09 Yanvar 2025, Cümə axşamı

Muxtar respublikada iməciliklər yolu ilə yeni meyvə bağlarının salınması ənənə halını almışdır. Son illər muxtar respublika ərazisində 4 min hektardan artıq meyvə bağı salınmışdır. Hər il bu bağlarda bol meyvə yetişdirilir. “Kənd təsərrüfatı ili”ndə digər aqrar tədbirlərlə yanaşı, bağçılığın inkişafına da diqqət artırılmışdır. Payız iməcilik mövsümündə də yeni meyvə bağlarının salınması nəzərdə tutulmuşdur.
Noyabrın 7-də Naxçıvan Muxtar Respublikasında ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri iməciliyə çıxmış, yeni meyvə tingləri əkmiş, yaşıllıqlara qulluq göstərmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Naxçıvan-Sədərək avtomobil yolunun kənarında keçirilən iməcilikdə iştirak etmiş, ərazidə yeni püstə bağı salınmışdır.
Püstə bağı üçün nəzərdə tutulan ərazi 80 hektardır. Uzun müddət əkilməyən bu torpaqlarda meliorativ və aqrotexniki tədbirlər görülmüş, torpaq qatı əkin üçün yararlı vəziyyətə gətirilmişdir. Uzunoba Su Anbarından yeni su xəttinin çəkilməsi və Kəngərli rayonu ərazisində suvarma şəbəkəsinin qurulması bu ərazinin də dayanıqlı su təminatına imkan verir. İməcilik iştirakçıları 35 hektar sahədə 8 min ədəd püstə və 1000 ədəd müxtəlif meyvə tingləri əkərək suvarmışlar. Gələcəkdə ərazinin digər hissəsində də püstə tingləri əkiləcək və damcılı suvarma şəbəkəsi qurulacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, yeni salınan püstə bağında becərmə tədbirlərinin aqrotexniki qaydalar əsasında aparılması və əkin işinin davam etdirilməsi barədə tapşı­rıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR