09 Yanvar 2025, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2015-ci il 22 dekabr tarixli 1-V QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 5-ci maddəsi ilə funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin məbləği inzibati təsnifata uyğun olaraq dövlət büdcəsindən maliyyələşən, maliyyə yardımı alan təşkilatlar və tədbirlər üzrə aşağıdakı qaydada təsdiq edilsin:

(manatla)


2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. “Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu ilə dövlət büdcəsinin gəlirləri üzrə təsdiq оlunmuş göstəricilərin yerinə yetirilməsinə nəzarət etsin;
2.2. bu Fərmanın 1.10.1.1-ci yarımbəndində (Dövlət əsaslı vəsait qоyuluşu (investisiya xərcləri) nəzərdə tutulan vəsaitin оbyektlər və istiqamətlər üzrə bölgüsünü həyata keçirsin və bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə məlumat versin.
3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi:
3.1. 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulan Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Kоmitəsinin xətti ilə daxil olan vergi və ödənişlərin aylıq və rüblük bölgüsünü həmin оrqanlarla razılaşdırıb təsdiq etsin;
3.2. bu Fərmanın 1.1.4-cü, 1.1.5.7-ci, 1.3.4-cü, 1.4.6-cı, 1.5.5-ci, 1.7.5-ci və 1.9.1.8-ci yarımbəndlərində nəzərdə tutulan vəsaitin (dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri) aidiyyəti təşkilatlar üzrə bölgüsünü həyata keçirsin;
3.3. büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlər üzrə xərclərini həmin təşkilatlar üzrə daxil olmuş vəsait çərçivəsində həyata keçirsin.
4. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi muxtar respublikanın şəhər və rayonları üzrə müəyyən olunmuş vergi daxilolmalarının aylıq proqnozunun icrasının təmin edilməsi üçün tədbirlər görsün və görülmüş işlər barədə rübdə bir dəfə aidiyyəti üzrə məlumat təqdim etsin.
5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi, büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görsünlər.
6. Bu Fərman 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 22 dekabr 2015-ci il

 

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR