10 Yanvar 2025, Cümə

Fevralın 1-də Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradzenin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze arasında görüş olmuşdur.

Ali Məclisin Sədri Zurab Pataradzeni Naxçıvan Muxtar Respublikasında səmimiyyətlə salamlamışdır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında əlaqələrin əsasının 2012-ci ildə qoyulduğunu bildirən Ali Məclisin Sədri bu əlaqələrin davamı olaraq dəvətini qəbul edib Naxçıvan Muxtar Respublikasına səfərə gəldiyinə görə Acarıstan Muxtar Respublikası Hökumətinin sədrinə təşəkkürünü bildirərək demişdir: Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında əlaqələr mehriban dostluğa və qardaşlığa əsaslanır. Qarşılıqlı səfərlər nəticəsində ticarət-iqtisadi, səhiyyə və təhsil sahəsində əlaqələr yaradılmışdır. Bu gün Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti səmərəli əməkdaşlığa malikdir. Səhiyyə sahəsində də əlaqələrimizin böyük potensialı vardır. Acarıstanlı uşaqların müalicə üçün Naxçıvana gətirilməsi qarşılıqlı xoş məramın ifadəsidir. Əlaqələrimizin genişləndirilməsi üçün imkanlar böyükdür. Bu imkanların nəticəsidir ki, nəqliyyat sahəsində də əlaqələr yaradılmış, birbaşa Naxçıvan-Batumi avtobus marşrutu açılmışdır. Bu marşrutun işə düşməsi iki dost muxtar respublika arasında əlaqələri daha da möhkəmləndirəcəkdir.

 Ali Məclisin Sədri bir daha Zurab Pataradzeni Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirmiş, Acarıstan Muxtar Respublikası Hökumətinin sədri seçilməsi münasibəti ilə təbriklərini çatdırmış, məsuliyyətli vəzifədə uğurlar arzulamışdır.

Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze Naxçıvan Muxtar Respublikasına səfərə dəvətə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, ilk xarici səfərlərindən birini  onlar üçün doğma olan Naxçıvana etməkdən məmnunluğunu bildirmişdir. Qonaq demişdir ki, ölkələrimiz arasındakı əlaqələr müxtəlif sahələrdə inkişaf edir. Bu gün Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikasını işgüzar münasibətlər və dostluq əlaqələri birləşdirir. Qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verir, iqtisadi-ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq möhkəmlənir.

Görüşdə bundan sonra da ikitərəfli əlaqələrin inkişafı üçün səylərin göstəriləcəyinə əminlik ifadə olunmuşdur.

 Azərbaycan Respublikasının Batumidəki Baş konsulu Rəşad İsmayılov görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR