10 Yanvar 2025, Cümə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 18 noyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasında Tədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər Planına əsasən Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yenidənqurma işləri aparılmış, yeni istirahət parkı salınmış və kafe fəaliyyətə başlamışdır.

Martın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov parkın və kafenin açılışını bildirən lenti kəsmiş, həyata keçirilən tikinti işləri ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, Əziz Əliyev prospektindəki avtomobil  yolunun hərəkət hissəsi genişləndirilmiş, yola yeni asfalt örtük verilmiş, ərazidə istirahət parkı salınaraq abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Parkda 2 fəvvarə tikilmiş, müasir işıqlandırma sistemi quraşdırılmış, oturacaqlar qoyulmuş, yeni kafe fəaliyyətə başlamışdır. Kafedə 6 nəfər işlə təmin olunmuşdur.

Yenidənqurma işləri ilə əlaqədar evləri plana düşən iki vətəndaşa yeni fərdi ev tikilmişdir.

Ali Məclisin Sədri kafedə yaradılan şəraitlə tanış olmuş, yerli məhsullardan istifadə olunması və keyfiyyətli xidmət göstərilməsi ilə bağlı tapşırıqlar vermişdir.

 

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR