09 Yanvar 2025, Cümə axşamı

Muxtar respublikada hava nəqliyyatının inkişafı diqqət mərkəzində saxlanılır. Naxçıvan Beynəlxalq Hava Limanında xidmət şəraitinin müasirləşdirilməsi və sərnişinlərin rahatlığının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Aero­vağzal binasında yenidənqurma işləri aparılır.

Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov binada aparılan yenidənqurma işləri ilə tanış olmuşlar.
Məlumat verilmişdir ki, yenidənqurma işləri çərçivəsində 2 keçid körpüsü və 2 teleskopik trap quraşdırılmışdır. Binada sərnişin qəbulu və yola salınması üçün lazımi tədbirlər görülmüş, eskalator, 2 lift və ümumi uzunluğu 41 metr olan baqaj konveyeri quraşdırılmış, ana-uşaq otağı, tibb məntəqəsi, geniş və işıqlı gözləmə zalları istifadəyə verilmişdir. Yeni teleskopik traplar vasitəsilə sərnişinlər rahatlıqla təyyarələrə minəcək, həmçinin təyyarədən terminal binasına keçəcəklər. Ən müasir avadanlıqların quraşdırılması sərnişinlərin rahatlığına və uçuşların təhlükəsizliyinə imkan verəcəkdir.
Binada xarici reyslərin qarşılanıb-yola salınması üçün pasport-qeydiyyat bölmələri və viza otağı istifadəyə verilmiş, sərhəd, gömrük və miqrasiya xidmətlərinin əməkdaşları üçün müasir iş şəraiti yaradılmışdır. Gözləmə zalında elektron gömrük və miqrasiya xidmətlərinin göstərilməsi üçün Azərbaycan, ingilis və rus dillərində informasiya köşkü qurulmuşdur. Sərhəd nəzarəti məntəqəsi üçün ayrılan xidməti otaqlarda da lazımi şərait yaradılmışdır.
Binada təhlükəsizlik tədbirlərinin də ən müasir tələblər səviyyəsində həyata keçirilməsi nəzərə alınmış, videonəzarət sistemi quraşdırılmış, xüsusi dizaynla tərtib olunmuş “Duty free” mağazaları və kafelər fəaliyyətə başlamışdır.
Yenidənqurma işləri başa çatdırıldıqdan sonra illik sərnişin və yükdaşıma dövriyyəsi artacaq, Aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 500 nəfərə çatdırılacaqdır.
Ali Məclisin Sədri Aerovağzal binasında yenidənqurma işləri aparılarkən sərnişin­daşıma və aviasiya təhlükəsizliyi ilə bağlı tədbirlərin mühəndis-texniki tələblər səviyyəsində başa çatdırılması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR