10 Yanvar 2025, Cümə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Belçikaya səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfər çərçivəsində səmərəli görüşlər keçirildiyini və müzakirələr aparıldığını qeyd edib. Səfər zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə start verildiyini deyən dövlətimizin başçısı həmin sazişin əməkdaşlığımızın daha da inkişaf etdirilməsində mühüm addım olduğunu vurğulayıb, bu istiqamətdə işlərin fəal şəkildə davam etdiriləcəyinə və vaxtında yekunlaşdırılacağına ümidvar olduğunu bildirib. Azərbaycan ilə Avropa İttifaqı arasında uzun illərdir yaxşı tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlətimizin başçısı əməkdaşlığımızın əsas istiqamətlərinin artıq müəyyənləşdirildiyini, Avropa İttifaqının bir sıra ölkələri ilə sazişlər və memorandumlar imzalanması təcrübəsinin olduğunu qeyd edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, təmas xəttində vəziyyət, münaqişənin həlli ilə bağlı gedən danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Bolqarıstan Respublikasının keçmiş Prezidenti Rosen Plevneliyevi qəbul edib.

Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliyev Azərbaycana gəlişindən həmişə olduğu kimi, böyük məmnunluq hissi keçirdiyini deyib. Azərbaycan Respublikasının Prezidenti ilə görüşlərinə toxunan Rosen Plevneliyev Prezident İlham Əliyevlə ölkələrimiz arasında strateji tərəfdaşlığa dair sənədi imzalamasını xüsusilə vurğulayıb. Rosen Plevneliyev Prezident İlham Əliyevin uzaqgörən siyasətinin “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi işinə töhfə verdiyini deyib.

Prezident İlham Əliyev özünün Bolqarıstana səfərini, Bolqarıstan Prezidenti ilə görüşlərini xatırlayaraq, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb və bundan sonra da səmərəli əməkdaşlıq həyata keçiriləcəyinə əminliyini ifadə edib.

AZƏRTAC

Aprelin 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabla görüşüb.   

Ali Məclisin Sədri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik etmiş, Azərbaycan-Almaniya əlaqələrinin inkişaf etdiyini, Naxçıvanın da Azərbaycanın tərkib hissəsi kimi bu əlaqələrdə iştirakçı olduğunu bildirmişdir. Ali Məclisin Sədri muxtar respublikada təhsil sahəsində Almaniya təcrübəsindən istifadənin əhəmiyyətindən danışmış, Naxçıvan Dövlət Universitetində və ümumtəhsil məktəblərində Alman dilinin tədris olunduğunu, "Naxçıvan" Universitetinin Almaniyanın ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır. 

Naxçıvanın ölkə ərazisindən ayrı düşdüyünü, lakin bütün çətinliklərə baxmayaraq muxtar respublikada inkişafın təmin olunduğunu bildirən Ali Məclisin Sədri Almaniya ilə əlaqələrin müxtəlif istiqamətlərdə genişləndiriləcəyinə əminliyini ifadə etmişdir. 

Səfir Mixael Kindsqrab Ali Məclis Sədri ilə görüşündən və Naxçıvana səfərindən məmnunluq hissi keçirdiyini bildirmişdir. Naxçıvanın Azərbaycanın ən yeni tarixində mühüm yeri olduğunu və böyük çətinliklərlə üzləşdiyini qeyd edən səfir muxtar respublikada Alman dilinin tədrisinə yaradılan şəraitə görə minnətdarlıq etmiş, əlaqələrin inkişafında səylərini artıracağını bildirmişdir. 

Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları nəzərdən keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib.
Dövlətimizin başçısı müşavirədə çıxış edib.
Prezident İlham Əliyev bildirib ki, müşavirədən sonra bizim qeyri-neft ixracımız artacaq. Bunu deməyə əsas var. Çünki son illər ərzində Azərbaycanda ciddi islahatlar aparılıb, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları qəbul edilib, sahibkarlara dövlət tərəfindən böyük dəstək göstərilib və göstərilir. Beləliklə, biz qeyri-neft ixracının artırılmasına nail ola bilmişik. Birinci müşavirə Yevlax rayonunda keçirilir.
Dövlət başçısı vurğulayıb ki, dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir. Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir.

* * *

Aprelin 17-də Yevlax şəhərində Aran Regional İnkişaf Mərkəzinin təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdimat mərasimində iştirak edib.
Sonra dövlətimizin başçısı Aran Regional İnkişaf Mərkəzinin foyesində təşkil edilmiş ixracyönümlü qeyri-neft məhsullarının sərgisi ilə tanış olub.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mehriban Paşa qızı Sultanova “Şərq qapısı” qəzetinin baş redaktoru təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 15 aprel 2017-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Nazim Məmməd oğlu Məmmədova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 15 aprel 2017-ci il

Naxçıvan Muxtar Respublikasında əyar nəzarətinin daha da təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsinin Əsasnaməsini təsdiq etsin;
2.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 14 aprel 2017-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 13-də Ukraynanın Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçkonu qəbul edib.
Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçko ilə bu yaxınlarda Münxendəki görüşünü xatırlayan dövlətimizin başçısı onun Azərbaycana səfərinin maraqlı keçəcəyinə, ölkə­lərimiz, o cümlədən Bakı ilə Kiyev arasında əlaqələrin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Əməkdaşlıq və qarşılıqlı təcrübə üçün yaxşı perspektivlərin olduğunu vurğulayan dövlətimizin başçısı İlham Əliyev Vitali Kliçkonun bu səfərinin həmkarları ilə görüşmək, paytaxtımızda gedən inkişaf prosesləri və Bakıda inşa olunan idman obyektləri ilə yaxından tanış olmaq üçün imkan yaratdığını deyib.

Ardını oxu...

 

Naxçıvan Muxtar Respublikasında uşaqların əlverişli sosial mühitdə böyüməsi diqqətdə saxlanılır. Müasir uşaq bağçaları istifadəyə verilir, uşaqların fiziki və əqli inkişafı, istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili sahəsində ardıcıl tədbirlər görülür. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Namiq Nəriman oğlu Paşayev Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 11 aprel 2017-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Gülü qəbul edib.

Dövlətimizin başçısı Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Güllə Bakıda, Türkiyədə və başqa ölkələrdə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

“Azərbaycan hər zaman bizim qəlbimizdə, könlümüzdədir”, – deyən Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Gül Türkiyədə Baş nazir və prezidentlərin, o cümlədən özünün də ilk xarici səfərlərini Azərbaycana etməsindən məmnunluğunu ifadə edib. Abdullah Gül ölkəmizə hər gəlişi zamanı Azərbaycanın sürətli inkişaf etdiyinin və daha da gözəlləşdiyinin şahidi olduğunu deyib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının
Dövlət Energetika Xidmətinin

STRUKTURU


1. Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin aparatı (şöbələr və sektorlar).

2. Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin strukturuna daxil olan qurumlar:

Yüksəkgərginlikli Elektrik Şəbəkəsi
Şəhər (rayon) elektrik şəbəkələri

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti haqqında

ƏSASNAMƏ


I. Ümumi müddəalar

1. Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti (bundan sonra - Xidmət) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 10 aprel tarixli 59-V FR nömrəli Fərmanına əsasən yaradılmışdır.
2. Xidmət elektrik enerjisi istehsalı, ötürülməsi, elektrik enerjisi təchizatı və realizə edilməsi sahəsində (bundan sonra-müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
3. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
4. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
5. Xidmət müstəqil balansa, qanunverici­liyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştampa və blanka malikdir.
6. Xidmətin aparatının, qurumlarının saxlanması və maddi-texniki təminatı xərcləri elektrik enerjisi satışından daxil olan vəsait və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
7. Xidmət Naxçıvan şəhərində yerləşir.

Ardını oxu...

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlət başçısı bildirib ki, birinci rübdə ölkəmiz uğurla inkişaf edib, bizim bütün proqnozlarımız həyatda öz əksini tapıb. Birinci rübün nəticələri göstərir ki, bizim beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir, bütün sosial məsələlər öz həllini tapır.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 10 aprel tarixli sərəncamları ilə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının inşaatçıları da vardır.

Abbasov Rizvan Xeybər oğlu
Əsgərov Bəhruz Əli oğlu
İbrahimov Telman Sabir oğlu
Quliyev Telman Hüseyn oğlu
Seyidov Cəlal Əkbər oğlu

“Tərəqqi” medalı ilə,

Seyidov Mirabdulla Ağa oğlu

“Əməkdar mühəndis” fəxri adı ilə təltif edilmişlər.

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti yaradılsın.
2. “Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti haqqında Əsasnamə” təsdiq edilsin.
3. “Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin strukturu” təsdiq edilsin.
4. Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti aparatının işçilərinin say həddi 28 ştat vahidi müəyyən edilsin.
5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 10 aprel 2017-ci il

 

Təbiət bizdən qayğı tələb edir. Onu qorumaq, zənginləşdirərək gələcək nəsillərə çatdırmaq qarşımızda duran əsas vəzifələrdəndir. Muxtar respublikada əlverişli ekoloji mühitin yaradılması sahəsində həyata keçirilən tədbirlər də bu məqsədə xidmət edir. Kəskin kontinental iqlim şəraitinin mövcud olmasına baxmayaraq Naxçıvanda təbii sərvətlərdən səmərəli istifadə olunur, keçirilən iməciliklərdə torpaq xüsusiyyətləri nəzərə alınaraq yeni yaşıllıqlar və meyvə bağları salınır.

Aprelin 8-də muxtar respublikada növbəti iməciliklər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Uzunoba Su Anbarının ətrafında keçirilən iməcilikdə iştirak etmiş, ərazidə yeni meyvə tingləri əkmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Ümumrusiya Dövlət Teleradio Şirkətinin teleradio aparıcısı Vladimir Solovyovla görüşüb.

Vladimir Solovyov Bakıya ilk dəfə səfər etdiyini bildirərək paytaxtımızda sürətli inkişaf proseslərinin onda böyük təəssürat doğurduğunu və Bakının çox gözəl şəhər olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanda gedən inkişaf prosesləri barədə danışarkən qeyd edib ki, ölkəmiz haqqında reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal işlər görülür. Dövlətimizin başçısı, həmçinin Azərbaycanın tarixi və bugünkü reallıqları barədə söhbət açaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında bütün digər sahələrdə olduğu kimi, humanitar əlaqələr, o cümlədən media sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir.

Ardını oxu...

Aprelin 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Xatun” Bədii Gimnastika Klubunun baş məşqçisi, bədii gimnastika üzrə Azərbaycan Respublikasının idman ustası Humay Qafarovaya yeni mənzil təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir ki, muxtar respublikada gənclərin asudə vaxtlarının səmərəli təşkili və idmana cəlbi sahəsində həyata keçirilən tədbirlər öz nəticəsini verir. Muxtar respublikada qızların idmana cəlbinə də xüsusi diqqət yetirilmiş, müxtəlif idman federasiyaları üzrə qızlardan ibarət klubların yaradılması ilə bağlı tapşırıqlar verilmişdir. Artıq muxtar respublikada qızlar da müxtəlif idman federasiyalarında təmsil olunurlar. Qadınların və qızların idman obyektlərindən istifadəsi üçün lazımi şərait yaradılmış, özəl fitnes mərkəzləri və müxtəlif idman klubları fəaliyyətə başlamışdır. Son illər yaradılan və səmərəli fəaliyyət göstərən idman klublarından biri də “Xatun” Bədii Gimnastika Klubudur. Qızların kiçik yaşlarından “Xatun” Bədii Gimnastika Klubuna cəlbi və bu idman növü ilə məşğul olmaları onların sağlam böyüməsinə imkan verir. 2017-ci il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq “Xatun” Bədii Gimnastika Klubunun Şərur Olimpiya-İdman Kompleksində, Naxçıvan Dövlət Universitetində, “Naxçıvan” Universitetində və Naxçıvan şəhərindəki Uşaq Bərpa Mərkəzində filialları yaradılmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Rusiya Federasiyasının Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu bildirilib, ölkəmizin Rusiyanın ayrı-ayrı regionları ilə əməkdaşlığının önəmi vurğulanıb, Azərbaycanın Stavropol vilayəti üçün ticarət və iqtisadi əməkdaşlıq baxımından ən vacib tərəfdaş ölkə olduğu qeyd edilib.
Dövlətimizin başçısı Rusiya Federasiyasının Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərindən və XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirakından məmnunluğunu ifadə edib.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudu qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Estoniya Respublikasının dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Aprelin 5-də Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib.

Ardını oxu...

Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində ayrılan qrand hesabına aprelin 4-də “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Açıq Səhmdar Cəmiyyətinin toxumçuluq təsərrüfatına yeni kənd təsərrüfatı texnikaları və toxumçuluq laboratoriyası avadanlıqları təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua bu münasibətlə keçirilən tədbirdə iştirak etmişlər.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi qəbul edib.
Səfir Neboyşa Rodiç Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ildə təltif edildiyi Serbiyanın Ali ordenini dövlətimizin başçısına təqdim edib.
Səfir dövlətimizin başçısına Ali ordenə layiq görülməsi münasibətilə Serbiyanın Prezidenti Tomislav Nikoliçin təbriklərini çatdırıb.
Prezident İlham Əliyev Ali ordenə layiq görülməsini yüksək qiymətləndirib və təbriklərə görə minnətdarlığını Serbiya Prezidentinə çatdırmağı xahiş edib. Dövlətimizin başçısı İlham Əliyev Prezident Tomislav Nikoliçin Azərbaycana səfəri və onunla Bakıda keçirdiyi görüşü məmnunluqla xatırladıb.
Səfir Neboyşa Rodiç Prezident İlham Əliyevin Serbiyaya səfərinin ölkəsində səbirsizliklə gözlənildiyini bildirib.

AZƏRTAC

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin aprelin 3-də rəsmi qarşılanma mərasimi olub.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin məhdud tərkibdə görüşü olub.

Aprelin 3-də hər iki ölkənin dövlət başçılarının geniş tərkibdə görüşü olub.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.

Daha sonra Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev mətbuata bəyanatlarla çıxış ediblər.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə görüş keçirib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirib ki, aprel döyüşləri bizim şanlı hərbi qələ­bəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.
Ali Baş Komandan deyib ki, aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək.

Ardını oxu...

Martın 30-da Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da BP şirkətinin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri Qordon Birreli və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzu qəbul edib.
Prezident İlham Əliyev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə keçmiş regional prezidenti Qordon Birreli BP şirkətinin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Qordon Birrelin Azərbaycandakı fəaliyyət illərinin ölkəmizdə enerji sahəsində mühüm inkişafa nail olunduğu dövrə təsadüf etdiyini deyən dövlətimizin başçısı bu illər ərzində böyük nailiyyətlərin əldə olunduğunu vurğuladı. Qordon Birrelin ölkəmizdəki fəaliyyətinin uğurlu olduğunu bildirən Prezident İlham Əliyev onun Azərbaycan ilə BP arasında əməkdaşlığa öz töhfəsini verdiyini qeyd etdi, Qordon Birrelin fəaliyyətinin həm Azərbaycan hökuməti, həmçinin BP rəhbərliyi və şirkətin tərəfdaşları tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə:
Hacıyeva Sevil Məhəmmədəli qızına
Hüseynova Nəsibə Novruz qızına “Əməkdar müəllim” fəxri adı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 28 mart 2017-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Saatlı rayonuna səfərə gedib.
Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Saatlı rayonunda Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının, yeni inşa edilən 110/35/10 kilovoltluq “Sarıcalar” yarımstansiyasının, Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun açılışlarında, Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak edib, Qıraqlı kəndi ərazisində fermer Humay Məmmədovanın pambıq sahəsi ilə tanış olub.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 26-da Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Svend Ollinqin etimadnaməsini qəbul edib.

Səfir Svend Ollinq fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Svend Ollinq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Danimarka arasında ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirməyin zəruriliyini vurğuladı. Hazırda ölkələrimiz arasında iqtisadi, o cümlədən ticarət sahəsində əməkdaşlığın aşağı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev daha çox biznes əlaqələrinə malik olmağın vacibliyini bildirdi.

Ardını oxu...

Muxtar respublikada müasir tələblərə uyğun məktəb binalarının tikilməsi, tədrisin məzmununun yeniləşməsi və yeni tex­nologiyaların tətbiqi təhsil göstəricilərini yaxşılaşdırmışdır.
Martın 27-də Şərur şəhər 2 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını bildirən lenti kəsmişdir.
Məktəbin direktoru Sevil Hacıyeva çıxış edərək demişdir: Şərur rayonunda geniş quruculuq işlərinin aparılması bizi çox sevindirir. Rayonun quruculuq ünvanlarından biri də bu gün açılışı olan Şərur şəhər 2 nömrəli tam orta məktəbidir. Məktəb binası ən müasir tələblərə cavab verir. Burada yaradılan şərait həm müəllimlərin, həm də valideynlərin arzularının həyata keçməsi deməkdir. Sevil Hacıyeva təhsilin inkişafına göstərdiyi qayğıya görə məktəb kollektivi və valideynlər adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərində müasir təhsilin tələblərinə cavab verən məktəb binasının istifadəyə verildiyini bildirmiş, bu münasibətlə kollektivi təbrik edərək demişdir: Məktəb işi hər bir ölkədə ən vacib sahə hesab olunur. Ona görə ki, məktəbdə ölkənin gələcəyi hazırlanır. Ümummilli liderimiz Heydər Əliyev bu amili nəzərə alaraq deyirdi ki, “Məktəb Azərbaycanın gələcəyi üçün böyük məsuliyyət daşıyır”. Həqiqətən də, bu gün Azərbaycanın gələcəyi məktəbdə yetişən gənclərdən asılıdır. Məktəblərdə gənclər necə yetişəcəksə, ölkəmizin gələcəyi də elə olacaqdır.

Ardını oxu...

Muxtar respublikada əhalinin ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması diqqət mərkəzində saxlanılır. Yeni səhiyyə müəssisələrinin tikilməsi, mövcud xəstəxana binalarında təmir işlərinin aparılması və müasir tibbi avadanlıqların quraşdırılması bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Martın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Rayon Mərkəzi Xəstəxanasında aparılan təmir işləri ilə maraqlanmış, quraşdırılan yeni tibbi avadanlıqlara baxmışdır.
Bildirilmişdir ki, 3 mərtəbədən ibarət olan xəstəxanada 4 şöbə və 6 bölmə fəaliyyət göstərir. Binada əsaslı təmir işləri aparılmış, rentgen-flüoqrafiya, kompüter tomoqrafiya və elektroensofaloqramma aparatları quraşdırılmışdır. Quraşdırılan müasir tibbi avadanlıqlar müayinə və müalicə işlərinin yüksək səviyyədə təşkilinə imkan verəcəkdir. Təmir işləri ilə paralel olaraq binanın fasadı da üzlənmiş, həyətində abadlıq işləri aparılmışdır.
Ali Məclisin Sədri tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Xalqımıza məxsus milli dəyərlər və adət-ənənələrin əsasında vətənpərvərlik, saflıq və xeyirxahlıq kimi savab əməllər dayanır. Bu gün Naxçıvanda insanlar milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmətlə yanaşır, mənəvi saflıq və həmrəylik nümayiş etdirirlər. Dini dəyərlərimizə uyğun olaraq muxtar respublika ərazisindəki qəbiristanlıqlarda iməciliklərin keçirilməsi də bu tədbirlərin davamı kimi mühüm əhəmiyyətə malikdir.

Ardını oxu...

Martın 18-də Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliyində iştirak ediblər.
Bakıda keçirilən V Qlobal Bakı Forumunun yüksək səviyyəli iştirakçıları da Novruz şənliyinə qatılıblar.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.
Bahar qız Azərbaycan Prezidentinə Novruz xonçası təqdim etdi, dövlətimizin başçısına və xanımına bayram münasibətilə təbriklərini çatdırdı.
Ulu Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.
Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.
Sonra dövlətimizin başçısı, xanımı, xarici qonaqlar və ümumxalq şənliyinin digər iştirakçıları “Novruz” yarmarkası ilə tanış oldular.

AZƏRTAC

Azərbaycan xalqının zəngin milli dəyərlər sistemini və adət-ənənələrini özündə yaşadan bayramlar sırasında Novruz xüsusi yer tutur. Xalqımızın mənəvi dünyası və həyata baxışı Novruz mərasimlərində dolğun əks olunmuş, bu bayram milli varlığın rəmzinə çevrilmişdir. Hər il xalqımız Novruz bayramını böyük təntənə ilə qeyd edir, baharın gəlişini xoş əhval-ruhiyyə ilə qarşılayır. Ölkə Prezidenti cənab İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyildiyi kimi: “Novruz bayramı ulu babalarımızın zəngin mənəvi aləmini dolğun təcəssüm etdirir. Ən qədim təsəvvürləri qoruyub saxlamış bu bayram təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsidir. Odlar diyarına onun hər gəlişi min illərin ənənəsinə uyğun, rəngarəng mərasimlər və el şənlikləri ilə müşayiət olunmuşdur. Milli özünüdərkin təşəkkülündə müstəsna mövqeyə malik Novruz ənənələri çoxəsrlik tarixi keçmişinə daim ehtiramla yanaşan xalqımızın dünya mədəniyyətinə misilsiz töhfələrindəndir. Həmin ənənələrin müqəddəs ərməğan kimi həmişə uca tutulması və layiqincə yaşadılaraq gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur”.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırdı.
Dövlətimizin başçısı öz növbəsində bayram münasibətilə rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini və İran xalqını təbrik etdi.
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu məmnunluqla qeyd edildi, Azərbaycan Prezidenti İlham Əliyevin İrana uğurlu rəsmi səfərinin önəmi vurğulandı.

Ardını oxu...

Martın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Huawei şirkətinin baş vitse-prezidenti xanım Ami Lin ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı ümummilli lider Heydər Əliyevin vətəni Naxçıvanda görməkdən məmnunluğunu bildirmiş, Huawei şirkətinin Azərbaycandakı fəaliyyətinə 2002-ci ildə Naxçıvandan başladığını və ötən dövrdə yaxşı əlaqələrin qurulduğunu diqqətə çatdırmışdır. Həyata keçirilən qarşılıqlı layihələrdən razılığını bildirən Ali Məclisin Sədri imzalanacaq yeni müqavilənin də bu baxımdan əhəmiyyətini vurğulamışdır. Naxçıvan Muxtar Respublikasında yeni innovasiyaların tətbiqindən danışan Ali Məclisin Sədri muxtar respublikanın bütün ərazisinin sürətli internetlə təmin olunduğunu, dördüncü nəsil mobil rabitə şəbəkəsinin fəaliyyət göstərdiyini, Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində rabitə və yeni texnologiyalar üzrə mütəxəssislərin hazırlandığını qeyd etmişdir.
Ali Məclisin Sədri naxçıvanlı tələbələrin Çində “Huawei” şirkətinin yay təlim məşğələlərində iştirakından məmnunluğunu ifadə etmiş, Naxçıvan Muxtar Respublikası ilə Huawei şirkəti arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Latviya Respublikasının Prezidenti Raymonds Veyonis ilə görüşüb.

Dövlətimizin başçısı Latviya Prezidenti Raymonds Veyonisin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirdi və bu tədbirin artıq bir ənənəyə çevrildiyini vurğuladı.

Latviya Prezidenti Raymonds Veyonis V Qlobal Bakı Forumunda 53 ölkədən nümayəndələrin iştirakının önəmini qeyd etdi və Azərbaycan tərəfinin bu tədbiri yüksək səviyyədə təşkil etdiyini vurğuladı. Raymonds Veyonis Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri olmasından qürur hissi keçirdiyini dedi.

Prezident Raymonds Veyonis Prezident İlham Əliyevin Latviyaya rəsmi səfərə dəvət məktubunu dövlətimizin başçısına təqdim etdi və bu səfərin ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi. Azərbaycan ilə Latviya arasında müxtəlıf sahələrdə əlaqələrə toxunan Raymonds Veyonis təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin görüldüyünü bildirdi və azərbaycanlı tələbələrin Latviya universitetlərində təhsil almaları üçün müvafiq tədbirlərin həyata keçirildiyini qeyd etdi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən dövlətimizin başçısı bu səfərin əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirdi.

Ənənəvi olaraq hər il Qlobal Bakı Forumunda iştirak etdiyini vurğulayan Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Forumun mühüm əhəmiyyət daşıdığını vurğuladı. Gürcüstan Prezidenti qeyd etdi ki, bu tədbirlə bağlı Azərbaycana səfəri dövlətimizin başçısı ilə görüşmək imkanı yaradır və eyni zamanda, öz həmkarları ilə müzakirələr aparmaq baxımından da önəmlidir. Giorgi Marqvelaşvili ölkələrimiz arasında strateji münasibətlərin dərinləşdiyini bildirərək bu münasibətlərin ən yüksək səviyyədə olduğunu dedi.

Ardını oxu...

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib

Martın 16-da Azərbaycanın paytaxtında V Qlobal Bakı Forumunun rəsmi açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan Forumun açılış mərasimində iştirak ediblər.

Beşinci Qlobal Bakı Forumunda 53 ölkədən 300-dək nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edirlər.

Forumun nüfuzlu qonaqları arasında Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Georgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal da var. İki gün davam edəcək Forum Azərbaycan həqiqətlərinin təbliğində və ölkəmizə yeni dostlar qazandırmaqda, lobbi quruculuğunda əhəmiyyətli rola malikdir. Qlobal Bakı Forumu Azərbaycanı tanıtmaq, ölkəmizlə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün çox mühüm və əlverişli platformadır.

Ardını oxu...

Martın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə təşkilatın Siyasi Şurasının iclasında “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının 2016-cı ildəki fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı” məsələ müzakirə olunmuşdur.
Ali Məclisin Sədri iclası açaraq demişdir ki, Azərbaycanın inkişafında və bugünkü səviyyəyə çatmasında Yeni Azərbaycan Partiyasının böyük xidmətləri olmuşdur. Dövlətin inkişafı ölkənin siyasi liderindən və onun ətrafında birləşən insanların fəaliyyətindən asılıdır. Yeni Azərbaycan Partiyası da ulu öndərimiz Heydər Əliyevin ətrafında birləşən, sabitlik və inkişaf istəyən, ölkəni parçalayanlara qarşı mübarizə aparan Azərbaycan xalqının arzusu və tələbi ilə yaradılmışdır. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə partiya inkişaf dövrü keçmiş, Azərbaycanın siyasi səhnəsində Yeni Azərbaycan Partiyası üzvlərinin sayı artmışdır. Bu gün ölkəsinə bağlı, vətənpərvər və müasir düşüncəli gənclər partiya sıralarına qəbul olunur. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı da fəaliyyətini bu istiqamətdə qurmuşdur. Bundan sonra da vətənpərvər gənclər partiyaya üzv qəbul olunmalı, varislik təmin edilməli, partiya üzvləri muxtar respublikanın siyasi həyatında fəal iştirak etməlidirlər.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri – Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin rəhbərlik etdikləri, Serbiyanın sabiq Prezidenti Boris Tadiçin, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanovun, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviçin, Rumıniyanın sabiq Prezidenti Emil Konstantineskunun, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdciyanın, Ərəb Liqasının sabiq baş katibi Əmr Musanın və UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisin daxil olduqları Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Prezident İlham Əliyev mühüm beynəlxalq tədbir – V Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə gəldiklərinə görə onlara təşəkkürünü bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan artıq beşinci dəfədir, bu Foruma ev sahibliyi edəcək. Forum iştirakçıları arasında çox tanınmış şəxslərin olduğunu və həmin şəxslərin sayının ildən-ilə artdığını deyən dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi.

Ardını oxu...

 

Muxtar respublikada yaz-tarla işlərinin başladığı bu günlərdən tələbata uyğun kənd təsərrüfatı texnikaları və avadanlıqlarının alınıb gətirilməsi mühüm əhəmiyyət daşıyır. Çünki aqrar sahənin inkişafında, ərzaq məhsulları istehsalının artırılmasında və itkisiz məhsul yığımında başlıca amillərdən biri də torpaq mülkiyyətçilərinin və fermerlərin müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunmasıdır. Son illər muxtar respublikada kənd təsərrüfatında mütərəqqi metodların tətbiqinə başlanmış, müasir texnikalar və texnoloji avadanlıqlar alınaraq əlverişli şərtlərlə sahibkarlara verilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Parisdə Fransa Respublikası Senatının sədri Jerar Larşe ilə görüşüb.

Senatın binasının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul və suvari dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Senatın sədri Jerar Larşe qarşıladı.

Dövlətimizin başçısı və Senatın sədri fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Prezident İlham Əliyev və Senatın sədri Jerar Larşe birgə foto çəkdirdilər.

Jerar Larşe Azərbaycan Prezidenti İlham Əliyevi Fransa Senatında görməkdən məmnun olduğunu dedi. O, belə səfərlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirdi.

Ardını oxu...

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub.

Prezident İlham Əliyev Parisin Veteranlar meydanında yerləşən Ordu Muzeyinə gəldi.

Dövlətimizin başçısını Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol qarşıladı.

Ordu Muzeyinin yerləşdiyi Veteranlar meydanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycanın və Fransanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Fransa Respublikasına rəsmi səfərə gedib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə “Total” şirkətinin prezidenti Patrik Puyane ilə görüşü olub.
Patrik Puyane Azərbaycanda gedən inkişaf proseslərinin maraqla qarşılandığını deyib, Bakının gözəl şəhərlərdən birinə çevrildiyini vurğulayıb.
Söhbət zamanı SOCAR ilə “Total” arasında əlaqələrin inkişafı, “Abşeron” yatağının işlənilməsi, “Ümid”, “Babək” qaz-kondensat yataqları üzrə əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

* * *

Fransa Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də “Vivaction” şirkətinin prezidenti Rişar Mari ilə görüşüb.

* * *

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə DCNS şirkətinin prezidenti Erve Qiyu ilə görüşüb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Fransa Respublikası Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Andre Reyşarın Fransa senatorlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin önəmini qeyd edən dövlətimizin başçısı səfərin qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı fürsət yaradacağını deyib.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlığımızın möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub, Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya gözlənilən səfəri zamanı iqtisadi, enerji, Avropa İttifaqı çərçivəsində əməkdaşlığın perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin müzakirə olunacağı vurğulanıb.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 10 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 25-ci ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçuları da vardır.

Əliyev Sahil Asəf oğlu – polkovnik-leytenant

Qarayev Hüseyn Ərrəhman oğlu – mayor

“Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 9 mart tarixli Sərəncamı ilə Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə Azərbaycan Respublikasının fəxri adları verilmişdir. Fəxri ad alanlar arasında Naxçıvan Muxtar Respublikasının mədəniyyət işçiləri də vardır.

Seyidov Tofiq Həbib oğlu

Sultanov Neymət İslam oğlu

“Əməkdar artist” fəxri adı ilə təltif edilmişlər.

Muxtar respublikada əlverişli biznes və investisiya mühitinin yaradılması özəl sektorun inkişafı üçün geniş imkanlar açmışdır. Hər il muxtar respublikada yeni istehsal və xidmət sahələri yaradılır, əhalinin məşğulluğu təmin olunur.

Martın 8-də Naxçıvan şəhərinin Əziz Əliyev prospektində “Danyeri” istehsal və xidmət sahəsi fəaliyyətə başlamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Müəssisənin əməkdaşı Nihad Dadaşov çıxış edərək demişdir ki, muxtar respublikada sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Qeyri-məşğul əhalinin işlə təminatı diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, hər il Naxçıvanda müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət sahələri yaradılır, minlərlə insan işlə təmin olunur. Bu gün istifadəyə verilən “Danyeri” istehsal və xidmət sahəsi də sahibkarlığın inkişafına göstərilən qayğının daha bir ifadəsidir. Nihad Dadaşov yeni işlə təmin olunanlar adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 18 noyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasında Tədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər Planına əsasən Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yenidənqurma işləri aparılmış, yeni istirahət parkı salınmış və kafe fəaliyyətə başlamışdır.

Ardını oxu...

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR