Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Fransa Respublikasına rəsmi səfərə gedib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə “Total” şirkətinin prezidenti Patrik Puyane ilə görüşü olub.
Patrik Puyane Azərbaycanda gedən inkişaf proseslərinin maraqla qarşılandığını deyib, Bakının gözəl şəhərlərdən birinə çevrildiyini vurğulayıb.
Söhbət zamanı SOCAR ilə “Total” arasında əlaqələrin inkişafı, “Abşeron” yatağının işlənilməsi, “Ümid”, “Babək” qaz-kondensat yataqları üzrə əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
* * *
Fransa Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də “Vivaction” şirkətinin prezidenti Rişar Mari ilə görüşüb.
* * *
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə DCNS şirkətinin prezidenti Erve Qiyu ilə görüşüb.
AZƏRTAC