08 Yanvar 2025, Çərşənbə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkonu qəbul edib.
Pyotr Qlıboçko Bakıda gedən çox böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğuladı. O, ölkəmizin müvafiq strukturları ilə əməkdaşlığa toxunaraq rəhbərlik etdiyi təhsil ocağında xeyli sayda azərbaycanlı tələbənin uğurla təhsil aldığını qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanda təhsilə dövlət səviyyəsində böyük qayğının göstərildiyini qeyd edərək bu sahənin ölkəmizin inkişafının əsas prioritetlərindən biri olduğunu vurğuladı, gənc nəslin hərtərəfli inkişafı istiqamətində, o cümlədən peşəkar tibb kadrlarının yetişdirilməsi sahəsində ölkəmizdə genişmiqyaslı işlərin həyata keçirildiyini bildirdi.
Görüşdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri Hüseyn Dehqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı- 2015” Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

* * *

Aprelin 20-də Bakı Su İdmanı Sarayının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışda iştirak ediblər.

AZƏRTAC

Aprelin 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu ilə görüşmüşdür.

Ali Məclisin Sədri muxtar respublika haqqında qonağa ətraflı məlumat vermiş, Naxçıvanda elm, təhsil, sənaye və kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən danışmış, ərzaq təhlükəsizliyinin təmin olunduğunu diqqətə çatdırmışdır.

Ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Rumıniya arasında münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi üçün də yaxşı potensialın olduğunu vurğulamış, Daniel Kristian Çiobanunun səfərinin bu baxımdan səmərəli olacağına əminliyini bildirmişdir.

Səmimi qəbula görə minnətdarlıq edən Daniel Kristian Çiobanu Naxçıvanda olmaqdan məmnunluğunu ifadə etmişdir. Rumıniya-Azərbaycan əlaqələrindən danışan qonaq Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının qarşılıqlı əməkdaşlıq üçün real imkanlar açdığını bildirmiş, bu sahədə səylərini əsirgəməyəcəyini qeyd etmişdir.

Görüşdə ikitərəfli əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır. Bu, bizim gələcəyə baxışımızdır”.
Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada da ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Babək rayonunun Xal-xal kəndi ərazisində yeni Günəş elektrik stansiyası quraşdırılır.

Ardını oxu...

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropolitenində olub.
Dövlətimizin başçısı Bakı Metropoliteninin Nəriman Nərimanov adına elektrik deposunda metropolitenin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə maraqlanıb.
Dövlətimizin başçısına məlumat verildi ki, metropolitenin qatar parkının yenilənməsi məqsədilə Fransanın “Alstom” şirkəti ilə ötən il memorandum imzalanıb. Həmin memorandumun şərtlərinə uyğun olaraq, bu şirkətlə “Bakı Metropoliteni” QSC arasında bağlanan müqaviləyə əsasən, 5 vaqondan ibarət üç qatarın alınması nəzərdə tutulub. Artıq iki qatar paytaxta gətirilib.
Alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 idi. Bu texniki göstəricilərdən göründüyü kimi, müasir tələblərə cavab verən yeni qatarlar ən mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik olmaqla, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin edəcək.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də İtaliya Respublikasının İqtisadi İnkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Federika Quidi ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını dedi. Əlaqələrimizin möhkəmləndirilməsində enerji sahəsində əməkdaşlığın önəmini vurğulayan italiyalı nazir TAP layihəsi ilə bağlı ölkəsində həyata keçirilən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Dövlətimizin başçısı Romada İtaliyanın Baş naziri Matteo Renzi ilə keçirdiyi görüşləri xatırlayaraq səfər zamanı qəbul edilmiş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənın ölkələrimiz, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələri baxımından əhəmiyyətini qeyd etdi. Ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev enerji təhlükəsizliyi sahəsində əməkdaşlığımızın önəmini vurğuladı. Dövlətimizin başçısı “Cənub” qaz dəhlizi layihəsinə toxunaraq, TANAP layihəsinin həyata keçirilməsində birgə səylərin əhəmiyyətini vurğuladı.
Görüşdə Azərbaycan ilə İtaliya arasında kənd təsərrüfatı, yüksək texnologiyalar, sənayenin inkişafı və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC

Bu gün ölkəmizin sürətli iqtisadi inkişafı, geniş quruculuq işlərinin aparılması və əhalinin sosial problemlərinin həlli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi “Güclü dövlət, yüksək rifah” strategiyasının bəhrələridir. Güclü iqtisadiyyat və düşünülmüş siyasi xətt isə sosial sahəyə diqqətin artırılmasına imkan verir. Son illər muxtar respublikada da həyata keçirilən iqtisadi islahatların, aparılan quruculuq işlərinin mərkəzində sosial infrastrukturun müasirləşdirilməsi dayanır. Şəhər, rayon və kəndlərdə yeni sosial obyektlər tikilir, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilir. Artıq kompleks abadlaşan kəndlər Naxçıvanın müasir inkişaf göstəricisinə çevrilmişdir. İnsan amilinə xidmət edən bu tədbirlər Şərur rayonunda da uğurla həyata keçirilir.
Aprelin 15-də Şərur rayonunun Cəlilkəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Cəlilkənd tam orta məktəbində müasir tədris şəraiti yaradılmışdır

Muxtar respublikada təhsil infrastrukturunun yenilənməsi tədbirlərinin tərkib hissəsi olaraq Cəlilkənd tam orta məktəbinin binası da yenidən qurulmuş, müasir tədris şəraiti yaradılmışdır.
Aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəb binasında görülən işlərlə tanış olmuş, tədrisin vəziyyəti ilə maraqlanmışdır.
Bildirilmişdir ki, məktəb binası ötən ildən başlayaraq müasir tələblərə uyğun yenidən qurulmuşdur. 270 yerlik və 3 mərtəbədən ibarət olan binada 4-ü elektron lövhəli olmaqla, 15 sinif otağı, 2 kompüter otağı, kimya, biologiya və fizika laborato­riyaları, hərbi kabinə, şahmat otağı, müəllimlər otağı, tibb otağı, kitabxana, bufet və idman zalı vardır.

Ardını oxu...

Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti ilbəil genişləndirilir, xidmətin nümunəvi təşkili təmin edilir. Şərur şəhərində yeni aviakassa binasının istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.
Aprelin 15-də Şərur şəhər aviakassası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada hava nəqliyyatı infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılır, xidmət strukturlarının fəaliyyəti genişləndirilir. Şərur şəhərində yeni aviakassa binasının istifadəyə verilməsi də bu tədbirlərin tərkib hissəsidir. Aviakassada yaradılan şərait sakinlərin rahatlığını təmin edəcəkdir. Burada ən yeni texnoloji avadanlıqlar quraşdırılmış, qabaqcıl idarəetmə sistemi yaradılmışdır. Mənşur Gülməmmədli yaradılan şəraitə görə muxtar respublika aviasiyaçıları adından minnətdarlıq etmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiçin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini ifadə etdi.
Serbiyanın Baş naziri Aleksandr Vuçiç ölkəsinin Azərbaycan ilə əlaqələri siyasi sahədəki kimi, iqtisadi sahədə də genişləndirməkdə maraqlı olduğunu dedi.
Söhbət zamanı əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən enerji, infrastruktur, sərmayə qoyuluşu, yükdaşımaları, mədəni, humanitar və digər sahələrdə perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunularaq münaqişələrin beynəlxalq hüquq normalarına uyğun şəkildə və ərazi bütövlüyü çərçivəsində həll olunmasında ölkələrimizin mövqeyinin üst-üstə düşdüyü vurğulandı.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

 

Naxçıvan Muxtar Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tədris avadanlıqları, o cümlədən kompüterlərlə, fənn laboratoriyaları və elektron lövhələrlə təmin olunması tədrisin səviyyəsini yüksəltməklə yanaşı, şagirdlərin texniki fənlərə marağını da artırmışdır.
Texniki fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılması üçün yeni tipli təhsil müəssisəsinin yaradılmasına ehtiyac vardır.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq texniki fənlərin səmərəli tədrisini təmin etmək məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 14 aprel 2015-ci il

 

İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi Azərbaycan və İran Sərhəd Qoşunları komandanlarının görüşündə iştirak etmək üçün muxtar respublikaya səfərə gəlmişdir.
Aprelin 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonaqları salamlamış, Qasım Rzayini muxtar respublikada görməkdən məmnunluğunu ifadə edərək demişdir: “Sərhəd hər bir dövlət üçün strateji sahədir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında iki sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Muxtar respublika ilə İranın qonşu vilayətləri arasında əlaqələrin qurulması və inkişafında bu sərhəd-keçid məntəqələri mühüm əhəmiyyət daşıyır”.
Ali Məclisin Sədri ölkələrimiz arasında tarixən dostluq münasibətlərinin olduğunu diqqətə çatdırmış və bu gün dövlət başçıları tərəfindən ikitərəfli əlaqələrin uğurla inkişaf etdirildiyini bildirmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri, o cümlədən sərhəd xidmətləri arasındakı mövcud əməkdaşlığa diqqəti çəkən Ali Məclisin Sədri əlaqələrin inkişafında birgə səylərin və qarşılıqlı görüşlərin vacibliyini vurğulamışdır.

Ardını oxu...

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Prezident İlham Əliyev 2015-ci ilin birinci rübünün yekunlarının müsbət olduğunu, bu dövrdə ümumi daxili məhsulun 5 faizdən çox artdığını dedi. Dövlətimizin başçısı Azərbaycanda dinamik inkişafın təmin edildiyini, son 3 ayda qeyri-neft sektorunun 7 faiz, sənaye istehsalının 4 faiz, kənd təsərrüfatının isə 3 faizdən çox artdığını bildirdi.
Birinci rübdə də regionlarda müsbət meyillərin davam etdiyini, 30 minə yaxın yeni iş yerinin yaradıldığını deyən Prezident İlham Əliyev bildirdi ki, ölkədə sosial məsələlərin həlli yenə də diqqət mərkəzindədir.
Sonra Vergilər naziri Fazil Məmmədov, Nəqliyyat naziri Ziya Məmmədov, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə etdilər.
Yekun nitqində Prezident İlham Əliyev qeyri-neft sektorunun və sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğuladı. Nitqinin sonunda Prezident İlham Əliyev ilk Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini, artıq bir sıra idman obyektlərinin istifadəyə hazır olduğunu, Atletlər Kəndi ilə yanaşı, Media Kəndinin də yaradıldığını bildirdi. Paralel olaraq paytaxtda abadlıq-quruculuq işlərinin davam etdirildiyini, yeni bulvar xəttinin salındığını diqqətə çatdırdı.

AZƏRTAC

Aprelin 10-da Naxçıvanda Daxili Qoşunların hərbi hissəsinin yaranmasının 20 illiyi münasibətilə təntənəli mərasim keçirilmiş, zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Əhməd Əhmədov mərasimə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin Sədri şəxsi heyəti salam­lamışdır.
Dövlət himni səsləndirilmişdir.
Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri, polkovnik İlkin Əsədov mərasimdə çıxış edərək demişdir ki, muxtar respublikada hüquq-mühafizə orqanlarının fəaliyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər daxili işlər orqanlarını da əhatə etmişdir. Bu qayğıdan bəhrələnən Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası ötən 20 ildə əsl təşkilatlanma yolu keçmişdir. İstər əsgərlərin, istərsə də zabit-gizir ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, yeni xidməti və yaşayış binalarının tikilib istifadəyə verilməsi sahəsində görülən işlər ardıcıl xarakter almışdır. İlkin Əsədov Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının maddi-texniki bazasının və xidmət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərə görə şəxsi heyət adından minnətdarlıq etmiş, bundan sonra da qarşıya qoyulan vəzifə və tapşırıqları layiqincə yerinə yetirəcəklərini bildirmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Mohamed Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin genişləndirilməsində ölkəmizin maraqlı olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
Səfir Salem Xalifa Mohamed Əl-Ğafli ölkəmizdəki diplomatik fəaliyyəti dövründə səfirliyin işinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi və ikitərəfli əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 9 aprel tarixli Sərəncamı ilə “İnşaatçılar Günü” peşə bayramı münasibətilə və Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının inşaatçıları da vardır.

“Tərəqqi” medalı ilə

Babayev Nağdəli Həsən oğlu
Bağırov İbadulla Həbib oğlu
Əliyev Şahin Arif oğlu
Məmmədov Asəf Mehdi oğlu
Nəsirov Nəsir Vəzir oğlu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, mədəni, turizm və digər sahələrdə inkişaf etdirilməsinin əhəmiyyəti vurğulandı, insan haqları məsələləri ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycanda bu istiqamətdə uğurlu işlərin həyata keçirildiyi bildirilərək ölkəmizdə sərbəst toplaşma azadlığı, media, fikir, internet və digər azadlıqların təmin olunduğu qeyd edildi. Söhbət zamanı bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün də yaxşı imkanların olduğu vurğulandı.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Krallığının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

“Kənd təsərrüfatı ili”ndə muxtar respublikada meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilən tədbirlərin əhatə dairəsi xeyli genişləndirilmişdir. İrriqasiya sistemlərinin normal istismarının təşkil edilməsi və torpaq sahələrinin əkin dövriyyəsinə qatılması istiqamətində ardıcıl tədbirlər görülür. Kəngərli rayonunda müasir suvarma şəbəkələrinin qurulması da bu sahədə görülən işlərin davamıdır.
Aprelin 8-də Kəngərli rayonunda yeni nasos stansiyası və suvarma şəbəkəsi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirin­də iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada meliorasiya və su təsərrüfatı sahəsi inkişaf etdirilir, müasir suvarma şəbəkələrinin qurulması diqqət mərkəzində saxlanılır. Ötən dövr ərzində bu istiqamətdə bir sıra layihələr həyata keçirilmiş, subartezian quyuları qazılmış, nasos stansiyaları tikilmiş, su anbarları və hidrotexniki qurğular əsaslı təmir olunmuşdur. Torpaq sahələrinin dayanıqlı suvarma suyu ilə təminatına hərtərəfli şərait yaradan bu işlər “Kənd təsərrüfatı ili”ndə də davam etdirilir. Yaradılan şərait mövcud hidroresurslardan səmərəli istifadə edilməsinə və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. Kəngərli rayonunda suvarma sistemlərinin təkmilləşdirilməsi layihəsi də bu sahədə görülən işlərin tərkib hissəsidir. Layihəyə uyğun olaraq, yeni nasos stansiyası tikilmiş və ərazidə müasir suvarma sistemləri qurulmuşdur. Əsgər Əsgərov meliorasiya və su təsərrüfatı sisteminin inkişafına göstərilən qayğıya görə muxtar respublika melioratorları adından minnətdarlıq etmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında strateji ərzaq məhsulu taxıla olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqət mərkəzində saxlanılır. Hər il əkin sahələrinin su təchizatı yaxşılaşdırılır, torpaq mülkiyyətçiləri güzəştli şərtlərlə texnika, yanacaq və mineral gübrələrlə təmin olunurlar. Bu da öz bəhrəsini verir, sahələrdən bol məhsul yığılır.
Aprelin 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət” Toxumçuluq Təsərrüfatının yeni taxıl əkini sahələrinə baxmışdır.
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri Elşad Əliyev məlumat vermişdir ki, bu sahələr ilk dəfədir, əkilir və yeni istifadəyə verilmiş suvarma şəbəkəsi vasitəsilə suvarılacaqdır. Əkin işlərinin vaxtında aparılması və taxılın aqrotexniki qaydalara uyğun becərilməsi bol məhsul istehsalında vacib şərtdir. Əkin zamanı bu tədbirlərə əməl olunmuş, 414 hektarlıq ərazidə muxtar respublikanın iqlim şəraitinə uyğun məhsuldar “Quality” və “Qobustan” toxum sortu əkilmişdir. Payızda hər hektar taxıl sahəsinə 100 kiloqram fosfor, yazda isə 200 kiloqram azot gübrəsi verilmişdir. Bunun nəticəsidir ki, zəmilər düzgün vegetasiya dövrü keçmiş və taxıl normal inkişaf etmişdir.
Ərazidə əkin şırım üsulu ilə aparılmışdır. Bu da taxılçılıqda mühüm amildir. Çünki bu üsulun tətbiqi suvarmanın səmərəliliyi və bol məhsul yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir, torpaqların şoranlaşmasının qarşısını alır.
Ali Məclisin Sədri taxıl əkini sahələrinə aqrotexniki qulluq göstərilməsinin və muxtar respublikada yaz əkinlərinin vaxtında başa çatdırılmasının vacibliyini vurğulamışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olublar.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri xüsusi zəvvar libası geyinərək Əl-Həram məscidinə gəldilər.
Ziyarətgahın yüksək səviyyəli din xadimləri dövlətimizin başçısını mehribanlıqla qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyev və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıb təvaf etdilər və məsciddə namaz qıldılar. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Kəbəyə daxil oldular, burada da namaz qıldılar.
Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlandı. Azərbaycan Prezidenti və ailə üzvləri bu iki təpə arasındakı məsafəni İslam dininin ayinlərinə uyğun olaraq yeddi dəfə qət etdilər.
Ümrə ziyarəti başa çatdıqdan sonra dövlətimizin başçısı Əl-Həram məscidini seyr etdi.
Azərbaycan Prezidentinə məscid haqqında ətraflı məlumat verildi.

AZƏRTAC

“2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a uyğun olaraq, Naxçıvan şəhərində genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, əhalinin rahatlığına xidmət edən müasir infrastruktur yaradılır. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq nəqliyyatın sıx olduğu yerlərdə yeraltı və yerüstü piyada keçidlərinin inşasına da xüsusi diqqət yetirilir, əhalinin təhlükəsiz və rahat hərəkəti təmin edilir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 5-də Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gediblər.

* * *

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun görüşü olub.
Söhbət zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu, əməkdaşlığın inkişafı baxımından bu səfərin əhəmiyyəti yüksək qiymətləndirildi. İslam ölkələri arasında qarşılıqlı anlaşmanın və faydalı əməkdaşlığın inkişafının vacibliyi vurğulandı.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı.

* * *

Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində paytaxt Ər-Riyadda görüşlərini başa çatdıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 6-da Ciddə şəhərinə gediblər.

Ardını oxu...

Aprelin 6-da “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili”ndə qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə iştirak etmişdir.
Müşavirədə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikada kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və onun rayon bazaları üçün də inzibatı binalar, anbar, texniki park və təmir sexləri tikilib istifadəyə verilmiş, maddi-texniki baza xeyli gücləndirilmiş, gətirilmiş texnika və texnoloji avadanlıqların əkin sahələrinə uyğun bölgüsü aparılmışdır. Cəmiyyətin fəaliyyəti dövründə muxtar respublikaya 1595 ədəd texnika və texnoloji avadanlıq gətirilmiş, onlardan 1117-si lizinq yolu ilə sahibkarlara satılmışdır. Ötən dövrdə taxılçılığın inkişafına da diqqət artırılmış, məhsul istehsalçılarına güzəştli şərtlərlə 33 min 211 ton azot, 6505 ton fosfor gübrəsi satılmışdır. Muxtar respublikada heyvandarlığın inkişafı istiqamətində də ardıcıl tədbirlər görülür, mal-qaranın cins tərkibi yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu günədək 1810 baş damazlıq cins mal-qara xarici ölkələrdən alınaraq muxtar respublikaya gətirilmişdir. Vasif Məmmədov muxtar respublikada aqrolizinq xidmətinin nümunəvi təşkili üçün yaradılan şəraitə görə minnətdarlıq etmiş, qarşıya qoyulan vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəklərini bildirmişdir.

Ardını oxu...

Ekoloji mühitin qorunması insanların sağlam həyat şəraitində yaşamasına xidmət edir. Bu səbəbdən də muxtar respublikada yaşıllaşdırma tədbirləri mütəmadi olaraq davam etdirilir, yaşıllıq zolaqlarının sahəsi genişləndirilir, ətraf mühit qorunur. İnsanlara təbiətə qayğı hissi aşılayan yaşıllaşdırma tədbirləri, xüsusilə iməciliklərin keçirilməsi həm də kənd təsərrüfatının mühüm qolu olan meyvəçiliyin inkişafına təkan verir. Təkcə ötən il muxtar respublikada 440 mindən çox ağac əkilmişdir.
Aprelin 4-də Naxçıvan Muxtar Respublikasının şəhər, rayon və kəndlərində 2015-ci ilin ilk iməciliyi keçirilmiş, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri yaşıllaşdırma tədbirlərində iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivləri Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin ətrafındakı ərazidə iməcilik keçirmişlər. İməcilik zamanı 3 hektardan artıq sahədə 2500 ədəd müxtəlif meyvə tingi əkilərək suvarılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, yeni meyvə tingləri əkmiş, muxtar respublikada ağac əkinlərinin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

“Ölkəmizi tanıyaq” layihəsi üzrə biz Azərbaycanın ən qədim şəhəri, dahilər diyarı, ulu öndərimiz Heydər Əliyevin dünyaya göz açdığı bir məkana, möcüzələr diyarına – Naxçıvan Muxtar Respublikasına getdik. Naxçıvanın tarixi abidələri ilə, Heydər Əliyev Muzeyi, Xan sarayı, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev-muzeyləri, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Duzdağ Fizioterapiya Mərkəzi və digər yerlərdə olduq.
Bu gəzintinin şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsində, vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rolu olacaqdır.
Dördgünlük gəzinti zamanı bu diqqət və qayğıya görə Sizə və sizin şəxsinizdə öz səmərəli vaxtlarını şagirdlərlə keçirdiklərinə görə öz adımdan, Masallı şagirdləri, Masallı gəncləri, Masallı ziyalıları adından çox sağ ol deyirik və səmimi təşəkkürümüzü bildiririk.

“Ölkəmizi tanıyaq” layihəsi üzrə qrup rəhbəri
Xalidə KƏRİMOVA
30.03.2015

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 3-də Bakı Ekspo Mərkəzində “AITF-2015” XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər, “HOREX Caucasus-2015” IX Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar, həmçinin “CIBS-2015” II Xəzər Beynəlxalq kater və yaxtalar sərgiləri ilə tanış olublar.
Dövlətimizin başçısına və xanımına XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi barədə məlumat verildi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış oldular.
Naxçıvan stendi ilə tanışlıq zamanı məlumat verildi ki, muxtar respublika burada 6 otel kompleksi ilə təmsil olunur. 1995-2015-ci illərdə Naxçıvana gedən turistlərin sayı 20 dəfədən çox artıb. Turizm sahəsinə göstərilən dövlət qayğısı Bakı ilə yanaşı, regionlarda da müasir turizm infrastrukturunun yaradılması Azərbaycana gələn turistlərin sayının ildən-ilə artmasına səbəb olub. Ölkəmizin regionları da sərgidə geniş təmsil olunur. Burada bölgələrimizin turizm imkanları ilə bərabər, milli adətlərimiz, mətbəximiz, tarixi abidələrimiz barədə ətraflı məlumat verilir.
Sərgilərlə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya “Bakı-2015” Birinci Avropa Oyunlarının açılış mərasiminə biletlər təqdim olundu.
Dövlətimizin başçısı sərgilərin işinə uğurlar arzuladı.

AZƏRTAC

2015-ci ilin avqust ayında görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Cəfərqulu oğlu Naxçıvanskinin anadan olmasının 120 illiyi tamam olur.
Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçmiş və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr vermişdir. Onun ölkədə yüksək ixtisaslı hərbçi kadr hazırlığı sahəsində zəngin fəaliyyəti təqdirəlayiqdir. Cəmşid Naxçıvanski 1930-cu illərin ağır repressiyalarına məruz qalmış və totalitarizmin qurbanına çevrilmiş vətənpərvər şəxsiyyətlərdəndir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və gənc nəslin vətənə məhəbbət ruhunda tərbiyəsində əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqı qarşısında mühüm xidmətləri olan böyük sərkərdə Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2015-ci il

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun aprelin 2-də rəsmi qarşılanma mərasimi olub.

* * *

Aprelin 2-də rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi perspektivləri, qarşılıqlı və birgə investisiyalar, turizm və digər məsələlər müzakirə olundu. Görüşdə regional təhlükəsizlik və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

* * *

Aprelin 2-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun iştirakı ilə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında sənədlərin imzalanması mərasimi olub.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Qazaxıstanın ölkə­mizdəki fövqəladə və səlahiyyətli səfiri Amangeldı Jumabayevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Səfir Amangeldı Jumabayev qeyd etdi ki, dövlətimizin başçısının həyata keçirdiyi müdrik daxili və xarici siyasət onda böyük təəssürat yaradıb. O, səfir kimi fəaliyyəti müddətində əməksevər və qonaqpərvər Azərbaycan xalqının ona daim səmimi münasibət bəslədiyini vurğulayaraq ölkəmizdəki diplomatik fəaliyyəti dövründə səfirliyin işinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Amangeldı Jumabayevin ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, inteqrasiya proseslərində və digər sahələrdə daha da genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirərək ona gələcək fəaliyyətində uğurlar arzuladı.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovu qəbul edib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilsin.
2. Müəyyən edilsin ki:
2.1. ləğv edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, torpaq bazarının təşkili, dövlət torpaq reyestrinin aparılması, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəsinin, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışın təqdim edilməsi, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək, dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə qrafiki, rəqəmi, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya, qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək, vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas sıralarını təyin etmək və geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının metroloji təminatını həyata keçirmək sahəsindəki funksiyaları Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilir;
2.2. ləğv edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaqların monitorinqi, onların münbitliyinin bərpası və artırılması sahəsindəki funksiyaları Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilir.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 31 mart 2015-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Peter Priputenin etimadnaməsini qəbul edib.

* * *

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Brendan Uardın, Venesuela Bolivar Respublikasının ölkə­mizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amenothep Zambrano Kontrerasın da etimadnamələrini qəbul edib.

AZƏRTAC

 

 

 

Muxtar respublikada təhsilin inkişafı diqqət mərkəzindədir. Son illər yaşayış məntəqələrində müasir məktəb binalarının tikilməsi, tədrisdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi təhsil infrastrukturunu tamamilə müasirləşdirmişdir. Bu sahədə həyata keçirilən tədbirlər Ordubad rayonunu da əhatə etmişdir.
Martın 29-da Ordubad şəhər 3 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Məktəbin direktoru Əlağa Rzayev minnətdarlıq edərək demişdir ki, informasiya texnologiyaları və tədris avadanlıqları ilə təminat məktəbdə dərslərin səmərəli təşkilinə imkan verəcəkdir. Bu da kollektiv qarşısında mühüm vəzifələr qoyur. Müəllimlər yaradılan şəraitdən istifadə etməklə gənclərin hərtərəfli təhsil almasına, onların əsl vətəndaş kimi yetişdirilməsinə nail olacaq, göstərilən qayğıya qazanılan nailiyyətlərlə cavab verəcəklər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhər 3 nömrəli tam orta məktəbin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş və demişdir ki, təhsil ölkəmizdə strateji sahədir. Ümummilli liderimiz Heydər Əliyev istər Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində təhsilin inkişafını diqqət mərkəzində saxlamışdır. Bu yol bu gün də davam etdirilir. Çünki təhsil sahəsində qazanılan uğurlar ölkə həyatının bütün sahələrində özünü göstərir. Bu gün Azərbaycanda müxtəlif sahələrdə çalışanlar həm ötən əsrin 70-ci illərində, həm də müstəqillik dövründə təhsil alan insanlardır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bizim nəqliyyatımızın bütün növləri bu gün ən yüksək standartlara cavab verir, o cümlədən hava nəqliyyatı. Bu sahəyə xüsusi diqqət verilir və son illərdə Azərbaycanda tikilmiş aeroportlar, alınan yeni müasir təyyarələr və sərnişinlərə göstərilən xidmət bizim inkişafımızı əyani şəkildə göstərir”.
Ölkəmizin hava nəqliyyatı sisteminin inkişafı sahəsində tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla icra edilir, sərnişinlərin rahatlığı təmin olunur. Şəhər və rayon mərkəzlərində müasir standartlara uyğun aviakassa binalarının tikilib istifadəyə verilməsi də bu tədbirlərin tərkib hissəsidir.
Martın 29-da Ordubad şəhərində yeni aviakassa binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli çıxış edərək demişdir ki, muxtar respublikada hava nəqliyyatının inkişafı diqqət mərkəzində saxlanılır, sərnişin və yükdaşımalarının səviyyəsi daha da yüksəldilir, uçuşların təhlükəsizliyi təmin olunur. Son illər aerovağzal kompleksinin yenidən qurulması, yeni inzibati binanın istifadəyə verilməsi, infrastrukturun müasir standartlara uyğun qurulması xidmətin keyfiyyətini xeyli yüksəltmişdir. Ordubad şəhərində müasir aviakassa binasının istifadəyə verilməsi də bu tədbirlərin davamıdır. Mənşur Gülməmmədli Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazasının möhkəmləndirilməsinə, hava nəqliyyatı sisteminin müasirləşdirilməsinə göstərilən qayğıya görə kollektiv adından minnətdarlıq etmiş, bundan sonra da qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəklərinə söz vermişdir.

Ardını oxu...

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 27 mart tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik naziri

general-mayor Vəli Məmiş oğlu Ələsgərova

general-leytenant ali hərbi rütbəsi verilmişdir.


Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da vardır.

“Vətən uğrunda” medalı ilə

Fərəcov Beytulla Niyazi oğlu – baş leytenant

“Hərbi xidmətlərə görə” medalı ilə

Cabbarov Turac Vaqif oğlu – kapitan

Quliyev Bəhruz Yusif oğlu – kapitan

2015-ci ilin aprel ayında Naxçıvan Musiqi Kollecinin yaranmasının 40 illiyi tamam olur.
Naxçıvan Musiqi Kolleci 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının 50 illik yubileyi tədbirində iştirak etmək üçün Naxçıvana gələn Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə yaradılmışdır. 1975-ci ildən Naxçıvan Orta İxtisas Musiqi Məktəbi, 1992-ci ildən Naxçıvan Musiqi Texnikumu, 2005-ci ildən isə Naxçıvan Musiqi Kolleci kimi fəaliyyət göstərən bu təhsil ocağı böyük inkişaf yolu keçmişdir. 1975-1976-cı tədris ilində 4 ixtisas üzrə fəaliyyətə başlayan kollecdə hazırda 11 ixtisas üzrə kadr hazırlığı aparılır.
Ötən 40 il ərzində Naxçıvan Musiqi Kollecinin 2500-dən çox məzunu olmuşdur. Məktəbin məzunları ölkəmizin mədəniyyət müəssisələrində, uşaq musiqi məktəblərində çalışaraq mədəniyyətin və incəsənətin inkişafında xidmətlər göstərirlər.
Ali musiqi məktəbləri üçün fundamental baza rolunu oynayan Naxçıvan Musiqi Kollecinin muxtar respublikada mədəniyyətin inkişafında və orta ixtisaslı musiqiçi kadrların hazırlanmasında rolu böyükdür. Bu təhsil ocağının yalnız musiqiçi kadrlar deyil, həm də hərtərəfli inkişaf etmiş gənc nəslin yetişdirilməsində də xidmətləri vardır.
Naxçıvan Musiqi Kollecinin muxtar respublikanın mədəni həyatında rolunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyi geniş qeyd edilsin.
2. “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 29 mart 2015-ci il

Novruz bayramı günlərində Naxçıvan şəhərinin Əcəmi seyrəngahında geniş bir ərazidə ictimai iaşə xidməti təşkil olunmuşdur. Vətənimizi, baharın gəlişini tərənnüm edən mahnılar seyrəngaha gələnlərdə xoş ovqat yaradırdı.
Martın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərinin Əcəmi seyrəngahına gəlmiş, bayram tədbirlərinin təşkili ilə maraqlanmışdır.
Seyrəngahdakı ictimai iaşə xidmətində muxtar respublikada fəaliyyət göstərən 40-a yaxın yerli istehsal müəssisəsi öz məhsullarının satış və sərgisini təşkil etmişdi.
Qədim Naxçıvan həm də müalicəvi suları ilə tanınır. Bu gün muxtar respublikada istehsal olunan mineral sular Azərbaycanda və bir çox xarici ölkələrdə alıcılar tərəfindən rəğbətlə qarşılanır. “Sirab”, “Badamlı” və “Çınqıllı” mineral sularının sərgiləndiyi guşələr tədbir iştirakçılarının marağına səbəb olmuşdur. “Farma-Şah” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün ayrılmış pavilyonda isə Şahbuz dağlarından toplanaraq qablaşdırılan şəfalı bitki çayları nümayiş olunurdu.
Tədbirdə Naxçıvanın zəngin mətbəx nümunələri nümayiş etdirilirdi. Burada Naxçıvan mətbəxinə xas olan müxtəlif növ yeməklər, kabab və çörək növləri, şərbətlər, qənnadı məmulatları, xüsusilə Novruz bayramının rəmzi olan şirniyyatlar tədbir iştirakçılarına təklif olunurdu. Xüsusilə də muxtar respublikanın ayrı-ayrı bölgələrinə xas olan milli yeməklər və şirniyyat növləri öz dadı-tamı ilə seçilirdi.

Ardını oxu...

Novruz bayramı Azərbaycan xalqının milli ruhunu və yaddaşını bütün zənginliyi ilə özündə yaşadır. Yazın gəlişini, təbiətin oyanışını bayram əhval-ruhiyyəsi ilə qarşılayan xalqımız Novruzla bağlı zəngin ənənə və dəyərlər sistemi formalaşdırmışdır. Tarixi yaddaşımızdan süzülüb gələn xalq mərasimləri bu bahar bayramında keçmişlə gələcəyi bir-birinə qovuşdurur. Bu səbəbdən Novruz bayramı həm də Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə dərin ehtiramının ifadəsidir.

Ardını oxu...

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, dövlət və hökumət nümayəndələri şənlikdə iştirak ediblər.
Dövlətimizin başçısı, xanımı və ailə üzvləri əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.
Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri Dənizkənarı Milli Parka gəldilər. Burada Azərbaycanın müxtəlif bölgələrindən gələn özfəaliyyət dərnəklərinin üzvləri, rəqs və mahnı qrupları çıxış edirdilər.
Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.
Dövlətimizin başçısı və ailə üzvləri bərəkətli Azərbaycan torpağında yetişdirilən məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış oldular.
Bayram şənliyi incəsənət ustalarının, el sənətkarlarının ifasında rəngarəng konsert proqramı ilə davam etdi.

AZƏRTAC

Martın 18-də Bakı Olimpiya Stadionunun açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva martın 18-də Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə tanış olublar.

* * *

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 18 mart tarixli Sərəncamı ilə miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşı təltif edilmişdir.Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları da vardır.

“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə

Ələkbərov Fazil Nəriman oğlu

Əliyeva Aysel Etibar qızı

Hüseynov Orxan Yaşar oğlu

İbrahimov Ramin Ənvər oğlu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Türkiyə Respublikasının Qars şəhərinə işgüzar səfərə gedib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Qarsda Heydər Əliyev adına Parkda ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

* * *

Martın 17-də Qarsda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
Görüşdə strateji tərəfdaşlıq, dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Türkiyədə təməli qoyulan TANAP layihəsinin əhəmiyyəti vurğulandı, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli görüşlərin rolu qeyd edildi. Azərbaycanın və Türkiyənin iştirak etdikləri mühüm strateji layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verdiyi bildirildi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Qətər Dövlətinin Nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitini qəbul edib.

Nazir Cassim Saif Əhməd Al-Sulaiti ölkəmizdə mövcud olan müasir nəqliyyat infrastrukturunun onda dərin təəssürat yaratdığını bildirdi, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanın müvafiq qurumları ilə danışıqlar aparıldığını dedi. Azərbaycanla əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edən nazir səfərinin bu məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını vurğuladı.

Dövlətimizin başçısı ölkələrimizdə regional nəqliyyat infrastrukturu yaradılması istiqamətində mühüm işlər görüldüyünü, bu sahədə uğurlar əldə edildiyini dedi. Azərbaycan ilə Qətər Dövləti arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirən Prezident İlham Əliyev bu sahədə perspektivləri müəyyənləşdirməyin və birgə səyləri artırmağın vacibliyini qeyd etdi.

AZƏRTAC

Martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Naxçıvana yeni təyin olunmuş Baş konsulu Mənsur Ayrım ilə görüşmüşdür.
Baş konsul etimadnaməsini Ali Məclisin Sədrinə təqdim etmişdir.
Ali Məclisin Sədri Mənsur Ayrımı muxtar respublikada Baş konsul kimi fəaliyyətə başlaması münasibətilə təbrik etmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasındakı səmərəli əməkdaşlığa diqqəti çəkən Ali Məclisin Sədri qarşılıqlı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirmişdir.
Ali Məclisin Sədri Baş konsulun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran arasında əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirmiş, ona fəaliyyətində uğurlar arzulamışdır.
Səmimi qəbula görə minnətdarlıq edən Mənsur Ayrım Naxçıvan Muxtar Respublikasının inkişafının məmnunluq doğurduğunu vurğulamış, İranın yaxın vilayətləri ilə muxtar respublika arasındakı əlaqələrin inkişafında öz səylərini əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə əlaqələrin gələcək inkişafı üçün bundan sonra da qarşılıqlı səylərin göstəriləcəyi vurğulanmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş məktəblərdə distant və interaktiv təhsilin təşkilinə, elektron vasitələrdən istifadəyə üstünlük verilir. Təhsilə göstərilən dövlət qayğısı muxtar respublikada elmi potensialı da gücləndirmiş, elm, ali və orta ixtisas təhsili müəssisələrində yüksəkixtisaslı professor-müəllim heyəti formalaşmışdır.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələri daha da gücləndirmək məqsədilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin, ali və orta ixtisas təhsili müəssisələrinin professor və müəllim heyətinin iştirakı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində ayda bir dəfə nümunəvi dərslər təşkil olunsun.
2. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 14 mart 2015-ci il

 

Martın 14-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasında elm və təhsilin vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda geniş müşavirə keçirilmişdir.
Müşavirədə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək demişdir ki, muxtar respublikanın inkişafında elm və təhsilin də özünəməxsus yeri vardır. 2003-cü ildə fəaliyyətə başlayan Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ötən dövrdə muxtar respublika elminin inkişafına öz töhfəsini vermişdir. Bu gün bölmədə 2 akademik, 6 müxbir üzv, 4 elmlər doktoru, 48 fəlsəfə doktoru, 8 doktorant, 3 dissertant, 12 elmi işçi çalışır, 25 doktorant və 3 dissertant təhsil alır. Hazırda bölmə əməkdaşlarının 72 faizinin elmi dərəcəsi, 43 faizinin isə elmi adı vardır. 2014-cü ildə 4 əməkdaş fəlsəfə doktoru dissertasiyası müdafiə etmiş, 1 nəfər professor, 13 nəfər dosent elmi adı almış, 8 nəfər doktoranturaya qəbul olunmuşdur.

Ardını oxu...

 Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2015-ci il üçün ədəbiyyat və memarlıq sahələri üzrə Naxçıvan Muxtar Respublika mükafatları aşağıdakı şəxslərə verilsin:
Ədəbiyyat sahəsi üzrə:
Maqsudov Elbəyi Sadıq oğlu – “Poetik-praktik Azərbaycan dili” dərs vəsaitinə görə
Memarlıq sahəsi üzrə:
Rüstəmov Hicran Yaqub oğlu – Naxçıvan Muxtar Respublikasında memarlıq və dizayn işlərinə görə
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 14 mart 2015-ci il

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya komitəsinin məruzəçisi Robert Uolteri qəbul edib.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi və münaqişənin nizama salınması perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc

Martın 12-də Bakıda Azərbaycan-Pakistan Biznes Forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn biznes forumda iştirak ediblər.
Dövlət başçıları forumda çıxış ediblər.
Sonra Azərbaycan Ticarət və Sənaye Palatası və Pakistan Sənaye və Ticarət Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalandı.
Biznes forum işini təqdimatlarla davam etdirdi.

*  *  *

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə rayonuna səfərə gedib.
Dövlətimizin başçısı əvvəlcə şəhərdə yeni salınmış və ulu öndərin adını daşıyan park-bulvarda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bildirdi ki, bərdəlilərin ulu öndərin xatirəsinə ehtiram əlamətinin rəmzi olan bu möhtəşəm abidə yeni ucaldılıb. Abidənin postamenti və ətrafı orijinal layihə əsasında qurulub.

AZERTAC

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin martın 11-də rəsmi qarşılanma mərasimi olub.
Martın 11-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə söykənən ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin geniş tərkibdə görüşü olub.
Həmin gün Prezident İlham Əliyevin və Prezident Məmnun Hüseynin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Pakistan sənədlərinin imzalanması mərasimi keçirilib.
Martın 11-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn mətbuata bəyanatlarla çıxış ediblər.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitini qəbul edib.
İqor Levitin Soçi Qış Olimpiya Oyunlarına həsr olunmuş xatirə albomunu dövlətimizin başçısına təqdim etdi. Rusiya idmançılarının Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını vurğulayan İqor Levitin Rusiyanın bu tədbirdə 300-ə yaxın idmançı ilə təmsil olunacağını dedi.
Dövlətimizin başçısı Soçi Qış Olimpiya Oyunlarında Rusiyanın əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən qısa vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə böyük işlərin görüldüyünü vurğuladı və Oyunların yüksək səviyyədə təşkil olunması üçün Azərbaycanın bütün səylərini əsirgəmədiyini bildirdi. Dövlətimizin başçısı bu idman yarışının təkcə ölkəmiz üçün deyil, ümumilikdə, idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəmini qeyd etdi.

* * *

Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri paytaxtın Biləcəri qəsəbəsində Bakı Atıcılıq Mərkəzinin açılışında iştirak ediblər.

AZERTAC

Muxtar respublikada müasir xidmət növlərinin yaradılması diqqət mərkəzində saxlanılır, dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsi üçün zəruri tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yeni səyyari xidmət yaradılmışdır.

Ardını oxu...

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR