08 Yanvar 2025, Çərşənbə

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 may tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar
1.1. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə) daşınmaz əmlakın dövlət reyestrinin və daşınmaz əmlakın dövlət kadastrının aparılması (daşınmaz dövlət əmlakı istisna olmaqla), ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya və xəritəçəkmə, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
1.2. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
1.3. Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Naxçıvan Muxtar Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Ardını oxu...

Bakıda daha bir müasir istirahət və əyləncə mərkəzi – “Dalğa Beach-Aqua Park” istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 26-da “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin açılışında iştirak ediblər.
Paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində yeni inşa edilmiş “Dalğa Beach-Aqua Park” xidmətin müxtəlifliyi və quruluşunun cazibədarlığı ilə fərqlənir.
Ailəvi istirahət parkında yaradılan şəraitlə bağlı dövlətimizin başçısına məlumat verildi. Qeyd edildi ki, “Dalğa Beach-Aqua Park”ın ümumi sahəsi 68 min kvadratmetrdir. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, orijinal üslubda inşa olunub. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz yaradılıb.
Dövlətimizin başçısı və xanımı dənizin içində inşa edilmiş “Mayak” restoranında da oldular. Bu iaşə obyekti xidmətin orijinal təşkili ilə yanaşı, Bakının köhnə mayaklarının arxitektura üslubunda tikilməsi ilə də diqqəti cəlb edir. Buradan Xəzərə açılan mənzərə istirahətə gələnlərdə xoş ovqat yaradacaq.

AZƏRTAC

Mayın 25-də Bakıda Birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışlarda iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Atletlər kəndində oldular.
Qeyd edildi ki, Birinci Avropa Oyunlarının keçirilməsi zamanı istifadə olunacaq Atletlər kəndi 383 min kvadratmetr sahəni əhatə edir. Atletlər kəndi oyunların keçiriləcəyi əsas idman komplekslərinə – Bakı Olimpiya Stadionuna, Milli Gimnastika Arenasına və Heydər Əliyev Beynəlxalq Aeroportuna yaxın olmaqla yanaşı, şəhərin müxtəlif istiqamətlərinə gediş-gəlişin rahat və sərfəli olduğu bir ərazidə yerləşir.
Azərbaycan Prezidenti İlham Əliyev Atletlər kəndinin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva atletlərin qalacağı binalarda yaradılan şəraitlə tanış oldular.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Media kəndinin açılışında iştirak etdilər.
Azərbaycan Prezidenti Media kəndinin rəmzi açılışını bildirən lenti kəsdi.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 22-də Böyükşor gölünün bərpası layihəsinin birinci mərhələsi çərçivəsində görülmüş işlərlə tanış olublar.
Dövlətimizin başçısı və xanımı göl sahilində salınmış Böyükşor bulvarının və parkının açılışında iştirak ediblər.
Azərbaycan Prezidenti və xanımı əvvəlcə Böyükşor gölünün bərpasının ilkin mərhələsi çərçivəsində görülmüş işlərə dair stendə baxdılar.
İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Böyükşor gölünün bərpasının birinci mərhələsi çərçivəsində görülən işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verdi.
Sonra Prezident İlham Əliyev Böyükşor bulvarının və parkının rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometr, bulvar sahəsinin ümumi eni isə 94 metrdir. Burada idman və uşaq oyun meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb, minlərlə ağac və bəzək kolu əkilib. Gölün içində quraşdırılmış fəvvarələr kompleksi şəhərimizin qonaqlarının zövqünü oxşamaqla yanaşı, həm də gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə XXI Azərbaycan Beynəlxalq Qida Sənayesi və IX Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgilərinin yüksək səviyyədə təşkil olunduğu vurğulandı, bu tədbirə marağın ildən-ilə artdığı qeyd olundu.
Söhbət zamanı Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, kənd təsərrüfatı, sənaye, maşınqayırma və digər sahələrdə əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də “World Food Azerbaijan-2015” XXI Azərbaycan Beynəlxalq Qida Sənayesi və “Caspian Agro-2015” IX Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub.

AZƏRTAC

Ölkəmizdə yüksəkixtisaslı kadrların hazır­lanmasında mühüm xidmətləri olan Naxçıvan Dövlət Universitetində müasir tədris imkanları yaradılmışdır. Son illər universitet şəhərciyində aparılan yenidənqurma işləri, tikilən müasir binalar və yaradılan elektron tədris sistemi təhsilin səviyyəsini xeyli yüksəltmişdir. Bu işlərin davamı olaraq universitet xəstəxanası və baytarlıq təbabəti ixtisası üçün yeni binalar inşa olunmuşdur.
Mayın 21-də Naxçıvan Dövlət Universiteti xəstəxanasının yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Tədbirdə universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Saleh Məhərrəmov çıxış edərək demişdir ki, son illər universitet şəhərciyində ən müasir texnoloji avadanlıqlarla təmin olunmuş yeni tədris kor­pu­sları, elektron kitabxana, idman kompleksi istifadəyə verilmiş, yeni ixtisaslar açılmışdır. Həyata keçirilən tədbirlər ali təhsil ocağında təh­­si­lin səviyyəsini yüksəltmişdir. Xəstəxana və bay­­­tarlıq ixtisası üçün müasir binaların istifadəyə verilməsi də göstərilən qayğının davamıdır. Saleh Məhərrəmov yaradılan müasir tədris şəraitinə görə universitetin kollektivi adından minnətdarlıq etmiş, təd­ri­sin səviyyəsini daha da yüksəldəcəklərini bildirmişdir.

Ardını oxu...

Həmin gün Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetində daşdan düzəldilmiş heykəllərə baxmışdır.
Məlumat verilmişdir ki, bu il mayın 11-də və 12-də Naxçıvan Dövlət Universitetində “Naxçıvan və Şərqi Anadolu abidələri” mövzusunda Beynəlxalq Simpozium keçirilmişdir. Beş ölkədən 56 alimin iştirakı ilə keçirilən simpoziumda Naxçıvan Dövlət Universiteti ərazisində Türkiyənin Ağrı İbrahim Çeçen, Ankara Qazi, Ərzurum Atatürk və Naxçıvan Dövlət universitetlərinin əməkdaşlarının birgə səyi ilə yaradılmış daşdan düzəldilmiş heykəllər nümayiş etdirilmişdir.
Naxçıvana aid olan yerli travertin daşından hazırlanmış heykəllərdə iki ölkənin milli dəyərləri əks olunmuşdur. Onlar arasında iki dost və qardaş ölkənin birliyini əks etdirən heykəl xüsusilə diqqəti cəlb edir. Ağrı İbrahim Çeçen Universitetinin müəllimi Bilal Hano tərəfindən hazırlanmış “Heydər Əliyev-Atatürk” abidəsinin bir üzündə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, digər üzündə isə türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün Azərbaycan-Türkiyə birliyini ifadə edən dəyərli fikirləri həkk olunmuşdur. Ağrı Universitetinin müəllimi Naci Edinin “Azərbaycan bayrağı”, həmçinin onun Ozan Baycan ilə birgə hazırladığı “Azərbaycanın yüksəlişi”, Ankara Qazi Universitetinin müəllimi Tulay Özkulun “Sütun və ay”, Ərzurum Atatürk Universitetinin müəllimi Volkan Doğanın “Buğa” əsərləri yüksək sənətkarlıq nümunələridir.

Ardını oxu...

Mayın 19-da paytaxtın Binəqədi rayonu, “Azadlıq” prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Mayın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisə yerində olub.
Dövlətimizin başçısı binaya baxış zamanı hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, hadisə vaxtı zərərçəkənlərə və həlak olanların ailə üzvlərinə yardımların göstərilməsi və digər məsələlərlə əlaqədar Dövlət Komissiyasının üzvlərinə yerindəcə tapşırıqlarını verdi.
Daha sonra baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilk iclası keçirilib.
İclasda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

AZƏRTAC

Azərbaycan Respublikası­nın Prezidenti İlham Əliyevin 2015-ci il 19 may tarixli Sərəncamı ilə Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi də vardır.

“Tərəqqi” medalı ilə

Allahverdiyev Əli Kərim oğlu

Mayın 19-da yeni Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpünün və Stend Atıcılığı Kompleksinə gedən yolun açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısına məlumat verildi ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Avtovağzal dairəsi” adlanan ərazisinin Bakı dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə inşa edilən yeni yolda təmir-tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Ümumi uzunluğu 1070 metr olan yolun körpüyə qədər hissəsinin eni 22 metrdir və 4 hərəkət zolağından ibarətdir. On beş aşırımdan ibarət körpünün uzunluğu 451 metr, eni isə 13 metrdir.
Dövlətimizin başçısına Bakı-Sumqayıt yolunun 9-cu kilometrində inşa olunan 5 körpü və Sumqayıt-Bakı istiqamətində yan yolun genişləndirilməsi işləri barədə də məlumat verildi.
Ərazidə inşa olunan 5 körpünün ümumi uzunluğu 400 metrdir. Burada 2350 metr uzunluğunda yan yollar genişləndirilib və yolun eni 15 metrə çatdırılıb. Bütün bunlar Bakı-Sumqayıt yolunda tıxac probleminin aradan qaldırılmasına və əhalinin rahatlığının təmin edilməsinə mühüm töhfə verəcək.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Bakı Olimpiya Stadionu ətrafında inşa olunan yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 6-cı bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsasında Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin layihəsini, strukturu və işçilərin say tərkibi barədə təkliflərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;
2.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 19 may 2015-ci il

Mayın 18-də Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.

* * *

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad bin Amin Mədəni ilə görüşüblər.

* * *

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İSESCO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüblər.

* * *

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-da yerləşən Etnik Anlaşma Fondunun sədri Rabbi Mark Şnayeri qəbul edib.

AZƏRTAC

Mayın 15-də Bakıda “Bulvar Hotel” istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, bu, “Absheron Hotel Group”a daxil olan dördüncü oteldir. Bakı buxtasında yerləşən beşulduzlu “Bulvar Hotel” yüksək səviyyədə və müasir üslubda inşa olunub. Otelin paytaxtın əsas işgüzar və mədəni mərkəzlərinə yaxın olması qonaqlara vaxtlarını daha səmərəli keçirmək üçün hərtərəfli imkanlar yaradır.
Otellə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.

* * *

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ağ Şəhər bulvarında yaradılan şəraitlə tanış olublar.

* * *

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nobel qardaşları prospektinə paralel inşa olunmuş dənizkənarı yeni yolun açılışında iştirak ediblər.

AZƏRTAC

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 12-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlanmışdır.
Mayın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar birgə taktiki təlimi izləmişlər.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir”.
Bu gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, maddi-texniki təchizatı və şəxsi heyətin xidməti şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan şəhərində yerləşən hərbi hissə üçün yeni qərargah binası və əsgər yataqxanası inşa edilmişdir.

Ardını oxu...

Həmin gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna yeni xidməti avtomobillər və yük maşınları təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yeni xidməti avtomobillərə və yük maşınlarına, eləcə də Əlahiddə Ümumqoşun Ordusunun digər döyüş texnikalarına baxmışlar.

Ardını oxu...

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın mayın 14-də rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın məhdud tərkibdə görüşü olub.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın geniş tərkibdə görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.

* * *

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın iştirakı ilə Azərbaycan-Vyetnam sənədlərinin imzalanması mərasimi olub.
Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq mətbuata birgə bəyanatlarla çıxış ediblər.

* * *

Mayın 14-də Bakıda Azərbaycan-Vyetnam Biznes Forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq biznes forumda iştirak ediblər.
Dövlət başçıları forumda çıxış ediblər.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəri müasir şəhərsalma prinsipləri əsasında qurulur. İstifadəyə verilən sosial obyektlər, inzibati və ictimai yaşayış binaları şəhərin memarlıq quruluşuna yeni görkəm verir. Artıq qədim və müasir memarlıq elementlərinin sintezi əsasında aparılan kompleks quruculuq işləri şəhərin görkəmini tamamilə dəyişmişdir. Bu işlər çərçivəsində insanların rahat mənzillərdə yaşaması, xüsusilə gənc ailələrin mənzil təminatı məsələsi xüsusilə diqqətdə saxlanılır, müasir yaşayış binaları tikilərək istifadəyə verilir.
Mayın 14-də Naxçıvan şəhərinin “İstiqlal” küçəsində inşa olunan 95 nömrəli yeni ictimai yaşayış binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın açılışını bildirən lenti kəsmişdir.

Ardını oxu...

Mayın 14-də Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının Atıcılıq və əyləncə mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri Asəf Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikada gənc­lərin atıcılıq idman növünə marağının artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyətinin gücləndirilməsi, yeni atıcılıq mərkəzlərinin və klublarının istifadəyə verilməsi bu sahədə görülən işlərin miqyasını xeyli genişləndirmişdir. Bu gün istifadəyə verilən Atıcılıq və əyləncə mərkəzi də gənclərin atıcılıq idman növlərinə marağının artırılmasında və asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaqdır. Asəf Məmmədov yaradılan şəraitə görə idmançılar adından minnətdarlıq etmişdir.

Ardını oxu...

Mayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində iştirak etmək üçün Naxçıvana gələn Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar ilə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri birgə hərbi təlimlərin keçirilməsini hər iki ölkənin gücünün, eyni zamanda Azərbaycan və Türkiyə orduları arasındakı birliyin göstəricisi kimi dəyərləndirmişdir.
Muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdıran Ali Məclisin Sədri demişdir ki, düşmən dövlətlə sərhəddə yerləşməsi və blokada şəraitində yaşaması Naxçıvanda ordu quruculuğu tədbirlərini zərurətə çevirmişdir. Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvanda yerləşən ordu birləşmə və hissələri torpaqlarımızın müdafiəsini etibarlı təşkil etməklə yanaşı, istənilən döyüş tapşırığını da uğurla yerinə yetirmək əzmindədir.
Ali Məclisin Sədri Türkiyə Silahlı Qüvvələrinin muxtar respublikada ordu quruculuğuna göstərdiyi dəstəyə görə təşəkkürünü bildirmişdir.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar səmimi qəbula görə minnətdarlıq etmiş, Naxçıvanda keçirilən birgə hərbi təlimin hər iki ölkə arasında hərbi sahədə əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıdığını bildirmişdir. Naxçıvanda bütün sahələrin inkişafının məmnunluq doğurduğunu qeyd edən Ümit Dündar ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin də qürurverici olduğunu vurğulamışdır.
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Nihat Ərşən görüşdə iştirak etmişlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva paytaxtda Avropa Oyunları Parkının açılışında iştirak ediblər.
Prezident İlham Əliyev parkın rəmzi açılışını bildirən lenti kəsdi.
Diqqətə çatdırıldı ki, Avropa Oyunları Parkı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışları üçün nəzərdə tutulub. Park üç idman qurğusundan və dörd funksional zonadan ibarətdir. Qurğunun ümumi ərazisi 18 hektar, tikintialtı sahə isə 70 min kvadratmetrə yaxındır.
Parkda yaradılan şəraitlə tanış olandan sonra dövlətimizin başçısı və xanımı Avropadan olan rəsmi və texniki heyətə xidmət göstərəcək taksilərə baxdılar.

* * *

Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva veloparkın açılışında iştirak ediblər.

AZƏRTAC

Mayın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz ilə görüşmüşdür.

Ali Məclisin Sədri qonağı salamlamışdır. Azərbaycan ilə İsrail arasında əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri qonağın bu səfərinin Naxçıvanın tarixi, mədəni irsi və müasir inkişafı ilə tanışlıq üçün yeni imkanlar açacağını qeyd etmiş, səfirə işlərində uğurlar arzulamışdır.

Səmimi qəbula görə minnətdarlıq edən səfir Rafael Harpaz dünya şöhrətli siyasətçi ümummilli lider Heydər Əliyevin vətəni Naxçıvana növbəti dəfə səfərindən məmnunluğunu ifadə etmişdir. İsrail-Azərbaycan münasibətlərinə toxunan səfir ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirildiyini bildirmişdir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Türkiyə Respublikası Baş nazirinin müavini Əli Babacanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Türkiyənin G-20-yə rəhbərliyə seçildiyini və bu mötəbər təşkilatın bütün tədbirlərinə ev sahibliyi edəcəyini vurğulayan Baş nazirin müavini Əli Babacan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin həmin tədbirlərdə iştirak etmək üçün dəvətini bir daha diqqətə çatdırdı.
Türkiyənin G-20-yə rəhbərlik etməsini qardaş ölkənin böyük qələbəsi kimi dəyərləndirən dövlətimizin başçısı Azərbaycanın buna çox sevindiyini dedi. Prezident İlham Əliyev bunu həm də dünyanın aparıcı dövlətləri tərəfindən Türkiyənin roluna göstərilən yüksək münasibətin ifadəsi kimi qiymətləndirdi. Azərbaycanı G-20-yə dəvət etdiyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha minnətdarlığını ifadə edən Prezident İlham Əliyev bunun dostluğumuzun və qardaşlığımızın bariz nümunəsi, Türkiyə-Azərbaycan birliyini dünyaya nümayiş etdirən başlıca amil olduğunu dedi.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi və bu əlaqələrin bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olundu.

AZƏRTAC

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü günüdür.
Xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları, yaxınları Onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, onun xatirəsini ehtiramla andı.
Sonra dövlətimizin başçısı və ailə üzvləri oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoydular.

* * *

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və şəhər mərkəzi parkında Gül bayramı təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında iştirak ediblər.

AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü Naxçıvan şəhərində qeyd olunmuşdur.
Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişdir.
Nazirlik, komitə, baş idarə və müəssisələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri abidə önünə tər güllər düzmüşlər.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizdə mühüm yer tutur. Bütün həyatını doğma Azərbaycana və xalqına həsr edən ulu öndər bənzərsiz və müqayisəolunmaz şəxsiyyət idi. “Mən balaca bir evdə, zəhmətkeş ailədə, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram”, – deyən dahi liderimiz həyatını Azərbaycan naminə mübarizəyə həsr edərək xalqımızın tarixində və taleyində silinməz izlər qoymuşdur.

Ardını oxu...

Beynəlxalq Şahmat Federasiyasının qərarı ilə Naxçıvan Muxtar Respublikasının şahmatçılarından 1-i FİDE ustası, 1-i beynəlxalq hakim, 1-i isə beynəlxalq qrossmeyster dərəcəsi almışdır.
Mayın 10-da Naxçıvan şəhərindəki Şahmat Mərkəzində FİDE ustası, beynəlxalq qrossmeyster və beynəlxalq hakim dərəcələrinin diplom və döş nişanlarının təqdimatı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov və Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov tədbirdə iştirak etmişlər.
Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək demişdir ki, ölkəmizdə idmanın inkişafı diqqətdə saxlanılır, beynəlxalq dərəcəli idmançılar yetişdirilir. Zəka idman növü olan şahmatın inkişafı istiqamətində də kompleks tədbirlər icra olunur. Naxçıvan Muxtar Respublikasında da şahmat infrastrukturu ardıcıl şəkildə inkişaf etdirilir, beynəlxalq yarışlar təşkil olunur. Ulu öndərin anadan olmasının ildönümləri münasibətilə keçirilən şahmat festivalları da bu mənada mühüm əhəmiyyət daşıyır. Görülən işlərin nəticəsidir ki, artıq Naxçıvanda beynəlxalq dərəcəli şahmatçılar yetişir. Azad Rəhimov Naxçıvanda şahmatın inkişafına göstərilən qayğıya görə min­nətdarlıq etmişdir.
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalını yüksək dəyərləndirərək demişdir ki, hər il keçirilən bu turnirə dünya şahmatçıları böyük maraq göstərir. İstər təşkilatçılıq, istərsə də iştirakçı şahmatçıların səviyyəsi festivalın əhəmiyyətini ilbəil artırır. Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına göstərilən qayğı, yaradılan infrastruktur məmnunluq doğurur. Azərbaycan xalqının ümummilli lideri tərəfindən əsası qoyulan şahmata qayğı siyasəti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan bu il Şahmat üzrə Dünya Kubokuna və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcəkdir.

Ardını oxu...

1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qazanılan tarixi qələbənin 70-ci ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd olunmuşdur.
Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə kompleksinə gəlmiş, Böyük Vətən müharibəsi veteranları ilə görüşmüşdür.
Ali Məclisin Sədri abidənin önünə tər gül dəstəsi qoymuş, müharibədə həlak olanların xatirəsini ehtiramla yad etmişdir.
Sonra Dövlət Himni səsləndirilmişdir.
Mərasim iştirakçıları və ictimaiyyətin nümayəndələri də abidə önünə gül dəstələri düzmüşlər.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə müharibə veteranlarına diqqət və qayğını sosial siyasətin əsas istiqaməti kimi müəyyənləşdirmişdir. Bu gün də ölkəmizdə, o cümlədən muxtar respublikada bu kateqoriyadan olan insanlara qayğı prioritet məsələdir. Vətənimizin müdafiəsi yolunda sağlamlıqlarını itirən insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onların minik avtomobilləri ilə təmin olunması diqqət mərkəzindədir.
Mayın 9-da – faşizm üzərində qələbənin 70-ci ildönümündə Naxçıvan şəhərində Azərbaycan Vətən müharibəsi və Çernobıl əlillərinə, 1941-1945-ci illər müharibəsi veteranına və müharibə əlilinə bərabər tutulan şəxslərə 10 ədəd “NAZ-Lifan-320” markalı minik avtomobili təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərasimdə iştirak etmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov çıxış edərək demişdir ki, muxtar respublikada müharibə veteranlarının və sağlamlıq imkanları məhdud insanların sosial rifahı təmin edilir, onların asudə vaxtlarının təşkili və sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır. Bu ilin ötən dövründə 101 nəfərin Əlillərin Bərpa Mərkəzində, sağlamlıq imkanları məhdud 97 nəfərin Uşaq Bərpa Mərkəzində müalicəsi təşkil edilmiş, 8 nəfər müxtəlif sanatoriya və pansionatlara, əzələ-dayaq sistemi xəstəliklərindən əziyyət çəkən 10 nəfər isə Türkiyə Respublikasına müalicəyə göndərilmiş, 89 nəfərə protez-ortopedik xidmət göstərilmiş, 37 nəfər texniki bərpa vasitələri ilə təmin edilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 8-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. İqtisadi sahədə əldə olunan nailiyyətlərə toxunan Prezident İlham Əliyev bildirdi ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər nəticəsində bu, Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyib. Dövlətimizin başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını dedi.
Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti Azərbaycanın etibarlı tərəfdaş olduğunu və rəhbərlik etdiyi qurumun ölkəmizlə əməkdaşlığa böyük əhəmiyyət verdiyini dedi.
Görüşdə ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında enerji infrastrukturunun yaradılması, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC

Mayın 7-də Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni inzibati binanın açılışında iştirak ediblər.
Dövlətimizin başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibətilə veteranları təbrik etdilər, ən xoş arzularını bildirdilər və onların ürək sözlərini dinlədilər.
Veteranlar ulu öndər Heydər Əliyev ilə görüşlərini dərin ehtiram hissi ilə xatırladılar.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binası ilə tanış oldular.
Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva veteranlar ilə görüşdülər.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC

Mayın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medallarının, “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarının, Azərbaycan Respublikası Prezidentinin mükafatlarının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının təqdimat mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları təbrik edərək demişdir: “Bu gün sizin həyatınızda əlamətdar gündür. Dövlətimizin ali mükafatlarına layiq görülməyiniz ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsi, dahi şəxsiyyətin ideyalarına sədaqətin bəhrəsidir”.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 6 may tarixli Sərəncamı ilə səhnə fəaliyyəti ilə bağlı bir qrup aparıcı incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilmişdir. Mükafat alanlar arasında Naxçıvan Muxtar Respublikasının incəsənət xadimləri də vardır:

Babayev Məmmədəli Şükür oğlu
Canbaxşiyev Səməd Canbağış oğlu
Cəfərov Anar Elşad oğlu
Xudiyeva Nəzakət Əli qızı
Nağıyev Elçin Nağı oğlu
Nəbiyev Cəbrayıl Fərrux oğlu
Novruzov Əfsər Dilavər oğlu
Tarverdiyeva Müşfiqə Xıdır qızı

Mayın 5-də Bakıda “İnturist” otelinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “İnturist” otelinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə otel barədə ətraflı məlumat verildi. Qeyd edildi ki, beşulduzlu bu otel “Absheron Hotel Group”a aiddir. Yeni otel vaxtilə Bakıdakı “İnturist” mehmanxanasının arxitektura üslubunda inşa edilib. Beşmərtəbəli binada 150 standart və suit nömrə var. Otaqların hamısı müasirliyi və rahatlığı ilə seçilir. Otelin özəlliyini artıran cəhətlərdən biri də otaqların eyvanlarından Xəzər dənizinə və sahilboyu Bakı bulvarına açılan mənzərədir. Otaqların hamısı sürətli internet, havalandırma və digər zəruri sistemlərlə təchiz olunub. Oteldə SPA, kitabxana, iclas zalı, restoran da var. Buradakı şərait Bakının keçmiş əfsanəvi “İnturist” mehmanxanasının ab-havasını xatirələrdə canlandırır.
Otellə tanışlıqdan sonra dövlətimizin başçısı kollektivlə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC

Mayın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində əkinəyararlı torpaqlardan istifadənin və əhaliyə göstərilən xidmətlərin vəziyyəti barədə müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir: “Bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində kompleks tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə, eləcə də muxtar respublikada aqrar sektorda hərtərəfli inkişafa nail olunmuşdur. Dövlət başçısının kənd təsərrüfatının inkişafının stimullaşdırılması məqsədilə imzaladığı 2014-cü il 16 aprel tarixli Fərmanına əsasən, kənd təsərrüfatı texnikaları lizinqə verilərkən dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi, eləcə də mineral gübrələrin 70 faiz güzəştlə satışının həyata keçirilməsi əkinçiliyin inkişafına mühüm töhfə vermişdir. Həmçinin meliorasiya və irriqasiya sahəsində həyata keçirilən tədbirlər, müasir hidrotexniki qurğuların istifadəyə verilməsi yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və əkinəyararlı torpaqlardan səmərəli istifadəyə geniş imkanlar açmışdır”.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov və Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri Elşad Əliyev çıxış etmişlər.

Ardını oxu...

Muxtar respublikada nəqliyyat idarəetmə sisteminin təkmilləşdirilməsi, avtomobillərin texniki vəziyyəti və onların təhlükəsiz hərəkətinin təmin edilməsi diqqət mərkəzində saxlanılır.
Mayın 5-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Müayinə Mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Əhməd Əhmədov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Yaponiya Baş nazirinin müavini, Maliyyə naziri Taro Asonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının növbəti illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyətindən danışıldı.
Söhbət zamanı Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olundu, ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, informasiya- kommunikasiya texnologiyaları, turizm, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

* * *

Mayın 4-də Bakı Konqres Mərkəzində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış sessiyası olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao tədbirdə iştirak ediblər.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də İtaliyanın İqtisadiyyat və Maliyyə naziri Pier Karlo Padoanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Mayın 2-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının açılışı olmuşdur.
Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Naxçıvanda beynəlxalq şahmat festivalının keçirilməsinin ənənə halını aldığını bildirmiş, “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının iştirakçılarını salamlayaraq demişdir: “Müdriklər gənc nəslin zehni inkişafında və formalaşmasında şahmatın imkanlarından faydalanmağın vacibliyini bildirmişlər. Bu, ondan irəli gəlir ki, şahmat bir tərəfdən gənclərin əqli inkişafına kömək edirsə, digər tərəfdən onların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun müavini Mitsuhiro Furusavanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulandı, tədbirə hazırlığın yüksək səviyyədə təşkil edildiyi bildirildi. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli məkan və bu istiqamətdə yaxşı təcrübəyə malik olduğu məmnunluqla qeyd edildi.
Söhbət zamanı Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi vurğulandı və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

*   *   *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoranı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın gələcək inkişafında təhsilin rolunu xüsusi qiymətləndirmiş, gənc nəslin təhsillənməsini daim diqqət mərkəzində saxlamışdır. Ötən əsrin 70-ci illərində ulu öndər tərəfindən əsası qoyulan təhsil strategiyası bu gün də ölkəmizdə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi “Maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi” prinsipi əsasında inkişaf etdirilən təhsil sistemi yeni mərhələyə yüksəldilmiş, ölkəmizdə, eləcə də muxtar respublikada güclü tədris bazası yaradılmışdır. Müasir təhsil sisteminin yaradılması istiqamətində görülən işlər Kəngərli rayonunu da əhatə etmişdir.
Mayın 1-də Kəngərli Rayon Təhsil Şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.

Ardını oxu...

Mayın 1-də Kəngərli Rayon Uşaq-gənclər şahmat məktəbinin yeni binasının açılışı olmuşdur.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli Rayon Uşaq-gənclər şahmat məktəbinin yeni binasının istifadəyə verilməsi ilə muxtar respublikanın rayonlarında fəaliyyət göstərən bütün şahmat məktəblərinin müasir binalarla təmin olunduğunu bildirərək demişdir: “Ölkəmizdə şahmatın inkişafına ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərində başlanılmışdır. Ötən əsrin 70-ci illərində ulu öndərin rəhbərliyi ilə Azərbaycanın bütün bölgələrində şahmat məktəbləri yaradılmış, şahmat fənni tədrisə əlavə edilmişdir. Təəssüf ki, ötən əsrin 90-cı illərinin məlum hadisələri bütün sahələrdə olduğu kimi, şahmat məktəblərinin fəaliyyətinə və şahmatın tədrisinə də böyük zərbələr vurmuşdur. Lakin bu gün Azərbaycanda ulu öndərin siyasi xətti uğurla davam etdirilir, digər sahələrlə yanaşı, şahmatın tədrisi və inkişafı istiqamətində də ardıcıl tədbirlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 5 may tarixli Sərəncamı ilə təsdiq edilən “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın uğurla icrası ölkəmizdə şahmatın inkişafına mühüm töhfə vermişdir”.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə beynəlxalq maliyyə qurumları, o cümlədən Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın önəmi bildirildi, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir məkan olduğu məmnunluqla qeyd edildi. Bu baxımdan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulandı və tədbirə hazırlıq işlərinin yüksək səviyyədə təşkil edildiyi bildirildi.

Söhbət zamanı Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında həyata keçirilən uğurlu layihələrin əhəmiyyətindən danışıldı və əməkdaşlığımızın konkret perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC

Aprelin 29-da Bakı Konqres Mərkəzinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da “Rossiya-24” telekanalına müsahibə verib.
Dövlətimizin başçısı Böyük Vətən müharibəsində qələbənin 70 illiyi, Azərbaycanın energetika sahəsinin uğurlu inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Birinci Avropa Oyunlarına hazırlıq və digər məsələlərlə bağlı suallara cavab verib.
Sonda xatirə şəkli çəkdirilib.

AZƏRTAC

Aprelin 28-də Azərbaycanın paytaxtında III Qlobal Bakı Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun rəsmi açılış mərasimində iştirak edib.
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin budəfəki forumun mövzusunun yeni dünya düzənində etimadın qurulmasına həsr olunduğunu bildirdi, tədbirə onlarla ölkədən yüksək səviyyəli nümayəndə heyətlərinin gəldiyini diqqətə çatdırdı.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə görüşüb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşüb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Krallığı Baş nazirinin müavini, Xarici İşlər, Xarici Ticarət və İnkişafa Yardım naziri Didier Reindersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Aprelin 27-də “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Naxçıvan şəhərinə gətirilmiş və Alov festivalı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivala baxmışdır.
Əvvəlcə məşəl Naxçıvana səyahət pro­qramı çərçivəsində idmançıların müşayiəti ilə Duzdağ Fizioterapiya Mərkəzinə, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gətirilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Malta Respublikasının Baş naziri Cozef Muskatı qəbul edib.
Azərbaycan ilə Malta arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Malta Respublikasının Baş naziri Cozef Muskat ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu dedi. Ölkəmizdə sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayan Baş nazir Azərbaycanda gedən bu müsbət proseslərə Avropa tərəfindən obyektiv qiymət verilməsinə tərəfdar olduğunu bildirdi.
Görüşdə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olundu, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı, regionda baş verən proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanı və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib.

AZƏRTAC

Zəngin təbiətə malik olan Naxçıvanın yaşıllıq sahələri ilbəil genişləndirilir. Təbiətə qayğı ilə yanaşan, bu işdə öz səyini əsirgəməyən muxtar respublika ictimaiyyəti elliklə iməciliyə çıxır, yaşıllaşdırma tədbirlərində yaxından iştirak edirlər. Çəkilən zəhmətin nəticəsidir ki, artıq muxtar respublikada min hektarlarla yeni meyvə bağları ərsəyə gəlmişdir. Son illər “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinin yaxınlığında da iməciliklər yolu ilə geniş meyvə bağı salınmışdır.

Aprelin 25-də muxtar respublikanın şəhər, rayon, qəsəbə və kəndlərində növbəti iməciliklər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinin yaxınlığındakı meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər.

Ötən iməciliklər dövründə 3,5 hektar ərazidə müxtəlif meyvə tingləri əkilmişdir. İməcilik iştirakçıları ağaclara aqrotexniki qulluq göstərərək suvarmış, ətrafda səliqə-sahman yaratmışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasına işgüzar səfərə gedib.
Aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi münasibətilə təntənəli mərasim təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Çanaqqala savaşlarında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra yaylım atəşləri açıldı, Türkiyə Respublikasının Dövlət Himninin sədaları altında türk bayrağı səmada dalğalandı.
Çanaqqala savaşlarında həlak olanların ruhuna “Qurani-Kərim”dən ayə oxundu.
İttifaq dövlətləri adından Britaniya taxt-tacının vəliəhdi, Uels şahzadəsi Çarlz çıxış etdi.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı oldu.
Dövlət başçıları Çanaqqala döyüşlərində həlak olan əsgərlərin məzarlarını ziyarət etdikdən sonra “Mehmetçik” abidəsinin önündə “Şəhidlik dəftəri”ni imzaladılar.
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri başa çatıb.

AZƏRTAC

Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi, Gülhanə Hərbi Tibb Akademiyasının rəisi, general-polkovnik Ömər Paç və onu müşayiət edən nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları salamlayan Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında hərbi sahədə əlaqələrin əsasının ümummilli liderimiz Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrlərdə qoyulduğunu bildirmişdir. Ötən dövrdə hərbi sahədə uğurlu əməkdaşlığın qurulduğunu diqqətə çatdıran Ali Məclisin Sədri qarşılıqlı səfərlərin bu baxımdan əhəmiyyətini qeyd etmişdir.
Naxçıvanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən danışan Ali Məclisin Sədri Türkiyə Silahlı Qüvvələrinin bu sahədəki xidmətlərini diqqətə çatdırmış, xüsusilə hərbi tibbi xidmətin təşkili sahəsində bundan sonra da əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulamışdır.
Səmimi qəbula görə minnətdarlıq edən Türkiyə Respublikası Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi, Gülhanə Hərbi Tibb Akademiyasının rəisi, general-polkovnik Ömər Paç Naxçıvanda olmaqdan məmnunluğunu bildirmişdir. Ömər Paç Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işləri yüksək dəyərləndirmiş, Naxçıvan səfərinin əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini ifadə etmişdir.
Söhbət zamanı Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında hərbi tibbi əməkdaşlıq sahəsində bundan sonra da qarşılıqlı səylərin göstəriləcəyi qeyd olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev adına İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.
Gənclər və İdman naziri Azad Rəhimov burada aparılan əsaslı təmir işləri barədə məlumat verdi.
Əsaslı təmir işləri aparılarkən kompleksin mötəbər yarışların təşkilinə, o cümlədən Birinci Avropa Oyunları zamanı beynəlxalq idman federasiyalarının tələblərinə cavab verməsi və funksionallığının daha da artırılması üçün bir sıra tədbirlər görülüb. Bu sarayın əsaslı təmiri Avropa Olimpiya Komitəsi, “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi və aidiyyəti beynəlxalq federasiyaların tələbləri nəzərə alınmaqla yüksək keyfiyyətlə yerinə yetirilib.
Sarayın ümumi tamaşaçı tutumu təmirdən əvvəl 7587 nəfər idisə, indi bu rəqəm 7830-a çatdırılıb. Ümumi sahəsi 54,8 min kvadratmetr olan binada aparılan əsaslı təmir işləri zamanı daxili kommunikasiya, havalandırma sistemləri yenidən qurulub, zalların döşəməsinə idman təyinatlı xüsusi örtük vurulub.

AZƏRTAC

 Şahbuz rayonunun Gömür kəndində yeni sosial obyektlər inşa olunmuşdur

Muxtar respublikanın sosial-iqtisadi inkişafı hər bir yaşayış məntəqəsini əhatə edib. Bu gün ucqar və sərhəd kəndlərində genişmiqyaslı quruculuq tədbirləri görülür, müasir infrastruktur yaradılır.
Şahbuz rayonunun Gömür kəndində də yeni sosial obyektlər inşa olunmuş, geniş abadlıq işləri görülmüşdür. Artıq bu sərhəd kəndi füsunkar təbiət mənzərələri ilə yanaşı, həm də müasir sosial infrastrukturu ilə diqqəti cəlb edir.

Gömür Kənd Mərkəzinin açılışı olmuşdur

Aprelin 22-də Gömürdə yeni kənd mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Tədbirdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mənsur Orucov çıxış edərək demişdir ki, bu gün Şahbuz rayonu özünün müasir inkişaf dövrünü yaşayır. Rayonda aparılan kompleks quruculuq işləri ucqar Gömür kəndində də uğurla həyata keçirilmiş, insanların sosial problemləri həll edilmişdir. Həmçinin xidmət sahələrində çalışan işçilər üçün nümunəvi iş şəraiti yaradılmışdır. Kənddə ailələr üçün fərdi evlər tikilmiş, əhalinin məşğulluğunun əsasını təşkil edən təsərrüfat sahələri genişləndirilmişdir. Sakinlər insan amilinə xidmət edən bu işləri böyük rəğbətlə qarşılayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gömür kəndində həyata keçirilmiş quruculuq işləri münasibətilə sakinləri təbrik edərək demişdir: “Gömür kəndində həyata keçirilən quruculuq tədbirləri ölkəmizdə kəndlərin inkişafına göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən bu ucqar dağ və sərhəd kəndində yaradılan şərait insanların məskunlaşmasına, onların rahat yaşayışına, kəndlərin kompleks inkişafına, bir sözlə, kəndlə şəhər arasındakı fərqin aradan qaldırılmasına xidmət edir.

Ardını oxu...

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR