09 Yanvar 2025, Cümə axşamı

Oktyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanovla görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibinin Naxçıvana səfərinin əhəmiyyətindən danışmışdır. Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü zamanı Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında sazişin imzalandığını və Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətinə dəstək verildiyini xatırladan Ali Məclisin Sədri türkdilli ölkələr arasında əlaqələrin inkişafında Naxçıvanın rolunu diqqətə çatdırmışdır.
Naxçıvana ilk dəfə səfər etdiyini bildirən Jandos Asanov göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmiş, Azərbaycanın bu qədim diyarının türkdilli ölkələr üçün mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Baş katib Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafının məmnunluq doğurduğunu bildirmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR