09 Yanvar 2025, Cümə axşamı

Mayın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medallarının, “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarının, Azərbaycan Respublikası Prezidentinin mükafatlarının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının təqdimat mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları təbrik edərək demişdir: “Bu gün sizin həyatınızda əlamətdar gündür. Dövlətimizin ali mükafatlarına layiq görülməyiniz ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsi, dahi şəxsiyyətin ideyalarına sədaqətin bəhrəsidir”.

Ali Məclisin Sədri ulu öndərin yolunun davam etdirilməsi sahəsindəki səmərəli fəaliyyətlərinə görə təltif olunanlara təşəkkürünü bildirmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri orden və medalların, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini, Azərbaycan Respublikası Prezidentinin mükafatlarını təqdim etmişdir.
Təltif olunanlardan Zaur Bağırov, Əli Mahmudov, Naib İbrahimov, Yaşar Vəliyev, Beytulla Fərəcov, Nağdəli Babayev, Asəf Məmmədov, Abbas Bağırov, Musa Əzizov, Səməd Canbaxşiyev və Əfsər Novruzov minnətdarlıq edərək demişlər ki, ölkəmizdə, o cümlədən muxtar respublikada bütün sahələrdə dinamik inkişaf təmin edilmişdir. Azərbaycanda sabitlik, davamlı sosial-iqtisadi inkişaf, xalq-dövlət birliyi vardır. Aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, ölkəmizin inkişafına və əhalinin rahat yaşayışına xidmət edən kompleks tədbirlər hər bir sakini sevindirir, onları doğma torpağa daha sıx tellərlə bağlayır. Bu inkişafda pay sahibi olmaq isə ikiqat qürur və fəxrdir.
Təltif olunanlar dövlətimizin ali mükafatlarına layiq görülmələrini ölkəmizdə insan əməyinə verilən qiymətin daha bir ifadəsi kimi dəyərləndirmiş, bundan sonrakı fəaliyyətlərində də ulu öndərin siyasi xəttinə sadiq qalacaqlarını bildirmişlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR