10 Yanvar 2025, Cümə

Muxtar respublikada meyvəçiliyin inkişafı diqqət mərkəzindədir. Qəbul olunan dövlət proqramlarının icrası meyvəçiliyin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Bu iş keçirilən iməciliklər zamanı da diqqətdə saxlanılır, yaşıllıq zolaqları ilə yanaşı, hər il yüz hektarlarla meyvə bağı da salınır.

Oktyabrın 22-də Naxçıvan Muxtar Respublikasında növbəti iməciliklər keçirilmiş, meyvə bağları salınmış, yaşıllıqların sahəsi artırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və Kəngərli Rayon İcra Hakimiyyətinin kollektivləri Naxçıvan-Şərur avtomobil yolunun kənarında, Böyükdüz kəndi ərazisində iməcilik keçirmiş, yeni tut bağı salmışlar.
Tut bağı üçün nəzərdə tutulan ərazi 12 hektardır. Ərazidə meliorativ və aqrotexniki tədbirlər görülmüş, torpaq qatı əkin üçün yararlı vəziyyətə gətirilmişdir. Qapalı suvarma şəbəkəsinin qurulması bu ərazinin də dayanıqlı su təminatına imkan verəcəkdir. İməcilik iştirakçıları ərazinin 2 hektarında 1100 ədəd tut tingi əkərək suvarmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, əkin işlərinin davam etdirilməsi barədə tapşırıq vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR