09 Yanvar 2025, Cümə axşamı

“Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 28 iyun tarixli 20-IV FR nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 28 iyun tarixli 20-IV FR nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.3-cü bənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.4-cü bənd əlavə edilsin:

“1.4. Naxçıvan Muxtar Respublikasının Tibbi-Sosial Ekspert komissiyasının bazasında Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti.”;
1.2. aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:
“6-1. “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur – Əlavə VI).”;
1.3. 7-ci hissədə “25” rəqəmləri “26” rəqəmləri ilə, “36” rəqəmləri “34” rəqəmləri ilə, “35” rəqəmləri “34” rəqəmləri ilə, “215” rəqəmləri “203” rəqəmləri ilə əvəz edilsin, “müəyyən edilsin” sözlərindən əvvəl “, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin aparatının işçilərinin say həddi 12 ştat vahidi” sözləri əlavə edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu”na aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:
“4-1. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti; ”.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 8 iyun 2015-ci il

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR