09 Yanvar 2025, Cümə axşamı

Noyabrın 12-də – Konstitusiya Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün, “Dövlət qulluğunda fərq­lənməyə görə” və “Tərəqqi” medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının mükafatlarına layiq görülmələri, eləcə də Konstitusiya Günü münasibətilə təltif olunanları və onların timsalında muxtar respublika əhalisini təbrik edərək demişdir: Təltif olunmaq böyük nailiyyət, bu adı daşımaq isə şərəfdir. Bu gün təltif olunanlar çalışdıqları sahələrdə fərqləndiklərinə görə dövlətimizin yüksək mükafatlarına layiq görülüblər.
Ali Məclisin Sədri təltif olunanlara təşəkkür edərək demişdir: Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyev həm də Konstitusiyamızın yaradıcısıdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən ölkə vətəndaşlarına digər hüquqlarla yanaşı, iş hüququ da verilir. Bundan istifadə edərək Azərbaycan dövlətinin möhkəmlənməsi və inkişafı yolunda çalışan, xidməti fəaliyyətində fərqlənənlər isə ölkəmizin dəyərli insanlarıdır. Onların əməyi daim dövlətimiz tərəfindən qiymətləndirilir, dövlət mükafatları ilə təltif edilirlər. Dövlət təltifinə layiq görülmək üçün isə insan vətən­pərvər olmalı, ölkəsinə və xalqına sədaqətlə xidmət etməlidir.
Ali Məclisin Sədri demişdir: Bu gün ulu öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə sabitlik vardır. Sabitlik olan yerdə isə iqtisadi inkişaf davamlı olur. İqtisadi inkişafı təmin edənlər isə öz vəzifəsini layiqincə yerinə yetirən insanlardır. Bu insanların dövlətimizin təsis etdiyi ali mükafatlarla təltif olunması ölkəmizdəki sabitliyin, iqtisadi inkişafın, dövlət-xalq və xalq-dövlət birliyinin nəticəsidir.
Ali Məclisin Sədri təltif olunanları bir daha təbrik etmiş, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü, medalların, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim etmişdir.
Təltif olunanlardan Bayram Rzayev, Mübariz Əsgərov, Alidə Fətullayeva, Vüsalə Əliyeva, Mahir Əliyev, Rəhim Qafarov, Natiq Əhmədov, Leyla Abbasova, Məhsəti Məmmədova, Əyyub Abdullayev, Əlövsət İbrahimov, Natiq Məmmədov, Tofiq Rüstəm­ov, Vüqar Quliyev və İlqar Mirzəyev minnətdarlıq edərək demişlər: Bu gün sabitlik və əmin-amanlıq şəraitində yaşayırıq. Ölkə­mizdə bütün sahələr inkişaf etdirilir, insanların rahat işləməsi üçün şərait yaradılır. Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf xətti Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Doğma Naxçıvanımızın bugünkü inkişafında pay sahibi olmaq hər bir insan üçün böyük qürur və şərəfdir. Əməyimizə yüksək qiymət verilməsi, dövlət mükafatları ilə təltif olunmağımız isə məsuliyyətimizi artırır, bundan sonra daha səylə çalışmağa sövq edir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR