Mayın 15-də Bakıda “Bulvar Hotel” istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, bu, “Absheron Hotel Group”a daxil olan dördüncü oteldir. Bakı buxtasında yerləşən beşulduzlu “Bulvar Hotel” yüksək səviyyədə və müasir üslubda inşa olunub. Otelin paytaxtın əsas işgüzar və mədəni mərkəzlərinə yaxın olması qonaqlara vaxtlarını daha səmərəli keçirmək üçün hərtərəfli imkanlar yaradır.
Otellə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.
* * *
Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ağ Şəhər bulvarında yaradılan şəraitlə tanış olublar.
* * *
Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nobel qardaşları prospektinə paralel inşa olunmuş dənizkənarı yeni yolun açılışında iştirak ediblər.
AZƏRTAC