09 Yanvar 2025, Cümə axşamı

1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyası ötən müddətdə böyük yol keçmiş, ölkəmizdə əsas hərəkətverici siyasi təşkilata çevrilmişdir. Partiyanın cəmiyyətdəki mövqeyi ilbəil artır. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatın inkişafı və əhalinin rifahının yaxşılaşdırılması Yeni Azərbaycan Partiyasının proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində mümkün olmuşdur. Ötən müddətdə muxtar respublikada təbii sərvətlərimizə qayğı ilə yanaşılması və ekoloji tarazlığın qorunması istiqamətində də ardıcıl işlər görülmüşdür.
Noyabrın 21-də Naxçıvan Muxtar Respublikasında Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümünə həsr olunmuş iməciliklər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Naxçıvan-Sədərək avtomobil yolunun kənarındakı püstə bağında keçirilən iməcilikdə iştirak etmişlər.

Ötən iməciliklər zamanı 50 hektar ərazi əkinəyararlı hala salınmış, bu günə qədər 20 minə yaxın püstə tingi əkilmişdir. İməcilik iştirakçıları ərazidə əkin işlərini davam etdirmişlər. Püstə bağının ətrafındakı qoruyucu yaşıllıq zolağına da qulluq göstərilmiş, müvafiq aqrotexniki tədbirlər və səliqə-sahman işləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, püstə bağında yeni tinglər əkmişdir.
Həmin gün muxtar respublika ərazisində iməciliklər yolu ilə 19 min 400 ədəd ağac və 5 mindən artıq bəzək kolları əkilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR