08 Yanvar 2025, Çərşənbə

1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycan yeni inkişaf mərhələsinə yüksəlmişdir. Bu dövrdən etibarən ölkəmizdə iqtisadi və sosial həyatın bütün sahələrində kompleks tədbirlər görülmüş, Azərbaycanın gələcək müstəqilliyinin əsası qoyulmuşdur. Bu yüksəliş və tərəqqi səhiyyə sisteminin də inkişafına səbəb olmuşdur. Ulu öndərin rəhbərliyi ilə həmin dövrdə ölkəmizin bütün şəhər, rayon və kəndlərində yeni xəstəxanalar istifadəyə verilmiş, əhalinin sağlamlığının qorunmasına xidmət edən ardıcıl tədbirlər görülmüşdür. Dahi şəxsiyyətin müəllifi olduğu səhiyyə islahatları bu gün də ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir, müasir avadanlıqlarla təmin olunmuş tibb müəssisələri tikilərək əhalinin istifadəsinə verilir.

Ardını oxu...

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirəsi keçirilib.
Prezident İlham Əliyev müşavirədə deyib ki, bu ilin 6 ayının yekunları çox müsbətdir və Azərbaycan uğurla inkişaf edir. Dövlətimizin başçısı bildirib ki, son 6 ayda iqtisadiyyat 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz artıb. Sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artıb. Ölkədə inflyasiya 3,5 faiz, əhalinin pul gəlirləri 6,2 faiz olub. Kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb. Son 6 ayda ölkəmizə 12,7 milyard manat sərmayə qoyulub.
Sonra Maliyyə naziri Samir Şərifov, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov ilin 6 ayının yekunları ilə bağlı məruzələrlə çıxış ediblər.
Yekun nitqində Prezident İlham Əliyev ilin sonuna qədər iqtisadi artımın yüksək templərinin və makroiqtisadi sabitliyin saxlanması, dövlət investisiya proqramının, yeni infrastruktur, o cümlədən sosial layihələrin icrası ilə bağlı işlərin görülməsinin vacibliyini bildirib. Bölgələrin qaz, elektrik enerjisi və içməli su ilə təminatının daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verən Prezident İlham Əliyev bu layihələrin tam icrası məqsədilə müvafiq vəsaitin ayrılacağını da deyib.

AZƏRTAC

Muxtar respublikada İslam dəyərlərinə hörmət və ehtiramla yanaşılır. Bu gün Naxçıvanda tarixi-dini abidələr, ziyarətgahlar əsaslı şəkildə yenidən qurulur, xalqımızın əsrlər boyu formalaşmış dini-mənəvi dəyərlərinə bağlılıq nümayiş etdirilir. Cəmiyyətdə humanizmin və həmrəyliyin təntənəsinə çevrilən Ramazan ayı da hər il insanlar tərəfindən mərhəmət duyğuları ilə qarşılanır, oruc tutulur, iftar süfrələri açılır.
İyulun 9-da Naxçıvan şəhərindəki “Təbriz” restoranında iftar süfrəsi açılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iftar mərasimində çıxış edərək demişdir: Ramazan xeyirxah niyyətlər, mənəvi kamillik və saflıq ayıdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in tamamlandığı, dünya müsəlmanlarının həmrəylik və qardaşlıq ayı olan Ramazanın fəzilətləri çoxdur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Ramazan ayı dünya xalqlarının mənəviyyatı tarixinə böyük təsir göstərmiş mübarək aylardan biridir. Sülhün, əmin-amanlığın, qardaşlığın bərqərar edilməsinə dəvət edən İslam dininin bu müqəddəs ayında müsəlmanlar humanist prinsiplərin təntənəsi naminə hər cür sınaqlara sinə gərmək qabiliyyətlərini nümayiş etdirirlər”.

Ardını oxu...

İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Baş naziri Matteo Renzi ilə geniş tərkibdə görüşü olub.
Geniş tərkibdə görüşdə Baş nazir Matteo Renzi ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini bildirdi, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi.
Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında dostluq münasibətlərinin mövcud olduğunu, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə İtaliya arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğuladı.

* * *

İyulun 9-da “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda “Milli gün” təşkil olunub.
“Milli gün” çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

AZƏRTAC

İyulun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində birinci Avropa Oyunlarının bürünc mükafatçısı ilə görüş keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov məlumat verərək demişdir ki, muxtar respublikada idmanın maddi-texniki və təşkilati-hüquqi bazası xeyli möhkəmləndirilmişdir. Yaradılan şəraitin nəticəsidir ki, hazırda muxtar respublikada 38 min 586 nəfər bədən tərbiyəsi və idmanla məşğul olur. Muxtar respublika idmançıları 2015-ci ilin ötən dövrü ərzində Azərbaycan üzrə birinciliklərdə 30, dünya birinciliyində 8, Beynəlxalq turnirlərdə 12 medal qazanmışlar. İdman sahəsində əldə edilən ən böyük uğur isə 12-28 iyun tarixlərində Bakı şəhərində keçirilmiş birinci Avropa Oyunlarında muxtar respublika boks məktəbinin yetirməsi, Avropa çempionu Tayfur Əliyevin bürünc mükafata layiq görülməsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ölkəmizdə digər sahələrlə yanaşı, idmanın inkişafına da qayğı göstərildiyini bildirərək demişdir: Azərbaycanda idman hərəkatının əsası ötən əsrin 70-ci illərində qoyulmuşdur. Həmin dövrdə ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlməsi ilə bütün sahələrlə yanaşı, idman da inkişaf etdirildi. Ölkəmizin şəhər və rayonlarında idman məktəbləri yaradıldı, stadionlar tikildi, şahmat məktəbləri istifadəyə verildi.

Ardını oxu...

İyulun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan-10: təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Əvvəlcə konfrans iştirakçıları Naxçıvan Dövlət Universitetinin elektron təhsil sistemi və rəqəmsal multimedia infrastrukturu ilə tanış olmuşlar.

Ardını oxu...

İyulun 6-da Naxçıvanda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə və iclas iştirakçıları əvvəlcə Naxçıvan Şəhər İcra Hakimiyyətinin foyesində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkil etdiyi “Elmdən təcrübəyə” sərgisinə baxmışlar.
Sərgidə nümayiş olunan Naxçıvan duzu, muxtar respublikada istehsal olunan tikinti materialları nümunələri, “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyətində hazırlanan paketlənmiş dərman bitkiləri və kapsullar Naxçıvanın zəngin təbii sərvətlərindən, şəfalı florasından və onların hərtərəfli tədqiqindən xəbər verirdi. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin nümayiş etdirdiyi filiz və qeyri-filiz yataqlarını xarakterizə edən materiallar, Naxçıvan Muxtar Respublikasının faydalı qazıntılarına həsr edilmiş elmi-praktik əsər və monoqrafiyalar da sərgi iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 1 iyul tarixli Sərəncamı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları da vardır.


“Vətən uğrunda” medalı ilə

Həsənov Tofiq Etibar oğlu – polis polkovnik-leytenantı
İbrahimov Abbas Nadir oğlu – polis polkovniki

“İgidliyə görə” medalı ilə

Məmmədəliyev Kamil Həsən oğlu – polis polkovnik-leytenantı

İyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.
Sonra mükafatlandırma mərasimi olub.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamı ilə I Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə bir qrup idmançı təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının idmançısı da vardır.

“Tərəqqi” medalı ilə
Əliyev Tayfur Nəriman oğlu


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamı ilə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə I Avropa Oyunlarında uğurla çıxış etmiş idmançıların məşqçiləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasından olan məşqçi də vardır.

Eyvazov Məmmədəli Əhməd oğlu

İyunun 25-də Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissənin açılışı olub.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyub.
Müdafiə naziri Zakir Həsənov Ali Baş Komandan, Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.
Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsib.
Sonra dövlətimizin başçısı hərbçilərlə görüşüb.
Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə nitq söyləyib.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra dövlətimizin başçısı “N” saylı hərbi hissənin əsgər yataqxanasında olub.
Dövlətimizin başçısı Hərbi Dəniz Qüvvələrinin poliklinikasındakı şəraitə baxıb.
Gəmilərin yanalma körpüsünə gələn Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrinin idarəetmə gəmisinə baxıb. Dövlətimizin başçısına gəminin baş komanda məntəqəsi haqqında məlumat verilib.
Ali Baş Komandan Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsinin qərargahı və matros yataqxanasında yaradılan şəraitlə tanış olub.

AZƏRTAC

Bu gün Naxçıvan Muxtar Respublikasında gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinə, fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə xüsusi diqqət yetirilir. Son illər aparılan quruculuq işləri məktəbəqədər tərbiyə müəssisələrini də əhatə etmişdir. Artıq muxtar respublikada yerləşən uşaq bağçaları müasir binalarda fəaliyyət göstərir. Şahbuz Şəhər Uşaq bağçası üçün də yeni bina inşa olunmuşdur.
İyunun 25-də Şahbuz Şəhər Uşaq bağçasının yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.

Ardını oxu...

“Kənd təsərrüfatı ili”ndə muxtar respublikada aqrar sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsi xeyli genişləndirilmiş, bol məhsul istehsalı üçün zəmin yaradılmışdır. Yeni suvarma şəbəkələrinin qurulması kənd təsərrüfatı bitkilərinin, xüsusilə də əsas ərzaq məhsulu olan taxıl əkini sahələrinin artırılmasına səbəb olmuş, bu ilin məhsulu üçün 36 min hektardan artıq sahədə taxıl əkilmişdir. Əkin zamanı keyfiyyətli və məhsuldar toxum sortlarından istifadə edilmiş, sahələrdə vaxtlı-vaxtında suvarma və aqrotexniki qulluq işləri görülmüşdür. Hazırda muxtar respublikada taxıl biçini həyata keçirilir.
İyunun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət” Toxumçuluq Təsərrüfatının Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlmiş, taxıl biçininin gedişi ilə maraqlanmışdır.

Ardını oxu...

Muxtar respublikada torpaq sahələrinin su təminatının yaxşılaşdırılması və rentabelli suvarma şəbəkələrinin qurulması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Hazırda Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində vaxtilə mövcud olmuş yeraltı suvarma şəbəkəsi bərpa olunur.
İyunun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeraltı suvarma şəbəkəsinə baxmışdır.
Bildirilmişdir ki, yeraltı suvarma şəbəkəsi 400 hektar ərazini əhatə edir. Hazırda 231 hektarda bərpa işləri başa çatdırılmışdır. Ərazidə uzunluğu 2875 metr olan əsas boru xətti çəkilmiş, 455 hidrant qoyulmuş, sugötürücü və nəqledici boru xətləri yenilənmişdir. Həmçinin qapalı drenaj xətləri bərpa olunmuş, 3 min metr açıq və 1500 metr qapalı kollektor sistemi qurulmuşdur. Bu da şoranlaşmaya və su itkisinə yol vermədən vegetasiya müddətində ərazinin lazım olan miqdarda və tələb olunan keyfiyyətdə suvarılmasına imkan verəcəkdir.
Ali Məclisin Sədri yeraltı suvarma şəbəkəsinin əhatə etdiyi ərazilərdə taxıl və qüvvəli yem bitkiləri əkininin aparılması, o cümlədən yaxınlıqdakı 2300 hektar sahədə yeni yeraltı suvarma şəbəkəsinin qurulması layihəsinin hazırlanması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 23 iyun tarixli Sərəncamı ilə maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə maşınqayırma sənayesinin bir qrup işçisi təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının maşınqayırma sənayesinin işçisi də vardır.

“Tərəqqi” medalı ilə

Abdullayev Musa Əsgər oğlu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Latviya Respublikasının yeni seçilmiş Prezidenti Raymonds Veyonis ilə görüşüb.
Prezident İlham Əliyev Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.
Latviya Respublikasının yeni seçilmiş Prezidenti Raymonds Veyonis Latviya-Azərbaycan əməkdaşlığının yaxşı səviyyədə olduğunu bildirdi, ölkələrimizin iş adamları, müxtəlif nazirliklər və qurumlar arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd etdi.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusu təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qulluqçuları da vardır.

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Abdullayev Rəfail Abdulla oğlu
Bağırov Aləm Məhərrəm oğlu
Əhmədov Namiq Əhməd oğlu
İbrahimov Fəxrəddin Məhərrəm oğlu
Quliyev Niyazi Alqulu oğlu
Quliyev Nurəddin Beytulla oğlu
Quliyev Səfər Şahbaz oğlu
Mahmudov Bəxtiyar Şükür oğlu
Musayev Etibar Cəmil oğlu
Orucəliyev Ramiz İman oğlu
Səfərov Cavid Fəxrəddin oğlu
Şirzadov Cavanşir Əli oğlu

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam 2015-ci il sentyabr ayının 15-dən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 22 iyun 2015-ci il

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Müslüm Əli oğlu Cabbarzadə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 22 iyun 2015-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub.

Dövlətimizin başçısı Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar başsağlığı verib.

Prezident İlham Əliyev səfirlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl ilə müxtəlif vaxtlarda keçirdiyi görüşləri əks etdirən fotolardan ibarət stendə baxıb.

Sonra dövlətimizin başçısı matəm kitabına ürək sözlərini yazıb.

AZƏRTAC

Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində kompleks tədbirlər görülür. Naxçıvanın zəngin enerji potensialından səmərəli istifadə olunur və müasir standartlara uyğun elektrik stansiyaları tikilib istifadəyə verilir. Hazırda muxtar respublikada elektrik enerjisi istehsalı ilə yanaşı, onun istehlakçılara etibarlı və dayanıqlı çatdırılması da diqqət mərkəzindədir. Müasir texniki imkanlara malik olan elektrik yarımstansiyalarının tikilməsi bu sahədə görülən işlərin tərkib hissəsidir.
İyunun 19-da Kəngərli Rayon Elektrik Şəbəkəsinin inzibati binası və “Qıvraq” yarım­stansiyası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Baş direktoru Yasin Səfərov çıxış edərək demişdir ki, Kəngərli Rayon Elektrik Şəbəkəsi bu günədək uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi. Bu gün istifadəyə verilən müasir ikimərtəbəli inzibati binada hərtərəfli iş şəraiti yaradılıb. Yeni istifadəyə verilən 110/35/10 kilovoltluq “Qıvraq” yarımstansiyası müasir tələblərə cavab verir. Yasin Səfərov bundan sonra da elektrik təchizatının yaxşılaşdırılması istiqamətində səylə çalışacaqlarını bildirmiş, göstərilən diqqət və qayğıya görə muxtar respublikanın energetikləri adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli Rayon Elektrik Şəbəkəsinin yeni binasının və “Qıvraq” yarımstansiyasının istifadəyə verilməsi münasibətilə rayon sakinlərini təbrik edərək demişdir: Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir, geniş yenidənqurma işləri aparılır, insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunur. Həyata keçirilən tədbirlər nəticəsində əhalinin yaşayış səviyyəsi yaxşılaşdırılır, bütün yaşayış məntəqələri abadlaşaraq müasirliyə qovuşur. Yaşayış məntəqələrinin və istehlakçıların elektrik enerjisi təminatının yaxşılaşdırılması, yeni elektrik verilişi xətlərinin çəkilməsi, müasir yarımstansiyaların qurulması da bu sahədə görülən iş­lərin tərkib hissəsi kimi diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Naxçıvanda tarixi-mədəni irsin qorunub yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür, dini-mənəvi dəyərlərə hörmət və ehtiramla yanaşılır. Son illər muxtar respublika ərazisindəki dini-mədəni abidələr və ziyarətgahlar bərpa olunur, milli-mənəvi dəyərlərimizin yaşadılmasına və təbliğinə diqqət yetirilir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Şərur rayonunun Xanlıqlar kəndi ərazisindəki qədim “İmamzadə” türbəsi də bərpa olunur.

İyunun 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xanlıqlar kəndinə gəlmiş, “İmamzadə”də aparılacaq bərpa işləri ilə tanış olmuşdur.

Məlumat verilmişdir ki, qədim “İmamzadə” türbəsi giriş və salondan ibarətdir. Aşağıdan kvadrat şəklində inşa edilən bu abidənin yuxarı hissəsi tağvari günbəzlə örtülmüşdür. Uzun müddət ibadət yeri və ziyarətgah kimi istifadə olunan türbədə bərpa işlərinin aparılmasına zərurət yaranmışdır.

Ali Məclisin Sədri bərpa işləri aparılarkən “İmamzadə”nin tarixi görkəminin və qədim memarlıq elementlərinin qorunub saxlanılması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Muxtar respublikada yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Çay yataqlarında və selovlarda sahilbərkitmə işlərinin aparılması, sel sularının axıdılması üçün yeni kollektor və kanalların tikilməsi bu mənada mühüm əhəmiyyətə malikdir. Hazırda Şərur rayonunun Xanlıqlar və Püsyan kəndlərindəki kollektor və selötürücü kanallar yenidən qurulur.
İyunun 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aparılan işlərlə maraqlanmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, bu günədək 14 min 890 metr uzunluğunda kollektor lildən təmizlənmiş, 6 min 550 metr selötürücü kanal bərpa olunmuş, 350 metr uzunluğunda yeni kanal çəkilmişdir. Xanlıqlar kəndində 1310 metr uzunluğunda selötürücü kanala beton üzlüklər qoyulmuşdur. Hazırda 870 metr məsafədə işlər davam etdirilir. Sel­ötürücü beton kanalların üzərində 720 millimetrlik borularla 24 su keçidi qoyulmuşdur. Bu işlər başa çatdırıldıqdan sonra Xanlıqlar və Püsyan kəndlərində torpaqların şoranlaşmasının qarşısı alınacaqdır.
Ali Məclisin Sədri yaşayış məntəqələrinin və torpaq sahələrinin sel sularından qorunması istiqamətində həyata keçirilən tədbirlərin muxtar respublikanın digər ərazilərin­də də davam etdirilməsinin vacibliyini vurğulamışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Müasir və rahat yol şəbəkələrinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər Şərur və Kəngərli rayonlarını da əhatə etmişdir. Bu gün hər iki rayonun yaşayış məntəqələrində avtomobil yolları yenidən qurulur, nəqliyyatın və insanların təhlükəsiz hərəkəti təmin edilir. Xanlıqlar-Püsyan-Qıvraq avtomobil yolunda aparılan tikinti işləri də sakinlərin rahatlığını təmin edəcəkdir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun texniki göstəriciləri və aparılan tikinti işləri ilə maraqlanmışdır.
Bildirilmişdir ki, ümumi uzunluğu 16 kilometr olan avtomobil yolunda torpaq işləri başa çatdırılmışdır. Yolun üzərində 29 su keçidi, 10 selötürücü tikilmiş, yol yatağı genişləndirilərək 9 metrə çatdırılmışdır. Tikinti işləri aparılarkən lazımi mühəndis-texniki tələblər nəzərə alınmış, yol asfalt verilməsi üçün hazır vəziyyətə gətirilmişdir.
Ali Məclisin Sədri tikinti işlərində və asfalt örtük salınmasında keyfiyyət amilinə diqqət yetirilməsinin vacibliyini vurğulamışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “Şərəf” ordeni ilə təltif olunub. Dövlətimizin başçısı iyunun 17-də yüksək mükafatı Patrik Hikkiyə təqdim edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Macarıstan Respublikasının Milli Assambleyasının sədri Laszlo Köverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Birinci Avropa Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medal yazılıb. İyunun 17-də Heydər Əliyev adına İdman Sarayında Azərbaycan pəhləvanı Toğrul Əsgərov bütün rəqiblərini məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər.

AZƏRTAC

İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının 2015-ci il buraxılışı münasibəti ilə tədbir keçirilmişdir.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Musta­fayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova mərasimə hazırlıq barədə raport vermişdir.
Ali Məclisin Sədri kursantları salamlamışdır.
Kursantlar orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himnini ifa etmişlər.
Hərbi liseyin rəisi, polkovnik Elman Oruc­ov çıxış edərək demişdir ki, son illər həyata keçirilən kompleks tədbirlər nəticəsində Heydər Əliyev adına Hərbi Liseyin tədris imkanları xeyli yaxşılaşdırılmış, kursantlar üçün müasir şərait yaradılmışdır. Bütün bunlar bilikli və vətənpərvər gənc zabitlərin yetişdirilməsində mühüm rol oynayır. Liseydə kursantların hərbi və elmi biliklərə yiyələnməsi ilə yanaşı, idmanın müxtəlif növləri ilə məşğul olmasına da diqqət yetirilir, onların muxtar respublikamızda keçirilən idman birinciliklərində fəal iştirakı təmin edilir. Həmçinin liseydə kursantların yaradıcılığını və fənlərə olan marağını artırmaq məqsədilə 19 dərnək fəaliyyət göstərir. Yaradılan şərait gənclərin hərb sənətinə marağını xeyli artırmışdır. 2015-2016-cı tədris ilində Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmaq üçün 977 gənc sənəd vermiş, onlardan 603-ü qəbul imtahanlarında iştirak etmək hüququ qazanmışdır. Bununla yanaşı, kursantların mənəvi tərbiyəsini yüksəltmək məqsədi ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrı, 8 muzey və 2 kitabxana ilə müqavilə bağlanaraq onların imkanlarından da geniş istifadə olunur.

Ardını oxu...

İyunun 15-də Naxçıvan şəhərindəki muxtar respublika stadionunda Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.
Tədbirin aparıcıları qeyd etmişlər ki, milli qurtuluşdan ötən 22 il ərzində Azərbaycan yüksək inkişaf yolu keçmiş, bütün sahələrdə böyük uğurlar qazanılmış, ölkəmiz dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Bu yüksəliş, inkişaf və tərəqqi müstəqil Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Gününün bəhrələridir. 1993-cü ilin 15 iyun günü böyük xilaskarlıq missiyasının başlanğıcı, Milli Qurtuluş Günü kimi Azərbaycan xalqının tarixinə yazılmışdır. Həmin gün xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər bütün qüvvəsini Vətənimizi üzləşdiyi bəlalardan, xalqımızı çətin günlərdən xilas etməyə yönəltmişdir. “Bütün həyatımı təhlil edəndə görürəm ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam”, – deyən ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu kimi xalqımızın qəlbində əbədiyaşarlıq hüququ qazanmışdır.

Ardını oxu...

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından birinci Avropa Oyunları ilə bağlı Olimpiya Ailəsinin üzvləri üçün qəbul təşkil edilib.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri qəbulda iştirak ediblər.
Qəbul birinci Avropa Oyunlarının açılışından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.
Dövlətimizin başçısı mərasimdə çıxış edib.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də mərasimdə çıxış edib.
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsindəki xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim edib.

* * *

İyunun 15-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində qadınlar arasında sərbəst güləş yarışları keçirilib.
Millimizin üzvü Mariya Stadnik bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva final qarşılaşmasını izləyiblər.

AZƏRTAC

İyunun 15-də – Milli Qurtuluş Günündə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında İftixar Piriyevin “Qurtuluş dastanı” epik tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tamaşanı izləmişdir.

Ardını oxu...

İyunun 12-də Heydər Əliyev Mərkəzində “Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi iştirakçılarının şərəfinə Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbul təşkil olunub.

* * *

İyunun 12-də Bakı Olimpiya Stadionunda ilk Avropa Oyunlarının açılış mərasimi keçirilib.
Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı unudulmaz tarixi anın şahidi olublar.
Stadionun VİP tribunasında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki əyləşmişdilər.
Simfonik orkestrin ifasında Azərbaycanın Dövlət himni səsləndirilib.
Azərbaycan Respublikasının Dövlət bayrağı stadiona gətirilib.
İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış edib.
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarını açıq elan edib.
Azərbaycan orijinallığı ilə diqqəti cəlb edən, tamaşaçıları vəcdə gətirən bir mərasimlə Avropa Oyunlarının tarixə çevriləcək ilk parlaq səhifəsini yazıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini iyunun 11-də qəbul edib.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin önəmi qeyd edildi və bu tədbirin beynəlxalq əməkdaşlığın gücləndirilməsi işinə xidmət edəcəyi bildirildi.
Dövlətimizin başçısı Gürcüstan idmançılarına da yarışlarda uğurlar arzuladı.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

* * *

İyunun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovu qəbul edib.

AZƏRTAC

Milli Qurtuluş Gününün bəhrələrindən biri də güclü və qüdrətli Azərbaycan ordusunun yaradılmasıdır. Ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğu strategiyasının uğurla davam etdirilməsi ölkəmizin hərbi qüdrətini ilbəil artırır. Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki təminatı gücləndirilməklə yanaşı, həm də şəxsi heyətin döyüş qabiliyyətinin artırılması diqqət mərkəzində saxlanılır, hərbi təlimlər keçirilir.
İyunun 10-da – Milli Qurtuluş Günü ərəfəsində Əlahiddə Ümumqoşun Ordusunun gecə şəraitində taktiki təlimi keçirilmişdir.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev təlimin döyüş atışlı gecə mərhələsinə hazırlıq barədə Ali Məclisin Sədrinə raport vermişdir.
Bildirilmişdir ki, muxtar respublikada gecə şəraitində keçirilən təlimə 600-dən çox şəxsi heyət, 110 döyüş və müxtəlif təyinatlı texnikalar, 25 reaktiv və artilleriya qurğusu, 2 döyüş vertolyotu, 4 zenit-raket qurğusu və 4 mühəndis texnikası cəlb olunmuşdur. Təlimin keçirilməsində məqsəd dağlıq ərazidə, istənilən hava və məhdud görmə şəraitində hissə və birləşmələrin döyüş tapşırıqlarını yerinə yetirməkdən ibarətdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “İranla Azərbaycan arasında olan münasibətlər çox sürətlə inkişaf edir. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə bizim aramızda əməkdaşlığın əməli nəticələri vardır. Ümid edirəm ki, bu əməkdaşlıq daha da güclənəcəkdir”.
Azərbaycan-İran əlaqələri qədim tarixə malikdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasındakı səmərəli əməkdaşlıq da bu əlaqələrə öz töhfəsini verir. İqtisadi-ticarət, kənd təsərrüfatı, enerji, təhsil və digər sahələrdə əlaqələrin mühüm əhəmiyyəti vardır. Son illər həyata keçirilən qarşılıqlı səfərlər isə ikitərəfli münasibətlərin inkişafı üçün geniş perspektivlər açmışdır.
Bu sahədə görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərqi Azərbaycan Vilayətinin ostandarı İsmayıl Cabbarzadənin dəvəti ilə iyunun 9-da İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinə səfər etmişdir.
Beynəlxalq Culfa sərhəd-keçid məntəqəsində Ali Məclis Sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovulun rəisi Ali Məclisin Sədrinə raport vermişdir.
Ali Məclisin Sədri fəxri qarovul dəstəsinin önündən keçmiş və əsgərləri salamlamışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri iyunun 9-da Atletlər Kəndində Birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüşüblər.
Gənclər və İdman naziri Azad Rəhimov dövlətimizin başçısına Atletlər Kəndinin VİP qonaqların qəbul zonası barədə məlumat verdi. Binada yaradılan istirahət otağı, protokol zalı, qonaq vəsiqəsini gözləmə ərazisi və digər otaqlar müasir səviyyədədir. Burada yüksək səviyyədə fəaliyyət göstərmək üçün bütün imkanlar yaradılıb.
Sonra Prezident İlham Əliyev Birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüşdü.
Dövlətimizin başçısı, xanımı və ailə üzvləri Birinci Avropa Oyunlarında Azərbaycanı ayrı-ayrı idman növlərində təmsil edəcək komandalarla xatirə şəkilləri çəkdirdilər.
Birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan komandalarının üzvləri dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə “Selfie” və fotoşəkillər çəkdirdilər.

AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 28 iyun tarixli 20-IV FR nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 28 iyun tarixli 20-IV FR nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.3-cü bənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.4-cü bənd əlavə edilsin:

Ardını oxu...

Əlavə VI

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 8 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra – Xidmət) tibbi sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra – əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra – əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır.
1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Əsasnaməsini və qərarlarını, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

Ardını oxu...

İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bayıl bulvarının açılışında iştirak ediblər.
Dövlətimizin başçısına məlumat verildi ki, Bayıl bulvarının inşasına 2013-cü ildə başlanılıb. Layihə çərçivəsində bulvarda işlər yüksək səviyyədə həyata keçirilib. Ümumi sahəsi 24 hektar olan yeni istirahət mərkəzinin uzunluğu 2,3 kilometrdir. Burada 16 hektar yaşıllıq zonası yaradılıb.
Dövlətimizin başçısı Bayıl bulvarının rəmzi açılışını bildirən lenti kəsdi.
Yeni istirahət mərkəzində müasir işıqlandırma və suvarma sistemləri quraşdırılıb. Dövlət Bayrağı Meydanı istiqamətindən başlayan Bayıl bulvarında görülən işlər Dənizkənarı Milli Parkın simasını daha da gözəlləşdirir, paytaxta xüsusi yaraşıq verir.

* * *

İyunun 13-də Bakıda, Dövlət Bayrağı Meydanı ərazisində Azərbaycan Evi fəaliyyətə başlayacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iyunun 8-də Azərbaycan Evində yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Tikinti işlərinin dayandırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 8 iyun 2015-ci il

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Tikinti obyektlərinin sökülməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 8 iyun 2015-ci il

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar naziri Sudirman Saidin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə İndoneziyanın Energetika və Mineral Ehtiyatlar naziri Sudirman Saidin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin iqtisadi, enerji, neft-qaz və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib, ikitərəfli əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolu xüsusi qeyd olunub.

* * *

İyunun 5-də Bakıda Azərbaycan Boks Federasiyasının yeni inzibati binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Həmin gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Qafqaz Baku Sport Hotel”in açılışında da iştirak ediblər.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floresin etimadnaməsini qəbul edib.

* * *

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunları çərçivəsində kamandan oxatma yarışlarının keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda yaradılan şəraitlə tanış olublar.

* * *

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda Azərbaycan Milli Konservatoriyasının inzibati-tədris kompleksinin yaxınlığında salınan yeni parkda yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 4 iyun tarixli Sərəncamı ilə su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əməkdaşları da var.

“Şöhrət” ordeni ilə
Əsgərov Əsgər Əli oğlu

“Tərəqqi” medalı ilə
Behbudov Elnur Behbud oğlu
Sadiqov Ərəstun İslam oğlu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Dövlətimizin başçısı Aleksis Şahtaxtinskinin Azərbaycan-ATƏT əməkdaşlığının inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib, ötən dövr ərzində həyata keçirilən layihələrin yaxşı nəticələr verdiyini vurğulayaraq ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski fəaliyyəti dövründə təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı və eləcə də ölkəmizin rifahı naminə səylərini əsirgəmədiyini vurğulayıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İqor Bodiunu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

* * *

İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıya gətirilən yeni elektrik qatarı ilə tanış olub.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyunun 2-də Bakı Sərgi Mərkəzində XXII Beynəlxalq “Xəzər Neft və Qaz 2015” Sərgisinin açılışında iştirak ediblər.
Sərgini Böyük Britaniyanın “ITE Group Plc” şirkətinin baş məsləhətçisi Endryu Vud açıb.
Dövlətimizin başçısı açılış mərasimində nitq söyləyib.
London şəhərinin Lord meri Alderman Alan Yarrou Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun təbrik məktubunu oxuyub.
Sonra Polşa Baş nazirinin müavini Yanuş Pexoçinski və İraqın Neft naziri Adil Əbdülmehdi çıxış ediblər.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin pavilyonları ilə tanış olublar.
Məlumat verilib ki, dünyanın 27 ölkəsindən 315 şirkətin iştirak etdiyi sərginin ekspozisiyası neft hasilatı və enerji daşıyıcılarının nəql edilməsi sahəsində innovativ texnologiyalar, neft və qazın saxlanması sistemlərinin təmin olunması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi imkanları və sair tematik bölmələrdən ibarətdir.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Respublikası Baş nazirinin müavini və Xarici İşlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Böyük Britaniyanın London şəhərinin Lord meri Alderman Alan Yarrounun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də İraqın Neft naziri Adil Əbdülmehdinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikası­nın Prezidenti İlham Əliyevin 2015-ci il 1 iyun tarixli Sərəncamı ilə mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Beynəlxalq Hava Limanının əməkdaşları da vardır.

“Tərəqqi” medalı ilə

Hacıyev Səxavət Məmmədəli oğlu

Məmmədova Güllər Sabir qızı

Mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Bakı-2015” Əməliyyat Komitəsinin baş ofisində yaradılan şəraitlə tanış olublar.
Azərbaycanın Gənclər və İdman naziri, “Bakı-2015” Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və əməliyyatlar üzrə baş direktor Saymon Kleq ofisdə yaradılan şərait barədə dövlətimizin başçısına və xanımına məlumat veriblər.
Bildirilib ki, Birinci Avropa Oyunları ilə əlaqədar bütün nəqliyyat, qeydiyyat, informasiya, təhlükəsizlik və digər əməliyyatlar bu mərkəzdən idarə olunacaq. Mərkəzdə yerli və xarici mütəxəssislərin yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb. Ümumilikdә, komitədə yerli və xarici mütəxəssislərdən ibarət 1500-ə yaxın işçi çalışır.
Dövlətimizin başçısı və xanımı Birinci Avropa Oyunlarının keçiriləcəyi məkanlar və ümumi marşrutun əks olunduğu xəritə ilə də tanış olublar. Oyunlar zamanı təhlükəsizlik məsələləri də yüksək səviyyədə həyata keçiriləcək.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Oyunlar Əməliyyatlarına Dəstək Mərkəzi ilə tanış olublar.

AZƏRTAC

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.
Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı abidənin önünə əklil qoyub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

* * *

Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.
Azərbaycanın Dövlət Himni səslənib.
Prezident İlham Əliyev rəsmi qəbulda nitq söyləyib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Misir Ərəb Respublikasının Cənubi Sinay əyalətinin qubernatoru Xaled Foudanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Mayın 27-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, üçüncü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Fazil Ələkbərov tədbirə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, ikinci dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev açılışı bildirən lenti kəsmişlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin aparatının və strukturuna daxil olan qurumların işçilərinin say həddi 98 ştat vahidi, o cümlədən Komitənin aparat işçilərinin say həddi 51 ştat vahidi, yerli bölmələrinin işçilərinin say həddi 47 ştat vahidi təsdiq edilsin.
3. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin strukturu təsdiq edilsin.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 19 may 2015-ci il

 

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR