09 Yanvar 2025, Cümə axşamı

Müasir dövrdə demokratik seçkilər hüquqi dövlət quruculuğunun əsas şərti hesab olunur. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə bu məsələni daim diqqətdə saxlamış, Azərbaycanda mütərəqqi və demokratik seçki sistemi formalaşdırılmışdır. Bu gün də ölkəmizdə seçki sistemi təkmilləşdirilir, seçkilər ədalətli və şəffaf şəraitdə keçirilir. Yaradılan şərait, mövcud sabitlik və inkişaf insanların seçkilərdə fəal iştirak etməsinə imkan verir.

Noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbəti seçkilər keçirilmişdir. Muxtar respublikada seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülmüş, seçkiqabağı hazırlıqlar qanunvericiliyə uyğun aparılmışdır.
Seçki məntəqələrində seçicilərin öz iradələrini sərbəst və müstəqil şəkildə ifadə etmələri üçün lazımi şərait yaradılmış, veb-kameralar quraşdırılmış, müşahidəçilər üçün yerlər ayrılmışdır.
Muxtar respublikada beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə 292 açıq və 24 qapalı seçki məntəqəsi yaradılmış, seçici siyahıları təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Milli Məclisinə 7 seçki dairəsi üzrə 29, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə isə 45 seçki dairəsi üzrə 135 namizəd qeydə alınmışdır. Naxçıvan Muxtar Respublikasında 268 min 463 nəfər seçici vardır. Seçkilərdə ilk dəfə iştirak edən seçicilərin sayı 4 min 799 nəfərdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində Azərbaycan Respub­likasının Milli Məclisinə, həmin binada yerləşən 29-1 saylı seçki məntəqəsində isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərdə səs vermişdir.
Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, 4-15 və 29-1 saylı seçki məntəqələrində 1464 seçici qeydə alınmışdır. Səhər saatlarından məntəqələrdə seçici fəallığı müşahidə olunur. Sakinlər rahat və sərbəst şəkildə səs verirlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR