Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Yaponiya Baş nazirinin müavini, Maliyyə naziri Taro Asonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının növbəti illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyətindən danışıldı.
Söhbət zamanı Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olundu, ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, informasiya- kommunikasiya texnologiyaları, turizm, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
* * *
Mayın 4-də Bakı Konqres Mərkəzində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış sessiyası olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao tədbirdə iştirak ediblər.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də İtaliyanın İqtisadiyyat və Maliyyə naziri Pier Karlo Padoanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC