.
Naxçıvana ilk dəfə səfər etdiyini bildirən Jandos Asanov göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmiş, Azərbaycanın bu qədim diyarının türkdilli ölkələr üçün mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Baş katib Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafının məmnunluq doğurduğunu bildirmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə Yaponiya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin bu əlaqələrin inkişafı istiqamətində yeni addım olacağına və əməkdaşlıqla bağlı imkanların araşdırılması baxımından yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı deyib ki, ölkəmizin dostu olan Akira Amarinin Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupuna rəhbərlik etməsi və Azərbaycanda gedən işlərlə yaxından tanış olması önəmlidir. Prezident İlham Əliyev nümayəndə heyətinin tərkibində böyük şirkətləri təmsil edən iş adamlarının olmasını da məmnunluqla qeyd edib.
İqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə nazir, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amari Prezident İlham Əliyev ilə sonuncu dəfə 2006-cı ilin martında dövlətimizin başçısının Yaponiyaya səfəri zamanı görüşdüyünü məmnunluqla xatırlayıb. O, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi özünün ölkəmizə 11 il əvvəl səfər etdiyini və ötən dövr ərzində sanki yeni bir şəhərə düşdüyünü vurğulayıb, bütün bu nailiyyətləri Prezident İlham Əliyevin uğurlu rəhbərliyinin nəticəsi kimi dəyərləndirib.

AZƏRTAC

Sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonu son illər inkişaf edərək müasir görkəm almışdır. Rayonda insanların məskunlaşması, rahat yaşaması üçün bütün tədbirlər görülmüş, yeni iş yerləri açılmış, rayon mərkəzi Heydər­abad qəsəbəsi və kəndləri quruculuq meydanına çevrilmişdir. Sərhədləri etibarlı müdafiə olunan Sədərək rayonunda bu gün intellektli, təhsilli və vətənpərvər gənc nəsil yetişdirilir. İstedadı və qabiliyyəti olan gənclər üçün bütün imkanlar yaradılır, məktəb binaları, musiqi məktəbləri tikilib istifadəyə verilir.
Oktyabrın 26-da Sədərək Rayon Uşaq Musiqi Məktəbinin yeni binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək demişdir ki, muxtar respublikada mədəniyyətin və incəsənətin inkişafı diqqət mərkəzində saxlanılır. Hər il yeni mədəniyyət müəssisələri, muzeylər, kitabxanalar, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri tikilərək istifadəyə verilir. Sədərək Rayon Uşaq Musiqi Məktəbi üçün yeni binanın istifadəyə verilməsi də bu sahədə görülən işlərin daha bir ifadəsidir. Yaradılan şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri ölkəmizdə keçirilən müsabiqələrdə uğurla iştirak edirlər. Natəvan Qədimova muxtar respublikada mədəniyyətin və incəsənətin inkişafına göstərilən qayğıya görə min­nətdarlıq etmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yeni təyin olunmuş vitse-prezidenti Siril Müllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Vitse-prezident Siril Müller iki il bundan əvvəl ölkəmizə səfəri zamanı Azərbaycanın inanılmaz dərəcədə tərəqqi etdiyinin şahidi olduğunu vurğulayaraq respublikamızın son illərdə çox böyük uğurlar qazandığını deyib.
Azərbaycanda həyata keçirilən inkişaf proseslərinin bundan sonra yeni formatda davam etdiriləcəyini deyən Prezident İlham Əliyev müstəqilliyimizin ilk illərində maliyyə-iqtisadi çətinliklərin mövcud olduğunu vurğulayıb. Dövlətimizin başçısı sonrakı illərdə ölkəmizdə çox böyük nailiyyətlərin əldə olunduğunu məmnunluqla qeyd edib. Azərbaycanın hazırda inkişafın yeni mərhələsində olduğunu vurğulayan dövlətimizin başçısı bu mərhələdə ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılması üçün institusional islahatların aparılmasının və sahibkarlığın stimullaşdırılmasının vacibliyini bildirib.
Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovu qəbul edib.
Dövlətimizin başçısı Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun ölkəmizə səfərinin ənənəvi qardaşlıq əlaqələrinin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğulayıb. Ölkəmizlə Rusiya Federasiyası Dağıstan Respublikası arasında əlaqələrin region üçün, bütövlükdə, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından çox əhəmiyyətli olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib ki, dövlətlərarası ikitərəfli münasibətlər möhkəmləndikcə, Azərbaycan-Dağıstan ənənəvi əlaqələri daha da güclənir.
Azərbaycanla Rusiya Federasiyasının Dağıstan Respublikası arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayan Ramazan Abdulatipov bu əlaqələrin inkişafında Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında mövcud olan səmimi münasibətlərin əhəmiyyətini qeyd edib.
Dərbənd şəhərinin iki minillik yubileyinə toxunan Ramazan Abdulatipov xalqlarımızın əsrlər boyu bir yerdə yaşadığını vurğulayaraq birgə tariximizin böyük əhəmiyyət daşıdığını deyib. Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Azərbaycan Prezidentinin göstərişi ilə Dərbənd şəhərində yüksək keyfiyyətlə həyata keçirilən abadlıq və quruculuq işlərinin də böyük razılıqla qarşılandığını bildirib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq məhkəmə ekspertizası sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan Filialının əsasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi yaradılsın.
2. “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 5 oktyabr tarixli 86-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin strukturu”nun 3-cü hissəsində “Penitensiar Xidmət (idarə səlahiyyətli)” sözlərindən sonra “Məhkəmə Ekspertizası Mərkəzi (idarə səlahiyyətli)” sözləri əlavə edilsin.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 22 oktyabr 2015-ci il

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 22 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

I. Ümumi müddəalar

1.1. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi (bundan sonra - Mərkəz) Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin (bundan sonra - Nazirlik) idarə səlahiyyətli qurumudur.
1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respub­likasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”ni, digər normativ hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.

Ardını oxu...

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR