09 Yanvar 2025, Cümə axşamı

Zəngin təbiətə malik olan Naxçıvanın yaşıllıq sahələri ilbəil genişləndirilir. Təbiətə qayğı ilə yanaşan, bu işdə öz səyini əsirgəməyən muxtar respublika ictimaiyyəti elliklə iməciliyə çıxır, yaşıllaşdırma tədbirlərində yaxından iştirak edirlər. Çəkilən zəhmətin nəticəsidir ki, artıq muxtar respublikada min hektarlarla yeni meyvə bağları ərsəyə gəlmişdir. Son illər “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinin yaxınlığında da iməciliklər yolu ilə geniş meyvə bağı salınmışdır.

Aprelin 25-də muxtar respublikanın şəhər, rayon, qəsəbə və kəndlərində növbəti iməciliklər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinin yaxınlığındakı meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər.

Ötən iməciliklər dövründə 3,5 hektar ərazidə müxtəlif meyvə tingləri əkilmişdir. İməcilik iştirakçıları ağaclara aqrotexniki qulluq göstərərək suvarmış, ətrafda səliqə-sahman yaratmışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR