İyunun 12-də Heydər Əliyev Mərkəzində “Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi iştirakçılarının şərəfinə Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbul təşkil olunub.
* * *
İyunun 12-də Bakı Olimpiya Stadionunda ilk Avropa Oyunlarının açılış mərasimi keçirilib.
Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı unudulmaz tarixi anın şahidi olublar.
Stadionun VİP tribunasında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki əyləşmişdilər.
Simfonik orkestrin ifasında Azərbaycanın Dövlət himni səsləndirilib.
Azərbaycan Respublikasının Dövlət bayrağı stadiona gətirilib.
İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış edib.
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarını açıq elan edib.
Azərbaycan orijinallığı ilə diqqəti cəlb edən, tamaşaçıları vəcdə gətirən bir mərasimlə Avropa Oyunlarının tarixə çevriləcək ilk parlaq səhifəsini yazıb.
AZƏRTAC