10 Yanvar 2025, Cümə

Muxtar respublikanın təbii-iqlim şəraiti üzümçülüyün inkişaf etdirilməsinə imkan verir. Üzümçülüyün inkişafına dair dövlət proqramının icrası diqqət mərkəzində saxlanılır, yeni üzüm bağları salınır, bu sahədə istehsalın həcminin artırılması və bazarın tələbatının ödənilməsi məqsədilə ardıcıl tədbirlər görülür.

Oktyabrın 8-də muxtar respublikada keçirilən iməciliklər zamanı yeni üzüm bağı salınmış, yaşıllıqlara qulluq göstərilmiş, səliqə-sahman və təmizlik işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və “Gəmiqaya” Holdinq Şirkətlər İttifaqının kollektivləri Uzunoba su anbarının yaxınlığındakı ərazidə keçirilən iməcilikdə iştirak etmişlər. Ərazidə əvvəlcədən aqrotexniki tədbirlər görülmüş, üzüm əkini üçün yararlı vəziyyətə gətirilmişdir. İməcilik iştirakçıları 2 hektar sahədə 2500-ə yaxın üzüm tingi əkmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, üzüm tingləri əkmiş, payız əkini dövründə muxtar respublika ərazisində yeni üzüm və meyvə bağlarının salınması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR