10 Yanvar 2025, Cümə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də İran İslam Respublikasına rəsmi səfərə gedib.

Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Tehranın “Mehrabad” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar.

* * *

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə “Sədabad” sarayına gəldi.

Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı “Sədabad” sarayının qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Böyük Britaniyanın xarici işlər nazirinin müavini, Birləşmiş Krallığın diplomatik xidmətinin rəhbəri Saymon Makdonaldın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Saymon Makdonaldın Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlıq və regional məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlıqla bağlı gündəlikdə duran məsələlərin çox əhatəli olduğunu və əlaqələrimizin genişləndiyini qeyd etdi. Prezident İlham Əliyev ölkələrimizin enerji sektorunda çox yaxşı əlaqələrə malik olduğunu bildirdi, Azərbaycanın BP şirkəti ilə 25 ilə yaxın vaxt ərzində əməkdaşlıq etdiyini vurğuladı. Dövlətimizin başçısı BP-nin ölkəmizin enerji sahəsində əsas strateji tərəfdaşı olduğunu qeyd edərək bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev Böyük Britaniya şirkətlərinin son vaxtlar ölkəmizin qeyri-neft sektoruna daha çox maraq göstərdiklərini dedi və bunun Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti ilə uyğun gəldiyini və gələcəkdə ölkələrimiz arasında biznes əlaqələrinin daha da genişlənməsinə gətirib çıxaracağını bildirdi.

Ardını oxu...

Martın 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində Ürək Mərkəzinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olublar.
Ürək Mərkəzi ilə tanış olan dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu səhiyyə müəssisəsinin kollektivi ilə görüşüblər.
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib.
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin baş həkimi Könül Xəlilova kollektiv adından minnətdarlığını bildirib.
Dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva kollektivə uğurlar arzulayıblar.
Sonda xatirə şəkli çəkdirilib.

 

AZƏRTAC

Martın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşmüşdür.

Ali Məclisin Sədri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası haqqında qonağa məlumat vermiş, muxtar respublikada iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatı, sənaye, təhsil, əczaçılıq, rabitə və yeni texnologiyaların inkişafından danışmışdır. Naxçıvandakı ali təhsil müəssisələrində dünyanın 12 ölkəsindən tələbələrin təhsil aldığını bildirən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Hindistan arasında təhsil, əczaçılıq, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu diqqətə çatdırmışdır.

Səmimi qəbula görə minnətdarlıq edən səfir Sanjay Rana Naxçıvanın inkişafının onda böyük təəssürat yaratdığını qeyd etmiş və bura səfərindən məmnunluğunu bildirmişdir. Səfir Naxçıvan Muxtar Respublikasında sənaye və kənd təsərrüfatının inkişaf etdiyini və Hindistanın bu sahələrdə əməkdaşlıq üçün hazır olduğunu vurğulamışdır.

Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Martın 6-da Babək Rayon İcra Hakimiyyətinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın açılışını bildirən lenti kəsmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 3 mart tarixli sərəncamları ilə Azərbaycan Respublikasının ictimai həyatında, təhsil, səhiyyə və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup şəxs təltif edilmişdir.
Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının ictimai həyatında, təhsil və səhiyyə sahələrində fərqlənən qadınlar da vardır.


Məmmədova Aytən Əkbər qızı

“Tərəqqi” medalı ilə,

Babayeva Aynur Arif qızı

“Əməkdar müəllim”,

Məmmədova Sona Keykavus qızı

“Əməkdar həkim” fəxri adları ilə təltif edilmişlər.

Martın 1-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammiti işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

Əvvəlcə rəsmi foto çəkdirilib.

Sammit Qurani-Kərimdən ayənin oxunması ilə başlayıb.

Prezident İlham Əliyev Sammitdə çıxış edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 28-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə təkbətək görüşü olub.

Prezident İlham Əliyev Baş nazir Məhəmməd Nəvaz Şərifə yüksək qonaqpərvərliyə görə təşəkkür etdi. Məhəmməd Nəvaz Şərifin Bakıya uğurlu səfəri xatırlandı.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirildi. Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələr müzakirə edildi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulandı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verdiyi və qətiyyətli mövqe nümayiş etdirdiyi bir daha vurğulandı.

Görüşdə müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olundu. Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı razılaşma əldə edildi. Bundan əlavə, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulandı, fevral ayında 20-yə yaxın Azərbaycan şirkətinin Pakistanda ixrac missiyasında olduğu və bu missiyanın Azərbaycanın Pakistana ixracının artırılması məqsədi daşıdığı qeyd edildi.

Ardını oxu...

Fevralın 28-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olundu, ikitərəfli münasibətlərin bir sıra sahələrdə, o cümlədən xarici ticarət sahəsində inkişaf etdiyi bildirildi.

Enerji sahəsində həyata keçirilən layihələrdən danışıldı, onların uğurla davam etdirilməsinin əhəmiyyəti vurğulandı.

İş adamlarının və şirkətlərin iqtisadi əlaqələrin inkişafında daha fəal rolunun təmin edilməsinin, bank sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Pakistan İslam Respublikasına səfərə gedib

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin təkbətək görüşü olub.

Səmimi şəraitdə keçən görüşdə Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin 2015-ci ildə Azərbaycana səfəri məmnunluqla xatırlandı. Pakistan Prezidenti Azərbaycana bu səfərdən xoş təəssüratlarla ayrıldığını bildirdi.

Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanın və Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyət göstərdikləri vurğulandı.

Söhbət zamanı regional təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə olundu.

Sonra görüş geniş tərkibdə davam etdirildi.

AZƏRTAC

Fevralın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi general-mayor Zəfər Ocaqla görüşmüşdür.

Ali Məclisin Sədri yeni vəzifəsində qonağa uğurlar arzulamış, Türkiyənin milli lideri Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əlaqələrimizin inkişafına verdikləri dəyəri diqqətə çatdırmışdır. Azərbaycan və Türkiyə arasındakı münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla davam etdirildiyini qeyd edən Ali Məclisin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin tutduğu ədalətli mövqedən, Türkiyə Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsindəki rolundan və keçirilən birgə hərbi təlimlərdən danışmış, bunu dostluq və qardaşlıq əlaqələrinin nəticəsi kimi dəyərləndirmişdir.

Ardını oxu...

Fevralın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin seçilməsi ilə bağlı tədbir keçirilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə 2018-ci ildə İslam mədəniyyəti paytaxtı tədbirlərinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinin ilk iclası 2016-cı il noyabrın 25-də Naxçıvan şəhərində keçirilmiş və Tədbirlər Planı təsdiq olunmuşdur.  Tədbirlər Planında nəzərdə tutulan ilk tədbirlərdən biri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı loqotipin hazırlanması idi. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanması haqqında” 2017-ci il 23 yanvar tarixli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar Birliyi tərəfindən loqotipin hazırlanması üçün yaradıcılıq müsabiqəsi elan edilmişdir. Bu gün deyə bilərik ki, müsabiqə iştirakçıların fəallığı şəraitində keçmiş, 40-a yaxın iştirakçı tərəfindən 70-dən çox loqotip nümunəsi təqdim olunmuşdur. 

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Qətər Dövlətinə rəsmi səfərə gedib.
Qətərdə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 27-də Əmir sarayında rəsmi qarşılanma mərasimi olub.
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin fevralın 27-də geniş tərkibdə görüşü olub.
Həmin gün geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin təkbətək görüşü olub.
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi olub.
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qətər Dövlətinə rəsmi səfəri fevralın 27-də başa çatıb.

AZƏRTAC

Fevralın 25-də Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov abidə önünə gül qoymuş, Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad etmişdir.
Nazirlik, komitə, idarə, müəssisə və təşkilatların rəhbərləri, hərbi hissələrin komandirləri, ictimaiyyətin nümayəndələri də abidə önünə gül qoymuşlar.
Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 24 yanvar tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində Xocalı soyqırımının iyirmi beşinci ildönümü qeyd olunur. Xalqımızın məruz qaldığı Xocalı soyqırımı iyirmi beş il bundan əvvəl Azərbaycanın Xocalı şəhərində baş verdi. Həmin gün əliyalın Xocalı sakinləri erməni hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə əsl vətənpərvər kimi vuruşmuş, düşmən qarşısında mətin dayanmış, xalqımızın əyilməzlik salnaməsinə şərəfli səhifələr yazmışlar.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə Cibuti arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən dövlətimizin başçısı Cibuti Respublikası parlamentinin Xocalı soyqırımının tanınması barədə qəbul etdiyi qərara görə minnətdarlığını bildirdi, bunu qardaşlıq münasibətlərimizin və ölkəmizə dəstəyin mühüm göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin Azərbaycana səfərinin uğurlu və səmərəli olacağına, səfərin ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır:
Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası gəlirlər üzrə 73 605 636 manat, xərclər üzrə 350 703 498 manat məbləğində olmaqla təsdiq edilsin.

 

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 23 fevral 2017-ci il

Fevralın 23-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında çıxış edən Prezident İlham Əliyev tədbirdə müxtəlif ölkələrdən mötəbər qonaqların iştirak etdiyini deyərək Azərbaycanın Avropa Komissiyası ilə bu mühüm layihənin həyata keçirilməsində sıx əməkdaşlıq qurduğunu bildirdi. “Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik”, - deyən dövlətimizin başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının gələcək əlaqələr üçün də çox vacib amil olduğunu diqqətə çatdırdı.

Ardını oxu...

Fevralın 23-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilmişdir.

            Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir.

            1. 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr

            2. Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

            3. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi

Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov çıxış edərək demişdir ki, bu gün muxtar respublika sosial-iqtisadi inkişafının yeni dövrünü yaşayır. İqtisadiyyatın bütün sahələri kimi tikinti sektoru da sürətlə inkişaf etməkdədir. 2016-cı il ərzində 14 təhsil müəssisəsi, 4 həkim ambulatoriyası, 9 feldşer-mama məntəqəsi, 29 mədəniyyət obyekti, 13 kənd mərkəzi, 14 xidmət mərkəzi tikilərək və ya yenidən qurularaq istifadəyə verilmiş, 17 inzibati bina inşa olunmuş, 61,5 kilometrdən artıq yeni avtomobil yolları salınmış, 3 körpü tikilmiş, 2 körpü isə yenidən qurulmuşdur.

Ardını oxu...

Hörmətli deputatlar və sessiya iştirakçıları!
Ümummilli lider Heydər Əliyevin quruculuq strategiyasına dönmədən əməl olunması nəticəsində ölkə, eləcə də muxtar respublika iqtisadiyyatında dinamik inkişaf meyilləri qorunub saxlanmışdır. Yerli xammal və ehtiyatlardan səmərəli istifadə etməklə istehsal müəssisələrinin yaradılması yeni iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəlməsinə, əhali gəlirlərinin artmasına səbəb olmuşdur. Blokada şəraitinin çətinliklərinə baxmayaraq Naxçıvan Muxtar Respublikasının ərazi, ərzaq və enerji təhlükəsizliyi təmin edilmiş, nəqliyyat-kommunikasiya sahəsi müasirləşdirilmiş, ekoloji vəziyyət sağlamlaşdırılmış, sosial infrastruktur layihələri həyata ­keçirilmişdir.
Aparılmış təhlillərdən aydın olur ki, sosial-iqtisadi sahədə muxtar respublikanın inkişafını daha da sürətləndirmək üçün imkanlar çoxdur. Lakin ötən dövrdə bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində aşkar olunmuş çatışmazlıqlar göstərir ki, 2017-ci ildə nəzarət və tələbkarlıq daha da artırılmalıdır.
Cari ildə Maliyyə Nazirliyi büdcə vəsaitindən qənaətlə, səmərəli və məqsədyönlü şəkildə istifadə olunmasına nəzarəti artırmalı, mal-material alınarkən izafi xərclərə yol verilməməli, əsasən yerli məhsullardan istifadə olunmalıdır.
Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi büdcə daxil­olmaları üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydaların icrasını təmin etməlidirlər.
Bu gün dünyada gedən böhrandan qorunmağın ən yaxşı yolu yerli istehsalın inkişaf etdirilməsidir. Bu, bir tərəfdən idxaldan asılılığı aradan qaldırırsa, digər tərəfdən əhali məşğulluğuna əhəmiyyətli təsir göstərir. Daxili bazarın qorunması, ərzaq məhsullarına olan tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən yerli xammala əsaslanan yeni istehsal müəssisələrinin yaradılması bundan sonra da davam etdirilməlidir. Layihələr seçilərkən keyfiyyət amili diqqətdə saxlanılmalı, qabaqcıl texnologiya ilə işləyən müəssisələrə üstünlük verilməlidir. Nazirlik çalışıb ona nail olmalıdır ki, sahibkarlıq subyektlərinə verilmiş kreditlər təyinatı üzrə istifadə edilsin, istehsal müəssisələrində məhsulun keyfiyyətinə xələl gətirmədən onun maya dəyərinin aşağı salınması üçün mütərəqqi üsulların tətbiqinə diqqət artırılsın.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri Yoşifumi Matsumuranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən qeyri-neft sektoru, sənaye, kənd təsərrüfatı, səhiyyə, insan resursları, yeni yaradılmış sənaye zonalarına texnologiyaların gətirilməsi, sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı məsələlər müzakirə edilib, sabah Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti iclasının əhəmiyyəti bir daha vurğulanıb, ABŞ dövlətinin enerji siyasətinin bu layihəyə öz dəstəyini bundan sonra da davam etdirəcəyi əminliklə qeyd olunub.

AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.
Fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
İclasda Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı təqdim edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva çıxış edib.
İclasda Təhlükəsizlik Şurasının üzvləri Azərbaycan Respublikası Prezidentinin qərarını dəstəklədiklərini bildiriblər və Mehriban Əliyevaya fəaliyyətində uğurlar arzulayıblar.

* * *

Fevralın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Türkiyə Prezidenti xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ilə bağlı təbriklərini çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Qətər arasında çox yaxın tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirdi, bu əlaqələrin mümkün qədər çox sahələri əhatə etməsinin vacibliyini qeyd etdi. Prezident İlham Əliyev bu yaxınlarda Qətər Dövlətinin xarici işlər nazirini qəbul etməsinin, özünün Qətərə planlaşdırılmış səfərinin və Qətər Dövlətinin təhsil və ali təhsil nazirinin Bakıya gəlməsinin əhəmiyyətini qeyd edərək qarşılıqlı səfərlərin ölkələrimiz arasında mövcud tərəfdaşlıq əlaqələrinin yaxşı göstəricisi olduğunu vurğuladı.

Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi Prezident İlham Əliyevin Qətərə səfərini səbirsizliklə gözlədiklərini bildirdi. Ölkələrimizin müvafiq qurumları arasında artıq görüşlər təşkil olunduğunu və səmərəli müzakirələr aparıldığını qeyd edən qonaq Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında təhsil sahəsində möhkəm əməkdaşlıq əlaqələrinin qurulacağına ümidvar olduğunu bildirdi.

 

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mehman Abdulla oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 20 fevral 2017-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
I. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası 2017-ci il fevral ayının 23-də saat 1100-da Naxçıvan şəhərində çağırılsın.
II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:
1. 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr
2. Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi
III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 20 fevral 2017-ci il

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub.

Görüşdə Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin uğurla inkişaf edərək müxtəlif sahələri əhatə etdiyi, ikitərəfli münasibətlərimizin daha da genişlənməsi üçün imkanların olduğu bildirildi. Pambıqçılıq, sement istehsalı, səhiyyə, nəqliyyat sahələrində əlaqələrin inkişafı baxımından yaxşı potensialın olduğu vurğulandı. Azərbaycanın brendi olan “ASAN xidmət”in təcrübəsinin Əfqanıstanda yayılması məsələləri müzakirə edildi. Münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulandı.

Ardını oxu...

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçin görüşü olub.

Görüşdə Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycana rəsmi səfərini məmnunluq hissi ilə xatırlatdı, keçirilən görüşlərdə səmərəli fikir mübadiləsinin aparıldığını vurğuladı. Səfər çərçivəsində keçirilən Azərbaycan-Xorvatiya biznes forumunun ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işinə xidmət etdiyini deyən Xorvatiya Prezidenti hökumətlərarası komissiyanın iqtisadi əməkdaşlığımızı daha da genişləndirəcəyini diqqətə çatdırdı. Xorvatiyanın enerji sahəsi ilə yanaşı, qeyri-neft sektoru, o cümlədən informasiya texnologiyaları, gəmiqayırma, kənd təsərrüfatı, nəqliyyat, infrastruktur və digər sahələrdə də Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu deyən Kolinda Qrabar-Kitaroviç ölkəsinin həyata keçirdiyi enerji layihələrində Azərbaycan ilə əməkdaşlığa maraq göstərdiyini vurğuladı.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 53-cü Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün fevralın 16-da Almaniya Federativ Respublikasına işgüzar səfərə gedib.

Münxenin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda “dəyirmi masa”da iştirak edib.

Dövlətimizin başçısı “dəyirmi masa”da çıxış edib.

“Dəyirmi masa”da Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatının şaxələndirilmə imkanları, bu sahədə mövcud cəhdlər, həmçinin neft qiymətləri və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı hüquq mühafizə sahəsində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətinin azərbaycanlı həmkarları ilə bu sahədə müxtəlif məsələlərlə bağlı aparacaqları danışıqların və fikir mübadiləsinin əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini ifadə etdi.

Təxminən 23 il bundan əvvəl Azərbaycana səfər etdiyini vurğulayan İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədi ötən dövr ərzində ölkəmizdə gedən böyük dəyişikliklərin onda dərin təəssürat yaratdığını dedi. Azərbaycanda gedən bu inkişafın bünövrəsinin xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan Mustafa Purməhəmmədi ulu öndərin xatirəsini böyük ehtiramla yad edərək bildirdi ki, dahi dövlət xadimi Heydər Əliyev Azərbaycan-İran əlaqələrinin genişləndirilməsi işinə də böyük önəm verib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi “İqtisadi resursların insan kapitalına çevrilməsi” prinsipi əməli iş müstəvisinə çıxarılıb. Gənc nəslin hərtərəfli təhsil alması, peşə sahibi olması və vətənpərvər böyüməsi üçün tədbirlər görülür. Bütün yaşayış məntəqələrində yeni texnologiyalarla təchiz olunan və müasir tədris metodlarının tətbiq olunduğu məktəb binaları tikilərək istifadəyə verilir.
Fevralın 15-də Şahbuz rayonunun Kolanı kəndində yeni məktəb binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını bildirən lenti kəsmişdir.
Kolanı kənd tam orta məktəbinin direktoru Rəqsanə Əsgərova çıxış edərək demişdir ki, muxtar respublikada həyata keçirilən quruculuq işləri sakinləri sevindirir. Bu tədbirlərin davamı olaraq Kolanıda geniş quruculuq işlərinin aparılması kəndimizi müasir kəndlərin sırasına qoşub. Bu gün müasir məktəb binası istifadəmizə verilir. Yeni məktəb binası həm müəllimlərin, həm də valideynlərin uzun illərdən bəri ürəklərində olan arzularının həyata keçməsi deməkdir. Rəqsanə Əsgərova yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.

Ardını oxu...

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlətimizin başçısının digər Sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Serqqapisi.az AZƏRTAC-a istinadən  xəbər verir ki, Sərəncam Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədilə imzalanıb.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzeni qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan əlaqələrinin çox uğurlu və dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirən dövlətimizin başçısı gündəlikdə duran məsələlərin çox geniş və əhatəli olduğunu dedi. Əməkdaşlığımızın yaxşı nəticələr verdiyini vurğulayan Prezident İlham Əliyev bu nəticələrin daha da möhkəmləndirilməsinin və bundan sonra da ölkələrimizin bir-birinə yaxınlaşması, dinamik inkişafı üçün birgə səylərin artırılmasının vacibliyini qeyd etdi.
Bakıya hər dəfə səfər etməsindən məmnunluğunu vurğulayan Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze paytaxtımızın böyük sürətlə inkişaf etməsinin dost Gürcüstan üçün çox sevindirici hal olduğunu bildirdi. Mixeil Canelidze qeyd etdi ki, xalqlarımız nəinki qonşudur, eyni zamanda, bizim dostluğumuz bir nümunədir.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ticarət, turizm və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsi, Cənub Qaz Dəhlizinin icrası, hökumətlərarası komissiyanın fəaliyyətinin gücləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin yaxşı tarixə və möhkəm əlaqələrə malik olduğunu vurğuladı. Prezident İlham Əliyev dünyada və regionda vəziyyətin dəyişdiyi bir şəraitdə qarşılıqlı fikir mübadiləsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı mütəmadi olaraq məsləhətləşmələrin, fikir mübadiləsinin aparılmasının və ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə möhkəmləndirilməsinin əhəmiyyətini bildirdi. Azərbaycan ilə Latviya arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə isə qarşıda mühüm vəzifələrin dayandığını vurğulayaraq, ticarət dövriyyəsinin, gələcəkdə investisiyaların artırılmasının və biznes strukturlarını cəlb etməklə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırdı. Dövlətimizin başçısı Latviyanın xarici işlər naziri Edqars Rinkeviçsin ölkəmizə səfəri zamanı bu və digər məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu dedi.

Ardını oxu...

 

Fevralın 11-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü olmuşdur. 

Ardını oxu...

Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra fevralın 10-da istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Dəmir Yolu Vağzalında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
Vağzal binasının üslubu və fasadı Bakı üçün ənənəvi tikililərdən fərqlənir. Belə ki, vağzalın eksteryeri qədim Şərq üslubuna xasdır. Uzun illər istismar və baxımsızlıq üzündən bina görkəmini itirdiyi üçün 2015-ci ilin əvvəlində burada əsaslı yenidənqurma işlərinə start verilib. Vağzal binasında milli ornamentlərə uyğun olaraq yenidənqurma həyata keçirilib.
Vağzalın əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulub, binanın daxilində əsaslı təmir işləri görülüb.

Ardını oxu...

 

Fevralın 10-da İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən İran İslam Respublikasının yaranmasının 38-ci ildönümü - İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir. 

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisi Alan Desteksi qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Mülleri qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2017-ci il tarixli Sərəncamı ilə xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusu təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları da vardır.

Salmanov Səxavət İbrahim oğlu – general-mayor

Məmmədov İlham Aydın oğlu – polkovnik-leytenant

“Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişlər.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Naxçıvan tarixi” çoxcildliyinə elm sahəsində Naxçıvan Muxtar Respublika mükafatı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 9 fevral 2017-ci il

Fevralın 9-da – Naxçıvan Muxtar Respublikasının yaranmasının 93-cü ildönümü günündə mükafatların təqdim olunması münasibətilə tədbir keçirilmişdir.

            Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının yaradılmasının 93-cü ildönümü münasibətilə muxtar respublika əhalisini və tədbir iştirakçılarını təbrik edərək demişdir: Ötən 93 il ərzində Naxçıvanın muxtar respublika kimi yaşaması nəticəsində onun ərazisi qorunmuş, muxtar respublika inkişafa qovuşmuşdur. Bu inkişaf müstəqillik dövründə daha da artmış, Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə uğurlar qazanılmışdır. Ümummilli liderimizin siyasi xəttinə sədaqətin bəhrələri şəhər və rayon mərkəzlərinin, qəsəbə və kəndlərimizin dəyişən simasında, tikilən infrastruktur obyektlərində, insanların həyat şəraitinin yaxşılaşmasında, ordu quruculuğunda özünü göstərir. Artan iqtisadi imkanlar muxtar respublikada elmin, təhsilin və mədəniyyətin inkişafına da öz təsirini göstərmiş, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır. Naxçıvan tarixi sistemli şəkildə tədqiq olunmuş, abidələrimiz bərpa edilmiş, tariximizə və mədəniyyətimizə aydınlıq gətirən elmi əsərlər, kitablar və ensiklopediyalar, o cümlədən “Naxçıvan tarixi” çoxcildliyi nəşr olunmuşdur.

Ardını oxu...

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plasenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı İlham Əliyev Jean-Vincent Plasenin Azərbaycana səfərinin ölkə­mizlə yaxından tanışlıq üçün yaxşı fürsət yaradacağına və keçiriləcək görüşlərin əlaqələrimizin inkişafı baxımından maraqlı olacağına əminliyini ifadə etdi.
Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plase Azərbaycan hökumətinin üzvləri və eləcə də ölkəmizin müxtəlif iqtisadi qurumlarının rəhbərləri ilə keçirəcəyi görüşlərdən danışdı. Bakıda Fransız liseyi, Fransa-Azərbaycan Universiteti və “Ağ şəhər”lə tanış olacağını deyən qonaq ətraf mühitin mühafizəsi ilə bağlı Fransa-Azərbaycan əməkdaşlığından məmnunluğunu ifadə etdi. O, Azərbaycanda ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlərlə də yaxından tanış olmaq arzusunu bildirdi.

AZƏRTAC

Fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Belçika Krallığına səfərə gedib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 6-da Brüsseldə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə görüşü olub.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini ilə işçi səhər yeməyi edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşü olub.
Sonra dövlətimizin başçısı və Avropa İttifaqı Şurasının prezidenti işçi lanç ediblər.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk mətbuata birgə bəyanatla çıxış ediblər.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 6 fevral 2017-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Xalid Səməd oğlu İsgəndərov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsindən azad edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 6 fevral 2017-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Səbuhi Hidayət oğlu Məmmədov Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsindən azad edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 6 fevral 2017-ci il

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun  6  fevral 2017- ci il tarixli Sərəncamı ilə Xalid Səməd oğlu İsgəndərov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsindən azad edilib.

Ali Məclis Sədrinin həmin tarixli növbəti Sərəncamı ilə Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin olunub.

Xatırladaq ki, Səbuhi Məmmədov indiyədək Azərbaycan Respublikası Mərkəzi Bankının  Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində çalışıb.

                                                                                          Xəbərlər şöbəsi

Fevralın 2-də Bakının Niyazi küçəsində yerləşən parkda görkəmli dirijor, SSRİ Xalq artisti, maestro Niyazinin abidəsinin açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı maestro Niyazinin abidəsinin açılışını etdi.
Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoydu.
Abidənin hündürlüyü 3, pyedestalının hündürlüyü isə 1 metrə yaxındır. Heykəlin üst plitəsi royalın qapağı formasındadır. Abidənin pyedestalı isə qara qranitdən hazırlanıb. Bürüncdən hazırlanan heykəlin müəllifi Xalq rəssamı Ömər Eldarov, memarı isə Əməkdar memar Elbay Qasımzadədir.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Sonra Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, bəstəkar, Xalq artisti Faiq Sücəddinov, beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev, abidənin müəllifi, Xalq rəssamı, heykəltəraş Ömər Eldarov çıxış etdilər.
Dövlətimizin başçısı mərasimdə iştirak edən mədəniyyət və incəsənət xadimləri ilə söhbət etdi.
Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü idarə heyətinin sədri Frederik Reynfeldti qəbul edib.
Dövlətimizin başçısı Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü idarə heyətinin sədri Frederik Reynfeldtin Azərbaycana səfərinin ölkəmiz ilə bu qurum arasında əməkdaşlıq məsələlərinin geniş müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi, Azərbaycanın bu təşəbbüsə qoşulan ilk ölkələrdən biri olduğunu vurğuladı. Prezident İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Londonda keçirilən ilk iclasında iştirak etdiyini məmnunluqla xatırladı. Dövlətimizin başçısı belə bir məqamı vurğuladı ki, ölkəmiz bu prosesə qoşulmağa neft sektorundan əhəmiyyətli maliyyə vəsaiti daxil olmazdan hələ illər öncə qərar vermişdi. Prezident İlham Əliyev o dövrdə təcrübənin öyrənilməsi məqsədilə Azərbaycandan suveren fondları olan ölkələrə nümayəndə heyətlərinin göndərildiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycan Dövlət Neft Fondunun “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə 2007-ci il üçün “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görüldüyünü məmnunluqla qeyd etdi.
Frederik Reynfeldt Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə ilk qoşulan ölkələrdən biri olduğunu, bu qurumla uzun illər əməkdaşlıq etdiyini və həmin sahədə böyük nailiyyətlər qazandığını vurğuladı. Qonaq ölkəmiz tərəfindən açıqlanan hesabatların bu qurumun tələblərinə uyğun olduğunu qeyd etdi.
Görüşdə Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü ilə əməkdaşlığın davam etdirilməsinə sadiq olması bir daha vurğulandı, ölkəmizin gələcəkdə bu qurumda tam hüquqlu üzv statusunun bərpa olunması üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəm­ləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın”.
Ölkə Prezidentinin tövsiyələri Naxçıvan Muxtar Respublikasında da ardıcıl icra olunur. Yol tikintisi, təhsil, səhiyyə və digər sosial təyinatlı obyektlərin istifadəyə verilməsi, sakinlərin məşğulluğunun təmin olunması kəndlərdə şəhər rahatlığı yaratmış, insanların yaşayış səviyyəsi yüksəlmiş, məskunlaşma artmışdır.
Fevralın 1-də Şərur rayonunun Çəmənli və Arpaçay kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Arpaçay Kənd Mərkəzinin açılışı olmuşdur

Şərur rayonunun Arpaçay kəndi aparılan quruculuq işlərindən sonra abad və müasir yaşayış məntəqəsinə çevrilmişdir. Kənddə dövlət qurumlarının iş şəraitinin yaxşılaşdırılması sakinlərə nümunəvi xidmət göstərməyə imkan verəcəkdir.
Fevralın 1-də Arpaçay Kənd Mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşdur. Bildirilmişdir ki, binada rabitə evi, polis sahə, feldşer-mama və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, kitabxana və iclas zalı vardır.
Baytarlıq məntəqəsi xidmətin təşkili üçün lazımi şəraitlə təmin olunub. Rabitə evində 384 yerlik ATS qurulub, poçt bölməsi yaradılıb, 2100 metr fiber-optik xətt çəkilərək kənddə sürətli internetə çıxış imkanı yaradılıb. Kitabxanada isə 4595 ədəbiyyat oxucuların istifadəsinə verilib. Yeni Azərbaycan Partiyası Arpaçay kənd ərazi ilk təşkilatı üçün lazımi iş şəraiti yaradılıb. Feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılmış və müasir tibbi avadanlıqlar qoyulmuşdur.
Ali Məclisin Sədri sakinlərə göstərilən xidmətlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Ardını oxu...

Fevralın 1-də Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradzenin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze arasında görüş olmuşdur.

Ali Məclisin Sədri Zurab Pataradzeni Naxçıvan Muxtar Respublikasında səmimiyyətlə salamlamışdır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında əlaqələrin əsasının 2012-ci ildə qoyulduğunu bildirən Ali Məclisin Sədri bu əlaqələrin davamı olaraq dəvətini qəbul edib Naxçıvan Muxtar Respublikasına səfərə gəldiyinə görə Acarıstan Muxtar Respublikası Hökumətinin sədrinə təşəkkürünü bildirərək demişdir: Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında əlaqələr mehriban dostluğa və qardaşlığa əsaslanır. Qarşılıqlı səfərlər nəticəsində ticarət-iqtisadi, səhiyyə və təhsil sahəsində əlaqələr yaradılmışdır. Bu gün Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti səmərəli əməkdaşlığa malikdir. Səhiyyə sahəsində də əlaqələrimizin böyük potensialı vardır. Acarıstanlı uşaqların müalicə üçün Naxçıvana gətirilməsi qarşılıqlı xoş məramın ifadəsidir. Əlaqələrimizin genişləndirilməsi üçün imkanlar böyükdür. Bu imkanların nəticəsidir ki, nəqliyyat sahəsində də əlaqələr yaradılmış, birbaşa Naxçıvan-Batumi avtobus marşrutu açılmışdır. Bu marşrutun işə düşməsi iki dost muxtar respublika arasında əlaqələri daha da möhkəmləndirəcəkdir.

Ardını oxu...

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR