Martın 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində Ürək Mərkəzinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olublar.
Ürək Mərkəzi ilə tanış olan dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu səhiyyə müəssisəsinin kollektivi ilə görüşüblər.
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib.
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin baş həkimi Könül Xəlilova kollektiv adından minnətdarlığını bildirib.
Dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva kollektivə uğurlar arzulayıblar.
Sonda xatirə şəkli çəkdirilib.
AZƏRTAC