09 Yanvar 2025, Cümə axşamı

Noyabrın 8-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrantların Müvəqqəti Saxlanılması Mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyev tədbirə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Şahin Nəbiyev tədbirdə çıxış edərək demişdir ki, bu gün muxtar respublikada bütün sahələrlə yanaşı, miqrasiya sisteminin inkişafına da diqqət və qayğı göstərilir. Ötən il xidmətin müasir standartlara cavab verən inzibati binası istifadəyə verilmişdir. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada miqrasiya prosesləri qanunun tələblərinə uyğun həyata keçirilir. Xidmət rəisi yaradılan şəraitə görə şəxsi heyət adından minnətdarlıq etmişdir.

Ardını oxu...

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:

Rafael Qəzənfər oğlu Babayev Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 noyabr 2016-cı il

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:

Nurəddin Beytulla oğlu Quliyev Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 noyabr 2016-cı il

Azərbaycan Respublikasının­ Prezidenti İlham Əliyevin 2016-cı il 7 noyabr tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları da vardır.

Hüseynov Ədalət İsmayıl oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Bayramov Bəhruz Surxay oğlu
Məmmədov Vasif Qılman oğlu

“Tərəqqi” medalı ilə təltif edilmişlər.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada əhalinin, xüsusilə gənc və aztəminatlı ailələrin mənzil təminatının yaxşılaşdırılması məqsədilə qərara alıram:
1. Səhmləri dövlətə məxsus “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) yaradılsın.
2. “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilsin (Əlavə 1).
3. “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” təsdiq edilsin (Əlavə 2).
4. Müəyyən edilsin ki,
4.1. Cəmiyyət Naxçıvan Muxtar Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə maliyyə resurslarının cəlb olunmasına köməklik göstərilməsi ilə bağlı işləri yerinə yetirir;

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 7 noyabr tarixli sərəncamları ilə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşları da vardır.

Sadiqova Aybəniz Bağır qızı

“Tərəqqi” medalı,

Dünyamalıyev Əbülfəz Ağca oğlu

“Əməkdar jurnalist” fəxri adı,

Səfərova Adilə Əkbər qızı
Zamanbəyov Fəhrad Qılman oğlu

“Əməkdar mədəniyyət işçisi” fəxri adı,

Rüstəmova Şəfəq Rüstəm qızı

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişlər.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı muxtar respublikada uğurla icra olunur. Kəndlərdə müasir infrastruktur yaradılır, əhalinin sosial problemləri həll olunur. Aparılan quruculuq işləri sırasında içməli su və kanalizasiya şəbəkələrinin qurulması mühüm yer tutur.
Noyabrın 1-də Naxçıvan şəhərinin Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində yeni içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, hər üç kənddə içməli su və kanalizasiya sistemlərinin tikintisinə bu ilin yanvar ayında başlanmışdır. Ümumilikdə, kəndlərdə 51,1 kilometr içməli su və 47 kilometr kanalizasiya xətti çəkilmiş, su şəbəkəsinin üzərində 25 yanğın hidrantı və 1 təzyiq azaldıcı qoyulmuşdur. Suyun öz axımı ilə mənzillərə verilməsi təmin edilmiş, sayğaclar quraşdırılmışdır. Tikinti işləri aparılarkən çirkab suların təmizləyici qurğuya vurulması üçün Qaraçuq kəndində nasos stansiyası tikilmiş, hər birinin məhsuldarlığı saniyədə 40 litr olan 3 nasos quraşdırılmış, 3,1 kilometr təzyiqli boru xətti çəkilmişdir.

Ardını oxu...

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması diqqətdə saxlanılır. Bu məqsədlə aqrar-sənaye kompleksi inkişaf etdirilir, daxili bazarın tələbatı yerli istehsal hesabına ödənilir. Hər il yeni müəssisələr fəaliyyətə başlayır, keyfiyyətli və rəqabətədavamlı məhsul istehsal olunur.

Ardını oxu...

Muxtar respublikada müasir kənd infrastrukturu yaradılır, ən ucqar dağ və sərhəd kəndlərində də geniş abadlıq-­quruculuq işləri aparılır. Kəndlərdə müasir tədris imkanları olan məktəb binalarının və sosial obyektlərin istifadəyə verilməsi, dayanıqlı elektrik enerjisi və təbii qaz təminatı, rabitə xidmətinin göstərilməsi və sürətli internetə çıxış imkanlarının yaradılması insanların rahat yaşayışının təmin olunmasına imkan verib.
Müstəqilliyimizin bəhrəsi olan bu tədbirlər son illər Ordubad rayonunda da uğurla həyata keçirilmiş, kəndlər müasir görkəm almışdır.

Baş Dizə kənd tam orta məktəbi üçün yeni bina tikilib

Oktyabrın 28-də Baş Dizə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

Ardını oxu...

Oktyabrın 28-də Türkiyə Cümhuriyyətinin yaradılmasının 93-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristofer Con Kuterin etimadnaməsini qəbul edib.
Səfir Kristofer Con Kuter fəxri qarovul dəstəsinin qarşısından keçib.
Kristofer Con Kuter etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Uruqvay Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Delqado Xentanın etimadnaməsini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Cənubi Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Telar Rinq Denqin etimadnaməsini qəbul edib.

AZƏRTAC

Oktyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada səfərdə olan “Şöhrət” ordenli, Azərbaycan Respublikasının Xalq artisti, professor, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Tofiq Bakıxanov ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı salamlamış, Tofiq Bakıxanovun Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərindən danışmışdır. Bəstəkarın əsərlərinin yüksək qiymətə layiq olduğunu bildirən Ali Məclisin Sədri ona yeni yaradıcılıq uğurları arzulamışdır.
Xalq artisti Tofiq Bakıxanov muxtar respublikada musiqi sənətinin inkişafı və gənc musiqiçi kadrların hazırlanması sahəsində həyata keçirilən tədbirlərin onda böyük məmnunluq doğurduğunu vurğulamışdır. Naxçıvan Muxtar Respublikasında yaradıcılığına yüksək qiymət verildiyini bildirən Tofiq Bakıxanov göstərilən diqqətə görə minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pule İsaak Malefanenin etimadnaməsini qəbul edib.
Pule İsaak Malefane etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin iqtisadiyyat və ticarət sahələrində də əməkdaşlığı genişləndirməsinin zəruriliyini qeyd edib.
Artıq bir neçə ildir, Azərbaycanın Cənubi Afrika Respublikasında səfirliyinin fəaliyyət göstərdiyini bildirən Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və biznes nümayəndələri üçün imkanların yaradılması baxımından səfirliklərin rolunu vurğulayıb.
Səfir Pule İsaak Malefane ölkələrimiz arasında mövcud əlaqələrin gücləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.

AZƏRTAC

Oktyabrın 25-də Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç biznes forumda iştirak ediblər.
Biznes forumda Azərbaycan və Xorvatiya tərəfindən rəsmi şəxslərlə yanaşı, gəmiqayırma, nəqliyyat, maşınqayırma, qida sənayesi, kimya, tekstil, əczaçılıq, tikinti, energetika, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, turizm, daşınmaz əmlak, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.
Prezidentlər biznes forumda çıxış ediblər.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər müzakirə edilib, Ermənistanın qeyri-konstruktiv mövqe tutaraq bu münaqişənin həllinə daim əngəl yaratdığı vurğulanıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədrlərin və beynəlxalq birliyin rolu ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Oktyabrın 25-də Naxçıvanda dördün­cü nəsil mobil rabitə şəbəkəsi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dördüncü nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını və sakinləri təbrik edərək demişdir: Oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdi. Ötən dövrdə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası inkişaf etmiş, dövlət müstəqilliyimiz möhkəmlənmiş, ölkəmiz dünya dövlətləri içərisində öz layiqli yerini tutmuşdur. Bütün bunlar 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışının və bu gün ölkə Prezidenti tərəfindən ulu öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir, yeni texnologiyalar tətbiq olunur, müasir cəmiyyət qurulur. Yeni texnologiyaların tətbiqi isə dünyaya inteqrasiya deməkdir. Birləşmiş Millətlər Təşkilatının son hesabatında qeyd olunur ki, dünya əhalisinin 60 faizinin internetə çıxış imkanı məhduddur. Lakin bu gün muxtar respublikanın bütün ərazisi internetlə təmin olunmuşdur.
Ali Məclisin Sədri demişdir: Ölkənin inkişafı onun öz təhlükəsizliyini təmin etməsindən başlayır. Ölkənin təhlükəsizliyinin təmin olunması isə yalnız ordu yaratmaq və sərhədləri qorumaqla deyil, həm də ərzaq, enerji və telekommunikasiya sisteminin təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Naxçıvanda yeni mobil rabitə sisteminin istifadəyə verilməsi bu mənada mühüm əhəmiyyətə malikdir. Artıq Naxçıvan Muxtar Respublikası telekommunikasiya blokadasını yararaq dünya rabitə sisteminə inteqrasiya olunmuşdur. Ona görə də fasiləsiz və keyfiyyətli mobil rabitə xidmətinin göstərilməsi, mobil rabitə şəbəkəsinin milli və beynəlxalq rominq sisteminə qoşulması qarşıda duran əsas vəzifədir.

Ardını oxu...

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin oktyabrın 24-də rəsmi qarşılanma mərasimi olub.

* * *

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.
Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

* * *

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə geniş tərkibdə görüşü olub.

* * *

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun oktyabrın 22-də rəsmi qarşılanma mərasimi olub.

* * *

Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə görüşü olub.
Prezident İlham Əliyev Venesuela Prezidentinin Azərbaycana səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi və ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün yaxşı imkanlar yaratdığını vurğulayıb.
Venesuela Prezidenti Nikolas Maduro Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafına yol açacağını deyib. O, bunun hər iki ölkənin regionları üçün əhəmiyyətli olduğunu bildirib.
Görüşdə ticarət, investisiya qoyuluşu, energetika sahələrində əməkdaşlıq əlaqələrinin araşdırılması barədə fikir mübadiləsi aparılıb.

* * *

Oktyabrın 22-də məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Venesuela sənədlərinin imzalanması mərasimi olub.

* * *

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro mətbuata bəyanatlarla çıxış ediblər.

* * *

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun şərəfinə rəsmi ziyafət verilib.

AZƏRTAC

Muxtar respublikada meliorasiya və irriqasiya sahəsində müasir infrastrukturun yaradılması ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Mütərəqqi irriqasiya sistemlərinin və rentabelli suvarma şəbəkələrinin qurulması əkin sahələrinin genişləndirilməsinə, torpaqlardan səmərəli istifadəyə və bol məhsul istehsalına şərait yaradır.

Ardını oxu...

Oktyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlmiş, muxtar respublikada taxıl əkininin gedişi ilə maraqlanmışdır.

Ardını oxu...

Muxtar respublikada meyvəçiliyin inkişafı diqqət mərkəzindədir. Qəbul olunan dövlət proqramlarının icrası meyvəçiliyin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Bu iş keçirilən iməciliklər zamanı da diqqətdə saxlanılır, yaşıllıq zolaqları ilə yanaşı, hər il yüz hektarlarla meyvə bağı da salınır.

Ardını oxu...

Ordubad Şəhər Uşaq Musiqi Məktəbi 1965-ci ilin oktyabr ayında Naxçıvan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin filialı kimi fəaliyyətə başlamış, 1966-cı il avqustun 1-dən isə təhsil müəssisəsi kimi müstəqil fəaliyyət göstərmişdir. Hazır­da musiqi məktəbində 9 ixtisas üzrə kadr hazırlığı aparılır. Ötən 50 il ərzində məktəbin 1600-dən çox məzunu olmuşdur. Məzunlardan bir qrupu ali və orta ixtisas təhsili almış, mədəniyyət müəssisələrində, uşaq musiqi məktəblərində çalışaraq ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına öz töhfələrini vermişlər.
Məktəbdə yaradılan Xalq Çalğı Alətləri, Nəfəsli Alətlər orkestrləri, Xor Kollektivi, Nağaraçalanlar ansamblı Azərbaycan mədəniyyətinin inkişafı, milli musiqimizin qorunması və gələcək nəsillərə çatdırılması işində mühüm rola malikdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın etimadnaməsini qəbul edib.
Erkan Özoral etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Erkan Özoralın ölkəmizdə əvvəllər fəaliyyət göstərməsindən və bu dəfə Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən dövlətimizin başçısı onun Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin gələcək inkişafı üçün səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.
Türkiyəli diplomat Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından şərəf hissi keçirdiyini deyib və əlaqələrimizin bundan sonra daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, turizm, inşaat, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  xanım Kerol Meri Krofts ilə görüşmüşdür. 

Ali Məclisin Sədri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik etmiş, onu Azərbaycanın Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirmişdir. Blokada şəraitində yaşayan Naxçıvanda iqtisadi inkişafın, sabitliyin, enerji və ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işləri diqqətə çatdıran Ali Məclisin Sədri ikitərəfli əlaqələrin inkişafının əhəmiyyətini vurğulamışdır. 

 Kerol Meri Krofts göstərilən xoş münasibətə görə minnətdarlıq etmiş, muxtar respublika haqqında ətraflı məlumata malik olduğunu və görülən işlərin məmnunluq doğurduğunu bildirmişdir. Siyasi və iqtisadi cəhətdən Naxçıvanın əhəmiyyətini qeyd edən səfir əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini diqqətə çatdırmışdır.   

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax rayonuna səfərə gedib.
Oktyabrın 19-da Qazax-Kosalar avtomobil yolu yenidənqurma və əsaslı bərpadan sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax rayonunda “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ilə yaxından tanış olub, 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyasının, Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışlarında iştirak edib.

* * *

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağstafa rayonuna səfərə gedib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Ağstafaya səfəri çərçivəsində əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub, “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılmış “Modern” mebel fabrikinin, “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin, Ağstafa şəhərində Musiqi Mərkəzinin açılışlarında, “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl dəyirmanının təməlqoyma mərasimində iştirak edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 19 oktyabr tarixli Sərəncamı ilə Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətinə görə bir qrup şəxs təltif edilmişdir.
Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin əməkdaşları da vardır.

Cabbarov Bayram İsmayıl oğlu

Məmmədov Abbas Mənaf oğlu

Sərxanbəyov Cəmaləddin Yusif oğlu


“Tərəqqi” medalı ilə təltif edilmişlər.

Bu gün ölkəmizdə həyata keçirilən sosial tədbirlər içərisində mənzil tikintisi xüsusi yer tutur. Şəhər, qəsəbə və kəndlərimizdə yeni yaşayış binaları tikilir, məskunlaşma ilbəil artır. Son illər çoxmənzilli ictimai yaşayış binalarının tikilməsi insanların rahatlığını təmin etməklə yanaşı, Naxçıvan şəhərinin arxitektura quruluşunu da zənginləşdirmişdir.

Ardını oxu...

Naxçıvan şəhərində mövcud yaşayış binalarının yenidən qurulması davam etdirilir. Bu sahədə görülən işlər çərçivəsində Naxçıvan şəhərinin “İstiqlal” küçəsindəki 93 və 99 nömrəli ictimai yaşayış binaları əsaslı şəkildə yenidən qurulmuşdur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də İran İslam Respublikasının Ərdəbil əyalətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə ölkələrimizin ayrı-ayrı regionları arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu və Bankın Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Navid Həsəni qəbul edib.
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb, bu günədək magistral yolların çəkilməsi, su təchizatı və kanalizasiya xidmətləri, məcburi köçkünlərin yaşayış standartlarının yaxşılaşdırılması, ədliyyə sistemi və digər sahələrdə 50-dən artıq layihə üzərində iş aparıldığı və bu layihələrdən 40-nın uğurla reallaşdırıldığı qeyd olunub.

AZƏRTAC

Oktyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şəhidlər xiyabanındakı “Ana abidəsi”ni, dövlət müstəqilliyimiz və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir.
Ali Məclisin Sədri Azərbaycanın dövlət müstəqilliyinin banisi ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül düzmüş, müstəqil Azərbaycanın qurucusunun xatirəsini ehtiramla yad etmişdir.
Nazirlik, komitə, baş idarə və müəssisələrin rəhbərləri, şəhər və rayon icra hakimiyyətlərinin başçıları, ictimaiyyətin nümayəndələri də Şəhidlər xiyabanını və ümummilli liderimizin abidəsini ziyarət etmişlər.
Sonra Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” 2016-cı il 11 oktyabr tarixli Sərəncamına əsasən müstəqillik bayramımız ölkəmizin hər yerində geniş şəkildə qeyd olunur. Bu tarixi gündə Azərbaycanın dövlət müstəqilliyinin banisi ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramımızı bildirir, eyni zamanda dövlət müstəqilliyimiz və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən şəhidlərimizi yad edirik.

Ardını oxu...

Oktyabrın 17-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.
Azərbaycanın dövlət himni səslənib.
Prezident İlham Əliyev rəsmi qəbulda nitq söyləyib.
Dövlət başçısı deyib ki, iyirmi beş il bundan əvvəl – 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etmişdir. Hələ 1990-cı ildə ulu öndər Heydər Əliyev müstəqillik yolunda çox önəmli və ciddi addımlar atmışdır. 20 Yanvar faciəsindən sonra O, birinci şəxs idi ki, sovet rəhbərliyini pislədi, Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını irəli sürdü. Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və bu, müstəqillik uğrunda birinci addımlar idi. Ondan sonra artıq Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək “Sovet Sosialist” sözlərini oradan çıxardı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmişdir. Bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır. Digər tərəfdən bütün bu addımlar onu göstərir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir.
Prezident İlham Əliyev bildirib ki, iyirmi beş il böyük tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik. Bizim gözəlləşən şəhərlər, abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı bunun əyani sübutudur. Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir. Müstəqilliyimizin möhkəmlənməsində bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıram.
Rəsmi qəbul konsert proqramı ilə davam edib.

AZƏRTAC

Oktyabrın 15-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları – bal festivalı” keçirilmişdir.
Tədbirin aparıcıları qeyd etmişlər ki, bu il ərzində qədim tariximizi yaşadan Naxçıvanqalada 5 festival keçirilmişdir. “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar”, “Naxçıvan çörəkləri”, “Plov və Yallı” festivalları ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Arıçılıq insan məşğuliyyətinin ən qədim növlərindən olub, tarixən inkişaf etmiş gəlirli və olduqca faydalı təsərrüfat sahələrindən biridir. Azərbaycanda da arıçılıq və bal istehsalı ilə eramızdan əvvəlki dövrlərdən məşğul olunması haqqında tarixi mənbələrdə məlumatlar vardır. Arıçılıqla, balla bağlı yaranan zərbi-məsəllər, atalar sözləri də bu sahəyə tarixən göstərilən diqqətin nəticəsidir.

Ardını oxu...

Muxtar respublikada nəşriyyat işinin müasir tələblər səviyyəsində qurulması diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən işlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Əcəmi” Nəşriyyat-­Poliqrafiya Birliyində ən müasir çap avadanlıqları alınaraq quraşdırılmış, birliyin maddi-texniki bazası gücləndirilmişdir.

Ardını oxu...

Oktyabrın 17-də – Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ərəfəsində Naxçıvan televiziyası internet üzərindən yayıma başlamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli çıxış edərək demişdir ki, Naxçıvan teleradiosu son illər əsl inkişafa qovuşmuş, maddi-texniki bazası xeyli gücləndirilmiş, teleradionun binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş, teleradio ən müasir texniki avadanlıqlarla təchiz edilmişdir. Muxtar respublikada yeni yayım avadanlıqlarının tətbiqi nəticəsində analoq yayım yüksək keyfiyyətli rəqəmsal yayımla əvəzlənmiş, Naxçıvan televiziyasının yüksək keyfiyyətli HD formatda yayımına başlanmışdır. Ötən dövrdə 50-dən artıq kadr, o cümlədən Naxçıvan Dövlət Universitetinin televiziyaya hamiliyə verilmiş Jurnalistika ixtisası üzrə gənclər sınaq müddəti dövründə hazırlanaraq Naxçıvan teleradiosunda işə götürülmüşlər. Televiziyada əsaslı struktur islahatları aparılmış, Uşaq, gənclər və idman və Səhər verilişləri redaksiyaları yaradılmışdır. Bütün bunların nəticəsidir ki, Naxçıvan televiziyasının istehsalı olan telemateriallar ümumi efirin 60 faizini təşkil edir.

Ardını oxu...

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin oktyabrın 14-də rəsmi qarşılanma mərasimi olub.
Pakistanın və Azərbaycanın dövlət himnləri səslənib.
Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Nəvaz Şərif fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Məhəmməd Nəvaz Şərifə, Pakistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə məhdud tərkibdə görüşü olub.
Məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə geniş tərkibdə danışıqları olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC

Oktyabrın 14-də – Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Şöhrət” ordeninin, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Tərəqqi”, “Dövlət qulluğunda fərqlənməyə görə”, “İgidliyə görə” və “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də “Baku Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) oksigen zavodunun açılışında iştirak edib.
MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Dövlətimizin başçısı İlham Əliyev zavodu işə salan düyməni basıb.
“Baku Steel Company” MMC ölkəmizin qeyri-neft sektorunda ən böyük vergi ödəyicilərindəndir. Burada son illərdə aparılan yenidənqurma işləri nəticəsində şirkətin illik istehsal gücü 250 min tondan 1,100 min tona çatdırılıb.
Prezident İlham Əliyev polad istehsalı sahəsində məhsulun hazırlanması prosesi ilə tanış olub.
Bu il “Baku Steel Company”də tikişsiz boru istehsalı üçün xammal olan dairəvi pəstahların hazırlanmasına başlanılıb. Hazırda diametri 130, 170, 190, 220 millimetr olan dairəvi pəstahlar müvafiq polad markalarına uyğun olaraq istehsal edilir.
Dövlətimizin başçısı burada istehsal olunan məhsullara baxıb.
Müəssisə ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.

AZƏRTAC

Culfa rayonunun Gülüstan kəndində kompleks quruculuq işləri aparılmışdır

Bu il xalqımız dövlət müstəqilliyinin 25-ci ildönümünü qeyd edir. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi nəticəsində sürətlə inkişaf edib, müasir görkəm alıb. Muxtar respublikanın kompleks abadlaşan yaşayış məntəqələrindən biri də Culfa rayonunun Gülüstan kəndidir. İnsanlar hələ qədim zamanlardan bu kənddə məskunlaşmış, tarixin müxtəlif dövrlərində kənd inkişaf edərək ticarət və sənətkarlıq mərkəzi kimi şöhrət qazanmışdır. Tarixi abidələri, qədim yaşayış yerləri, təbii sərvətləri ilə yanaşı, bu gün Gülüstan kəndi həm də müasir inkişafı ilə diqqəti cəlb edir. Bu il kənddə geniş quruculuq işləri aparılmış, yeni sosial obyektlər inşa olunmuşdur. 

Naxçıvan-Ordubad magistralı-Culfa şəhər və Gülüstan kənd
avtomobil yolu yenidən qurulmuşdur

Culfa rayonunda aparılan abadlıq-qurucu­luq işləri yol infrastrukturunu da əhatə etmişdir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq oktyabrın 13-də Naxçıvan-Ordubad magistralı-Culfa şəhər və Gülüstan kənd avtomobil yolu yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 12 oktyabr tarixli Sərəncamı ilə Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri də vardır.

Əliyev Ədalət Eldar oğlu
Kazımov Məhərrəm Həsən oğlu

“Tərəqqi” medalı ilə təltif edilmişlər.

Muxtar respublikada dini-mənəvi dəyərlərimiz qorunub saxlanılır, ziyarətgahlar bərpa olunur, məscidlər tikilir, dindarlar üçün lazımi şərait yaradılır. İslamın müqəddəs günləri qeyd olunur, dini dəyərlərə sadiqlik nümayiş etdirilir. Hər il muxtar respublikada mənəvi birlik rəmzi olan Aşura mərasiminin keçirilməsi də bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir.

Ardını oxu...

Oktyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç ilə görüşmüşdür.

Ali Məclisin Sədri səfiri salamlamış, ölkələrimiz arasında kənd təsərrüfatı, hərbi, səhiyyə, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdiyini bildirmiş, səfirliyin bu sahədəki fəaliyyətini diqqətə çatdırmışdır. Azərbaycan-Belarus ikitərəfli münasibətlərində Naxçıvan Muxtar Respublikasının rolunu qeyd edən Ali Məclisin Sədri əlaqələrin bundan sonra da müxtəlif istiqamətlərdə inkişaf edəcəyinə əminliyini bildirmiş, səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulamışdır.

Səmimi qəbula görə minnətdarlıq edən Gennadi Axramoviç ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışmışdır. Səfir Belarus Respublikası ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı ikitərəfli münasibətlərin yaxşı perspektivi olduğunu vurğulamış, əlaqələrin daha da genişləndirilməsinə çalışacağını qeyd etmişdir.

Söhbət zamanı əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində iştirak etmək üçün oktyabrın 9-da Türkiyə Respublikasına işgüzar səfərə gedib.

* * *

Oktyabrın 9-da İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
Görüş zamanı Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə ediblər. Dövlət başçıları əlaqələrimizin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər.
Söhbət zamanı münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

* * *

Oktyabrın 10-da İstanbulda 23-cü Dünya Enerji Konqresi işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konqresin açılışında iştirak edib.
Dövlət başçısı Konqresdə çıxış edib.

AZƏRTAC

Muxtar respublikanın təbii-iqlim şəraiti üzümçülüyün inkişaf etdirilməsinə imkan verir. Üzümçülüyün inkişafına dair dövlət proqramının icrası diqqət mərkəzində saxlanılır, yeni üzüm bağları salınır, bu sahədə istehsalın həcminin artırılması və bazarın tələbatının ödənilməsi məqsədilə ardıcıl tədbirlər görülür.

Oktyabrın 8-də muxtar respublikada keçirilən iməciliklər zamanı yeni üzüm bağı salınmış, yaşıllıqlara qulluq göstərilmiş, səliqə-sahman və təmizlik işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və “Gəmiqaya” Holdinq Şirkətlər İttifaqının kollektivləri Uzunoba su anbarının yaxınlığındakı ərazidə keçirilən iməcilikdə iştirak etmişlər. Ərazidə əvvəlcədən aqrotexniki tədbirlər görülmüş, üzüm əkini üçün yararlı vəziyyətə gətirilmişdir. İməcilik iştirakçıları 2 hektar sahədə 2500-ə yaxın üzüm tingi əkmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, üzüm tingləri əkmiş, payız əkini dövründə muxtar respublika ərazisində yeni üzüm və meyvə bağlarının salınması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Oktyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Portuqaliya Respublikasının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər vəkili xanım Mariya Joao Lopes Kardoso ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı salamlamış və ona muxtar respublika haqqında məlumat vermişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Portuqaliyanın muxtar qurumları arasında əlaqələrin qurulmasının və təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edən Ali Məclisin Sədri iqtisadi-ticarət, elm, təhsil, mədəniyyət, səhiyyə və turizm sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırmış, bu istiqamətdə səylərin göstəriləcəyinə inamını ifadə etmişdir.
Səmimi qəbula görə minnətdarlıq edən Mariya Joao Lopes Kardoso ümummilli lider Heydər Əliyevin vətəni Naxçıvana səfərindən məmnunluğunu bildirmişdir. Səfər müddətində bir sıra görüşlər keçirəcəyini qeyd edən qonaq Portuqaliyanın muxtar qurumları ilə Naxçıvan Muxtar Respublikası arasında müxtəlif sahələrdə əlaqələrin yaradılmasına mühüm əhəmiyyət verdiklərini diqqətə çatdırmışdır.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Oktyabrın 10-da Naxçıvan Dövlət Texniki Kollecinin yeni tədris kompleksi istifadəyə verilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açıb.
Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, səhiyyə naziri Oqtay Şirəliyev və təhsil naziri Mikayıl Cabbarov çıxış ediblər.
Azərbaycan Prezidenti iclasda yekun nitqi söyləyib.

* * *

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.
Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əlaqələrin inkişafından məmnunluq ifadə edib və əməkdaşlığımızın bundan sonra da uğurla davam etdiriləcəyinə əmin olduqlarını bildiriblər.

AZƏRTAC

Oktyabrın 6-da Bakının Xətai rayonunda yeni yaradılan “Sevirəm” park kompleksinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak ediblər.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva parkın rəmzi açılışını bildirən lenti kəsiblər.
Bildirilib ki, yeni park kompleksinin ümumi ərazisi 3,2 hektardır. Parkın uzunluğu 288 metr, eni isə 110 metrdir. Park kompleksinin üç girişi var.
Ərazidə təbii daşlardan yonulmuş heykəllər landşaftla vəhdət təşkil edir. Parkda qoyulmuş 14 heykəlin hər biri xüsusi dizaynı və üslubu ilə fərqlənir.
Yeni istirahət guşəsinin ərazisində yaradılmış şəlalədə dekorativ və təbii daşlardan istifadə olunub. Burada uşaqlar üçün əyləncə meydançası və yelləncəklər quraşdırılıb.
Kompleksin ərazisində iki yerdə avtodayanacaq, bir dekorativ perqola – keçid və kafe var.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva yeni park kompleksində ağac əkiblər.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin etimadnaməsini qəbul edib.
Cavad Cahangirzadə etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, xüsusən təhlükəsizlik, nəqliyyat, infrastruktur layihələri, kənd təsərrüfatı, turizm kimi sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sainin etimadnaməsini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Dan İankunun etimadnaməsini qəbul edib.

AZƏRTAC

Oktyabrın 4-də Bakıda, Rəşid Behbudov küçəsində dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun abidəsinin açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı İlham Əliyevə məlumat verilib ki, dünya şöhrətli müğənninin adını daşıyan Dövlət Mahnı Teatrının qarşısında ucaldılan heykəlin müəllifi Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir. Heykəlin hündürlüyü 3, pyedestalla birlikdə isə 4,5 metrdir.
Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və məşhur müğənninin ailə üzvləri ilə birlikdə heykəlin üzərindəki örtüyü götürüb.
Dövlətimizin başçısı abidənin önünə gül qoyub və çıxış edib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Rəşid Behbudovun ailə üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri ilə söhbət ediblər.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dünya şöhrətli müğənninin ailə üzvləri və mərasimə gələn qonaqlarla xatirə şəkilləri çəkdiriblər.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 4 oktyabr tarixli sərəncamları ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə bir qrup təhsil işçisi təltif edilmişdir.
Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının təhsil işçiləri də vardır.

Bağırov Rauf Şirəli oğlu
Cabbarov Gündüz Əbülfəz oğlu
Hacızadə Gülcahan Abdulla qızı
Şahbazova Gözəl Qadir qızı

“Tərəqqi” medalı ilə,

Abdullayev İlqar Yusif oğlu
Dadaşova Güllübəyim Bağır qızı
Hacıyeva Nurtəkin Etibar qızı
Məmmədova Azadə Məmməd qızı

“Əməkdar müəllim” fəxri adı ilə təltif edilmişlər.

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR