10 Yanvar 2025, Cümə

Fevralın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi general-mayor Zəfər Ocaqla görüşmüşdür.

Ali Məclisin Sədri yeni vəzifəsində qonağa uğurlar arzulamış, Türkiyənin milli lideri Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əlaqələrimizin inkişafına verdikləri dəyəri diqqətə çatdırmışdır. Azərbaycan və Türkiyə arasındakı münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla davam etdirildiyini qeyd edən Ali Məclisin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin tutduğu ədalətli mövqedən, Türkiyə Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsindəki rolundan və keçirilən birgə hərbi təlimlərdən danışmış, bunu dostluq və qardaşlıq əlaqələrinin nəticəsi kimi dəyərləndirmişdir.

 Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi general-mayor Zəfər Ocaq səmimi qəbula görə minnətdarlığını bildirmiş, dost və qardaş ölkə olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasında olmaqdan məmnunluğunu ifadə etmişdir. Naxçıvanda ordu quruculuğu sahəsində görülən işlərin qürurverici olduğunu diqqətə çatdıran Zəfər Ocaq əməkdaşlığın genişləndirilməsində səylərini artıracağını qeyd etmişdir.



Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR