08 Yanvar 2025, Çərşənbə

Həmin gün Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetində daşdan düzəldilmiş heykəllərə baxmışdır.
Məlumat verilmişdir ki, bu il mayın 11-də və 12-də Naxçıvan Dövlət Universitetində “Naxçıvan və Şərqi Anadolu abidələri” mövzusunda Beynəlxalq Simpozium keçirilmişdir. Beş ölkədən 56 alimin iştirakı ilə keçirilən simpoziumda Naxçıvan Dövlət Universiteti ərazisində Türkiyənin Ağrı İbrahim Çeçen, Ankara Qazi, Ərzurum Atatürk və Naxçıvan Dövlət universitetlərinin əməkdaşlarının birgə səyi ilə yaradılmış daşdan düzəldilmiş heykəllər nümayiş etdirilmişdir.
Naxçıvana aid olan yerli travertin daşından hazırlanmış heykəllərdə iki ölkənin milli dəyərləri əks olunmuşdur. Onlar arasında iki dost və qardaş ölkənin birliyini əks etdirən heykəl xüsusilə diqqəti cəlb edir. Ağrı İbrahim Çeçen Universitetinin müəllimi Bilal Hano tərəfindən hazırlanmış “Heydər Əliyev-Atatürk” abidəsinin bir üzündə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, digər üzündə isə türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün Azərbaycan-Türkiyə birliyini ifadə edən dəyərli fikirləri həkk olunmuşdur. Ağrı Universitetinin müəllimi Naci Edinin “Azərbaycan bayrağı”, həmçinin onun Ozan Baycan ilə birgə hazırladığı “Azərbaycanın yüksəlişi”, Ankara Qazi Universitetinin müəllimi Tulay Özkulun “Sütun və ay”, Ərzurum Atatürk Universitetinin müəllimi Volkan Doğanın “Buğa” əsərləri yüksək sənətkarlıq nümunələridir.

Ali Məclisin Sədri heykəltəraşlıq nümunələrini yüksək qiymətləndirmiş və onların Naxçıvan şəhərinin müvafiq yerlərində nümayiş etdirilməsi ilə bağlı tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR