Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq məhkəmə ekspertizası sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan Filialının əsasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi yaradılsın.
2. “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 5 oktyabr tarixli 86-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin strukturu”nun 3-cü hissəsində “Penitensiar Xidmət (idarə səlahiyyətli)” sözlərindən sonra “Məhkəmə Ekspertizası Mərkəzi (idarə səlahiyyətli)” sözləri əlavə edilsin.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 22 oktyabr 2015-ci il