10 Yanvar 2025, Cümə

Muxtar respublikada nəşriyyat işinin müasir tələblər səviyyəsində qurulması diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən işlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Əcəmi” Nəşriyyat-­Poliqrafiya Birliyində ən müasir çap avadanlıqları alınaraq quraşdırılmış, birliyin maddi-texniki bazası gücləndirilmişdir.

Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birli­yin­də quraşdırılan yeni çap avadanlıqlarına baxmışdır.
Məlumat verilmişdir ki, nəşriyyatda “KBA Rapida 75-4” markalı B2 formatlı ən müasir ofset çap maşını, rəqəmsal monoxrom yüksəksürətli rizoqraf çap avadanlığı, professional tamrəngli çoxfunksiyalı rəqəmsal çap avadanlığı və soyuq laminasiya avadanlığı quraşdırılaraq istehsal prosesinə hazır vəziyyətə gətirilmişdir. Müasir ofset çap maşınının gücü saatda 16 min çap vərəqidir. Nəşriyyatda cildləmə prosesi də tam avtomatlaşdırılmış, rəngayırma otağının avadanlıq hissəsi işçi heyətdən şəbəkə arakəsməsi vasitəsilə ayrılmış, çap maşınları üzrə məhsulun qiymətləri hazırlanaraq ayrıca guşədə yerləşdirilmişdir.
Yeni çap avadanlıqlarının quraşdırılması sifarişçinin istəyinə uyğun olaraq istənilən ölçüdə, rəngli və ya ağ-qara formatda kitab, jurnal, qəzet, buklet və digər məhsulların çap olunmasına imkan verəcəkdir.
Ali Məclisin Sədri nəşriyyatın imkanlarından səmərəli istifadə olunmasının və mütəxəssis hazırlığının diqqətdə saxlanılmasının vacibliyini bildirmiş, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin internet saytının yaradılması barədə tapşırıq vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR