09 Yanvar 2025, Cümə axşamı

Təbiətə yeni həyat, insanlara xoş arzular bəxş edən Novruz bayramı həm də mahiyyət etibarilə insanları dostluq, qardaşlıq, birlik, həmrəylik və xeyirxah amallar ətrafında birləşdirir. Novruz ərəfəsində küsülülər barışır, insanlar bir-birini yad edir, diqqətə, qayğıya və şəfqətə ehtiyacı olanlara xüsusi ehtiramla yanaşılır, bayram sovqatları aparılır.

Martın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Psixi Xəstəliklər Dispanserinə gəlmiş, səhiyyə ocağındakı xəstələri və tibb işçilərini Novruz bayramı münasibətilə təbrik etmişdir. Ali Məclisin Sədri Naxçıvan şəhərinin bu ərazisində müasir xəstəxana şəhərciyinin yaradıldığını diqqətə çatdırmış, Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində səhiyyə xidmətinin hərtərəfli təşkili sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Həkim Kəmalə Səfərova yaradılan şəraitə və göstərilən diqqətə görə kollektiv adından minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri xəstələrin müalicəsi və qidalanması ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində müalicə alan xəstələrin qidalanmasına, vaxtlı-vaxtında tibbi müayinədən keçməsinə ciddi diqqət yetirilir. Səhiyyə ocaqlarında yaradılan şərait, lazımi dərman preparatları və müasir tibbi avadanlıqlarla təchizat səhiyyə xidmətinin nümunəvi təşkilinə imkan verir.
Sonra Naxçıvan Muxtar Respublikası Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində müalicə alan xəstələrə və tibb işçilərinə bayram hədiyyələri paylanmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR