Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar naziri Sudirman Saidin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə İndoneziyanın Energetika və Mineral Ehtiyatlar naziri Sudirman Saidin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin iqtisadi, enerji, neft-qaz və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib, ikitərəfli əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolu xüsusi qeyd olunub.
* * *
İyunun 5-də Bakıda Azərbaycan Boks Federasiyasının yeni inzibati binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Həmin gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Qafqaz Baku Sport Hotel”in açılışında da iştirak ediblər.
AZƏRTAC